Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə3/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   2   3   4   5   6   7   8   9   ...   85

13

müəllifi “ Utili Moisey”- deyə adlandırır.

1

 Bu ənənəyə riayət edən



M.Abeyqan belə güman edir ki, “ Tarix” in müəllifi  “ özünün

yazdığı kimi, Uti vilayətindəki Kalankatuk  kəndindən olan ”

2

Moiseydir.



İlk dəfə Kalankatuklunun ( Albanits - Albaniyalı) “ Tarix ”in

müəllifi adlandıran Ayrivanklı  Mxitar olmuşdur.

3

 Həm Mxitar, həm



də  ondan sonra gələn müəlliflər Kalankatuklunu  “ Tarix ”in  hər üç

kitabının müəllifi hesab edirdilər. Bu cəhətə diqqət yetirən

K.Patkanov yazır ki, “ əsgər erməni müəlliflərindən biri “ Albaniya

tarixi”nin  iki kitabdan ibarət olduğunu demiş olsaydı, mən onun

müəllifinin VII əsr tarixçisi olduğunu qəbul edərdim, çünki “ Tarix”

in üçüncü kitabı, şübhəsiz, X  əsrin əsəridir”.

4

“Tarix” də şərh edilən  VII  əsr aid hadisələr    bunların şahidi



olan bir şəxsin dilindən nəql  edilir ki, bu da İravandakı Mətnidaranın

667 (18550) nömrəli əlyazmasının sonundakı  əlavədən aydın

görünür: “ Bu tarix erməni təqviminin 74-cü ilində ( 625-ci il),

vardapet Moisey Kalankatuklu tərəfindənyazılmış” Albaniya tarixi”

adlanan surətdən köçürülmüşdür”.

5

 Lakin buna baxmayaraq, Z.İ.



Yampolski haqlı olaraq göstərdi ki, həmin qeyd,“Moisey

Kalankatuklu  adının səhih məlum olduğu ” şübhəni də  əsla

1

 H. Manandyan. Alban tarixinin  oçerki, s.22.



2

 M. Abeyqan. Qədim erməni ədəbiyyatının tarixi, s. 521.

3

 M. Brosse. Mxitar Ayrivanklının  xronoloji tarixi, Peterburq, 1869, s. 25,88.



4

 K. Patkanovun “ Albaniya tarixi” nə müqəddiməsi, s. VII- IX.

5

 Bu deyilənlər X  əsr hadisələrini şərh edən mətnə də aiddir.




14

qaldırmır.

1

“Tarix” in  ən qədim əlyazması 1279 cu ilə aiddir.



2

  Buna


görə də onun müəllifinin – VII əsr hadisələrinin şahidi olan Moisey

Kalankatuklunun adının  səhihliyi  yalnız Ayrivanklı Mxitarın

şəhadətinə əsaslanır. Həmin adamın əsl adı   isə bizə məlum deyildir.

“ Tarix”in ikinci müəllifi və Moisey Kalankatuklunun  davamçısı

olan  adamın  da adı yenə Moisey olaraq göstərilir. Mxitar Qoşun

( Gəncəli Kirakosun müəllimi)  şagirdi Vanakan  bu ikinci Moiseyin

təxəllüsü məsələsini aydınlaşdırır. O, “ Albaniya tarixçisi kimdir?”

sualına  özü cavab verib deyir: “ Moiseydir, özü də Dasxuran

kəndindəndir( Moisey ev qelji  Dasxuran)”.

3

 Beləliklə, təsdiq olunur ki, iki Moisey olmuşdur. Mxitar Qoş



yazır ki, “ Tarix”in müəllifi  Dasxuranlı Moiseydir və  o, “ Alban

sülaləsi  haqqında mükəmməl ( ayrılma mənimdir- Z.B.) hesabat

yazmışdır”.

4

  Gəncəli Kirakos  Moisey Kalankatuklu X  əsr müəllifi



hesab edir.

5

 Görünür ki, N. Akinyan  son məlumata əsaslanaraq bu



nəticəyə gəlmişdir ki, “ Tarix ”in müəllifi yalnız bir Moisey

olmuşdur. O, yazır ki, “ XII və  XIII əsrlərdə  tarix oxucuları  bu

naməlum müəllifin kim  olduğunu bilmək istədikdə,  təbii olraq, belə

1

 Z.İ.Yampolski. Qafqaz Albaniyası salnaməsinin öyrənilməsinə dair, s.150.



Təfsilatlar üçün  bax: F.Məmmədovanın 1977 –ci ildə nəşr olunmuş kitabına.

2

 K. Patkanov. Müqəddimə, s. IV.



3

 Q. Əlişan. Hayatpatum, s. 175;T.İ. Ter- Qriqoryan. K вопросу, vər. 90.

4

 Mxitar Qoş. Mətnin ikinci cümləsi; Ç. Dovset. Mxitar Qoşun “ Albaniya



salnaməsi”, s. 475.

5

 Kirakos. Tarix, s. 15. Çox qəribədir ki, Vanakanın  şagirdi  Dasxulının adını



çəkmir. O ümumiyyətlə, ad çəkmir, sadəcə olaraq, “ Alban tarixi” ni yazan deyir.


15

bir nəticəyə gəldilər ki, alban tarixçisi yalnız Albaniya katolikosudur.

Əgər belədirsə, onda həmin tarixçi  sonuncu katolikos  “ Movses ola

bilər.” ( “Albaniya  tarixi ” nin sonuna bax. – Z. B.)

1

 Ç. Dovset belə



hesab edir ki, “ Kalankatuklu  təxəllüsü  Kalankatukdakı Moisey

naminə monastırın adından  götürülmüşdür. Beləliklə, biz belə bir

nəticəyə gələ bilərik ki, Moisey Kalankatuklu  və Moisey Dasxuranlı

eyni bir adamdır”.

2

Lakin sonralar Ç. Dovset Dasxuranlı təxəllüsünə



üstünlük verir.

3

 T.İ.Ter – Qriqoryan bu fikirdədir ki,  “ Tarix” in müəllifi



ikidir: “ Biri  VII  əsrə qədər  baş vermiş hadisələri  təsvir edir, daha

doğrusu, “ Tarix” in ilk iki kitabının  müəllifi olan Moisey

Kalankatuklu, biri də ona üçüncü kitabı  əlavə edən Moisey

Dasxuranlıdır ”.

4

 Z.İ.Yampolski “ Tarix”in  N.Akinyan  və Ç.Dovsetin hesab



etdikləri  kimi eyni bir Moisey (Kalankatuklu -Dasxuranlı) tərəfindən

tərtib edildiyi, yaxud Moisey adlı iki başqa – başqa müəllif olduğu

məsələsindən bəhs edərək yazır ki, gətirilən dəlillər həqiqətdən

uzaqdır, çünki bu vaxta qədər “Tarix” in tədqiqatçılarından heç biri

əsərin əvvəlinə yaxşı diqqət yetirməmişlər. Halbuki əsərin əvvəli

onun müəlliflərinin adını dəqiq göstərir.

5

 Z.İ.Yampolski “Tarix”in



VII əsrədək məlumat olan hissəsinə  istinad  edir və deyir ki, həmin

1

 N. Akinyan, s. 30.



2

 Ç.Dovset. Yenə  orada.

3

 Ç. Dovset. “ Albaniya tarixi” nə  müqəddimə , s. XIX.



4

 T.İ.Ter-Qriqoryan, vər.91.

5

 Z.İ.Yampolski, s. 150 -151.




16

hissədə  hadisələrin    şahidi  olan  adamın  belə  bir  qeydi  vardır:  “Bu

sözləri qələmə alan mən, Adrian, dua edirəm ki, mənim oxucularım

məni, ən ləyaqətsizi, yad etsinlər ”(II,2). Z.İ.Yampolskinin  fikrincə,

yazının üzünü köçürən adam “Tarix”in ilk fəsillərindən birinə

Adrianın sözlərini heç cürə artıra bilməzdi:deməli, Adrian “Tarix”in

ən mötəbər müəlliflərindən biridir.

1

 Z.İ.Yampolski öz  nəticəsini



əsaslandırmaq  üçün Adrianın özü haqqında danışdığı hissədən

yuxarıda gətirdiyimiz ifadəni xatırladır:”Uti vilayətində yerləşən ana

yurdum olan böyük Kalankatuk kəndi (İ  nmin yUti qavari yorme ev

es) və sonra da “Bizim Albaniya ölkəmizdə”.

2

Zənnimcə, Z.İ.Yampolskinin gətirdiyi dəllilərin əlavə



sübutlara ehtiyacı vardır, çünki, “bu sözləri qələmə alan mən,Adrian”

yalnız əsərin üzünü köçürmüş, daha doğrusu, surətçıxaran olmuşdur.

V.Henninq və Ç.Dovset hesab edirlər ki, “Tarix”in müəllifi bir şəxs

Dasxuran kəndindən anadan olan (Dasxuranlı) və Kalankatuk

kəndində yerləşən Moisey naminə monastırda qalan (Kalankatuklu)

Moisey idi.

3

 Buna  bənzər  Mxitar  Qoş  ana  yurduna  görə  Gəncəli,



qaldığı Qetik monastıra görə Qetikli və saqqalsız olduğuna görə Qoş

idi. T.İ.Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri öz

əvvəldəki şəklində bizə gəlib  çatmamışdır və onun üzünü köçürənlər

erməni rahibləri olduqlarına görə  əsərin üzünü köçürəndə erməni

katolikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol vermişlər.

1

 Yenə orada.



2

 Yenə orada.

3

 Bax: Ç.Dovset. Mxitar Qoşun “Albaniya salnaməsi”,s. 476,qeyd I.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə