8
MRMG №22
Human Rights Monitoring Group of Ethnic Minorities
M
üvəkkil
TBİLİSİ – 2014
Kitabda Gürcüstanda Azərbaycan türkləri
yaşayan Sərtçala Muğanlı kəndində 2012-ci
ildə keçəpapaqlar adlanan personajların işti-
rakı ilə keçirilmiş Novruz karnavalı təsvir və
təhlil olunur. Müəllif belə bir əsas tezisi ortaya
qoyur ki, keçəpapaq fenomeni, onların iştira-
kı ilə keçirilən Muğanlı Novruz karnavalı istər
Azərbaycan, istərsə də türk dünyası üçün
unikal hadisə olub, Novruz bayramının ən
qədim ritual-mifoloji köklərini, etnik-mədəni
özünəməxsusluqlarını üzə çıxarmağa və bu
bayrama yeni elmi kontekstlərdə yanaşmağa
imkan verir.
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM.
Kitab, adı
Azərbaycanın milli yaddaş tarixinə
Novruz bayramı ilə birgə yazılmış yazıçı və
ictimai xadim Şıxəli Qurbanova ithaf olunur.
KEÇƏPAPAQLARIN SORAĞI İLƏ
Onların sorağını ilk dəfə 2011-ci ilin Novruz
bayramı qabağı aldım. Dostum və iş yolda-
şım – AMEA Folklor İnstitutunun hüquq məs-
ləhətçisi Səməd Mustafa oğlu Vəkilov xəbər
gətirdi ki, Gürcüstanda Borçalı mahalının
Qarayazı (dəyişdirilmiş adı: Qardabani) rayo-
nunun Muğanlı (dəyişdirilmiş adı – Sərtçala
Muğanlı) kəndində qeyri-adi Novruz bayramı
keçirilir. Bu barədə ona həmin kəndin sakini,
Gürcüstanın «Azərbaycan Evi» Qeyri-Hö-
kumət Təşkilatları Koalisiyasının rəhbəri,
hüquq müdafiəçisi Elbrus Məmmədov məlu-
mat vermiş və mənim bu bayramla bağlı bir
şey yazıb-yaza bilməyəcəyimi soruşmuşdu.
Məlumata ilk reaksiyam ötəri oldu: qeyri-adi
heç nə gözləmirdim. Sadəcə, fərqli etnoqra-
fik özəlliklərin ola biləcəyinə əmin idim. Ana
etnosdan siyasi, inzibati, linqvistik, mədəni
və s. cəhətlər baxımından ayrı düşmüş etnik
toplumlarda etnoqrafik özünəməxsusluqlar
milli özünüqoruma və özünüyaşatma mexa-
nizmlərinə çevrilir. Eləcə də Gürcüstanda mi-
nillərdən bəri öz ana vətənlərində (torpaqla-
rında) yaşayan Azərbaycan türkləri zamanla
milli hüquqlarından (milli məktəb, milli dildə
tədris, tarixi etnotoponimika, milli-mədəni
özünüfadə və s.) məhrum olduqca toplumun
etnik kimlik atributları onları Azərbaycan türk-
ləri kimi qoruyan və yaşadan formullar olaraq
aktivləşmişdir. Belə toplumlarda zaman sanki
donur. Azərbaycan ədəbi dili ilə xüsusilə orta
məktəb vasitəsi ilə həyata keçirilən birbaşa
əlaqəsi kəsilən məhəlli dialekt, etnoqrafik
yaşam tərzi, milli adət-ənənələr, bayram və
mərasimlər milli həyatın, etnik mövcudlu-
ğun əsas və dominant özünütəşkil sxemləri
səviyyəsinə qalxır. Bundan dolayı Gürcüs-
tandan Bakıya gəlib ədəbi mühitdə fəaliyyət
göstərən azərbaycanlı yazıçı və şairlərin bə-
dii dilində, ədəbi düşüncəsində fərqli, oxucu-
ların və tənqidçilərin milli yaddaşını oyadan
koloritli etnoqrafizm boy verir. Onlar ya şair
Zəlimxan Yaqub kimi daha çox xalq şeiri üs-
lubunda, milli poetik ənənə əsasında şeirlər
qoşur, ya da yazıçı Mövlud Süleymanlı kimi
öz bədii təsvirlərində canlı tarixi-etnik kolorit
yarada bilirlər...
…Səmədin də Muğanlıdakı Novruz bayramı
ilə bağlı dediklərində fərqli bir şeyin olacağını
düşünmürdüm: «Elbrus gəlsin, – dedim, – bir
danışsın, görək nədir».
Elburus Məmmədov 2011-ci ilin Novruz bay-
ramı öncəsi işlədiyim AMEA Folklor İnstitutu-
nun Mifologiya şöbəsində qonaq oldu. Kənd-
lərindəki Novruz bayramından, ən başlıcası,
şir maskalı, qara keçə geyimli, zınqırovlu
keçəpapaqlardan bəhs etdi. Marağıma sə-
bəb oldu. O, söz verdi ki, kənddəki Novruz
bayramını videofilmə çəkdirib bizə gətirəcək.
Mən həmin ilin Novruz bayramını folklorşü-
nas alim Ramazan Qafarlı ilə birlikdə Tür-
kiyənin Fəthiyə şəhərində keçirdim. Bura-
da Türkiyə Xalq Mədəniyyəti Araşdırmaları
Qurumunun Fəthiyə Bələdiyyəsi ilə birlikdə
«Türk dünyasında mərasimlər» mövzusunda
təşkil etdiyi «Uluslararası Türk Kültürü Qurul-
tay»ında (21-23 mart 2011-ci il) iştirak edib,
«Novruz bayramının konseptual-fəlsəfi əsas-
ları» mövzusunda məruzə etdim. Qayıdanda
məni nə kimi bir sürprizin gözlədiyindən əsla
xəbərim yox idi.
Elbrus, dediyi kimi, Novruzdan sonra ye-
nidən instituta gəldi. Söz verdiyi videofilmi
yox, bir dəstə fotoşəkil gətirmişdi. Şəkillərə
baxanda məni heyrət bürüdü. Fotoların müa-
sir dövr Azərbaycan dünyasında keçirilən
Novruz bayramına aid olduğuna bir anlıq
inanmaq istəmədim. Şəkillərdə sanki han-
sısa mistik-xaotik mərasimin iştirakçıları var
idi. Onların əyinlərində tərsinə geyilmiş qara
kürk, başlarında kürəklərinə qədər tökülmüş
qara saçları olan keçə papaq, sifətlərində şir
maskaları var idi. Kürkün üstündən iki kəmər
bağlamışdılar: birini üfüqi şəkildə bellərinə,
digərini isə çarpaz (aşırma) şəkildə çiyindən
sinələrinə. Hər iki kəmərin üstündə çoxlu say-
da zınqırovlar, əllərində qamçı, çubuq, dana
quyruğu və s. var idi.
Bu halda hər bir azərbaycanlı tədqiqatçının
ağlına ilk gələn şey şamanlar olduğu kimi,
mən də sanki canlı şamanların fotolarını
görürdüm. Təbii ki, bunlar şamanlar deyil-
di, lakin şamanizmdən, ümumən arxaik türk
(oğuz) animistik təsəvvürlərindən qıraq ha-
disə də deyildi…
Fotolara zamanla uzun müddət tamaşa edib,
onları dəyərləndirmək istədim. Qarşımda
canlanan mənzərənin kökü qədim oğuz-türk
düşüncəsinin ritual-mifoloji dünyagörüşünə
gedib çıxan arxaik fenomeni əks etdirməsi
aydın idi. Təkcə şəkillərə əsaslanıb, məlumat
səciyyəli «nə isə» yazmaq olardı. Amma bu
«nə isə» mənim yazmaq istədiyim, ən baş-
lıcası, şəkilləri görən andan keçəpapaqları
canlı şəkildə görmək arzusunun qəlbimdə
yaratdığı və mənim onlarla ilk görüşümədək
sakitləşməyən coşqun ovqatın ifadəsi olma-
yacaqdı.
Elmi şəkildə desək, mən arxaik etnokosmik
struktur fenomeni ilə qarşılaşmışdım. Onun
öyrənilməsini isə ritualın canlı iştirakçısı ol-
madan, sadəcə olaraq, həyata keçirmək
mümkün deyildi. Ümumiyyətlə, öz yaşamını
canlı şəkildə sürdürməkdə olan hər hansı bir
ritualı görmədən, onu əyani olaraq (müşahi-
dəçi, iştirakçı və s. qismində) «yaşamadan»
bir fenomen kimi təsvir və təsəvvür etmək çə-
tin məsələdir.
Yadıma ingilis etnoqraf-ritualisti, sevimli
müəllifim, rus dilində oxuduğum «Simvol və
ritual» adlı kitabı mənim ritual-mifoloji gü-
rüşlərimin formalaşmasında müstəsna rol
oynamış Viktor Ternerin (1920-ci il doğumlu)
başına gələnlər düşdü. V.Terner əvvəllər öz
etnoqrafik fəaliyyətində mənsub olduğu nəs-
lin cəmiyyətşünasları arasında mövcud olan
ümumi rəyə uyğun olaraq ritualların öyrənil-
məsinə əhəmiyyət vermirmiş. Afrikada ndem-
bu tayfaları arasında yaşayaraq tədqiqat
aparmış alim yazır: «Mən çöl təcrübəsinin
ilk doqquz ayı ərzində qohumluq sistemi,
kəndin quruluşu, nikah və boşanma, ailə və
fərdi yığıncaqlar, tayfa və kənd siyasəti, kənd
təsərrüfatı dövriyyəsi haqqında çoxlu sayda
məlumatlar topladım. Qeyd kitabçalarımı şə-
cərələrlə doldururdum; kənd evlərinin plan-
larını cızır və siyahılaşdırma ilə məşğul olur-
dum; nadir və naməlum qohumluq termininin
sorağından ötrü vurnuxurdum. Buna bax-
mayraq, hətta dili sərbəst şəkildə bilsəm də,
həmişə qıraqdan baxırmış kimi özümü daim
narahat hiss edirdim. Axı mən bilirdim ki, mə-
nim düşərgəmin yaxınlığında ritual baraban-
ları gurlayacaq və mənim tanışlarım tez-tez
məni bir neçə günlüyə qoyub gedəcəkdilər ki,
ekzotik adları olan rituallarda iştirak etsinlər.
Nəhayət, mən etiraf etməyə məcbur oldum
ki, əgər mən ndembu mədəniyyətinin, heç
olmasa, bir hissəsinin nə olduğunu başa düş-
mək istəyirəmsə, bu halda ritual əleyhinə əv-
vəlcədən mövcüd olan fikirlərimdən əl çəkib
onun tədqiqinə başlamalıyam».
Nəhayət, mən də fotoların müşahidəsindən
yorulub, Ternersayağı qərar qəbul etdim:
«Əgər mən Muğanlı kəndindəki keçəpapaq
fenomeninin, heç olmasa, bir hissəsinin nə
olduğunu başa düşmək istəyirəmsə, bu hal-
da onun canlı tədqiqinə başlamalıyam».
Qərarımı Elbrus bəyə bildirdim. O, bizə 2012-
ci ilin Novruzunu Muğanlıda keçirməyə hazır-
laşmağımızı bildirib, video və fotoçəkilişlərin
ən keyfiyyətli texniki vasitələrlə təmin edilə-
cəyinə, bizi Muğanlı kimi böyük bir kənddə
dünyagörmüş insanlarla (hər bir folklorşü-
nasın gündüz lampa işığında axtardığı sinə-
dəftər söyləyicilərlə) görüşdürücəyinə söz
verdi. Elbrus Məmmədovun Borçalı mahalı,
Gürcüstanda və Azərbaycan xalqı üçün kim
olduğunu, Gürcüstanda azərbaycanlıların
milli tarixi mədəniyyətinin, qeyri-maddi mədə-
ni irsinin qorunması və yaşadılmasından ötrü
hansı həyəcan və əzablara düçar olduğunu
və hansı əhəmiyyətli işlər gördüyünü yaxşı
bildiyim üçün «Novruz qrafikimi» qətiləşdir-
dim.
ARXAİK YADDAŞ MÖCÜZƏLƏRİ
19 mart 2012-ci il.
Sübh namazından sonra Allahı çağırıb
Səmədlə mənim şəxsi avtomobilimdə üzü
Qazax rayonuna – Gürcüstan sərhəddinə
doğru yola çıxırıq. Yollar abaddır. Bəzi yerdə
qoşa, bəzi yerdə tək olsa da, sərhədə qədər
gözəl yol salınıb. Yol qırağı kəndlərin evləri
göz oxşayır. Azərbaycan insanının istənilən
şəraitdə və şərtlər altında çıxış yolu tapıb,
öz həyatını qurmaq bacarığı – xalqımızın bu
fövqəladi yaşam eşqi onu hər yerdə – istər
Azərbaycanda, istər Rusiyada, istərsə də,
digər yerlərdə daim fərqləndirir. O, hər yer-
də elitar yaşamağa, həyat şəraitini mövcud
standartların maksimumu səviyyəsinə qal-
dırmağa çalışır. Bununla bərabər, özü kimi
yaşamağı, dəyişən şərtlər və şərait içərisində
özü olaraq qalmağı da bacarır.
Yol boyu rayon mərkəzləri, onlara dönən yo-
layrıcıları xüsusilə abaddır: ticarət obyektləri,
işıq dirəkləri həyatın yüksək ritmindən soraq
verir. Səməd: «Özün görəcəksən, Gürcüsta-
nın yolları belə deyil, xüsusilə azərbaycanlı-
ların yaşadığı yerlərin yolları bərbad gündə-
dir», – deyir.
Bu, əslində, mənim Gürcüstana ikinci səfə-
rim idi. Birinci dəfə 2011-ci ilin martında Tür-
kiyəyə (Fəthiyə şəhərinə) avtobusla səfərim
zamanı gecə vaxtı Tiflisin içindən keçmişdim.
Uzun yol, sərhəd yoxlamaları məni yorsa da,
Tiflis mənim yaddaşıma avtobusun pəncərə-
sindən gördüyüm Kürsahili işıqları, böyük
olmayan binaları və kilsələrin əsrarəngiz
siluetləri ilə yazılmışdı. Tiflisə qədər azər-
baycanlıların yaşadığı Borçalıda gecə qa-
ranlığında SOKAR-ın (State Oil Company
of Azerbaijan Republik) hansısa yanacaq-
doldurma məntəqəsindəki 15-20 dəqiqəlik
fasiləni nəzərə almasaq, mənim tarixi Azər-
baycanın bu hissəsinə hələ ayağım dəymə-
mişdi. Yolboyu Borçalı ilə qarşıda məni göz-
ləyən görüşümü təsəvvür etdikcə içim vəcdlə
dolurdu.
Qazaxda bizi Səməd Vəkilovun əmioğluları
və dostları Məmmədhəsən Vəkilov və Mah-
mud Vəkilov qarşılayırlar. Biri riyaziyyatçı
müəllim, o birisi psixoloq həkimdir. Hər ikisi
bölgəyə məxsus səmimi əxlaqın tipik daşıyı-
cılarıdır.
Təbii ki, bizi qonaq etməmiş buraxmırlar.
Səfərimizin məqsədi hər ikisində özünəməx-
sus reaksiya doğurur. Mahmudun doqma-
tik düşüncə sistemində islam hökmlərindən
başqa heç nəyə yer yoxdur. Xalq adət və
inanclarına, o cümlədən Novruz bayramına
əhəmiyyət vermir. Bizi də dindar adamlar
olmağımıza baxmayaraq, islamdankənar
şeylərin dalınca düşdüyümüzə görə qınayır.
Lakin Mahmud qazaxlıların onun danışığın-
da çox koloritli səslənən nitq folkloru, hər bir
hərəkətində bölgənin mental formullarını,
folklor davranışlarını yaşatması, tükənməz
və təbii səmimiyyəti ilə mənim üçün çox ma-
raqlı və dinləməyi sevdiyim insandır.
Mahmudun Novruza biganə münasibəti
bölgə üçün səciyyəvi deyil. Bir neçə il öncə
Azərbaycanın folklor paytaxtı statusunu da
bir illiyə daşımış Qazaxda Novruz bayra-
mı coşqu ilə qeyd edilir. Təsadüfi deyil ki,
bizim səfərimiz Məmmədhəsən müəllimin
dərin marağına səbəb olur. Gürcüstanda
Borçalının Muğanlı kəndində qeyri-adi bir
Novruz bayramının qeyd olunduğunu deyi-
rik. «Bizdəkinə – Yuxarı Salahlıda keçirilənə
çatmaz», – deyir. Üzünü hələ canlı şəkildə
görmədiyimiz keçəpapaqlar haqqında bəhs
edirik. O isə bunun qarşılığında məni heyrətə
salan bir məlumat verir: «Bizdə, Yuxarı Sa-
lahlıda bayram gecəsi kişilər qadın paltarı ge-
yir. Səhərə qədər od yandırırlar, şənlik olur.
Cürbəcür oyunlar olur».
Bu məlumat arxaik oğuz rituallarını tədqiq
edən folklorşünas kimi məni həyəcanlandırır.
Kişilərin qadın paltarı geyməsinin, qadınların
kişi paltarı geyməsinin nə olduğunu yaxşı
bilirəm. Bu, kökləri arxaik ritual-mifoloji gö-
rüşlərə gedib çıxan travestik statusdəyişmə
ritualıdır. Ordubad rayonunda Novruzda ke-
çirilən «Xan bəzəmə» mərasiminin, o cüm-
lədən indinin özündə də bəzi bölgələrin toy-
larındakı «padşahseçmə» adətinin əsasında
statusdəyişmə ritualının durduğunu bilirdim.
Bu statusdəyişmələr bütün hallarda sosial
statusların (rolların) dəyişilməsi şəklində baş
verir. Ancaq statusdəyişmənin «cinsdəyiş-
mə» (travestizm) şəkli daha arxaik görüşlərlə
bağlıdır. Ona müasir dövr Azərbaycanında
rast gələ biləcəyimə inanmazdım.
Məmmədhəsən müəllimin Qazaxda qalıb,
Yuxarı Salahlıdakı bayramı müşahidə et-
məyimiz haqqındakı israrlı təklifi nə qədər
gerçək, cazibədar və səmimi bir dəvət olsa
da, sərhəddin o tayında bizi dostumuz – Av-
ropa insan haqları təşkilatları ilə birgə Gür-
cüstanda həyata keçirdiyi layihələrdən bir an
da olsa başı ayılmayan, daim iş dalınca qa-
çan Elbrus Məmmədov gözləyirdi. Onun hər
dəqiqəsi isə insan hüquqlarına xidmət edirdi.
Elbrusun zamanı ilə israfçılıq etmək olmazdı.
Mahmud Vəkilov öz avtomobili ilə bizi Sınıq-
körpüyə – Gürcüstan sərhəddinə götürür.
SƏRHƏDDƏ QURTARAN VƏ BAŞLANAN
VƏTƏN
Bura sərhəddir: Azərbaycan respublika-
sı ilə Gürcüstanın sərhəddi. Hər iki ölkənin
ağız-ağıza duran sərhəd-keçid məntəqələri
tikililərinin strukturundan tutmuş texniki va-
sitələrə, hərbçilərin geyimlərinə, silahlarına,
MUĞANLIDA
NOVRUZ KARNAVALI