Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə5/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   2   3   4   5   6   7   8   9   ...   85

21

B İ R İ N C İ  K İ T A B

BİRİNCİ  FƏSİL

     Albanlar   tarixinə   giriş

  Allahın  yaratdığı ilk insan- ulu babamız Adəm – 230 il

1

yaşamış və Sifi dünyaya gətirmişdir. Sif 205 il



2

 yaşamış və Enosu

dünyaya gətirmişdir. Enos 190 il

3

 yaşamış və Kainanı dünyaya



gətirmişdir. Kainan  170 il

4

 yaşamış və Maleleil dünyaya gətirmişdir.



Maleleil 165 il

5

 yaşamış və İaredi dünyaya gətirmişdir. İared 162 il



6

yaşamış və Enoxu dünyaya gətirmişdir. Enox 165 il yaşamış və

Mafusaili  dünyaya gətirmişdir. Mafusail 167 il

7

 yaşamış və Lamehi



dünyaya gətirmişdir.  Lameh 168 il

8

 yaşamış və Nuhu dünyaya



gətirmişdir. Nuhun 500 yaşı tamam olanda  üç oğul – Sam, Ham və

Yafəsi dünyaya gətirmişdir.

9

 Və Samın  dünyaya gəlməsindən  yüz



1

İncildə (Kövn, V,3)- 130 il.

2

Yenə orada (V,6) – 105 il.



3

Yenə orada (V, 9) – 90 il.

4

Yenə orada ( V,12) – 70 il.



5

Yenə orada ( V, 15) – 65 il. Patkanovda – 167 il.

6

Yenə orada (V, 21 ) -  65 il



7

Yenə orada (V, 25) -  187 il

8

Yenə orada (V, 28) -  182 il. Patkanovda – 180 il.



9

Yenə orada (V,32)




22

il sonra – Nuhun 600 yaşı tamam olanda – Tufan  qopdu.

1

 Adəmdən


isə Tufana qədər 2242 il və on nəsil keçmişdir.

İKİNCİ  FƏSİL

         Yafəs  nəslinin  şəcərəsi

  Burada sən Yafəsin  soyu və onun nəslinin  məskun etdiyi

hüdudları haqda məlumat tapacaqsan – hərəsinin  özünə aid yerind

Qardaşlar Nuhun  təkidi ilə  bir – birini qarət etməyəcəkləri

haqda and içəndən sonra. Nuhun Yafəsə təyin etdiyi sahə  şimalda

Midiyadan Qadirona

2

 qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə



çayının aşağı axınına qədər idi.

Yasəfin oğullar budur: Homer – hamirlər

3

 onun nəslindəndir;



Məcuc – keltlərin və  Halatların cəddidir; İavan

4

 -  yunanların



cəddidir; Fuval

5

- fessalların cəddidir; Mədəh



6

-illiriyalıların cəddidir;

cəddidir; Firas

7

 - frakiyalıların cəddidir; Kittim



8

- makedoniyaların

cəddidir.

Firasın oğulları bunlardır: Əşkinaz –

sarmatların cəddidir; Rifat –savramatların cəddidir; Foqarma-

ermənilərin cəddi.

9

İavanın oğulları bunlardır: Elisa



1

-

1



Yenə orada (V,VII,10 – 24,VIII, 1 - 14)

2

İspaniyada Kadiks şəhərin adı idi.



3

Kimmerilər.

4

Patkanovda İunandır.



5

Patkanovda  Tobeldir.

6

Patkanovda  Mosoxdır.



7

Patkanovda  Tiramdır.

8

Kittim – İavanın  oğlu, Yafəsin nəvəsidir. bax: İncil, Kövn, X,24.



9

Bunlar hamısı Homerin oğullarıdır. Bax: İncil, Kövn, X, 3.




23

siciliyaliların və afinalıların cəddidir; Farsis – gürcülərin  və

turanlıların cəddidir;

2

  Kittim- romalıların, latınların və rodeylərin



cəddidir.

3

Cəmisi 15 xalqdır. Bunların üçü



yerlərini atıb, bütpərəst adalarına səpələndilər. Bunların Yafəsin

oğullarından olan   ketarilərin nəslindən olan kiprlilər və  şimalda

ketarilərlə qohum olan xalqlar idilər və albanlar da məhz bunların

nəslindəndir.

Yunanlar (ellinlər) torpağında yaşayan

xalqlar isə Afinada yaşayan  və ionitlərin mərdlər ölkəsindən gəlmiş

aetlər  və Agenor oğlu Kadmosun törəməsi olan sidonilər də buraya

köçənlərdəndir. Karfagenlilər isə Tirdən

4

 gəlmişdilər.



 Dillərin qarışdığı zaman Yasəfin soyundan on beş

xalq gəlmiş və bunlar Okyanusa qədər və  şimala tərəf uzanan

Midiyadan Hesperiyaya qədər torpaqlarda  sakin olmuşlar. Onların

torpaqları budur:Atropatena, Albaniya, Amazoniya, Böyük və kiçik

Ərməniyyə, Kappadokiya, Həlatiyə, Kolxida, Hindistan, Bosporiya,

Meotis, Deris, Sarmatiya, Torinis, Sevromatiya, Skifiya, Frakiya,

Makedoniya, Dalmasiya, Molxiya, Fessaliya, Lokriya, Beotiya,

İtaliya, Attika, Aheya, Peleniya, Akarnes, Huniristim, İlliriya,

Liquriya, Adriaka ( Adriatik dənizinin adı bu adla bağlıdır),

İspanohalliya, İberiya, Böyük İspaniya. Burada Yafəs nəslinin

1

Patkanovda  Əvlişadır.



2

Patkanovda  tursilərdir.

3

İavanın dördüncü oğlu- Dodanim buraxılıb.



4

Tir- Luvanın cənubunda  şəhərdir. Digər adı Surdur.




24

torpaqlarının hüdudları Britaniya adalarında axıra çatır və bunların

hamısı şimala tərəf  baxır.

ÜÇÜNCÜ   FƏSİL

Hansı xalqlar yazıya malikdir.

 Yazıya malik olan xalqlar  bunlardır: yəhudilər, romalılar

(bunların yazısından bizanslılar da istifadə edirlər), ispanlar,

yunanlar,midiyalılar, ermənilər və albanlar. Bunlar Midiyadan

şimalda və Qadironun hüdudlarına, yəni Parqamitos çayından

başlayaraq  Şərqə tərəf sayılan Mastotisa qədər uzanan torpaqlarda

yaşayırlar.

Siciliya, Evbeya, Rodos, Xios, Zakintos, Kefaloniya, İtaka,

Kerkira (Korfu) və Kiklad  adaları, İoniya adlanan Asiyanın hissəsi

və  Midiya  ilə  Babil  arasında  axan  Dəclə  çayı  –  bütün  bunlar  Yafəs

nəslinin  torpaqlarıdır.

 Sam dünyanın şərq hissəsini, həm cənub hissəsini, Yafəs isə

qərb və albanlar yaşayan hissəsini və Xəzər dənizi yerləşən şimal

hissəsini almışlar. Dünya dağlarının zirvələri şərqdədir, qərbdə isə bu

xalqların yaşadığı yerləri Trabzona qədər uzanır. Yafəsdən Tiqrana¹

qədər qırx dörd çar olub və 450 il daxilində Arşakdan  Attabana

qədər on dörd İran şahı olub.² İstəhrdən³ olan Sasanilər nəslinin

nümayəndəsi Ərdəşir şah Artabanı öldürür

4

 və  252 il ərzində,



xilaskarımız Xristos gələnə qədər və yəhudilərin Babil əsarətindən


Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə