Mövzu Biznesin təşkilati-hüquqi formaları



Yüklə 171,5 Kb.
səhifə2/15
tarix15.01.2022
ölçüsü171,5 Kb.
#82901
1   2   3   4   5   6   7   8   9   ...   15
3. Biznesin təşkilati formaları tam.mühazirə çək

Təsərrüfat subyektləri- təsərrüfat fəaliyyətini apararaq mülkiyyətini öz şəxsi istehlakı üçün deyil, təsərrüfat dövriyyəsində istifadə edənlərdir. Belə subyektlər bazar iqtisadiyyatında müstəqil, eyni hüquqlu fəaliyyət göstərən firmalar, müəssisələr, şirkətlərdir.

Baxmayaraq ki “şirkət”, “təşkilat”, “firma”, “müəssisə” anlayışları elmi ədəbiyyatlarda da, təcrübədə də eyniləşdirilllər, onlar arasında müəyyən fərqlər var. Sadaladığımız formalara istehsal komleksi və istehsalın nəticəs kimi baxılanda bu fərqlər elə də vacib deyil. Amma bu fərqlər idarəetmə və hüquqi nöqğeyi-nəzərdən mütləq nəzərə alınmalıdırlar, çünki təsərrüfat subyektlrinin statusunu, tabeçilik mexanizmlərini müəyyənləşdirirlər.

Bu fərqlərə nəzər salaq. Məsələn təşkilat nədir?

Təşkilat- müəyyən funksiyaları yerinə yetirmək, qarşılarına qoyulan müyyən məsələlərin həlli üçün yaranan , müəyyən struktur çərçiəsində birgə fəaliyyəti həyata keçirmək üçün insanların birlşməsi formasıdır.

Firma isə – müəssisənin, şirkətin, kommersiya təşkilatının ümumi adıdı. Ronald Krouza görə firma- ilkin resursları son nəticəyə çevirən təşkilatdır. Belə yanaşmaya görə hər təsərüfat subyekti firma adlana bilər. Daha ənənəvi firma konsepsiyası- ümumi məqsədəin həllinə istiqamətlənən və sahibkarıq fəaliyyətin yerinə yetirmək üçün müxtəlif müəssisələrin birləşməsi sayılır.

Müəssisə- hüquqi statusu olan və öz sahəsi olan təsərrüfat subyektidir ki, işçi heyətin əməyinın istifadəsi əsasında məhsul istehsal edir, satır, işlər aparır, xidmətlər göstərir. Öz fəaliyyətinin son nəticəsinə və əmlakına mülkiyyət hüququna malikdir.

Ümumiləşdirərək belə fikrə gəlirik ki təşkilat-münaibətlər strukturu, firma- sazişlər, maraqlar balansının axtarışı, müəssisə isə -istehsal strukturudur. Təsərrüfat subyektlərini əsas xarakterizə edən termin isə şirkətdir.



Şirkət- iqtisadi, ticarət, vasitəçi, sığorta və s. fəaliyyətin aparılması məqsədilə fiziki və hüquqi şəxslərin birləşməsidir. Şirkət- bir neçə təsisçilər tərəfindən razılaşma əsasında (əsasən onların maliyyə qoyuluşları əsasında) təsərrüfat cəmiyyətlərin və yoldaşlıqların müxtəlif formalarının yaradılmasıdır.

Təsərrüfat subyektləri 2 formada fəaliyyət göstərə bilərlər: fiziki yaxud hüquqi şəxs kimi.

a) Fiziki şəxs kimi:

- Fərdi sahibkarlıq

b) Hüquqi şəxs kimi:

- Tam ortaqlıqlar


- Kommandit ortaqlığı
- Məhdud Məsuliyyətli Cəmiyyət
- Səhmdar Cəmiyyəti
- Kooperativ

- unitar müəssisələr

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində fiziki şəxslər hüquqi şəxslərlə eyni hüquqlara malikdirlər.


Yüklə 171,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə