47
Müqəddəs sübh
olduqları, zəlzələlər və itnələrin baş verdiyi, insanlara bir bəla
üz gətirdiyi, ondan əvvəl isə taunun baş verdiyi bir zamanda,
ərəblər arasında güclü döyüş baş verdiyi, insanlar arasında
güclü ixtilaf baş qaldırdığı və dinlərində parçalanıb hallarının
dəyişildiyi bir zamanda qiyam edəcək” (Hədisin ardı vardır).
46
Fitnənin bir sıra mənaları vardır. Biz onlardan aşağıdakıla-
rı qəsa şəkildə qeyd edirik:
– İmtahan, sınamaq, incələmək;
– Küfr, azğınlıq, günah;
– Camaatın düşüncələrdə ikir ayrılığına düşməsi;
– Qətl və camaat arasında döyüş əsnası baş verənlər.
3 – Zamanın çətinliyindən və canın şiddətli sıxıntısın-
dan dözümsüzlüyə dəlalət edən xəbərlər
Onlardan bəziləri aşağıdakılardır:
Əbu Abdullah Sadiqdən (əleyhissəlam) belə nəql olunmuş-
dur ki, qeyb dövründəki möminlər şiddətli fəqirlik, uzun çəkən
bəla, narahatlıq və qorxuya qatlanacaqlar.
47
Belə ki, bir adam
qardaşının qəbrinin yanından keçərək “Ey kaş onun yerinə
mən olaydım” – deyər. Aydındır ki, narahatçılıq və ölüm təmən-
na etmək yolundan sapmış cəmiyyət içərisindəki fərdin başına
gələn müşkül və çətinliklər görməyin (yaxud bu şəraitdəki zeh-
niyyətin) nəticəsidir.
4 – Çaşqınlıq, düşüncə və ideologiyadakı xaosun meyda-
na çıxmasına dəlalət edən xəbərlər
Məsələn, İmam Əmirəlmöminindən (əleyhissəlam) İmam
Məhdi (əleyhissəlam) barədə danışarkən belə buyurduğu rə-
vayət olunmuşdur: “Çaşqınlıq və qeyb baş verəcək, orada
qövmlər yolunu azacaq və sairləri isə hidayət tapacaqlar”.
48
46
Ğeybətun-Numani, s.180; Biharul-ənvar, c.52, s.231.
47
Mausuətul-Mehdi yarixul-ğeybətil-kubra, s.245; Muntəxəbul-əsər, s.434.
48
Ğeybətun-Numani, s.104; əl-mausuəh, s.246.
48
Müctəba Sadət
Burada nəzərdə tutulan “heyrət” (çaşqınlıq) ifadəsinin bir neçə
cəhəti vardır. Məsələn, ümmət içərisində adi fərdi yolundan
azmağa təşviq edəcək nadanlıq, ayrılıq, düşüncə baxımından
yönəlik batil cərəyanların nəticəsi sayılan dini ideologiyada
olan çaşqınlıq... Yaxud İmam Məhdinin (əleyhissəlam) özü barə-
də olan çaşqınlıq.
49
Bu mənada ki, onun qeyb dövrünün uzun
çəkməsi camaatı İmamın şəni barədə şəkkə və ixtilafa, yaxud
qeyb dövründə başçısız, istiqamətləndirici və idarəçi olmadan
vacib cihad haqqında çaşqınlığa düşməsinə səbəb olar.
5 – Hərb və qətliamlara dəlalət edən xəbərlər
Bir sıra şərafətli hədislər zühur əsrində olan siyasi vəziyyə-
ti xarakterizə edir. Belə ki, həmin dövrdə stabillik əldən verilər,
hərb və qətllər artar: “Bu əmrdən öncə “buyuh qətl” olacaq...
Deyildi ki, “buyuh” nədir? Buyurdu: “Sakitləşməyən (süstləş-
məyən) davamlılıq”.
50
Bir sıra rəvayətlər isə hərb və döyüşləri yer üzünün üçdə
ikisinin gedəcəyi ilə xarakterizə edir. Əmirəlmöminin (əleyhis-
səlam) buyurmuşdur: “Məhdi yer üzünün üçdə biri qətlə yeti-
rilməyənə, üçdə biri ölməyənə və üçdə biri qalmayana qədər
çıxmayacaq”.
51
Bu xəbərlərin əlamətini başqa cür də gözdən keçirmək
mümkündür. Çünki indiki zamanda rəvayət terminologiyası ilə
deyil, bir sıra bilgi və terminlərlə uyğun gəlir. Məsələn, görünü-
şü bu cür bənzətmək olar: Fikri sapqınlıq, ictimai inhiraf, əx-
laqi pozğunluq, iqtisadi bərbadlıq, siyasi azğınlıq və s. Ola bilər,
təfsilatla buna işarə edən ən üstün şey elə Rəsulun (sallallahu
əleyhi və alih) hədisidir.
İbn Abbasdan belə rəvayət olmuşdur: “Biz Allah Rəsulu
(sallallahu əleyhi və alih) ilə birlikdə “vida həcci”ndə həccə get-
49
Bax: Bəşarətul-İslam, s.86; Biharul-ənvar, c.52, s.228.
50
Əl-Muməhhidun lil-Məhdi, s.49; Biharul-ənvar, c.52, s.182.
51
Ayətullah Sədr, “əl-Məhdi”, s.198; Yəumul-xilas, s.564.
49
Müqəddəs sübh
dik. Allahın Rəsulu əli ilə Kəbənin qapısının halqasından yapış-
dı, sonra üzünü bizə tutub dedi:
“Sizə Qiyamətin əlamətləri haqqında xəbər verimmi?”
Həmin vaxt camaat arasında Peyğəmbərə daha yaxın dur-
muş Salman Farsi dilləndi: “Ey Allahın Rəsulu! Bəli, xəbərdar et!”
Peyğəmbər buyurdu: “Həqiqətən də, namazı korlamaq,
şəhvətlərə uymaq, nəfsi istəklərə meyl etmək, əmlak sahibləri-
ni böyütmək və dini dünyaya satmaq Qiyamətin şərtlərindən-
dir. Belə bir zamanda duz suda əridiyi kimi, möminin ürəyi də
əriyib öz içində həll olar. Çünki mömin xoşagəlməz işləri gözü
önündə görər, amma onu dəyişməyə gücü çatmaz”.
Salman dedi: “Ey Allah Rəsulu, yəni bunlar doğrudanmı
baş verəcək?!”
Allahın Rəsulu buyurdu: “Bəli, ey Salman, and olsun O kəsə
ki, canım Onun əlindədir, bu işlər olacaq! Həmin vaxt xalqa zül-
mkar əmirlər, fasiq vəzirlər, sitməkar icra başçıları, xəyanətkar
müdirlər idarəçilik edər”.
Salman dedi: “Ey Allah Rəsulu, Bunlar doğrudanmı baş
verəcək?”
Allahın Rəsulu buyurdu: “Ey Salman, and olsun o Allaha
ki, canım onun əlindədir – bəli, olacaq! Belə bir şəraitdə pis və
nadürüst işlər (xalq arasında) ləyaqətli iş hesab olunar; gözəl,
bəyənilən işlərə isə pis baxılar. Xəyanətkar adam əmanətdar
kimi tanınar, əmanətdar kəsə isə xain deyilər. Yalançı adam təs-
diq olunar, düz danışanı isə yalançı hesab edərlər”.
Salman dedi: “Bunlar hökmən olacaq işlərdir, ey Allahın
Rəsulu?!”
Peyğəmbər buyurdu: “Bəli, ey Salman, and olsun O kəsə ki,
canım Onun əlindədir! O zaman qadınlar kişilərə ağalıq edər-
lər. Kənizlərlə (mühüm siyasi işlərdə) məşvərət edərlər. Uşaqlar
minbərə çıxıb xütbə oxuyar. (Xalqa təbliğat işlərini bu cür təcrü-
bəsiz, savadsız adamlar aparar) Yalan danışmaq (bir fənd bili-
nib) zərif işlərdən hesab olunar. Zəkat vermək zorla alınan bac
Dostları ilə paylaş: |