Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə13/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

55

alır ki, Girdimanda hələ bütpərəstlərdən qalan var. Sünikdən

keçərək Girdiman knyazı Xursun yanına gəlir. Onun köməyilə

Maştos bütpərəstlərin müstəqim yola döndərir və sonra Gürcüstan

(İberiya) valisi Aşuşanın çağırışı ilə (Loriyə) gəlib orada da eyni

işlə məşğul olur.

104

 Elə həmin vaxt lənətə gəlmiş Nestor zahir olur və Efes



şəhərində  iki yüz yepiskop tərəfindən nifrin edilir.

105


İran şahı II Yezdəgirdin şahlığının birinci ilində

106


, navasard

ayının axırında müqəddəs Sahaq vəfat etdi

107

, altı aydan da sonra



Vaqarşapat  şəhərində müqəddəs Maştos vəfat edir.

108


 Girdımanın Xosrov adlı bir nahararı Erməniyyəyə gəlir və

qorxaq erməni çarı Şapurun sarayına girməyə imkan tapır.

109

 Çarın


qonaqlığından sərxoş olub o, bir qadına ehtirasla sataşır və qəzəbə

gəlmış  Şapur  onun  zindana  salınmasını  əmr  edir.  Lakin  Xosrov

əlini qılıncının dəstəsinə qoyub təmkinlə sarayı tərk etdi və heç kəs

ona tərəf əlini uzatmadı.




56

ON YEDDİNCİ FƏSİL

Maştosun şagirdləri haqqında hekayə.

Maştosun ölümündən bir az sonra onun Albaniya

vilayətlərində olan şagirdləri bir yerə yığışaraq xeyirxah işlər haqda

öz istəklərini bir – birinə bildirdilər. “ Bizi maarifləndirən İsa

peyğəmbərin yanında əbədi rahatlıq tapandan sonra biz nə

etməliyik? Ondan sonra biz yetim qalmışıq. Gəlin, qardaşlar, yola

düşək müqəddəs Qüds şəhərinə və orada özümüzə rəhbər diləyək.

Axı bizim Şərq ölkəmizin həqiqi maarifi müqəddəs Yeliseyin

vasitəsilə Qüdsdə başlanıb.” Onlar hazırlıqlarını və tədarüklərini

görüb üç dəstəyə böldülər. Albaniyanı tərk edərək onlar Suriyanın

hüdudlarına çatdılar və yollarına davam edərək bir – birinin ardınca

Qüdsə çatdılar.

 Allah evinə daxil olaraq onlar uzun müddət həyat Ağacına

səcdə etdilər. Burada Qüdsün baş keşişinə rast gələrək çox

sevindilər. Kilsə keşişlərilə də görüşüb qucaqlaşdılar və keşişlər

onlara hörmət göstərdilər. Baş keşiş Maştosun bütün səyləri və

işləri haqda  və barbar qəbilələri xaçpərəstliyə döndərən zaman olan

möcüzələrdən danışdılar. Bütün bunları eşidəndən sonra Qüds

keşişləri onları neçə gün daha böyük sevinclə qəbul etdilər.  Onlar

Qüdsdə üç dindar keşişlə yaxınlıq etdilər. Bunların başçısı Afanasi

idi. Ondan xahiş etdilər ki, üçü də qərib olduqları üçün onlara

Qüdsdə  bələdçi olsun.




57

 Bütün səcdə vədlərini yerinə yetirdikdən sonra onlar böyük

sevinclə baş keşişin  ayaqlarından öpdülər və o, əmr etdi ki, onları

yola salsınlar. Onlara qızıl və gümüşdən qayrılmış kilsə

əşyalarından və Allahın bütün müqəddəslərinin qaxımış

cəsədlərinin hissəciklərindən veriləndən sonra, onlar həmin üç

keşişin müşayətilə yola düşdülər. Pasxa bayramının yeddinci

həftəsində müqəddəs qırx günlük pəhrizdə Arsax vilayəyinin

meşələri qalın və dərələri dərin Böyük Qouyan dairəsinə gəldilər.

Yol ayrıcında onlar iki dəstəyə bölündülər. Dəstənin birisi şimal

tərəfdən Ulduzlu təpə deyilən yerdə qaldı, ikincisi isə cənub tərəfə

gedən Tərtərçayı keçib Çala adlı meşəli dərədə dayanıb burada

Pasxa bayramımı keçirdilər.

ON SƏKKİZİNCİ FƏSİL

Şimal tayfaların Albaniya, Erməniyyə və

İveriyaya basqını və Mesrob şagirdlərinin əzabları

Həmin bu vaxt öz ordularını toplayan “ rosmosok”ların çarı,

Tubal və hunların bütün qoşunlarını çağıraraq

110


 Kürün bu sahilinə

keçib Uti vilayətinə daxil olur və Xalxal şəhərinin ətrafında düşərgə

salır. Burada o, üç sərkərdə seçərək onları böyük qoşunlara başçı

təyin edir. Özünün bütün bir ordusunu

111

 onlara tabe edib  əmr edir



ki, üç dəstəyə bölünüb. Almaniya, Erməniyyə  və  İveriyaya hücum

edib oraları talan etsinlər. Üçüncü dəstə Pasxa bayramının əvvəlində




58

Arsax vilayətinə basqın edib Böyük Qouyanı qarət etməyə başladı.

Basqın haqda xəbər Qüdsdən gələnləri  və Çalada qalanları

böyük təlaşa saldı. Müqəddəs cəsədləri bir yerə yığıb, onları iki

gümüş sandıqçaya qoyub torpağa basdırdılar. Elə bu vaxt bunların

üzərinə insan fəryadı ilə qarışıq və ümidsizliklə  yanaşı məhvedici

iblislər yığını töküldü. Həmin yığın dəniz dalğaları kimi tezliklə

Ulduzlu təpəyə yetişdi və burada olanların hamısı qılıncdan keçirildi.

Qızıl və gümüş kilsə qabları talan olundu, müqəddəslərin qaxımış

cəsədləri isə təpə üzərinə dağılıb səpələnmişdi. Sağ qalanları

işğalçılar əsir edib elə orada dustaqxanaya saldılar.

Əsirlərin arasında Uti vilayətinin Bağlı kəndindən olan

Taquhi adında varlı və adlı – sanlı qadın var idi. Həmin qadın

Qüdsdən gələn küşişlərlə tez-tez görüşürdü. Bu qadını  əsir

düşmüşlərin arasında görən hun sərkərdəsi buna mübtəla olur.Bu

qadın o qədər gözəl idi! Qadını özünə arvad etmək istəyən sərkərdə

əmr etdi ki, ona hörmətlə yanaşsınlar.

Hun döyüşçüləri həmin gün bütün vilayətdə qarət etdikləri

qəniməti və tutduğu əsirlərin həmin Ulduzlu təpəyə gətirdilər.

Əsirlərin çoxunu öldürdülər.

Həmin gecə böyük hun sərkərdəsi öz qoşunu ilə Ulduzlu

təpənin ətrafında  düşərgə saldı. Ertəsi gün, axşamüstü Tubal

qoşununun sərkərdəsi öz ehtirasının  atəşini söndürmək üçün əmr

etdi ki, Taquhini gətirsinlər.Lakin İlahi qüvvəsiylə silahlanan qadın

onu rədd etdi, ona razılıq vermədi, ona təhqiramiz sözlər dedi və



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə