Mövzu İstehsal nəzəriyyəsi. Təsərrtifat fəaliyyəti


Hər bir təkrar istehsal prosesi aşağıdakı 4 fazanı əhatə edir: - istehsal; -mübadilə; - bölgü; - istehlak



Yüklə 64,15 Kb.
səhifə2/5
tarix23.12.2023
ölçüsü64,15 Kb.
#156187
1   2   3   4   5
İstehsal nəzəriyyəsi. Təsərrtifat fəaliyyəti

Hər bir təkrar istehsal prosesi aşağıdakı 4 fazanı əhatə edir: - istehsal; -mübadilə; - bölgü; - istehlak. İstehsal fazasında yuxarıda izah etdiyimiz kimi bir cur maddi nemətlərdən istifadə olunaraq digərləri istehsal olunur. Mübadilə fazasında isə istehsal olunmuş məhsullar pula (bəzi hallarda məhsula) mübadilə olunur, yəni satılırlar. Bölgü fazasında isə mübadilədən əldə edilən pul istehsal şərtləri arasında bölüşdürülür. Pulun bir hissəsi istehlak edilmiş istehsal vasitələrinin bərpasına sərf olunur; müəyyən hissəsi işçi qüvvəsinə öz iş qüvvəsini bərpa etmək üçün verilir; bir hissəsi də sahibkar mənfəət şəklində mənimsəyir. İstehlak fazasında isə istehsal olunmuş maddi nemətlər istehlak olunurlar, fiziki cəhətdən yox edilirlər.
Marksa görə cəmiyyətin mütərəqqi inkişafının əsas şərti geniş təkrar istehsaldır. İctimai kapitalın genişlənməsinin əsas mənbəyi isə izafi dəyərdir. Buna görə də təkrar istehsalın strukturu və ictimai tələbatın strukturu arasında nisbətin olması və yaxud da professionallığın olmasını tələb edir. Marks ictimai istehsalı 2 bölməyə ayırır: I bölmə-İstehsal vasitələri istehsalı; II bölmə-İstehlak şeyləri istehsalı.
Təkrar istehsalın aşağıdakı modelləri var:

  1. Kenenin, Tuqonun təkrar istehsal modeli siniflər nəzəriyyəsilə sıx əlaqədardır. Keneyə görə millət 3 sinifdən – istehsalçı, mülkiyyətçi, bəhrəsizdən ibarətdir. O fəhləni, fermeri, kapitalisti bir-birindən ayırmır, onları məhsuldar sinif adlandırır. Kenenin təkrar istehsal nəzəriyyəsində əsas yeri reallaşdırma problemi tutur.

  2. K.Marks- İTİ-nin təkrar istehsal nəzəriyyəsi 3 qarşılıqlı əlaqəli hissədən ibarətdir: a) Abstrakt reallaşdırma nəzəriyyəsi; b) Milli Gəlir nəzəriyyəsi; c) İqtisadi Böhran nəzəriyyəsi.

Marksa görə ictimai kapital fərdi kapitalın bazar mexanizmləri vasitəsilə qarşılıqlı əlaqəsinin məcmusudur.
İTİ-ın sadəgeniş növləri var. Sadə təkrar istehsal dedikdə istehsalın əvvəlki həcmdə təkrar istehsalı nəzərdə tutulur. Geniş təkrar istehsal dedikdə isə əvvəlki dövrə nisbətən artmış həcmdə təkrar istehsal nəzərdə tutulur. İqtisadiyyatın normal inkişafı üçün geniş təkrar istehsal xasdır. Çünki cəmiyyətin inkişafı ilə əlaqədar cəmiyyət üzvlərinin tələbatı daim artır, yeniləşir. Daim artan, yeniləşən tələbatı ödəmək üçün nemət və xidmətlər istehsalını artırmaq və yeniləşdirmək lazımdır.
Yuxarıda qeyd etdiyimiz tiplərdən əlavə təkrar istehsalın özünə məxsus meyarları vardır. Bu meyarlara ekstensiv, intensivqarışıq təkrar istehsal hədləri daxildir. Bunlar istehsalın geniş tipi üçün əhəmiyyət daşıyır. Ekstensiv tipdə geniş təkrar istehsal istehsal sahəsinin genişlənməsi hesabına həyata keçirilir.Yeni muəssisə, firma tikilir, dəzgah və qurğuların sayi artırılır, əkin sahələri genişləndirilir, əlavə işçi qüvvəsi istehsala cəlb edilir və s.

Yüklə 64,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə