Müəssisələrin maliyyəsi dövlətin maliyyə sisteminin mühüm bölməsi olmaqla
maddi istehsal sahələrində cəmiyyətin ümumi daxili məhsulunun bölüşdürülməsi
yolu ilə mərkəzləşdirilmiş pul vəsaiti fondunun və büdcə gəlirlərinin
formalaşmasını təmin edir. Büdcə gəlirlərinin əsas hissəsi maddi istehsal sferasında
olan müəssisələrinin ödəmələri hesabına formalaşır.
Maddi istehsal sferasında fəaliyyət göstərən və müxtəlif mülkiyyət formalarında
olan müəssisələr dövlət büdcəsinə qanunvericilikdə müəyyən edilən ödəmələr
verirlər.
Dövlət büdcəsindən iqtisadiyyatın inkişaf etdirilməsinə, o cümlədən
müəssisələrə, maddi istehsal sferasının müəssisələrinə maliyyə yardımları verilir.
Maddi istehsal sferasında fəaliyyət göstərən istehsalın müxtəlif sahələri üzrə
ixtisaslaşmışdır. Bu müəssisələrdə məhsulların( iş və xidmətlər) istehsalı və
satışına xərc çəkilir. Xərclər material və pul xərclərinə bölünür. Material xərclərinə
xammal və material, yanacaq, yarımfabrikatlar,amortizasiya ayırmaları,digər
material xərcləri, kənd təsərrüfatında toxum, mineral gübrələr, yanacaq və
yağlayıcı materiallar, yem və digər material xərcləri daxildir.
Pul məsrəflərinə işçilərin əmək haqqı, əmək haqqına üstəlik vergilər ödəməsi,
sığorta haqqı, bank kreditlərinə görə ödənilən faizlər və digər pul məsrəfləri
daxildir. Maddi istehsal sferasındakı müəssisələr həm də məhsulların satışına xərc
çəkirlər. Məhsulların istehsalı və satışına çəkilən xərclər məhsulun tam maya
dəyərini təşkil edir. Məhsulların istehsalı və satışına çəkilən xərclər satışından əldə
edilən pul gəlirləri hesabına ödənilir. Əsas istehsal fondlarının təkrar istehsalı və
bərpa edilməsi xərcləri birinci növbədə amortizasiya ayırmaları hesabına ödənilir.
Xərclərin tərkibi və quruluşu istehsalın istiqamətindən asılı olaraq fərqlənir.
Müəssisələrin maliyyələşdirilməsi üçün xüsusi vəsait çatışmadıqda cəlb edilən
vəsaitlər və kreditlərdən istifadə edilir. Bundan başqa maliyyə çətinliyinini aradan
qaldırılması üçün büdcə vəsaiti və büdcədənkənar fondların vəsaitindən də
istifadə edilir.
Məhsulların( iş və xidmətlərin) satışından pul gəlirləri satılan məhsulların
miqdarı və məhsul vahidinin satış qiymətinə əsasən hesablanır. Satışdan pul
gəlirlərinin ( mənfəətin) həcminə satılan məhsulların miqdarı və keyfiyyəti birbaşa
təsir edir. Fəaliyyətin yekun maliyyə nəticəsini əks etdirən göstəricisi mənfəət(
zərər) və rentabellik səviyyəsidir. Mənfəət satışdan əldə edilən pul gəlirlərindən
məhsulların tam maya dəyərini çıxmaqla hesablanır. Rentabellik müəssisənin
gəlirlilik səviyyəsini ifadə edir.
KitabYurdu.az
87
Maddi və qeyri- maddi istehsal sahələrində maliyyə təşkilinin əsas
istiqamətlərindən biri maliyyə planlaşdırılmasıdır. Maliyyə planlaşdırılması
maliyyə planlarının tərtib edilməsi və icrası yolu ilə həyata keçirilir. Maliyyə
planlaşdırılması özündə maliyyə və kredit resurslarının plan üzrə hərəkətinin
müəyyən edilməsi prosesini ifadə edir. Maliyyə planlaşdırılmasının obyekti pul
vəsaiti fondu, onların formalaşdırılması mənbələri və digər göstəricilərdir. Maliyyə
planlaşdırılmasının aşağıdakı metod və üsulları var: iqtisadi təhlil, əmsal,
normativ,iqtisadi- riyazi, balans metodu. Onlar maliyyə planını əsaslandırmaq üçün
bir- birini tamamlamaqla eyni vaxtda tətbiq eidlir.
Maddi istehsal müəssisələrində maliyyə planı gəlirlər və xərclər balansı
formasında tərtib edilir. Gəlirlər və xərclər balansında müəssisənin pul formasında
gəlirləri, xərcləri, əsas və digər fəaliyyət növləri üzrə maliyyə nəticələri,
satışdankənar gəlirlər və xərclər üzrə büdcəyə ödənişlər və büdcə vəsaitləri əks
olunur.
Müəssisənin gəlirlər və xərclər balansı iki hissədən ibarətdir:
1.
Gəlirlər və daxilolmalar
2.
Xərclər və ayırmalar.
“Gəlirlər və daxilolmalar” bölməsində aşağıdakılar əks olunur:
- satışdan gəlirlər
- əmlakın icarəyə verilməsindən gəlirlər
- müştərək müəssisələrdə iştirakdan gəlirlər
- xidmətlərin göstərilməsindən
- kredit və borclar
- digər daxilolmalar.
“Xərclər və xaricolmalar(ayırmalar)” bölməsində aşağıdakılar əks olunur:
- dövlət büdcəsinə ödənilən vergilər
- geniş təkrar istehsala, sosial sahələrin saxlanılmasına xərclər
- elmi- tədqiqat işlərinə çəkilən xərclər.
- uzunmüddətli kreditlərin və borcların ödənilməsi və kreditlərə və borclara görə
faizlər.
- digər xərclər.
Istehsalın inkişafına büdcə xərcləri.
KitabYurdu.az
88
Iqtisadiyyatın, o cümlədən maddi istehsalın inkişafında dövlət büdcəsinin
böyük rolu vardır. Dövlət büdcəsindən ayrılan real investisiyalar müəssisələrin
dinamik inkişafını təmin edir və aşağıdakı vəzifələri yerinə yetirməyə imkan verir:
1) maliyyə və maddi ehtiyatlar hesabına sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi.
2) yeni müəssisələrin yaradılması.
3) yeni biznes sahələrinin mənimsənilməsi nəticəsində diversifikasiya.
Investisiya fəaliyyətinin subyektlərini investorlar, sifarişçilər, iş icraçıları,
investisiya fəaliyyəti obyektlərinin istifadəçiləri təşkil edirlər.
İnvestorlar uzun müddətli investisiya qoyuluşu formasında xüsusi, borc və cəlb
edilmiş vəsaitin məqsədli istifadəsini təmin edirlər.
Sifarişçilər investorlar, həmçinin investora məxsus investisiya layihələrinin
həyata keçirilməsinə səlahiyyəti çatan hər hansı fiziki və hüquqi şəxslər ola
bilərlər. Əgər sifarişçi investor deyilsə, o müqavilə ilə müəyyən olunmuş
investisiyalardan müəyyən dövr və səlahiyyət çərçivəsində istifadə və sərəncam
vermək hüququna malikdir.
Investisiya fəaliyyətinin istifadə obyektləri investorlar, həmçinin investisiya
fəaliyyəti obyektləri yaradan hüquqi və fiziki şəxslər dövlət və bələdiyyə orqanları,
xarici dövlətlər və beynəlxalq təşkilatlar ola bilərlər.
Azərbaycan Respublikasında investisiya fəaliyyəti obyektləri aşağıdakılardır:
-
iqtisadiyyatın bütün sahələrində yeni yaradılan və modernləşdirilmiş əsas
fondlar;
-
qiymətli kağızlar;
-
elmi- texniki məhsul və mülkiyyətin digər obyektləri;
-
əmlak hüququ və intellektual mülkiyyət hüququ.
Azərbaycan Respublikasının dövlət investisiya siyasəti sahəsində iqtisadi
islahatların keçirildiyi dövrdə ciddi dəyişikliklər baş vermişdir. Büdcədən əsaslı
tikintiyə vəsaitin azaldılması ilə yanaşı müəssisələrin və digər mənbələr hesabına
yaranan büdcədənkənar fondların bu sahələrə kapital qoyuluşu artmışdır.
Hazırda kapital qoyuluşu məqsədli proqramların maliyyələşdirilməsinə
yönəldilir. Məqsədli proqramların həyata keçirilməsi nəticəsində təsərrüfatın
mühüm sahələrinə maliyyə vəsaiti ayırması imkanları da genişlənir.
Bir
çox müəssisələrin maliyyə vəziyyətinin pisləşməsi, büdcə
maliyyələşdirilməsinin kəskin azalması, yüksək faiz dərəcəsi şəraitində
uzunmüddətli kreditlərin alınmasındakı çətinliklər, təsərrüfat fəaliyyətinin
KitabYurdu.az
89
Dostları ilə paylaş: |