Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə4/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   2   3   4   5   6   7   8   9   ...   85

17

T.İ.Ter-Qriqoryan “Albaniya tarixi” əlyazmasında erməni kilsə

xadimlərinin münasibətini göstərən maraqlı faktlar gətirir. Məsələn,

Üç Müəzzin katolikosu Simeon əlyazmasının kənarlarında bu sözləri

yazmışdır: “Yalnız “Albaniya tarixi”ndə (deyilir ki,)- buna bütün

nüsxələrdə deyil, ancaq bəzi nüsxələrdə rast gəlmək olar- guya

Yeliseydən sonra (74-cü il) müqəddəs Qriqoriyədək (340-cı il)

Albaniya katolikos kürsüsündə başqa albanlar da oturmuşlar; lakin

bu yalandır və bunlar sonradan əlavə edilmişdir”. Başqa bir

yerdə: ”Bizim dırnaqla işarə etdiyimiz yerlər- yalandır və sonralar

şöhrətpərəstlər tərəfindən öz xeyirlərinə əlavə edilmişdir, çünki digər

tarixlərdə (“Albaniya tarixi”əlyazmalarında.-Z.B.) bu əsla yoxdur.

Belə güman edirəm ki, bunu katolikos Ananiyadan  sonra (958-ci

il)”Alban rahibləri etmişlər”.

1

İ.P.Petruşevski haqlı olaraq göstərir ki, erməni kilsəsi



Albaniyada “ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu

VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o

zamandan  sonrakı erməni monofizit katolikosu İlya xalkedonçuluq

edən Albaniya katolikosu Nersesi (Babur) ərəb xəlifəsinin köməyi ilə

devirmişdi və Albaniyada ruhanilər və knyazların bir hissəsinin,

Alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini

əks etdirən xalkendonçuluq (pravoslav) hərəkatı ermənipərəst

monofizitlər tərəfindən yatırılmışdır”.

2

N.Y.Marr da vaxtilə göstərmişdi ki, Albaniya ərəb



1

Erməni tarixinin arxivi,1864,s.399. T.İ.Ter- Qriqoryandan sitat gətirilib,vər.4-5.

2

И.П.Петрушевски. Dağlıq Qarabağ kəndlərinin imamları,s.8.




18

xəlifələrinin köməyi ilə “Erməniyyənin antixalkedon kilsəsinin əlinə

keçmişdir”.

1

Albaniya katolikoslarının təyinatı hüququ Albaniya



kilsəsindən  erməni keşişlərinin əlinə keçdi və  bundan sonra

Albaniyada xalkendonçuluğa rəğbət bəsləyənlər ” qılıncla və əsarətlə

məhv edilməli” idi.

2

 Erməni tədqiqatçılarının arasında indi geniş



yayılan “ erməni Albaniyası”, “erməni albanları” və s.kimi adlar elə

buradan törəmişdi (son zamanlar öz evimizdə bəslənmiş “tarixçilər”

üzə çıxıb albanları türk və daha “yaxşı” ayrum olmasının

iddiasındadırlar).

Beləliklə,  aydındır  ki,  nə  Arsax  və  nə  də  əhalisi

erməniləşdirilmiş albanlardan, hazırda isə erməni sayılan digər

vilayət və rayonlar “ heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə

mənsub olmamışdır.Erməni kilsəsi heç olmazsa Sünikdə

(Zəngəzurda ) Orbeli knyazları dövründə və  ondan sonra gösterdiyi

təsiri  Albaniya xalqlarının  erməniləşmiş nəsilləri arasında göstərə

bilməmişdir”.

3

 Erməni kilsəsi “Albaniyanın bütün kilsələrində sülh”ü



1

Н.Й.Марр. Arkaun, s.7.

2

Bax: M.Kalankatuklu. III, 5-11-ci fəsillər.



3

 И.П.Петрушевски, s. 13.Bax: N.Adons  Yustinian  dövründə Erməniyyə,

s.223:”Arsaxın kantonları Albaniyaya məxsusdur”. Belə fikir söyləndiyi halda,

başa düşmək olmur, nə səbəbə görə A.L.Yakobson, iddia edir ki, Arsax (və Xaçın)

qədim erməni vilayətləridir (və ya knyazlıqlarıdır), halbuki onun  özü Alban

Qandzasar məbədindən ( monastırından deyil!) bəhs edərkən təsdiq edir ki, bu

məbəd “ XIX əsrədək Albaniya katolikosunun kürsüsü olmuşdur”(bax:

A.Л.Якобсон.Из  истории, с.144). Qandzasarın və Amaras- Ağ Oğlanın erməni

kilsəsi tərəfindən mənimsəmə niyyətlərinin qabağını almaq üçün Respublika  P

rezidentinin fərmanı elan edilib.




19

yalnız yadelli işğalçıların köməyi ilə bərqərar edirdi,

1

 erməni


katolikosluğunun mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi

həmişə yadelli  işğalçıların köməyinə əl atır, “ xaç bayrağı ilə öz yolu

üzərində tarixi Albaniya  və onun bir hissəsi olan Qarabağ (Arsax)

xalqlarını” yox edirdi.

2

N.S.Vartapetovun  qeyd  etdiyi kimi, erməni kilsəsi “həmişə özü



üçün yeni şəraitə bacarıqla uyğunlaşdırdı və siyasi vəziyyətdən asılı

olaraq, səfəvilər sonra da rus çarına qulluq göstərdi; necə ki, vaxtilə

həmin qaydada  hərəkət edib, Bizans imperatorları, İran Sasani

şahları, ərəb xəlifələri, monqollar və digərləri qarşısında baş

əymişdi”.

 Son zamanlar erməni kilsəsi yenə də  öz əsassız və uydurma

iddialarına qayıdaraq Albaniya kilsəsinin birinciliyini mənimsəyir.

Uydurub, bu uydurmaya inanıb, başqalarını da bu uydurmaya

inandırmağa çalışan erməni kilsəsi bu uzunəsrli vərdişlərini  indi

çaxnaşmada olan erməni ziyalılarının canlarına da yeritməyə çalışır.

Respublikamızın  Prezidentinin bu yaxında elan edilmiş fərmanı

məhz Qandzasar və Amaras-Ağ Oğlan alban məbədlərinin  erməni

kilsəsi tərəfindən mənimsənilməsinə  qarşı yönəldilmişdir. “Alban

tarixi ” Azərbaycan dilinə çox çətinliklə tərcümə  olunurdu.

Xaçpərəst məfhum və istilahların lüğətlərimizdə qarşılıqları olmadığı

üçün tərcümə çox ağır gedirdi. İndi hər şey arxada qaldı və oxucular

1

M. Kalankatuklu. III, 11-ci fəsil.



2

Н.С.Вартапетов. Христианские памятники Карабаха, vər.9; Yenə orada. К

вопросу, vər. I.



20

özləri bu yazıya qiymət verə bilərlər. Hər halda tərcümə və  şərhlər

maraq göstərənlərə  azacıq  da olsa kömək edə bilsə, öz vəzifəmi

yerinə yetirilmiş hesab edərəm. Kitabın fəsilləri xronoloji çərçivəyə

salınmışdır.

                                                       Bakı, 1990-1991.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə