Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə13/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

47
Müqəddəs sübh
olduqları, zəlzələlər və  itnələrin baş verdiyi, insanlara bir bəla 
üz gətirdiyi, ondan əvvəl isə taunun baş verdiyi bir zamanda, 
ərəblər  arasında  güclü  döyüş  baş  verdiyi,  insanlar  arasında 
güclü ixtilaf baş qaldırdığı və dinlərində parçalanıb hallarının 
dəyişildiyi bir zamanda qiyam edəcək” (Hədisin ardı vardır).
46
Fitnənin bir sıra mənaları vardır. Biz onlardan aşağıdakıla-
rı qəsa şəkildə qeyd edirik:
– İmtahan, sınamaq, incələmək;
– Küfr, azğınlıq, günah;
– Camaatın düşüncələrdə  ikir ayrılığına düşməsi;
– Qətl və camaat arasında döyüş əsnası baş verənlər.
3 – Zamanın çətinliyindən və canın  şiddətli sıxıntısın-
dan dözümsüzlüyə dəlalət edən xəbərlər
Onlardan bəziləri aşağıdakılardır:
Əbu Abdullah Sadiqdən (əleyhissəlam) belə nəql olunmuş-
dur ki, qeyb dövründəki möminlər şiddətli fəqirlik, uzun çəkən 
bəla, narahatlıq və qorxuya qatlanacaqlar.
47
 Belə ki, bir adam 
qardaşının  qəbrinin  yanından  keçərək  “Ey  kaş  onun  yerinə 
mən olaydım” – deyər. Aydındır ki, narahatçılıq və ölüm təmən-
na etmək yolundan sapmış cəmiyyət içərisindəki fərdin başına 
gələn müşkül və çətinliklər görməyin (yaxud bu şəraitdəki zeh-
niyyətin) nəticəsidir. 
4 – Çaşqınlıq, düşüncə və ideologiyadakı xaosun meyda-
na çıxmasına dəlalət edən xəbərlər
Məsələn,  İmam  Əmirəlmöminindən  (əleyhissəlam)  İmam 
Məhdi  (əleyhissəlam)  barədə  danışarkən  belə  buyurduğu  rə-
vayət  olunmuşdur:  “Çaşqınlıq  və  qeyb  baş  verəcək,  orada 
qövmlər  yolunu  azacaq  və  sairləri  isə  hidayət  tapacaqlar”.
48
 
46
 Ğeybətun-Numani, s.180; Biharul-ənvar, c.52, s.231.
47
 Mausuətul-Mehdi yarixul-ğeybətil-kubra, s.245; Muntəxəbul-əsər, s.434.
48
 Ğeybətun-Numani, s.104; əl-mausuəh, s.246.


48
Müctəba Sadət
Burada nəzərdə tutulan “heyrət” (çaşqınlıq) ifadəsinin bir neçə 
cəhəti  vardır.  Məsələn,  ümmət  içərisində  adi  fərdi  yolundan 
azmağa  təşviq  edəcək  nadanlıq,  ayrılıq,  düşüncə  baxımından 
yönəlik  batil  cərəyanların  nəticəsi  sayılan  dini  ideologiyada 
olan çaşqınlıq... Yaxud İmam Məhdinin (əleyhissəlam) özü barə-
də olan çaşqınlıq.
49
 Bu mənada ki, onun qeyb dövrünün uzun 
çəkməsi camaatı İmamın şəni barədə şəkkə və ixtilafa, yaxud 
qeyb dövründə başçısız, istiqamətləndirici və idarəçi olmadan 
vacib cihad haqqında çaşqınlığa düşməsinə səbəb olar. 
5 – Hərb və qətliamlara dəlalət edən xəbərlər
Bir sıra şərafətli hədislər zühur əsrində olan siyasi vəziyyə-
ti xarakterizə edir. Belə ki, həmin dövrdə stabillik əldən verilər, 
hərb və qətllər artar: “Bu əmrdən öncə “buyuh qətl” olacaq... 
Deyildi  ki,  “buyuh”  nədir?  Buyurdu:  “Sakitləşməyən  (süstləş-
məyən) davamlılıq”.
50
 
Bir sıra rəvayətlər isə hərb və döyüşləri yer üzünün üçdə 
ikisinin gedəcəyi ilə xarakterizə edir. Əmirəlmöminin (əleyhis-
səlam) buyurmuşdur: “Məhdi yer üzünün üçdə biri qətlə yeti-
rilməyənə, üçdə biri ölməyənə və üçdə biri qalmayana qədər 
çıxmayacaq”.
51
Bu  xəbərlərin  əlamətini  başqa  cür  də  gözdən  keçirmək 
mümkündür. Çünki indiki zamanda rəvayət terminologiyası ilə 
deyil, bir sıra bilgi və terminlərlə uyğun gəlir. Məsələn, görünü-
şü bu cür bənzətmək olar: Fikri sapqınlıq, ictimai inhiraf, əx-
laqi pozğunluq, iqtisadi bərbadlıq, siyasi azğınlıq və s. Ola bilər, 
təfsilatla buna işarə edən ən üstün şey elə Rəsulun (sallallahu 
əleyhi və alih) hədisidir. 
İbn  Abbasdan  belə  rəvayət  olmuşdur:    “Biz  Allah  Rəsulu 
(sallallahu əleyhi və alih) ilə birlikdə “vida həcci”ndə həccə get-
49
 Bax: Bəşarətul-İslam, s.86; Biharul-ənvar, c.52, s.228.
50
 Əl-Muməhhidun lil-Məhdi, s.49; Biharul-ənvar, c.52, s.182.
51
 Ayətullah Sədr, “əl-Məhdi”, s.198; Yəumul-xilas, s.564.


49
Müqəddəs sübh
dik. Allahın Rəsulu əli ilə Kəbənin qapısının halqasından yapış-
dı, sonra üzünü bizə tutub dedi:
“Sizə Qiyamətin əlamətləri haqqında xəbər verimmi?” 
Həmin vaxt camaat arasında Peyğəmbərə daha yaxın dur-
muş Salman Farsi dilləndi: “Ey Allahın Rəsulu! Bəli, xəbərdar et!”
Peyğəmbər  buyurdu:  “Həqiqətən  də,  namazı  korlamaq, 
şəhvətlərə uymaq, nəfsi istəklərə meyl etmək, əmlak sahibləri-
ni böyütmək və dini dünyaya satmaq Qiyamətin şərtlərindən-
dir. Belə bir zamanda duz suda əridiyi kimi, möminin ürəyi də 
əriyib öz içində həll olar. Çünki mömin xoşagəlməz işləri gözü 
önündə görər, amma onu dəyişməyə gücü çatmaz”.
Salman  dedi:  “Ey  Allah  Rəsulu,  yəni  bunlar  doğrudanmı 
baş verəcək?!”
Allahın Rəsulu buyurdu: “Bəli, ey Salman, and olsun O kəsə 
ki, canım Onun əlindədir, bu işlər olacaq! Həmin vaxt  xalqa zül-
mkar əmirlər, fasiq vəzirlər, sitməkar icra başçıları, xəyanətkar 
müdirlər idarəçilik edər”.
Salman  dedi:  “Ey  Allah  Rəsulu,  Bunlar  doğrudanmı  baş 
verəcək?” 
Allahın  Rəsulu  buyurdu:  “Ey  Salman,  and  olsun  o  Allaha 
ki, canım onun əlindədir – bəli, olacaq! Belə bir şəraitdə pis və 
nadürüst işlər (xalq arasında) ləyaqətli iş hesab olunar; gözəl, 
bəyənilən  işlərə  isə  pis  baxılar.  Xəyanətkar  adam  əmanətdar 
kimi tanınar, əmanətdar kəsə isə xain deyilər. Yalançı adam təs-
diq olunar, düz danışanı isə yalançı hesab edərlər”. 
Salman  dedi:  “Bunlar  hökmən  olacaq  işlərdir,  ey  Allahın 
Rəsulu?!” 
Peyğəmbər buyurdu: “Bəli, ey Salman, and olsun O kəsə ki
canım Onun əlindədir! O zaman qadınlar kişilərə ağalıq edər-
lər. Kənizlərlə (mühüm siyasi işlərdə) məşvərət edərlər. Uşaqlar 
minbərə çıxıb xütbə oxuyar. (Xalqa təbliğat işlərini bu cür təcrü-
bəsiz, savadsız adamlar aparar) Yalan danışmaq (bir fənd bili-
nib) zərif işlərdən hesab olunar. Zəkat vermək zorla alınan bac 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə