Mövzu İstehsal nəzəriyyəsi. Təsərrtifat fəaliyyəti



Yüklə 64,15 Kb.
səhifə1/5
tarix23.12.2023
ölçüsü64,15 Kb.
#156187
  1   2   3   4   5
İstehsal nəzəriyyəsi. Təsərrtifat fəaliyyəti



Mövzu 3. İstehsal nəzəriyyəsi. Təsərrtifat fəaliyyəti

Bildiyimiz kimi insanlar yaşayıb inkişaf etmələri üçün gündəlik fəalliyyətində müəyyən qədər maddi və mənəvi nemətlərdən,müxtəlif xidmətlərdən istifadə etməlidirlər. İnsanlar tərəfindən bunların istehlakı daimi olduğu kimi onların istehsalı da daimi olmalıdır. Cəmiyyət üzvlərinə lazım olan bu məhsul və xidmətlərin istehsalın daim davam etməsi təkrar istehsal adlanır.


Təkrar istehsal-istehsalın fasiləsiz, bərpa və təkrarlanmasıdır. O məhsuldar qüvvələrin istehsal münasibətlərinin nemətlərinin təkrar istehsalıdır. Əhatə dairəsinə görə təkrar istehsal fərdi ictimai təkrar istehsal formalarında olur. Fərdi təkrar istehsal dedikdə ayrı-ayri təsərrüfatlarda,müəssisələrdə həyata keçirilən təkrar istehsalı nəzərdə tutulur. Öz fəaliyyətlərində fərdi təkrar istehsallar bir-birilə qovuşur və ictimai təkrar istehsal əmələ gətirirlər. Müəyyən ölkə çərçivəsində həyata keçirilən fərdi təkrar istehsalların məcmusu ictimai təkrar istehsalı hesab olunur. Hər bir ictimai istehsal eyni zamanda ictimai təkrar istehsaldır. İTİ (ictimai təkrar istehsal)-nin mahiyyəti dedikdə aşağdakıların təkrar istehsalı nəzərdə tutulur:
a) maddi nemətlərin təkrar istehsalı; bu zaman müəyyən maddi nemətlərdən istifadə olunaraq digər maddi nemət istehsal olunur.
b) hər bir təkrar istehsal iş qüvvəsinin təkrar istehsalıdır. İTİ-da işçi qüvvəsinin təkrar istehsalı nəzərdə tutulur. Bildiyiniz kimi iş qüvvəsinə malik olan işçilər əbədi deyillər. Onlar müəyyən müddətdən sonra istehsal üçün gərəksiz olurlar. Yəni işçi qüvvəsi əhalinin təbii artımı vasitəsiylə həyata keçirilir. İxtisaslı işçi qüvvəsi isə təhsil muəssisələrində, iş yerlərində hazırlanır.
c) hər bir təkrar istehsal münasibətlərin, ilk növbədə mülkiyyət, mövqe, bölgü münasibətlərinin təkrar istehsalı prosesidir. Belə ki, təkrar istehsal prosesindən əvvəl istehsal vasitələri kimə məxsusdursa prosesdən sonra da ona məxsus olur (həm məhsul, həm də istehsal vasitələri). İşçi də əvvəlki münasibətlərdə qalır.
ç) Hər bir İTİ istehsal şərtlərinin təkrar istehsalı prosesidir, yəni, kəsilmiş meşə, mal-qara, sıradan çıxmış avadanlıqlar və s bərpa olunur.

Yüklə 64,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə