Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə26/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   22   23   24   25   26   27   28   29   ...   52

89
Müqəddəs sübh
çıxacaqdır  və  onunla  birlikdə  Allah  Rəsulunun  (sallallahu 
əleyhi və alih) bayrağı olacaqdır. Bu isə bəlalar uzun çəkdiyi 
üçün camaat onun zühur etməsindən məyus olduqdan sonra 
baş verəcəkdir.
114
 
Hədislər Xorasaninin qoşununun bəzi xüsusiyyət və adları-
nı belə bəyan etmişdir:
Haşimi (Xorasani) siyasi bir rəhbərdir. Onun sağ əlində xal 
var. Əs-Seyyidul-Əkbər (Böyük başçı) o kəsdir ki, bayraqları onun 
möhürü ilə möhürlənər. Şüeyb ibn Saleh qarabuğdayı cavan, iti 
zəkalı, Rey əhlindəndir (Tehran) və qüvvələrinin başçısıdır. Ta-
liqan xəzinələri elə Taliqan məntəqəsinin gəncləridir (Tehranın 
şimal bölgəsi).  Onlar  Məhdinin  (əleyhissəlam)  əshabından  ola-
caq. Onları hədislər Allahın xəzinələri kimi vəsf etmişdir”.
115
Rəvayətlər  bunu  göstərir  ki,  iranlılar  düşmənləri  ilə  dö-
yüşəcəkləri uzun bir müharibədən sonra Şüeyb ibn Salehi öz 
qoşunun  başçısı  seçən  Haşimi  ilə  beyət  edəcəklər.  Hədislər 
iranlıların  düşmənləri  ilə  döyüş  meydanını  həmin  ərazindən 
xaricdə – yəni İraq, Şam və Fələstin kimi açıqlayır. Bu isə on-
ların daxili siyasi vəziyyətlərinin stabilliyinə dəlalət edir. Bir-
cə  Qirqisiya  döyüşü  əsnasında  iranlıların  daxili  vəziyyətində 
olan bircə nizamsızlıq durumu istisnadır. Hansı ki, bu durum 
Süfyani, türklər, bəzi rumlular (qərblilər) və bəzi iraqlı ordular 
arasında bir əsas olacaqdır.  İranlıların qüvvəsi döyüş sahəsinə 
yaxın olacaq və onlar orada iştirak etmək istəyəcəklər. Ancaq 
onlar əlac tapmaq üçün Qirqisiyadan geri çəkiləcəklər (daxili 
vəziyyəti düzəltmək üçün). Odur ki, öz ölkələrinə geri qayıda-
caq, sonra Qirqisiya döyüşündə qələbə çaldıqdan sonra Süfyani 
ilə qarşılaşmaq üçün hazırlıq görəcəklər. 
İranlıların qiyam etməkdə hədə i Qüdsün azadlığıdır ki, İraqı 
keçdikdən sonra oranı fəth edərlər. Hədislər İstəxr məntəqəsin-
114
 Bəşarətul-İslam, s.184; Yəumul-xilas, s.651; əs-Süfyani – Fəqih, s.77.
115
 Əl-Muməhhidun lil-Məhdi, s.54.


90
Müctəba Sadət
dən olan milli yürüşdən xəbər verir ki, Hicaz hadisələri və Məh-
dinin (əleyhissəlam) Məkkədə çıxmasından (zühur etməsindən) 
sonra olacaqdır. Məşriq əhli onu qarşılamağa çıxar. O isə Mək-
kədən İraqa sarı yönələr və İstəxrdə onlara yetişər. Orada ona 
beyət edərlər və onunla birlikdə Süfyaniyə qarşı döyüşərlər.
116
5 – Günəş diskində kamil bədənin görsənməsi və səma-
dan işarə edən əl
Rəcəb ayında rəbbani bir möcüzə baş verəcəkdir ki, bütün bəşə-
riyyət onun əzəmətindən heyrətdə qalacaqdır. Onlar aşağıdakılardır:
A – Günəş diskində insan sinəsinin və simasının çıxması
İmam  Baqir  (əleyhissəlam)  Allah-taalanın  “Əgər istəsək 
göydən onlara elə bir nişanə nazil edərik ki, onun müqabi-
lində onlar boyun əyib itaət edərlər”
117
 ayəsi barədə belə bu-
yurmuşdur: “Tezliklə Allah bunu onlarla edəcəkdir”. 
Ravi deyir ki, dedm: “Kimdir onlar?” 
Buyurdu:  “Bəni-Üməyyə  və  onların  ardıcıllarıdır  (Süfyani 
və yardımçıları)”. 
Dedim ki, bəs nişanə (möcüzə) nədir? 
Buyurdu: “Günəşin zavalı ilə əsr vaxtı arasında durması, in-
san sinəsinin və simasının günəş diskində çıxmasıdır ki, onun 
dərəcə və nəsəbi tanınar. Bu Süfyaninin zamanında olacaqdır 
və həmin vaxt onun və qövmünün yox olması baş verəcəkdir”.
118
Bu hədis onu izah edir ki, bu əlamətin görsənməsi Süfyanin 
xüruc etməsindən sonradır. Biz öncə də təkid etmişdik ki, Süf-
yani Rəcəb ayında çıxacaqdır. 
116
 Xorasanin hərəkatı ilə əlaqədar daha geniş və təfərrüatlı məlumatlar, hə-
dis və rəvayətlər üçün Şeyx Əli Kuraninin “əl-Muməhhidun lil-Məhdi” kita-
bının üçüncü fəslinə müraciət et. 
117
 Şuəra, 4.
118
  Əl-İrşad  lil-Mu id,  c.2,  s.373;  İlamul-vəra,  s.428;  Biharul-ənvar,  c.52, 
s.221; əl-Məhdi əl-məvud, s.53; Yəumul-xilas, s.517; əs-Süfyani, s.121.


91
Müqəddəs sübh
İmam  Sadiq  (əleyhissəlam)  da  bu  əlamətin  Rəcəb  ayında 
baş  verəcəyini  bildirmişdir:  “Güclü  səsin  baş  verəcəyi  ildən 
öncə Rəcəb ayında bir əlamət olacaq”. 
Ravi deyir ki, dedim: “Nədir o əlamət?” 
Buyurdu: “Ayda (başqa bir sözə əsasən, günəşdə) bir üzün 
görünməsi və (səmada) açıq-aşkar bir əlin ortaya çıxmasıdır”.
119
 
Bu bariz bədən (üz və sinə) irəlidə görəcəyimiz kimi, Rəcəb 
ayında üç nida çəkəcək kəsdir.
İmam Rza (əleyhissəlam) uzun bir hədisin gedişatında bu-
yurmuşdur: “... və üçüncü səs, onlar günəşin diski istiqamətin-
də aşkar bir bədən görəcəklər”.
120
 
Bəzi alimlər belə düşünür ki, bu bədən Əmirəlmömininin 
(əleyhissəlam)  cismidir  ki,  onu  məxluqat  tanıyacaqdır.  Necə 
ki,  Hacı  Şeyx  Muhəmməd  Nəcə i  “Bəyanul-Əimmə”  kitabının 
üçüncü hissəsində (s.488) bunu açıqlamışdır. Həmçinin bəzilə-
ri belə açıqlamışlar ki, bu, Məsihdir (əleyhissəlam). Şeyx Əli Ku-
rani özünün “əl-Muməhhidun lil-Məhdi” kitabında (s.37) belə 
açıqlamışdır... İkinci rəy mənə görə daha üstündür.
B – Səmadan çıxan əlin “Bu, bu!!” – deyə işarə etməsi.
Bəzi  ravilər  bunun  qəti  əlamətlərdən  olduğunu  qeyd  et-
mişdir. İmam Sadiq (əleyhissəlam) uzun bir hədisin gedişatında 
buyurmuşdur: “və əlin səmadan çıxması qəti olandandır”.
121
Həmçinin İmam Sadiqin (əleyhissəlam) vəd olunan günün 
əlamətlərini  açıqlayarkən  belə  buyurduğu  nəql  olunmuşdur: 
“Səmadan olan əl həmin günün əmirliyinə (və hökümətinə) də-
lalət edir və camaat ona nəzər salacaqdır”.
122
Bizim  imamlarımız  (əleyhissəlam)  nə  qədər  əzəmətlidir 
ki,  yüz  illər  öncə  bizə  bu  cərəyanları  xəbər  vermişlər.  Bədən 
119
 Ğeybətun-Numani, s.169; Biharul-ənvar, c.52, s.233; Bəşarətul-İslam, s.120.
120
 Ğeybətun-Numani, s.120; Bəşarətul-İslam, s.120.
121
 Ğeybətun-Numani, s.172; Bəşarətul-İslam, s.120.
122
 Yəumul-xilas, s.519; Biharul-ənvar, c.52, s.233, başqa bir ləfzlə.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə