Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə16/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   12   13   14   15   16   17   18   19   ...   85

67

Erməniyyəyə çatdı.  Cəsur Vardanın təmtəraqlı qayıtması, onun

hunlar və albanlarla ittifaq bağlaması xəbərini almış Basak onunla

qaqrşılaşmaqdan qorxaraq qaçdı və onun bədxasiyyətliyi üzündən

Allahın ona heç rəhmi də gəlmədi.

Bütün  bu albanlar və ermənilər arasında Allahın köməyilə

baş verən hadisələr şah Yezdəgirdin hakimiyyəti dövründə olmuşdur.

İYİRMİ BİRİNCİ FƏSİL

Albaniya çarı Vaçe barəsində bütpərəstlərin

eyiblərini rədd edib, o, canlı Allaha necə inanır; İrana

qarşı necə döyüşür, sonra da rahib olub müqəddəs

həyatını sovməədə necə keçirirdi

Hökmranlığının on doqquzuncu ilində II Yezdəgird  öldü.

Onun iki oğlu

122


 bir- birinə düşmən olub ali hakimiyyət uğrunda

mübarizə aparırdılar. Onlar ədavətdə olduğu zaman Albaniya çarı II

Vaçe

123


 üsyan qaldırdı.

124


    II  Vaçe  II  Yezdəgirdin  bacısı  oğlu  idi.

Atası kimi II Vaçe Milli ənənəyə görə xristian idi, lakin qanunpozan

II Yezdəgird  ona zorla məcus dinini qəbul etdirdi. İndi isə,

məqamdan istifadə edərək II Vaçe qərara gəldi ki, dönük sifətilə çar

olmaqdansa döyüşdə ölmək daha yaxşıdır.



68

Qardaşlar və ari orduları arasında daxili müharibə uzandığı

üçün  Yezdəgirdin kiçik oğlunun mürəbbisi Mihr nəslindən olan

Rahat şahın böyük oğlunun ordusunu darmadağın edib şahzadəni əsir

alır və elə oradaca öldürür. Öldürülən şahzadənin sağ qalan

döyüşçülərini onun tərəfinə keçməyə məcbur edir və öz yetişdirməsi

olan Firuzu şah elan edir.

Lakin Albaniya çarı ona asılı olmaqdan imtina edir və

Dərbənd keçidin aşıb (Dağıstan) maskutları dəvət edir. II Vaçe on bir

dağlı çarları ilə ittifaq bağlayaraq İran qoşunlarına hücum edir və

onları böyük təlafata uğradır.

Firuz  şah  ona  (Vaçeyə)  iki-  üç  dəfə  müraciət  edərək  tabe

olmağa çağırdı, lakin onun boynunu əyə bilmədi. Vaçe  onu öz

məktublarında ermənilərin torpaqlarını viran etməsinə, əyanlarının

öldürülməsinə və  əsirlərinin incitməsinə görə məzəmmət edib

deyirdi:”sən onların həyatını yaxşılaşdırmaq  və vəziyyətlərini

firavan etmək əvəzinə daha da qısaltdın. Mənim üçün isə işgəncəli

ölüm dönüklükdən daha yaxşıdır”.

Biləndə ki, Vaçeni nə güclə, nə də ki inandırma yolu ilə öz

tərəflərinə çəkə bilməyəcəklər, iranlılar Haylantürk ölkəsinə

125

 çoxlu


bəxşişlər gündərib, Alan  Darvazasını

126


 açıb hunların böyük

ordusunu dəvət etdilər və bu ordu Alban çarı ilə bit il müharibə etdi.

Vaçenin ordusu zəiflədi, gücdən  düşdü və dağıldı da, lakin iranlılar

onun öhdəsindən gələ bilmədilər. Əksinə, Vaçe də öz tərəfindən

onlara təsirli zərbələr endirdi və bundan başqa İran qoşunlarının



69

özləri də döyüşlərdə üzülüb haldan düşürlər və cürbəcür

xəstəliklərdən qırılmışdılar.

Müharibə uzandı,ölkənin böyük hissəsi dağıldı, amma Vaçeni

heç kəs tərk etmədi. Bundan sonra Firuz şah Vaçeyə məktub yazaraq

demişdi:” Sənin yanında qalan bacımı və bacım qızını məcus

olduqları üçün göndər yanıma, çünki siz onları xristian etməyə

çalışırsınız. Ölkən isə qoy sənə qalsın!”Müqəddəs çar Vaçe  öz

mülkü naminə yox, öz dini uğrunda döyüşürdü. O, anasını və

arvadını  İrana göndərir, sonra öz ölkəsinin idarəsindən əl çəkir və

əlinə hicili alaraq xəlvətə çəkilməyə hazırlaşdı.

Firuz  şah  bunu  eşidəndə  çox  pərişan  oldu  və  bütün  təsiri  öz

atasının  üstünə yıxdı. Andını  şəxsi möhür ilə möhürləyib Vaçeyə

göndərdi  və  dedi:”  Mən,  nə  desən  etməyə  hazıram,  ancaq  rica

edirəm, ölkəni tərk etmə!”  Lakin Vaçe yalnız öz şəxsi mülkünü –

atasından aldığı min kəndli ailəsini ( evini) götürməyə razı oldu.

Vaçe şahdan həmin payını alaraq ömrünü zahidlərlə bir yerdə

keçirdi. Allah yolunda belə dərdsiz, qəmsiz həyat sürür və haçansa

çar olduğunu  heç yadına salmırdı.

Vaçenin hekayəti belədir.



İYİRMİ İKİNCİ FƏSİL


70

Yepiskop Givtin

127

 Müqəddəs  Vaçeyə ilahi

məziyyətlərlə  dolu məktubu

Salamlar! O vaxtdan ki, sənin yaxşılığa olan pak məhəbbətin

təbliği qəlbimin gizli istəyi oldu, xəyallarım aşıb- daşdı və səmaların

qüdrəti gücünə öz fikirlərimi sözlər vasitəsilə izah etməyə imkan əldə

etdim. Məni ulu və dəhşətli  vahimə basdı və bu vahimə ən yüksək

səmalardan uca və yerin təkindən ən dərin idi. Bu vahimə məni

yuxarıdan və aşağıdan, qabaqdan və arxadan, sağdan və soldan

mühasirəyə  saldı.  Bundan  nə  qaça  bilirəm,  nə  də  dərinə  getməyə

qorxuram: havari Pyotr kimi dünyanın girdabına qərq olum. Lakin

əgər həzrəti İsa köməyimə gələrək imdada əlini uzatsa

1

, bu məni



ruhlandırar və mən də dərk edilməyəni dərk edə bilərəm. Axı məndə

elə mənəvi cöhvərlər var ki, bunlar mələkləri də təəccübləndirir və

yazılı qaydaları olmadan özləri qanuna dönüb heç bir qanuna tabe

olmadan Allahı yüksək səmalarda  və Onun qanunlarına görə bütün

ötəri şeyləri dərk edir və peyğəmbərin  və ya səma mələyinin

gösrərişi olmadan özləri Allahı görməyə qabildirlər.

Budur, qorxduğum məsələyə mən məhəbbətlə yaxınlaşıram,

demək olar ki, ümidlə yanaşıram, heç şeydən qorxmayaraq inamla

silahlanıb sözümü o yerdən ki başlanğıc görünür başlayıram:

bilindiyi kimi İsa peyğəmbərin məhəbbəti ən əvvəl sənin cəddin

Urnayrın zatına daxil olmuşdu və sonra da ilahiyyat şövqü onu

erməni çarı Trdatın yanına gətirdi. Urnayr müqəddəs Qriqorinin

1

İncil. Matfeydən. XIV, 30-31.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə