Mövzu №3 İntellektual inkişafında pozulmaları olan uşaqların pedaqoji-psixoloji xüsusiyyətləri.



Yüklə 22,63 Kb.
səhifə4/9
tarix31.12.2021
ölçüsü22,63 Kb.
#81326
1   2   3   4   5   6   7   8   9
mövzu 3 yeni

Orta dərəcə (ağır dərəcə və orta dərəcə) – Ağır dərəcəyə nisbətən orta dərəcəli əqli geriliyin bir qədər yüngül formasıdır. Orta dərəcəli əqli gerilikli şəxslərdə nitqə, çox da çətin olmayan, sadə əmək vərdişlərinə yiyələnmək imkanına malikdirlər. Lakin, dərk etmə, hafizə, təfəkkür, emosional-iradi proseslərin, dilin kommunikativ funksiyaların inkişafdan geri qalması onların təlim-tərbiyə işini ciddi şəkildə çətinləşdirir. Hüquqi cəhətdən belə şəxslər ağır dərəcəli əqli geri şəxslər kimi, əmək qabiliyyətli hesab edilmirlər və valideyn himayəsinə verilirlər. Həddi buluğa çatdığda isə ağır dərəcəli əqli geri şəxslər kimi xüsusi uşaq müəssisələrində saxlanılırlar. Amma son illərdə, orta dərəcəli əqli gerilikli şəxslərə elementar hesab, oxu, yazı hətda xüsusi müəssisənin nəznində xüsusi təşkil olunmuş emalatxanalarda elementar əmək vərdişlərini əldə etmək imkanı yaranır.

Ağır dərəcə - əqli geriliyin ən ağır dərəcəsi olub, ağır dərəcəli əqli geri şəxslər özünəməxsusus keyfiyyət və əlamətləri ilə digərlərindən kəskin fərqlənir. Belə ki, şəxslərdə baş beyin qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə etdiyindən onlarda nəinki intellekt çox aşağı səviyyədə inkişaf edir, həm də hərəkət, nitq, eşitmə və digər analizatorlar da inkişafdan qalmış olurlar, eyni zamanda özünə xidmət vərdişləri formalaşmır. Bu şəxslər səliqəsiz, pinti görkəmli olur. Ağır dərəcəli əqli geri şəxslər ətraf aləmi mənalandırıb qavraya bilmir, onun emosional-iradi sferası, idrak prosesləri kobud pozulmalara malik olur. Onlarda nitqin hərərkət və tənzimetmə funksiyası çox ləng və məhdud, bəzi hallarda heç inkişaf etməmiş olur. Ağır dərəcəli əqli geri şəxslərdə təzahür edən emosional reaksiyaların qıcıqlanması, şüurda baş verən əqli proseslər deyil, instinktlərdir. Bu səbəblədə gözlənilməz hərərkətlər edirlər. Müstəqil istiqamətlənə, özlərinə nəzarət edə bilmədiklərindən ağır dərəcəli əqli geri uşaqların ətraf mühitdən təcrid olunması, daim nəzarətdə saxlanılması və yardım göstərilməsi zərurəti yaradır. xarici görkəmlərinə görə sakit, məzlum, yazıq görkəmli olmalarına baxmayaraq, onlar üçün aqressivlik xarakterikdir. Bəzən oturduqları yerdə yırğalanır, yuxarı-aşağı ətrafları ilə qəribə hərəkətlər edir, gözlənilmədən yaxınlıqdaki adamlara hücum çəkir, onları cırmaqları, dişləyir, özlərini ora-bura çırpır, zərər yetirirlər. Onlarda digər oliqofrenlərlə müqayisədə nevroloji, somatik pozuntular daha çoxdur. Bu cür şəxslər təlim-tərbiyəyə cəlb edilə bilmirlər və valideynlərinin razılığı ilə Sosial Təminat Nazirliyi sisteminin xüsusi uşaq evlərinə yerləşdirirlər. Burada onlara lazımi tibbi yardım və qulluq göstərilir.
Oliqofreniyanın ağırlıq dərəcəsi onu yaradan səbəblərin inkişaf xüsusiyyətləri ilə izah olunur. Kliniki baxımdan oliqofreniyanın formalarının müəyyən olunması bir neçə mərhələdə aparılır.

Birinci mərhələdə pozulmuş inkişaf mənzərəsi təsvir olunur. Bu mənzərə psixi və fiziki infantilizm (özündən əvvəlki inkişaf mərhələsinin təkrarı) təsiri yaradır. Bu şəxslərdə öz yaşı ilə müqayisədə erkən yaş dövrünün somatik oxşarlıq əlamətləri qeydə alınır. Onların hərəkətləri yüngüllüyü və plastikliyi kifayət qədər əlaqələndirilməsi, əhatəli, düşünülmüş deyil, təsadüfi, situativ və sadə məqsədlərlə qurulması ilə xarakterizə edilir. Sinir sisteminin zəifliyi yeni hərəki formaların mənimsənilməsindəki çətinliklərdə özünü göstərir. Onların maraqları oyunlarla məhdudlaşır. Bu halda asan istiqamətlənir, situasiyanı asan başadüşürlər.

Müasir XBT-10-a görə (Xəstəliklərin Beynalxalq təsnifatı) oliqofreniyanın təsnifatı belədir:


Yüklə 22,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə