“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
23
bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə vergi mənfəəti maliyyə hesabatlarındakı
mənfəətdən fərqlənir. Bankın cari mənfəət vergisi xərci, hesabat dövründə qüvvədə olan vergi
dərəcələrindən istifadə etməklə hesablanır.
Təxirə salınmış vergi isə aktiv və öhdəliklərin mühasibat uçotuna uyğun qalıq dəyərləri ilə onların
vergiyə uyğun qalıq dəyərləri arasındakı fərqlərdən yaranan və gələcəkdə ödəniləcək və ya geri
alınacaq məbləğlərin əsasında hesablanır və bu zaman öhdəlik üsulundan istifadə edilir. Təxirə
salınmış vergi öhdəliyi ümumiyyətlə bütün vergi bazasını artıran maddələr üçün hesablanır, təxirə
salınmış vergi aktivi isə bu aktivdən gələcəkdə istifadə etmək üçün kifayət qədər mənfəətin olması
təxmini nəzərə alınaraq tanınır. Müvəqqəti fərqlərin mühasibat mənfəətinə və vergi mənfəətinə təsir
göstərməyən digər aktiv və öhdəliklərin ilkin tanınması zamanı yarandığı hallarda (biznes
kombinasiyaları istisna olmaqla), belə vergi aktiv və öhdəlikləri tanınmır.
Təxirə salınmış vergi aktivinin qalıq dəyəri hesabat tarixində nəzərdən keçirilir və əgər gələcəkdəki
mənfəət əldə edilməsi ilə bağlı təxminlər bu aktivi reallaşdırmağa imkan vermirsə bu vergi aktivinin
dəyəri tam və ya qismən bu təxminlərə uyğunlaşdırılmaq üçün azaldılır.
Təxirə salınmış vergini hesablayarkən vergi aktivinin reallaşdırılması və ya öhdəliyin ödənilməsi
zamanı qüvvədə olan vergi dərəcəsindən istifadə edilməlidir. Birbaşa səhmdar kapitalına təsir edən
əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa məcmu gəlirhesabında
əks etdirilir. Səhmdar kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər də səhmdar
kapitalında öz əksini tapır.
Aşağıdakı hallarda təxirə salınmış vergi aktivi və vergi öhdəliyi əvəzləşdirilərək xalis şəkildə təqdim
edilə bilər:
Bankın cari mənfəət vergisi aktivini mənfəət vergisi öhdəliyi ilə əvəzləşdirmək üçün qanuni və
icrası mümkün olan hüququ mövcud olduqda; və
Təxirə salınmış aktiv və öhdəliklər bir vergi orqanı tərəfindən qoyulan məbləğlərə aid edildikdə
və bu vergilər üzrə öhdəlik eyni müəssisəyə məxsus olduqda.
Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların fəaliyyəti nəticəsində digər vergilər də
yaranır. Bu vergilər əməliyyat xərclərinin bir hissəsi kimi tanınır və məcmu gəlir hesabatına daxil
edilir.
Ehtiyatlar
Ehtiyatlar, Bank keçmiş hadisələr nəticəsində cari hüquqi və ya əsaslanmış öhdəliyə malik olduqda,
öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərə yaradan ehtiyatların azalma ehtimalı olduqda və
öhdəlik məbləği etibarlı şəkildə qiymətləndirildikdə uçota alınır.
Ehtiyat kimi tanınan məbləğ hesabat dövrünün sonunda müvafiq risklər və qeyri-müəyyənliklər də
nəzərə alınmaqla cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan məbləğin təxmini göstəricisidir.
Ehtiyatı hesablayarkən cari öhdəliyi yerinə yetirmək üçün tələb olunan pul vəsaitlərinin təxminindən
istifadə edilirsə, ehtiyatın qalıq dəyəri bu pul vəsaitlərinin cari dövrə olan diskontlaşdırılmış
dəyərinin cəminə bərabərdir (pulun vaxt dəyərinin əhəmiyyət kəsb etdiyi hallarda).
Ehtiyatın qarşılanması üçün tələb edilən iqtisadi faydaların tam və ya qismən üçüncü şəxslərin
hesabına geri qaytarılması gözlənilirsə, debitor borc aktiv kimi yalnız o halda tanınır ki, üçüncü
tərəfin kompensasiya ödəməsi ehtimalı var və bu məbləğ etibarlı şəkildə təxmin edilə bilər.
“MUĞANBANK”AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR
31 DEKABR 2017-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (DAVAMI)
(Min Azərbaycan Manatı ilə)
24
Təqaüd və digər mükafatlar üzrə öhdəliklər
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Bank işçilərin əmək
haqlarından təqaüd ayırmaları tutur və onları dövlət sosial müdafiə fonduna köçürür. Bu cür
ayırmaları hesablayarkən təqaüd sisteminin göstərşlərinə müvafiq olaraq işəgötürənlər tərəfindən cari
ödənişlərin hesablanması zamanı işçi heyəti üzrə nəzərdə tutlan ümumi xərclərin müəyyən nisbəti
götürülür. Belə xərclər müvafiq əmək haqlarının alındığı dövrlərə aid edilir.
Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər dövlət sosial müdafiə fondu tərəfindən yerinə
yetirilir. Bank Azərbaycan Respublikasının dövlət sosial müdafiə fondu tərəfindən nəzərdə tutulmuş
təqaüd proqramından başqa hər hansı bir digər təqaüd proqramlarında iştirak etmir. Bundan əlavə,
Bankda hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm
müavinətlər mövcud deyildir.
Şərti aktivlər və öhdəliklər
Şərti öhdəliklər maliyyə vəziyyəti hesabatında tanınmır amma bu öhdəliklərlə bağlı pul vəsaitlərinin
ödənilməsinin ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda açıqlamalar
verilir. Şərti aktivlər maliyyə vəziyyəti hesabatında tanınmır amma belə aktivlərlə bağlı iqtisadi
mənfəətlərin alınması ehtimalı çox az olduğu hallar istisna olmaqla qalan hallarda hesabatlarda
açıqlamalar verilir.
Nizamnamə kapitalı
Adi səhmlər kapital bölümündə təsnifləşdirilir. Adi səhmlərin yerləşdirilməsi ilə əlaqədar olan
birbaşa əlavə xərclər bütün vergi təsirləri istisna olmaqla kapitalın azaldılması kimi uçota alınır.
Adi səhmlər üzrə ödənilən dividendlər kapital bölümündə elan olunduğu dövrdə azalma kimi təqdim
edilir.
Hesabat tarixindən sonra elan edilmiş dividendlər 10 saylı Beynəlxalq Mühasibat Uçotu Standartına
“Hesabat tarixindən sonra baş vermiş hadisələr” (“BMUS 10”) standartına müvafiq olaraq maliyyə
hesabatlarında açıqlanır.
Xarici valyuta əməliyyatları
Bankın əməliyyat valyutası onun fəaliyyət göstərdiyi iqtisadi mühitin valyutası olan Azərbaycan
Manatıdır.
Xarici valyutada olan monetar aktiv və öhdəliklər, hesabat tarixində mövcud olan ARMB-nın valyuta
məzənnəsinə uyğun olaraq Azərbaycan Manatına çevrilir. Xarici valyutada aparılan əməliyyatlar isə
əməliyyat tarixinə mövcud olan valyuta məzənnəsinə uyğun olaraq manat ekvivalentinə çevrilir. Bu
çevrilmələr zamanı yaranan gəlir və xərclər mənfəət və zərər hesablarında xarici valyuta ilə
əməliyyatlar üzrə xalis gəlirlər/(zərərlər) sətrində göstərilir.
Xarici valyuta məzənnələri
Maliyyə hesabatlarının hazırlanması zamanı Bank tərəfindən istifadə edilən hesabat tarixinə valyuta
məzənnələri aşağıdakı kimi olmuşdur:
31 dekabr
2017-ci il
31 dekabr
2016-cı il
ABŞ dolları/AZN
1.7001
1.7707
Avro/AZN
2.0307
1.8644