Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə19/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

79

çalaraq hamının canını sevindirdi. Yer üzündəki günahlara səbəb

olan böyüklüyünü tərk edərək sən Səmavi əzəmətiylə birlikdə ədalətə

varis oldun. Bütün yer üzündəki zövqlərdən əl çəkərək, sən İsaya

yaxın olub sakitlik limanına gəlib çatdın. Və bütün sözlərimi bir yerə

toplayıb deyərəm ki, sən insan olub mələk oldun, yer üzündə

qohumların var idisə, səmalarda İsanın qardaşı oldun, fani idin əbədi

oldun. Lakin əbədi təkcə sən deyilsən, ancaq çoxlu fanilərə həyat

verə bilərsən, çünki İsanın hüzurunda cəsarətin var. Sən məlaikələrin

istəklisisən, insanlar sənin həsrətini çəkir, amma ən çox həsrət çəkən

səndən uzaqda olan mənəm, çünki mən sənin ən qəddar Şeytanla

görünməz döyüşdə silahdaşın olmamışam

İndi isə mən heç danışmıram ki, sən məndən inciyəsən və

tənbəlliyimi yada salasan, mən ancaq sənə yalvarıram ki, sən öz

təbrik məktubunda mənim dərdimi yox edəsən. Sən ki, İsaya bənzər

müsibət çəkən olmusan, onun kimi də hər şeydə ona bənzər ol. Əgər

o, onunla birlikdə çarmıxa çəkilmiş quldurların günahlarını

bağışlamağa çağırırdısa, mənim tənbəlliyimi bağışlamaq sənin üçün

daha da yaraşıqlı olar. Çünki möhkəm ürəkli və sağlam bədənli O

yaradan səni öz oğulluğuna götürməyi layiq bilibdirsə, O, həmişə

bizə imkan verər ki, səni bu dünyada bədəncə və qəlbdən sağlam

görək və sənin xeyirli və səxavətli həyatından zövq alaq. İsa naminə

sağ ol və uzun illər haqqımızda dualarda olub İsa məhəbbətiylə alış –

daşasan!



80

İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Albaniya çarı Vaçaqanın həyatı və fəalliyyəti;

Albaniyada yaratdığı müəssisələr; Müqəddəs

cəsədlərin tapılılması

Otuz il ərzində çar Vaçedən Mömin Vaçaqanadək Albanlar

ölkəsi çarsız qaldı

130


. Bunun səbəbi onda idi ki, İranın pozğun və

rəhmsiz şahı Firuz

131

 quduz it kimi qəzəblənib özündən çıxaraq, yer



üzündə bütün başqa məmləkətləri özünə tabe etmək, kilsələri

dağıtmaq, xristian dinini ləğv etmək  və bütün ondan asılı olan

torpaqlarda ağılsız bütpərəstliyi bərqərar etmək istəyirdi. Elə buna

görə də o, öz mürtəd əliylə  İsaya sitayiş edən çoxlu müqəddəs və

cəfakeş insanların pak qanlarını tökmüşdür. Hətta qadın və uşaqlar

əsir alınıb göz yaşları və iztirablar içində  özgə ölkələrə qul kimi

sürgün olunmuşdular. O, erməni, gürcü və alban nahararlarının bir

çoxunu, divlərə sitayiş edən  məcusların dininə çevirərək canlarını

bədbəxt etdi – kimiləri zorla, kimiləri də hədiyyə və əzətli knyazlıq

hökmranlığıyla. Bir çox yerdə o, bütxana tikdirərək atəş önündə

murdar ilahilərə ibadəti gücləndirdi. Şərdə doğulmuş İblisin müxtəlif

bidətləri çoxaldı və Alban ölkəsinin bədbəxt əhalisinə iztirablar

gətirdi. O, əhalini üsyankarlıqda günahlandıraraq camaatı zəncirlə

buxoxlayaraq zindanlara atdı və zorla, istəmədən məcusların dinini

qəbul etdirdi. Öz xalqıyla birlikdə çar III Vaçaqan  da ixtiyarsız İran

şahının zalım və qaniçən tələbinə tabe olaraq məcus dinini qəbul




81

etməyə məcbur oldu. Amma gizlində III Vaçaqan daim ibadətdə və

pəhrizdə olub, İsanın dininə o vaxtadək etiqad edirdi ki, İsa naminə

müqəddəs əzab çəkənlərin  tökülmüş qanlarının intiqamını almaq

üçün müqəddəs kilsələrin söküb dağılmasına görə, günahsız qocalar

və gənclərin məhv olunmasına görə, qadınların və uşaqların əsarətə

aparmalarına görə də məcusların dinini qəbul edib əziyyət çəkən və

bu yolda həlak olan günahsız canlara görə bizi ən mərhəmətli Allah

ziyarət etdi. Öz qəzəb əsasını O, zalım və qaniçən İran şahının

üzərinə  eftalitləri qaldırdı və onlar İrana hücum edib təkərbbürlü

İran zadəganları ilə birlikdə çoxlu rəiyyət və saysız – hesabsız

qoşunlarını qırıb tökdülər.

132

 Bəlkə müqəddəs İsaya Babildəki



xəyalında məhz bu haqda qabaqcadan xəbər verirdi:” Mən öz

seçilmişlərimə əmr etdim və Mənim qəzəbimi yerinə yetirmək üçün

Mənim əzəmətimələ zəfər  çalan qüvvətlilərimi çağırdım. Dağlardan

sanki izdihamlı insan yığınından böyük gurultu, bir yerdə toplaşan

ölkələrin və xalqların qiyam gurultusu gəlir. Tanrı öz mübariz

ordusunu gözdən keçirir. Uzaq ölkədən, göylərin

qurtaracağındanbütün ərzi məhv etmək üçün Tanrı və Onun qəzəb

silahları gəlir. Zar- zar ağlayın, çünki Tanrının günü yaxınlaşır və bu

gün Onun tərəfindən dağıdıcı bir qüvvə kimi gəlir. Buna görə də

hamı yorulub əldən düşdü və hər bir adamın ürəyi əsib əridi. Dəhşətə

gəldilər, onları qıc və ağrılar tutdu; doğan qadın kimi əzab çəkirlər.,

üzləri alışıb yanır və onlar bir – birinə təəccüblə baxırlar. Budur,

Tanrının  amansız günü gəlir, qəzəblə, alovlanan qeyzlə gəlir ki, yer



82

üzünü səhraya çevirsin və bütün günaha batmışları məhv etsin.

 Mən Ərzi şərrinə görə, mürtədləri qanunsuz hərəkətlərinə

görə cəzalandıracağam, lovğaların əllaməliyinə son qoyacağam və

zülmkarların təkkəbürünü alçaldacağam. Bunun üçün səmaları

sarsıdacağam və Kürre- yi ərzi Tanrı alovlanan qeyzi günündə öz

qəzəbilə yerindən tərpədəcək. O zaman hər kəs öz torpağına, öz

yurduna qaçacaq. Lakin yaxalanan nizəylə deçiləcək, tutulan isə

qılıncla öldürüləcək. Onların körpələri öz gözləri qabağında

doğranacaq, evləri talan olunacaq, arvadları isə rüsvay ediləcək”.

1

Və həqiqətən, bu qabaqcadan verilən xəbər yenidən İran şahı



qəddar Firuzun gözü önündə yerinə yetirildi; və cəsur eftalitlər

Tanrının ilahi buyruğu ilə Onun qəzəbini söndürmək üçün şahın

üzərinə hücum etdilər. Əvvəlcə şahın gözləri qabağında onun zalım

oğulları, bütün əyanlarını və valilərini qılıncdan keçirdilər, onlarla

birlikdə  şahın saysız- hesabsız qoşunlarını məhv etdilər, sonra da

şahın özünü – mən qəddar Firuz haqda danışıram – özünü qılıncla

ikiyə parçaladılar. Şahın meyiti saysız  meyitlər arasında itib

batmışdı və onu insan kimi yox, eşşək kimi basdırdılar. Mürtəd şahın

yığdığı sərvətləri eftalitlər talan edib apardılar, iranlıların qadınları

rüsvay olundu. Onların uşaqlara da yazıqları gəlmədi, yetimlərə də

rəhimləri. Və həqiqətən, eftalitlər Tanrının böyük qəzəbini yatırdılar.

Qaniçən Firuz şahın bütün xalqlara gətirdiyi bəlaların yetmiş qatı

onun üzərinə düşdü.

1

 İncil. Havari İsayyanın kitabı, XIII, 3-6.




Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə