Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə23/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

80
Müctəba Sadət
yani  bu  zaman  beş  məntəqəyə:  Dəməşqə,  Hümsə,  Fələstinə, 
İordaniyaya və Qinnisrinə hökümət edəcəkdir.
Onun  üçün  bu  qədərin  müyəssər  olduğunu  gördükdə, 
İraqa  da  tamah  salacaqdır  və  bu  ikirə  düşəcəkdir  ki,  oraya 
hərbi qoşun göndərsin. Ona görə də ən azı səksən min nəfər 
qüvvəsi olacaq və başçısı da özü olacaqdır. Yol əsnasında İraq 
hökümətinin müda iə və qarşısında durması üçün onlara gön-
dərmiş olduğu ordu ilə qarşılaşacaqlar. Bu iki qoşun bir-birilə 
Qirqisiya məntəqəsində (İraq sərhədləri yaxınlığında Suriyada 
baş verəcəkdir) vuruşacaqdır. Türklər (ruslar) və rumlular (av-
ropalılar və amerikalılar) da döyüşdə iştirak edəcəklər. Onların 
döyüşü sarsıdıcı olacaq. Orada yüz min nəfər civarında zülm-
kar və qəddar insanlar öldürüləcəkdir. Həmin döyüşdə öldü-
rülən zülmkar və qəddar insanlardan məqsəd fasiq, yolunu az-
mış kəslərdir. Bu cəhətə görə məntəqə Məhdinin (əleyhissəlam) 
zühurundan sonra onun müqabilində cəbhə qurması mümkün 
olan hərbi qüvvələrin ən əhəmiyyətlisindən xilas olacaqdır.
Hər bir halda, bu döyüşdə də Süfyani qələbə qazanacaq və 
İraqa varid olacaqdır. Orada “Ərzul-Cəzirə”də (İraqın iki çayı-
nın arası) naçar olaraq Yəmani ilə üz-üzə gələcəkdir (yaxud Yə-
maninin dairəsinə girəcəkdir – müt.) ki, ona da qələbə çalacaq. 
Həmçinin Yəmaninin məntəqələrdəki hərbi əməliyyatlar nəti-
cəsində topladığı qoşunlara sahib çıxacaqdır. 
Sonra  Kufəyə  yollanaraq  orada  qətliamlar,  edam  və  xalqı 
əsir götürməyə başlayacaqdır. Orada Ali-Muhəmmədin (sallal-
lahu əleyhi və alih) yardımçılarını və həmçinin onlara mənsub 
olan  bir  nəfəri  qətlə  yetirəcəkdir.  Sonra  onun  carçısı  Kufədə 
nida  çəkəcəkdir  ki,  kim  Əli  şiələrindən  birinin  başını  gətirsə 
min dirhəm (paylıq) alacaqdır. Odur ki, bir qonşu İslamda həm-
məzhəb olmayan qonşusuna hücum çəkərək deyəcək: “Bu da 
onlardandır”. Onun boynunu vurub, başını Süfyaninin hökümə-
tinə təhvil verəcək, oradan min dirhəm alacaqdır.


81
Müqəddəs sübh
Kufədə əhali və dəstəkçilər tərə indən yaradılan zəif hərə-
katlar və kiçik ordular bu şəhəri Süfyaninin ordurusun əsarə-
ti altından xilas edə bilməyəcək. Əksinə, Süfyani bu hərəkatın 
başçısını Hirə və Kufə arasında qətlə yetirəcəkdir. Ondan sonra 
da çoxlu sayda qanlar axıdacaqdır.
Höküməti İraqda davam etdiyi müddətdə İrana qoşun ye-
ritmək sevdasına da düşəcəkdir. Odur ki, oraya yollanacaq və 
Şiraz məntəqəsinə (Bab İstəxr) çatacaqdır. Orada döyüş mey-
danında Seyid Xorasani ilə üzbəüz gələcəkdir.
Eyni  halda  Süfyani  Hicazın  müqəddəs  ərazilərində  hö-
kümət etmək tamahına düşəcəkdir. Odur ki, Bəni Üməyyədən 
olan Xüzeymənin başçılığı altında bir qoşunu oraya ezam edə-
cəkdir. (Əksər rəvayətlər qeyd edir ki, Süfyaninin özü bu qoşun-
da olmayacaq)  Qoşun  bütün  qüvvəsilə  Mədinə  istiqamətində 
hərəkət edəcəkdir və bu, o əsnada baş verəcək ki, İmam Məh-
di  (əleyhissəlam)  Məkkədə  olacaqdır.  Onun  zühur  günlərinın 
başlanğıcı  olacaqdır.  Onun  xəbərlərini  izləyəcəkdir.  Süfyani 
onun  ardınca  Məkkəyə  tərəf  ordu  göndərəcək  ki,  onu  qətlə 
yetirməyə, özünü və əshabını ortadan qaldırmağa çalışsın. Rə-
vayətlərin siyaqından görünən budur ki, Məkkəyə yönələn bu 
qoşun elə Mədinəyə gedən qoşundur ki, üç gün ərzində orada 
camaatını qarət və qətl, Rəsuləllahin (sallallahu əleyhi və alih) 
məscidini viran günə qoymuşdular.
Bircə bu var ki, Məkkə əmin-amanlıq hərəmidir və orada 
olan kəs öz canına görə qorxuya düşməməlidir. Habelə İmam 
Məhdi (əleyhissəlam) elə bir rəhbərdir ki, vəd olunan gün, alə-
min  hidayəti  üçün  saxlanılmışdır.  Odur  ki,  qətlə  yetirilməsi 
mümkün deyil və himayə olunması labüddür... Zərurət və məs-
ləhət belə cərəyan edəcək ki, bu qoşun aradan gedəcək və ila-
hi qəza onlar üzərində icra olunacaqdır. İlahi möcüzə ilə səhra 
bu qoşunu udacaq və iki nəfərdən başqa qalanlarından heç bir 
əsər-əlamət qalmayacaqdır. (Bu iki nəfər isə Bəşir və Nəzir kimi 
adlandırılırlar. Onlar Cüheynə qəbiləsindən olar. Ona görədir ki


82
Müctəba Sadət
belə deyilib: “Yəqin xəbər Cüheynədədir”)
98
 Bu iki nəfər camaata 
yoldaşlarının başlarına gələni xəbər verəcəklər.
İlahi  təqdir  Süfyaninin  ordusunun  yerə  batması  ilə  nəti-
cələnsə də Suriya, İraq, İordaniya, Fələstin, Ərəbistan yarıma-
dasının geniş ərazisi hələ də Süfyaninin höküməti altında qa-
lacaqdır.  Ordunun  səhrada  udulmasından  qısa  müddət  sonra 
İmam Məhdi (əleyhissəlam) hərəkət edəcək və onu ordusu ilə 
birlikdə  İraqa  qaytaracaq,  onunla  döyüşəcək,  onun  üzərində 
qələbə çalacaq və öldürəcəkdir. Bu hadisə isə Rəmlə məntəqə-
sində  baş  verəcəkdir.  İmam  Məhdi  (əleyhissəlam)  Süfyaninin 
hökümət etmiş olduğu bütün məntəqəyə sahib olacaq və bura-
dan İmam Məhdinin (əleyhissəlam) dünya fəthi üçün münasib 
fürsət yaranacaqdır”.
Ardınca  Süfyaninin  xüruc  etməsi  və  onun  durumunu 
göstərən hədis mənbələrindən bəzi şərafətli hədislərə və rə-
vayətlərə bizə kifayət edəcək qədər işarə edək. 
Əmirəlmöminin (əleyhissəlam) buyurmuşdur: “Ciyəryeyə-
nin oğlu quru vadidən çıxar. O, orta boylu bir adamdır. Siması 
vəhşətlidir
99
. Başı enlidir (və iridir), üzündə çiçək xəstəliyinin 
əlaməti var. Onu gördüyün zaman təkköz hesab edərsən. Onun 
adı Osman, atası Ənbəsədir. O, Əbu Süfyanın nəslindəndir. Qə-
rargah  və  mənbə  olan  yerədək  gəlib  minbəri  üzərində  qərar 
tutar”.
100
 Qərargah və mənbə olan yer Dəməşqdir.
İmam Baqir (əleyhissəlam) buyurmuşdur: “Bəni- ilan müt-
ləq hakimiyyət edəcək. Elə ki hakimiyyət etdilər, sonra ixtilafa 
düşdülər  və  işləri  (birlikləri)  parçalandı,  Xorasani  və  Süfyani 
onlara qarşı qiyam edəcəklər. Bu şərqdən, o isə qərbdən. İki ya-
rış atı kimi Kufəyə doğru tələsəcəklər. Biri buradan, biri oyan-
dan. Nəhayət onların (Bəni-Abbasın) həlak olmaları onların əli 
98
 Bəşarətul-İslam, s.21; Yəumul-xilas, s.293.
99
 Yəni onu görən dəhşətə gələr və onunla ünsiyyət qurmaq istəməz. 
100
 Kəmalud-din, s.651; Bəşarətul-İslam, s.46.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə