Moisey Kalankatuklu Albaniya tarixi



Yüklə 6,63 Mb.
Pdf görüntüsü
səhifə21/85
tarix12.10.2018
ölçüsü6,63 Mb.
#73576
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

87

İYİRMİ BEŞİNCİ FƏSİL

Çar Vaçqan şərdə doğulmuş sehrbazların uşaqları

üçün məktəblər açır. Murdar barmaqkəsənlər təriqəti

ifşa olunur və məhv edilir

Allah tərəfindən taxta çıxarılan çar Vaçaqan əmr etdi ki,

cadugər, sehrbaz, bütpərəst kahinlərin, barmaqkəsənlərin və ağı

verənlərin uşaqlarını yığıb məktəblərə versinlər və orada ilahi inama

və xaçpərəst həyat tərzinə öyrədib, onları, müqəddəs Üç Uqnuma

etiqad etdiribdinsizləri Allaha sitayiş yoluna yönəltsinlər. Həmin

gənclərin bir çoxunu öz şəxsi Rustak adlı kəndinə toplayıb, onların

yeməklərinə pul ayırdı və müəllimlər təyin edib əmr etdi ki, uşaqlara

dərs desinlər və onlardan xristian dininin bələdçiləri hazırlasınlar.

Hər dəfə çar öz kəndinə müqəddəslər xatirəsinə ibadət üçün

gələndə o, məktəbə gəlib cadugər və bütpərəst kahinlərin uşaqlarını

ətrafına yığırdı və bu uşaqlar əllərində kitablar və qrifel taxtaları şarç

dövrlərinə alırdılar. O, zaman çar onlara əmr edirdi ki, hamı birdən

ucadan oxusun, özü isə qulaq asıb sevinir və xəzinə tapmış insandan

daha çox onlarla fəxr edirdi.

Bundan sonra Vaçaqan bəlalı barmaqkəsənlər və ağı verənlər

təriqətinə mənsub olanları axtardı, ifşa və istintaq etməyə başladı,

çünki həmin təriqətlər insanları həlak edirdi. Bunu etmək fikrinə




88

gəldiyi zaman rəhmli Allah istədi ki, Mömin çar Vaçaqan bəlalı

barmaqkəsənləri ifşa edib  onları yer üzündən silib süpürsün. Çar

Vaçaqan eşitmişdi ki, bu bəla Albaniya ölkəsində çoxdan kök

salmışdır. Ondan qabaqkı Alban çarları onları ya tuta bilmirdilər ya

da ki, ümumiyyətlə, onları saymırdılar. Lənətə gəlmiş və kinli İran

mərzbanları onlardan bəzilərini tez- tez yaxalayırdılar, lakin rüşvət

alıb azad edirdilər.

Bu dəfə həmin təriqətə mənsub olanlar Kür çayı sahilində

olan bir meşəli mağarada gənc oğlanı tutub əl və ayaqlarını baş

barmaqlarını dörd payaya bağlayaraq öz murdar işlərinə, yəni gəncin

diri- diri dərisini soymaqla məşğul olduqları vaxt yan yoldan başqa

bir gənc keçirdi və barmaqları kəsilənin fəryadını eşidib gizlincə

mağaraya girib və insan qatillərinin murdar əməllərinin şahidi olur.

Gənci görən qatillər onun dalınca qaçıb tutmaq istədilər. Canını

onlardan qurtarmaq üçün gənc oğlan özünü böyük Kür çayının

sularına atdı və çayın ortasında olan adacığın üzərində ağac görüb

təqib edənlərdən qorxaraq ağac tərəfə üzüb onun üstündə

gizləndi.Amma həmin adamların sir- sifətini yadında saxladı. Gənc

oğlan xilas olub, çayı üzüb keçdi və çarın hüzuruna gələrək

gördüklərini ona söylədi.

Bunu eşidən çar Vaçaqan  ibadət edib insansevər İsaya

təşəkkür duasını oxudu və bütün kilsə camaatına əmr etdi ki, pəhriz

saxlayıb Allaha dualarda olsunlar ki, ölkədə mürtəd bütpərəstlik ifşa

olunub  məhv  edilsin,  çunki  İblis  öz  əsabələrinin  baş  –  beyninə  o



89

qədər təsir edib ki,həmin murdar təriqətin üzvləri heç vaxt öz çirkin

əməllərini boyunlarına almazlar. Çar əmr etdi ki, gəncin

öldürülməsində iştirak edənlərin  və haqlarında səs – xəbər

yayılanların hamısını həbs etsinlər. Bundan sonra tutulanlara əzab -

əziyyət verdilərsə, döydülərsə, bu canilərin heç birinə təqsirlərini

boyunlarına aldıra bilmədilər. Bundan sonra çarın əmriylə caniləri

yerə yıxıb burunlarının deşiklərinə acı sirkəylə  şoranın qarışığını o

vaxta qədər tökdülər ki, onların göz bəbəkləri ağarıb gözün

yuvasında hərləndi, ancaq onlar yenə də bu əzablı işgəncələrə tab

gətirib heç bir şeyi boyunlarına almayıb, hər şeyi rədd etdilər

və“yox!” dedilər.

Amma Allah, yuxarıda dediyimiz kimi, buyurmuşdur ki,

həmin mürtəd təriqət çar Vaçaqanın vasitəsilə məhv olunmalı, yer

üzündən silinməlidir və buna görə də çar onların cinayətlərini öz

müdrikliyilə boyunlarına aldırdı. O əmr etdi ki, onların hamısını qətl

yerinə aparsınlar, sonra da onların arasından ən gəncini yanına

çağırıb ona öz qəti sözünü bildirdi: “ Əgər sən hər şeyi boynuna alıb

bu iblis yığıncağının əməllərindən doğru danışarsansa, mən əmr

edərəm ki, səni öldürməsinlər!” Və həmin gənc başını aşağı salıb

dedi:”Şeytan yanımıza insan şəklində gəlir və əmr edir ki, üç dəstəyə

bölünək və hər dəstədən üç nəfər yaxalayaq. Bu üç nəfər nə

yaralanmalı, nə də öldürülməlidirlər. Bunların diri – diri dərisi

soyulmalı və sağ əllərinin  barmaqları kəsilməlidir. Sonra şeytan əmr

edirdi ki, onların dəriləri döş qəfəsindən başlayaraq sol əlinin çeçələ



90

barmağınadək soyulsun. Sonra çeçələ barmaq kəsilib dəriylə bir

yerdə kənaratullanır. Həmin iş ayaqqlarla da görülürdü ta o vaxta

qədər ki, insan sağ qalır. Yalnız bundan sonra Şeytan əmr edirdi ki,

insanı öldürsünlər, onun bütün dərisini soysunlar, aşılayıb səbətə

qoysunlar.

Bu bədbəxt işin vaxtı çatanda həmin yerə artıq çoxlarımızın

gördüyü insan ayaqqlarına oxşayan üçayaqlı bükülən kürsü gətirirlər.

Kürsünün  üstünə  bahalı  paltarlar  qoyulur.  Şeytan  gələn  kimi  bu

paltarları  geyib kürsüyə oturur və üstündə barmaq olan doqquz

öldürülən adamın dərilərinin vəziyyətini yoxlayır. Şeytana düşən

qurban payını gətirə bilmədikdə o, əmr edir ki, ağacın qabığını

soysunlar. Onla isə ona öküzü və ya qoçu qurban kəsirlər və Şeytan

özü  bədxah  xadimlərilə  yeyib  –  içir,  kef  edir.  Bu  zaman  elə  orada

hazır olan yəhərlənmiş at durur və Şeytan atlanıb, o, qədər yol çapır

ki, at əldən düşüb dayanır və elə bu an Şeytan yox olur. Hər il Şeytan

bunu təkrar edir”.

Bundan sonra gənc oğlan həmin mürtəd təriqətinə daxil olan

kişi və arvadları barmağı ilə çara göstərdi. Sonra təriqətin başqa

üzvləri də gəlib, gəncin dediyini təkrar etdilər.

Sonra çar hər şeyi açan gəncə belə dedi:”Necə ki söz

vermişəm ömrünü sənə bağışlayıram. Amma indi onlar başqalarla

necə rəftar edirdilər, sən də onlarlə elə etməlisən”. Çarın əmrini alan

gənc camaatın hüzurunda  onlarla qəbul etdikləri qaydalarla rəftar

etdi. Çarın əmrilə sağ qalanların hərəsini öz kəndinə aparıb kənd



Yüklə 6,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə