Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə9/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   5   6   7   8   9   10   11   12   ...   85

38

Albaniyanın yepiskopluq mənsəbinə layiq görülmüş

45

 və oralara



gedib,hər iki ölkədə xristianlığı təbliğ və oralarda onu bərqərar edir.

Dinin nizamına və  şəhərlərin mövqeyinə görə o, kilsələr tikdirir,

keşişləri təyin edib, onları müqəddəs yerlərə xidmət etməyə və

müqəddəs  adamları  yada  salanda  can  yandırmağa  çağırırdı.  Ən  xoş

səylərlə o, havarilərin ardınca gedir, canlı Allah Oğlunun (İsanın)

hökmlərini həyata keçirir və bütpərəstlər arasında dolanaraq,

onlarıAta,Oğul və Müqəddəs Ruhun naminə xaçpərəst edib, onları

Allah kəlamına riayət etməyi və özləri ilə “nə qızıl, nə gümüş, nə

mis, nə torba, nə paltar, ayaqqabı, nə də  əl ağacı”

1

 götürməməyi



öyrədirdi.

 Qriqoris özü də bütün bunlardan çəkinirdi və buna görə də o,

özü ilə ən vacib  və ən qiymətli mükafat kimi İoannın  atası əzəmətli

birinci baş kahin və  şəhid Zaxariyyanın

46

 təmiz qan parçasını və



İsanın gözəl dininə inanan və Nikomediya şəhərində

47

  şəhid



çələnginə layiq görünən müqəddəs Pantaleonun qaxımış cəsədini

aparmışdı. Həmin şəhidlərin qaxımış cəsədlərini Qriqoris

Albaniyanın böyük şəhəri İriyə

48

 aparır, orada yerləşdirib, Daniyel



adlı bir keşişi təyin edir ki,həmin müqəddəs cəsədlərə Xristos naminə

qulluq etsin.

Özü ilə  əxlaqlı və Xristosun (İsanın) əmrlərinə sadiq olan

şagirdləri və müqəddəs Zaxariyyanın və şəhid Pantale onun qaxımış

cəsədlərinin qalmış hissələrini götürərək Qriqoris Məskutlar

1

İncil. Əhdi Cədid Matfeydən, X, 9-10.




39

ölkəsinə


49

 gedib, orada Arşakilərin qohumu olan məskutlar çarı

Sanesanın

50

  hüzuruna  gəlir.  Orada  Qriqoris  sözlə  təsvir  edilə



bilməyən vahid yaratdığı Üç Uqnumun

1

 qüvvəsini və  İlahi Kəlamın



təcəssümünü təbliğ edir, yer üzündə İsa tərəfindən yaradılmış çoxlu

müxtəlif möcüzələrdən, onun çarmıxa çəkilməsindən, ölümündən və

iki gündən sonra dirilməsindən, bütün vücudu ilə Səmaya

ucalmasından və sağlarla ölülər üzərində muhakimə etmək üçün

Qiyamət günü qayıtması haqda danışırdı.

Əvvəlcə məskutlar onun təbliğini böyük sevinclə qəbul

edirdilər. Lakin qəlblərinə  Şeytan daxil olur və onları Allahın

xilasedici kəlamlarını rədd etməyə təhrik etdi. Onlar müqəddəs

həqiqətdən ibrətamiz sözlərlə, yəni mərhəmətli Allahın əzmi olan:

qarət etməmək, oğurlamamaq, öz əllərilə çörək qazanıb insan kimi

zövq almaq və Allahı razı salmaq – bütün bunlara məskutlar böhtan

atdılar və dedilər:” Bütün bunlar erməni çarının hiyləsidir, çünki o,

özünün ölkəsinin bizim qarətimizdən xilas etmək istəyir.Əgər biz

qarət etməsək və oğurlamasaq, onda biz nə cür dolana bilərik?”sonra

onlar öz çarlarını yoldan edib öz hiylələrinə təhrik etdilər. Onlar gənc

Qriqorisi xam atın quyruğuna bağlayıb onu Vatnean adlı çölə

buraxdılar. Müqəddəs Qriqoris belə şəhid oldu.

51

Onun  şagirdləri meyitini tapıb Haband vilayətinin Amaras



şəhərinə gətirdilər

52

 və o, oradakı kilsənin şimal tərəfində yerləşən



sovməədə  əbədi rahatlığını tapdı. Bundan sonra Zakariyyanın

1

Xristianlıqda olan Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allah lüğətimizdə Üç



Unqum kimi izah olunur.


40

müqəddəs qanını bir şüşəyə və şəhid Pantaleonun qaxımış cəsədini o

biri şüşəyə qoyub, bu şüşüələri Qriqorisin müqəddəs cəsədi ilə bir

yerdə basdırıb qaçdılar, üz qoyub Erməniyyədə gizləndilər, çünki bu

vaxt Sanesan saysız – hesabsız hunların qoşunları ilə Erməniyyəyə

basqın etmişdi.

53

Lakin ilahi iltifat Erməniyyə naxararlarına



54

  əlavə


qüvvət verdi və onlar gənc və müqəddəs Qriqorisin qanının

intiqamını aldılar.Bütün hücumda olan nəhəng ordu qılıncdan

keçirildi və onlardan biri sağ qalmadı ki, bi bəd xəbəri məskutlar

ölkəsinə çatdırsın.

Elə bu zaman müstəhkam Tsri şəhəri Alban çarının əleyhinə

üsyan edib, İran şahına kömək etməyə başlayır və bundan istifadə

edən Ərgeslər

55

 gəlib şəhəri əllərinə keçirirlər. Onlar şəhərin gənc



Qriqorisin  şagirdi olan Daniel adlı keşişi tapıb, onun özünü və

yanındakı oğlanı öldürürlər. Keşişin yanında qalan gənc çilb

56

 idi. Bu


oğlan xristanlığa meyl göstərirdi və xaçpərəstliyi dərindən öyrənmək

üçün keşişin şagirdi oldu.

Ərgeslər bunların ikisini də zəncirləyib incitdilər  və külə və

iyrənc divlərə baş  əyməyə məcbur edirdilər. Güclə onun iradəsini

sındıra bilməyib, onlar gənci dilə tutdular:” Axı, sən bizim ölkənin

adamısan! Bizim dediyimiz kimi etsən, ölkəmizdə  şan – şöhrətli

olarsan!” Amma oğlan:”Pozğunlar arasında yaşamaqdansa mənə bu

keşişdən qabaq ölmək daha xəşdur”- dedi. Və  ərgeslər elə o saat

onların boyunlarını vurdular. Onların hər ikisi səadət tacınə qəbul

edib, dini ataları gənc Qriqoris kimi gözəl şəhidlik qələbəsinin




41

təntənəsinə layiq görüldülər. Bəzi suriyalı keşişlər onların meyitlərini

Haku kəndinə aparıb müqəddəs bir guşəyə qoydular və sonra

üzərində bir vəng tikdirdilər. Deyilənə görə onların qaxımış cəsədləri

bu günə qədər oradadır.

Bütün bunlar Alban çarı  şanlı II Vaçenin dövründə olub.

57

Alban çarı Mömin adlanan III Vaçaqanın hakimiyyət illərinə qədər



58

şəhidlərin müqəddəs qaxımış cəsədləri gizlin və sirr altında qalırdı.

Və cəsur Vaçaqandan çar II Vaçeyə qədər doqquz Alban çarı gəlib

getmişdir, onuncusu isə mömin və dindar Alban çarı Vaçaqan idi.



ON BİRİNCİ FƏSİL

Urnayr  Müqəddəs Qriqorinin vasitəsilə xaçpərəst

olur və xristianlığı qəbul edir və bütün Albaniya

xristianlığı Urnayrdan qəbul edir.

  Müqəddəs Yelisey öz havari vəzifəsinin yer üzünün uzaq

guşələrindən başlayandan sonra o, Şimalın bəzi xalqlarını

59

 həqiqi



imana gətirir, amma hamısını yox. O, gözəl cəhdlər göstərib öz

xalqının səadəti uğrunda səylə vuruşurdu. Allah insan nəslinin

ziyarət etdiyi günlərdə, böyük imperator Konstantinin hakimiyyəti

60

altında qərbi tərəqqiyə çağıranda və Erməniyyəni çar Trdat vasitəsilə




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə