Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə12/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   8   9   10   11   12   13   14   15   ...   85

50

ucaldan fərman verib böyük təmtəraqla yola saldı.

Araz çayını keçən kimi Babik bir kəndin bünövrəsini qoyur

və onu Nakorz, yəni “Vətənin torpağına qoyduğu birinci addımı”

adlandırır.

 Bir dəfə Babik, hakimiyyətinin birinci ilndə ova çıxır və öz

virana qalmış torpağını  gəzib  seyr edir. Şalata çatanda o, bir təpəyə

qalxır. Həmin vaxt haradansa bir ceyran çıxır və qaçıb torpaqla

örtülmüş kilsənin üstündə durur. Babik onun dalınca gedəndə, ceyran

təpənin üstündən yox olur. Babik atını zorla düşdüyü dəlikdən

çıxarır. Orada olanların hamısı vahiməyə düşdülər və torpağı qazaraq

qaş – daşla dolu qəşəng bir kilsə gördülər.

 Bu əhvalat hori ayının birində baş vermiş idi. Həmin gün

böyük bayrama çevrildi. Buraya çoxlu adam gəlmişdi və orada

olanlardan bir çoxu xəstəliılərindən sağalmışdı. Babiki İrandan

müşaiyət edən Qor və Qazan  adlı iki qardaşlar öz dinlərini atıb

xaçpərəst oldular. Babik püşk atdı və Qorun baxtına Hot kəndi,

Qazanın baxtına isə Şalat çıxdı.

Bütün bunlar xaçpərəst dinini məhv edib və bizi zərdüşt

dininə bağlamaq istəyən kinli II Yezdəgirdin taxta çıxmasından iyimi

il qabaq olub.

91

 Həmin Yezdəgirdin əli ilə Vardanın



məsləkdaşlarından 1066 tanınmış adamlar öldürülmüşdür. Bu

hadisədən erməni tarixinin başlanğıcına qədər 20 il keçmişdi.

92

Bil ki, bu əhvalat belə olmuşdu.



1

1

20-ci fəslə bax.




51

ON BEŞİNCİ FƏSİL

Müqəddəs Mesrob və onun yoldaşları

haqda qısa məlumat.

Albaniya katolikosu Qriqorisin şəhid olmasından sonra şərq

ölkəsinin

93

 barbar xalqları yenə də bütpərəstliyə qərq oldular. Onlar



bütxanalarında sitayiş etdikdən  sonra xaçpərəstləri təqib etməyə

baçladılar.

Müqəddəs Ruhun mərhəmətilə üç xalqa, yəni ermənilərə,

albanlara  və gürcülərə, əlifba düzəldən birinci vardapertlərdən

olan şəxs

94

  sonralar  Qüds  şəhərinə  ziyarətə  gedir.  Öz  şagirdlərilə,



içində    İsa  xaçının  zərrəcəyi  olan    qızıla  tutulmuş  gümüş  xaçla

Qüdsdən qayıdanda  Erməniyyəni keçir və  Şərq ölkəsinin Uti

vilayətinə gəlir.

95

 Burada onlar  Gis (Kiş) adlanan kəndin yanında



mamırlı və bataqlıq yerdə yaşayırdılar. O, xaçpərəstliyi burada

yenidən canlandırıb  möhkəmləndir və Udin vilayətində, Albaniya,

Lipiniya, Kaspiya, Çola keçidinə qədər uzanan torpaqlarda və

vaxtilə Makedoniyalı  İskəndər

96

  əsir edib, buraya, Böyük Qafqaz



dağları yaxınlığına  köçürdüyü qarqarlar və kamiçik eftalitlər

97

qəbilləri arasında İncili təbliğ edir.  Bunları xaçpərəst edib



keçmişdə öyrəndikləri  və sonradan  yaddan çıxardıqları ibadət

qaydalarını öyrədirdi. Elə həmin vaxt dağlar ətəyində yaşayan

qəbilər arasında  sanballə din təbliğatçısına  dönüb bunlar



52

Müqəddəs Kitabla tanış edirdi.

 Oradan qayıdıb rəhmsiz knyazların hədəsindən qorxaraq

yenə bataqlıqda gizli yaşayır. Allah kilsəsinin nüfuzunu günbəgün

artırırdı. Lakin Şeytan qəddar zalımların baş – beynini aparmış və

bunlar qeyzlənərək onu öldürməyə tələsdilər. Maştos isə Müqəddəs

Ruhdan xəbərdarlıq  alıb tələsik quyu qazır, həmin xaçın zərrəciyini

kiçik mücrüyə qoyur və mücrünü quyuda  gizlədir. Bundan sonra

öz sadiq şagirdlərilə  Maştos  ibadət edir və iki dəstəyə  bölünüb bir

– birlərindən ayrıldılar. Birinci dəstə vilayətləri gəzib xaçpərəstliyin

təbliğiylə məçğul oldu. Basdırılmış zərrəciyin  yanında qalanlar isə

bir neçə gündən sonra əzablar tacına layiq oldular.  Onların əzab

aldıqları yerdə əlamətdar hadisələr və möcüzələr aşkar olundu. Bu,

dəfələrlə təkrar olunan möcüzələri  görən dinsizlər başa düşdülər ki,

hadisələr Allah işidir  və  Ona inanıb elliklə xaçpərəst oldular.

Bu möcüzələri tez –tez görən yeni xaçpərəstlərdən birisi

zərrəciyin basdırıldığı yerin  üstündə sovməə tikir və taxta qutu

düzəldib, onun içinə  əzabla öldürülənlərin qaxımış cəsədlərini

yığıb onları hər il yad etməyə and içir. Xəstələrin çoxu bu yerdə

əlac tapıb dinə inamları daha da artırdı.  Onlar xaçın zərrəciyi

üstündə Allahın adına bir kilsə tikirlərki, onu indi Kiş kəndinin

Köhnə Kİlsəsi deyə adlandırırlar.  Sonralar, uzun illər keçəndən

sonra Aranşahlar nəslindən olan nəcib knyaz Varaz Firuz

98

  əmin



Köhnə Kilsəni  bərpa etmək istədi, amma kərpicdən tikilmiş


53

günbəzin üstünü çəkə bilmədi, çünki xaçın zərrəciyi və qaxıçış

cəsədi buna mane olurdular.



54

ON ALTINCI FƏSİL

Mesrobun  Albaniyanın çarı Arsvagenin

99

 yanına

gəlməsi, burada əlifbanı təkmil etməsi, məktəbləri

yenidən açması, ölkədə qalmış bütpərəst məzhəblərin

kökünün kəsilməsi və Albaniyada xaçpərəstliylin

möhkəmlənməsi.

O zaman ki,  yunanların imperatoru Kiçik Fedosi idi

100

,

Ermənilərin çarı Vramşapux idi



101

, İran şahı Yezdəgird idi

102

,

Arsvagen isə Albaniyanın çarı, Albaniyaya, bizim patriarxımız



Yeremiya və çarımız Yesvagenin yanına həmin Mesrob gəldi.

Onların hər ikisi (Arsvagen və Yeremiya) ona maarifçilik

fəaliyyətində kömək etməyə razılıq verib, (o, müqəddəs ruhun

köməyilə  erməni və gürcülərə əlifba yaradıb) və məmuniyyətlə ona

şagirdliyə fərasətli gəncləri təhkim etdilər. Onlar Sünikdən

(Zəngəzurdan)  Bəncamin adlı tərcüməçini  dəvət etdilər və onu

Sünikin gənc knyazı Vasaq

103


 yepiskop Ananiyanın  xahisi ilə

Albaniyaya göndərdi. Onlar Mesrobun yanına gəlib, onunla birlikdə

qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını

yaratdılar. Bundan sonra  Maştos burada öz şagirdi Yovnatanı dini

qəyyum vəzifəsində qoyub və çar sarayına keşişlər təyin  edib,

Erməniyyəyə qayıdır. Oradan  o, Bizansa, imperator Fedosinin

yanına gedir. Qayıdıb öz şagirdlərilə səyahətə çıxır. Sonra xəbər



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə