Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə21/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

73
Müqəddəs sübh
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Fəth ilində Fə-
rat elə parçalanacaq ki, su Kufə küçələrinə varid olacaqdır”. 
Başqa bir rəvayətdə buyurur: “Fəth ilində Fərat parçalana-
caq və suyu Kufə küçələrinə varid olacaqdır”.
76
3 – Çoxlu zəlzələlər, qorxu və  itnələr (sınaqlar) olacaq il
Zühur  ilinin  əlamətləri,  İmam  Sadiqin  (əleyhissəlam)  bu-
yurduğu  kimidir:  “Onun  əlamətləri  budur  ki,  həmin  il  çoxlu 
zəlzələlər və soyuqluq olar”.
77
“Sizə Məhdini bəşarət verirəm ki, ümmətim arasında baş 
verən ixtila lar, çoxlu zəlzələlərdən sonra zühur edəcəkdir”.
78
“Həmin vaxt yer üzündə çoxlu ixtilaf və  itnə olacaqdır”.
79
“Bu əmrdən öncə “buyuh” qətli olacaqdır... Soruşdular ki, 
“buyuh” nədir? Dedi: “daimidir, sakitləşmir”.
80
“Qaim gəldikdə iki ölüm olacaqdır: Qırmızı və ağ ölüm. O 
həddə qədər ki, hər yeddi nəfərdən beşi öləcəkdir”.
81
Əmirəlmöminin  (əleyhissəlam)  buyurmuşdur:  “Məhdinin 
qarşısında  qırmızı  və  ağ  ölüm  olar.  Həmçinin  öz  zamanında 
çəyirtkələrin  hücumu,  həm  də  öz  zamanında  olmayan  (qey-
ri-mövsüm, qə il) çəyirtkələrin həmləsi olar. Qan rəngləri kimi 
olar. Qırmızı ölümə gəlincə, qılıncdır, ağ ölümə gəlincə isə, ta-
undur”.
82
76
  İlamul-vəra,  s.429;  Bəşarətul-İslam,  s.125;  əl-İrşad,  c.2,  s.377;  Ğeybə-
tut-Tusi, s.274.
77
 Yaumul-xilas, s.543; Bəyanul-Əimmə, c.2, s.431
78
 Əl-Muməhhidun lil-Mehdi, s.49; Kəmalud-din, s.655; Biharul-ənvar, c.52, 
s.182.
79
 Həmin.
80
 Əl-Muməhhidun lil-Mehdi, s.49; Kəmalud-din, s.655; Biharul-ənvar, c.52, 
s.182.
81
 Həmin.
82
  Ğeybətun-Numani,  s.  185;  əl-İrşadu  lil-Mu id,  c.2,  s.372;  Ğeybətut-Tusi, 
s.267.


74
Müctəba Sadət
Abdullah ibn Bəşşar Əmirəlmömininin (əleyhissəlam) belə 
buyurduğunu nəql etmişdir: “Allah-taala Ali-Muhəmmədin Qa-
imini  zahir  etmək  istədikdə  Səfər  ayından  Səfər  ayına  qədər 
müharibə başlayacaqdır. Bu isə Qaimimizin xürucunun vaxtı-
dır (başlanğıcıdır)”.
83
Cabir  ibn  Cu i  deyir:  “Əbu  Cəfər  Muhəmməd  ibn  Əlidən 
(əleyhissəlam) Allah-taalanın “Sizi mütləq bir az qorxu və ac-
lıqla, eləcə də mal, can və məhsul azlığı ilə imtahan edəcə-
yik”
84
 – ayəsinin mənası barədə soruşdum. 
Buyurdu: “Cabir, xüsusi bir mənası vardır. Bir xüsusi və bir 
ümumi mənaya malikdir. Xüsusi mənası budur ki, aclıq Kufə-
dədir.  Allah  onu  Ali-Muhəmmədin  düşmənlərinə  məxsus  qə-
rar  vermişdir.  Onun  vasitəsilə  onları  həlak  edəcəkdir.  Ancaq 
ümumi mənası odur ki, Şamda gerçəkləşəcəkdir. Oranın əhalisi 
qorxu və aclığa mübtəla olacaqdır ki, kimsə onun kimisinə mü-
btəla olmamışdır. Aclıq Qaimin (əleyhissəlam) qiyamından ön-
cədir və qorxu Qaimin (əleyhissəlam) qiyamından sonradır”.
85
İmam  Baqir  (əleyhissəlam)  buyurmuşdur:  “Məhdi  yalnız 
camaatdan şiddətli qorxu, camaata yetişəcək zəlzələlər, taun, 
ərəblər  arasında  kəsən  qılınc,  xalq  arasında  şiddətli  ixtilaf, 
dinlərində  dağınılıq,  durumlarında  dəyişkənlik  baş  verdikdə, 
adam axşam və səhər ölüm təmənna etdikdə qiyam edəcəkdir”. 
Ta ki buraya çatdı: “Onun xürucu məyusluq və naümidlikdən 
sonradır. Xoş olsun o kəsin halına ki, ona yetişmiş və ənsarın-
dan  olmuşdur.  Vay  olsun  o  kəsin  halına  ki,  onunla  və  əmrilə 
müxalifətçilik etmişdir”.
86
Əbu Bəsir İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu 
nəql etmişdir: “Qiyamdan öncə  itnənin baş verməsi qaçılmaz-
83
 Bəyanul-Əimmə, c.1, s.335.
84
 Bəqərə, 155.
85
 Ğeybətun-Numani, s.168; Biharul-ənvar, c.52, s.229.
86
 Biharul-ənvar, c.52, s.231; İlzamun-nasib, c.2, s.162; əl-Məhdi – əs-Sədr, 
s.197.


75
Müqəddəs sübh
dır. Camaat orada ac olar və döyüşlərdən onlara ağır bir qorxu 
üz verər. Mal, can və məhsul baxımından azlığa düçar olacaqlar. 
Bu məsələ Allahın Kitabında açıq-aydındır”. 
Sonra isə bu ayəni tilavət etdi: “Sizi mütləq bir az qorxu və 
aclıqla, eləcə də mal, can və məhsul azlığı ilə imtahan edəcə-
yik. Səbr edənlərə müjdə ver”.
87
Zühur ilini xarakterizə edən bu şərafətli hədislərin toplu-
sundan belə nəticə əldə edirik ki, həmin il çoxlu zəlzələlər və 
itnələr baş verəcəkdir. Həmin  itnələr siyasi stabilliyin aradan 
getməsinə,  çoxlu  ixtilaf  və  müharibələrə  gətirib  çıxaracaqdır 
ki, bu da dünya müharibəsinə səbəb olacaqdır.  Rəvayətlərdə 
bu,  Qirqisiya  döyüşü  kimi  qeyd  edilmişdir.  Biz  tezliklə  buna 
işarə edəcəyik. Nəticə budur ki, çoxlu döyüşlər, xovf, aclıq, qət-
llər, ölümlər baş verəcəkdir. Bu ilin hadisələri müqəddəs fəcrin 
nurunun  saçması  (Məhdinin (əleyhissəlam) zühuru)  ilə  nəti-
cələnəcək ki, dünya haqq-ədalətlə dolacaqdır. 
Zühur ilinin hadisələrinə işarə edən ümumi və yığcam hə-
disləri bəsit şəkildə qeyd etdikdən sonra şərafətli hədislər gö-
rürük ki, dəqiq bəlirti ilə müfəssəl hadisələri, xüsusilə zühur 
ilinin ikinci yarısını aydın edir. Biz gələcək hissələrdə onu izah 
edəcəyik.
87
 Ğeybətun-Numani, s.168; Biharul-ənvar, c.52, s.229.


76
Müctəba Sadət
İKİNCİ HİSSƏ:
RƏCƏB AYININ HADİSƏLƏRİ
Bu  hissədə  biz  Rəcəb  ayında  baş  verəcək  mühüm  ha-
disələrə işarə edəcəyik. Bu aydan məqsəd İmamın (əleyhissə-
lam)  Məhərrəm  ayında  zühur  edəcəyi  ilin  fəqət  beş  ayından 
öncədir.  Bu  da  dəlillərin  təkidi  sayəsindədir.  Biz  baş  verəcək 
hadisələri  bildirən  rəvayətlərə  əsasən,  bu  ayın  hadisələrinə 
diqqət edəcəyik:
1 – Leysan yağan yağışların sona çatması
Ali-Muhəmmədin Məhdisi (əleyhissəlam) zühur edəcəyi il 
ağır bir qəhətlik baş verəcəkdir. Cəmadiul-ulya ayının iyirmisi 
olduqda leysan yağış yağacaqdır. Belə ki, Adəm (əleyhissəlam) 
yerə hübut etdikdən bəri məxluqat belə bir yağış görməmişdir. 
Bu yağış Rəcəb ayının onuna qədər davam edəcəkdir. 
İmam  Sadiqin  (əleyhissəlam)  belə  buyurduğu  nəql  olun-
muşdur: “Qaimin (əleyhissəlam) qiyamı zamanı Cəmadius-sa-
ni və Rəcəbin on günündə məxluqata elə bir yağış yağacaq ki, 
onun kimisini bundan öncə görməmişlər”.
88
Şeyx Mü id “əl-İrşad” kitabında belə qeyd etmişdir: “Sonra 
bu, iyirmi dörd ardıcıl yağan yağışla xətm olunacaq ki, yeri öl-
müş olduqdan sonra dirildəcək və bərəkəti üzə çıxacaqdır”.
89
Habelə  rəvayətlər  dəlalət  edir  ki,  İmamın  (əleyhissəlam) 
zühuruna yaxın əlamətlə leysan yağışların yağması, səmadan 
çoxlu suyun enməsidir. Bu isə bir növ zühur üçün hazırlıq gör-
88
 Biharul-ənvar, c.52, s.337; İlzamun-nasib, c.2, s.159; Tarixu ma bə`dəz-zu-
hur, s.137.
89
 Əl-İraşu lil-Mu id, c.2, s.370; Tarixu ma bə`dəz-zuhur, s.137.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə