Mövzu İstehsal nəzəriyyəsi. Təsərrtifat fəaliyyəti



Yüklə 64,15 Kb.
səhifə4/5
tarix23.12.2023
ölçüsü64,15 Kb.
#156187
1   2   3   4   5
İstehsal nəzəriyyəsi. Təsərrtifat fəaliyyəti

M = f (L,K,V)
Burada, M - müəyyən texnologiyada əməyin həcmi (kəmiyyəti);
L - kapitalın və materialların kəmiyyəti (miqdarı);
K - müəyyən nisbətdə istehsal edilən məhsulun maksimum həcmi;
V - kapitalın cari (tətbiq olunan) həcmdə dəyəri;
f - istehsal funksiyasıdır.
Ötən əsrin 20-ci illərində Amerika iqtisadçıları C.Duqlas və R.Solou, son 100 il ərzində ölkədə taxıl istehsalının statistika materialları əsasında, əmək və kapital kimi istehsal amillərinin məhsul buraxılışının ümumi artımında xüsusi çəkisini (payını) müəyyən etmişlər. Onların tədqiqatları göstərmişdir ki, taxıl istehsalında əmək məsrəflərinin 1 faiz artırılması, məhsul buraxılışı artımının ¾ hissəsini təmin edir. Eyni zamanda bu sahəyə sərmayə qoyuluşlarının 1 faiz artırılması, məhsul, buraxılışı artımının ¼ hissəsini əldə etməyə imkan yaradır. Alınan bu nəticələr bütün cəmiyyətə aid olduğundan, həmin indekslər (3/4 və l/4) ümumiləşdirilmiş göstərici, yaxud aqreqat adlanır.
Məhsul buraxılışı ilə istehsal amilləri arasındakı asılılıq, iqtisadi nəzəriyyəyə Duqlas və Solou istehsal aqreqat funksiyası adı altında daxil olmuşdur. Həmin nəticələr əsasında faydalılıq nəzəriyyəsi-iqtisadi üsul adı ilə təklif olunmuşdur. Bu təklifə görə, «insan amilinə vəsait qoyuluşu», daha səmərəli olub, kapitalın artımına nisbətən istehsalın artmasını daha çox təmin edir. C.Duqlas və R.Solou əsaslandıra bilmişlər ki, əmək istehsalın ən mühüm amili kimi istehsalın inkişafına və məhsul buraxılışına həlledici təsir göstərir. Eyni zamanda belə bir cəhət də unudulmamalıdır ki, cəmiyyət öz qarşısına müəyyən iqtisadi sosial məqsədli vəzifələr qoyduqda, bu xətt ölkənin real resursları və buna uyğun iqtisadi inkişafın optimal seçim imkanları ilə də düzgün əlaqələndirilməlidir.
Dünya təsərrüfat həyatı təcrübəsi sübut edir ki, müxtəlif ölkələrdə, habelə qlobal miqyasda ayrı-ayrı resursların nisbi məhdudluğu ilə insanların tələbatlarının sonsuzluğu şəraitində, cəmiyyət bir-birinə əks olan, alternativ seçim variantları ilə üzləşir. Cəmiyyət öz nisbi məhdud resurslarını nəyə yönəltməlidir, insanların rifahını, yoxsa kütləvi qırğın silahları yaradılmasına, susuz ərazilərə kanallar çəkilməsinə, yoxsa polis dəstələri təşkilinə? Bu mənada məşhur Amerika iqtisadçısı Nobel mükafatı laureatı P.Samuelsonun «Экономика» kitabındakı misal səciyyəvidir. Kitabda göstərilir ki, fərz edək cəmiyyətin bütün resursları 5.000 ton yağ (ərzaq, istehlak şeyləri) və ya 15 min ədəd silah (tank, raket) istehsalına imkan verir. Bunlardan birinin istehsalının artımı, digərinin artımının aşağı düşməsinə səbəb olacaqdır.
Deməli, hər bir ölkə öz imkanları və resurslarını elə ölçüb-biçməli, istehlakla yığım arasında elə optimal nisbətlər tapmalıdır ki, iqtisadi-sosial inkişaf üçün ən əlverişli seçim edə bilsin. Bu elmi-nəzəri mövqe, müasir inteqrasiya prosesləri və tədricən vahid dünya təsərrüfat sisteminin formalaşdığı bir şəraitdə, bəşəriyyətin qarşısında duran qlobal iqtisadi-sosial problemlərin həlli baxımından bütün dövlətlər, xüsusilə də bazar münasibətləri iqtisadi sisteminin formalaşdığı keçmiş postsovet və postsosialist ölkələri, o cümlədən də Azərbaycan Respublikası üçün olduqca əhəmiyyətlidir.
Izokvanta – müəyyən həcmdə məhsul buraxmaq üçün istifadə oluna bilən istehsal amillərinin müxtəlif kombinasiya variantlarını göstərən əyridir. Başqa sözlə desək, izokvanta eyni istehsal və ya eyni məhsul əyrisidir.
Əyrinin meylliyi istehsal prosesində bir amilin digərindən asılılığını əks etdirir. Bir amilin artması və ya digərinin azalması istehsal həcmini dəyişdirmir. Bu asılılığ aşağıdakı qrafikdə öz əksini tapmışdır (şəkil 1.)


Yüklə 64,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə