Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə17/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   13   14   15   16   17   18   19   20   ...   85

71

erməni torpağında göstərdiyi böyük möcüzə və  əlamətdar şeylər

haqda eşitməmişdi və bilməmişdi ki, ermənilər çoxlu yanlış

cığırlardan həqiqi Allahın yoluna necə gəlib çıxmışlar.  Allahı  dərk

etməklə və Onun mərhəməti sayəsində  ermənilər bütpərəstliyin  ağır

boyunduruğunu, atıb, qanadlarını çırpıb qalxdılar, parıldadılar və

səmaya yüksəldilər.

Bütün bunları eşidən Urnayr daha tərəddüd etmədi və heç bir

elçi göndərmədən özü, əyanları, nahararları və saysız- hesabsız

qoşunları ilə yola düşüb gəldi Trdatın sarayına. Trdat onu qardaş

kimi məhəbbətlə və dostcasına qəbul edib müqəddəs Qriqorun və

bütün erməni əyanlarının yanında öz niyyətləri haqda danışdı.

Çarımız Urnayr Qriqorinin qabağında səcdə etdi, ayaqlarını

qucaqlayıb əlindən öpdü və onlara bütpərəstlik səhvlərindən

danışaraq keçmiş günahlarının bağışlanmasını xahiş etdi. Müqəddəs

Qriqor onu Allah Oğlunun gəlməsiylə ruhlandırıb dedi ki, o

mühakimə üçün yox, bağışlamağa, öldürmək üçün yox, xilas etməyə

və yer üzündən gedənlərə axirəti vəd etməyə gələcəkdir.

Bunları eşidib çarınız Urnayr özü və bütün yanında olan

ordusu qırx gün pəhriz saxlayıb bütün keçmişdəki günahlarından və

bəd əməllərindən üz döndərib tövbə etdilər. Şeytanın və onun bütün

əməllərindən öz döndərib Müqəddəs Üç Uqnuma iman

gətirmələrinin əllinci günündə Urnayr və onun adamları müqəddəs

suya girdilər. Sudan da sinələri Müqüəddəs Ruhla dolmuş çıxdılar.

Bu münasibətlə albanlara Trdatla Konstantinopoldan  gələn keşişi



72

qoşdular və Urnayr aldığı hədiyyələrlə vətəninə - Albanlar ölkəsinə

qayıtdı. Burada o, havarilərin qanunları əsasında əhaliyə dərs verir və

xaçpərəstliyə daxil edirdi. Camaat hamılıqla lazım olan mərasimdən

keçirildi və adları həyat Kitabına yazıldı. Ölkədə olan iblislər

qovuldu, qurbanlar və hədiyyələr yandırılması adəti ləğv olundu,

günahlar lənətləndi, həqiqət yüksəldi, gözə görünməyən Nur hökm

sürdü, zülmət isə aradan götürüldü. Kilsənin payları və barları

müəyyən olundu: xırman və  şirəxanalarda, tarla və  ərzaq

anbarlarından və bütün ev heyvanlarından – onda bir hissəsi,

Kilsənin payına torpaqda düşdü və sizin sələfləriniz, sənin dədə -

babaların vaxtında hər yerdə nizam – intizam bərqərar olundu və bu

nizam sənin əcaib hakimlik dövrünə qədər davam edir

Hələ birinci insan Adəmin vaxtında qoca olan iblis sənin

ataların inamından doğulmuş gözəl təbiətinin  intibahını birinci

görmüş və buna görə də kinli düşmənin canına vəlvələ düşdü və o,

şübhələndi ki, bəlkə Albaniyaya xilasedici həqiqət gəldiyi kimi

həqiqət  başqa  Şərq  ölkələrinə  də  daxil  ola  bilər.  Və  İblis  pak

Əyyubun vaxtlnda ümidsiz qaldığı kimi

1

 indi  daha  çox  tələsir,  daha



dərin ümidsizliyə qərq olmuşdu. İblis bütün zülmət qüvvələrini

toplayıb onlara onu üzən bəd niyyəti haqda söhbət etdi. Hamı

qorxuya düşdü və sarsındı və birləşərək çıxış yolu axtardılar . Onlar

dedilər:”  Üzmə  özünü,  ey  qəhrəman!Bizim  azmağımız  onun

həqiqətindən daha qədimdir. Zəif heyvanın köməyi ilə sən birinci

1

 İncil. Əyyubun kitabı, I fəsil.




73

İnsana qalib gəldin. Münkündürmü ki, indi sən onun cocuqlarına

böyük çarın vasitəsilə qalib gəlməyəsən?”

Bunu deyib onlar sənin üstünə sahili olmayan dəryanın

sularını qaldırdılar:çox şiddətli küləklər əsdi, dəniz dalğalandı və

ləpələr göyə qalxdı. Dəniz köpdü, suları qalxdı, aşdı və çöllərlə

dağları murdar etdi. Elə həmin vaxt sənin üzərinə vəhşi heyvanlar,

müxtəlif rəmzlər, səsli alətlər, şeypurlar, ağac kimi uzun nizələr,

şimşək kimi parıldayan qılınclar, qızılı qalxanlar və sərt mizraqlarla

müşayiət edilən çox saylı bütpərəst qəbilələr basqın etdilər. Gör bu

dünyəvilər siz mənəviləri necə qorxudur, sürüməyə məhkum olanlar

siz əbədilərə necə ölüm istəyir və dinsizlər sənin kimi gözəl dini

qələmi necə də kəsmək niyyətində idilər. İki, yox üç dəfə onlar

məğlub oldular, lakin heç də utanmadılar.

Amma O ki, səmalarda cülus edib bütün dünyaya nəzər salır.

O ki, bütün bunları görüb gözəl qanunlara tabe olanlarla, bu

nümunəni yalnız sənin sifətində görüb icazə verdi ki, sobada yanan

alovun hərarəti səni əhatə etsin. Sənin düşmənlərin tikan kimi od

tutub yandılar. Sənsə qızmar sobada olan oğlan kimi

128


 atəşin gücünü

yatırtdın, qığılcımlarlın hərarətini qızıl günün sərinliyində və

tüstünün qaralığını zanbağın bəyazlığına çevirirdi.Sən odun

məhvedici təbiətini yaradıcı qüvvəyə çevirdin və köməyinə

səmalardan Müqəddəs Ruhu çağırdın. Onların müdrik adamları

səfehləşdi, cəsurları qorxaq oldu, hədələri kəsildi, qəhrəmanları

gizləndi, qüvvələri isə tükəndi



74

Bəxtiyarsan və sənin yanında olanlar da bəxtiyardı.Sən kiçik

bir rəqəmdir, indi isə saysız - hesabsız görünməzsən. Sənin nizən

İsanın nizəsidir, sənin Allah əsgərinin silahıdır. Sənin surunun  səsi

qiyamət günündə səmalrdan zühur edn Allahın məlaikəsi Cəbrail

surunun səsi kimidir. Bu səs ərzi titrədər, qayaları titrədər, qəbirləri

dağıdar, ölüləri dirildər, qocaları gənc edər və hökm çıxarıb

bəzilərini sola, o birilərini isə sağa göndərər. Bütün  bunlar isə vahid

allaha layiqdir.

 Sənə isə, vəfalı və sevgili quluna və Səltənətinin varisinə

Allah qabaqcadan, Qiyamət günündə olduğu kimi səma töhfəsini

bəxş edəcək. Kim ki, kinilə fəxr edirdi- təşvişə düşdü, yalnış

fikirlərində məğrur olan səfehləşdi. Sənin silahdaşlarının hər şeyini

iki xüsusiyyəti var: əgər onların zirehləri bədənlərini müdafiə edirsə,

həmin zirehlər dinidə müdafiə edir; əgər dəbilqəsi qılınc zərbəsindən

qoruyursa, həmin dəbilqə xilas dəbilqəsidir; əgər qalxanın sinəni

zərbələrdən müdafiə edirsə, demək sənin əlində  İnam qalxanı var;

əgər qüvvətli əlin oxu düz atırsa, həmin oxla bərabər sənin müqəddəs

duaların səmalarda yüksək olan Allaha gedib çatır; əgər sənin

səxavətli əlində olan qılınc parıldayırsa, onunla bərabər məlaikələr

arasında sənin saf inamın parıldayır. Sənin bayraqların səmalar

bayraqlarıdır və sənin nizənin  ucunda olan nur Günəşin şüaları kimi

parıldayır.

Bax, elə buna görə də sözümün əvvəlində məni qorxu əhatə

etmişdi, çünki sözlərdən yüksək olan şeylər haqda danışmağa ozümü



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə