Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə34/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

115
Müqəddəs sübh
dur.  İmamla  (əleyhissəlam)  birlikdə  cihad  etmək  müvəffəqiy-
yətinə yetişmək ona dünya və axirətdə fayda verəcəkdir. Onda 
dünya və axirət faydası vardır”.
Bundan  öncə,  Əhli-beyt  imamlarının  (əleyhimussəlam) 
şiələrinə,  onları  sevənlərə  və  ardıcıllarına  öyrətmiş  olduğu 
təlimlərdə  görürük  ki,  Ramazan  ayında  çığırtını  eşitdikdən 
sonra yemək azuqəsi toplamağı çoxaltmalıdırlar... Yəni hadisə 
(Qirqisiya mərəkəsi),  döyüşlər  və  itnələr  baş  verməmişdən 
öncə bunu etməlidirlər. Həmin vaxt Ali-Beyt (əlehyimussəlam) 
şiələri yemək tədarükü görmək üçün ayıq olacaqlar. Onların əl-
lərinə başqalarından ən azı iki ay öncə, həmçinin qida korlan-
madan qabaq fürsət düşəcəkdir. Bu da imamların (əleyhimus-
səlam) təlimlərinin fəziləti və bərəkəti sayəsində olacaqdır. Bu, 
kitablarda gizli tutulmuş və qeybi sirlərdir ki, seyidlərimiz və 
başçılarımız bizə lütf etmişlər. Onlara ən üstün salavat və sa-
lam olsun.
2 –İraq qətliamı
Bağdad soyqırımı
Qirqisiya mərəkəsindən sonra Süfyani İraqdakı siyasi zəif-
lik durumdan istifadə edəcəkdir.  O, hərbi həmlə icra edəcək, 
onun qüvvələri İraqa daxil olacaq, Bağdadda müsibət doğuran 
qətliam törədəcəkdir. (Zülqədə ayının 21, yaxud 22-si başlaya-
caqdır).  Həmçinin  Kufədə  soyqırım  baş  verəcəkdir  (Zülhiccə 
ayında mübarək qurban bayramı, bayram günü). Habelə başqa 
şəhərlərdə də baş verəcəkdir. O həddə çatacaq ki, Xorasaninin 
qüvvələri (iranlılar) daxil olacaq.
Uzun  bir  hədisin  gedişatında  İmam  Sadiq  (əleyhissəlam) 
buyurmuşdur:  “İraqı  şiddətli  qorxu  bürüyəcək  və  sabitlik  ol-
mayacaqdır.  Onun  qoşunu  bağdada  daxil  olduqdan  sonra 
sürətli ölüm düşəcəkdir. Belə ki, üç gün oranı mübah edəcək-
dir. Əhalisinin altmış minini qətlə yetirəcəkdir (yetmiş min də 
deyilmişdir).  Evləri  xarabaxanalığa  çevirəcəkdir.  Sonra  orada 


116
Müctəba Sadət
on səkkiz gecə qalacaq və mallarını bölüşdürəcəkdir. Orada ən 
salamat yer Kərx olacaqdır”.
166
İbn Vəhb deyib: “Əbu Abdullah (əleyhissəlam) İbn Əbu Əqi-
bin şerindən beyti misal gətirdi: (məzmunu)
Onlardan səksən min nəfərin heyvan kimi Bağdadda başı 
kəsilmiş olar
Nəhayət bu yerinə çatdı: (məzmunu)
Zəvrada  (Bağdadın epitetlərindən biri)  səksən  min  adam 
qətlə yetirilər. Onların səksən nəfəri  ilankəsin övladlarından 
olarlar. Hamısı xilafət üçün layiqli olar”.
167
Əmirəlmöminin (əleyhissəlam) uzun bir hədisin gedişatın-
da buyurmuşdur: “Zəvra (Bağdad) şəhəhərindən onların valisi, 
əmir beş min cəllad arasında çıxar. Körpüsü üzərində yetmiş 
min nəfər öldürərlər. O həddə qədər ki, camaat üç gün cəsədlə-
rin üfunətli qanı ucbatından Fəratdan uzaq durar”.
168
 
İmam  Sadiq  (əleyhissəlam)  buyurmuşdur:  “Bəni-Abbas 
tərəfdarlarından dəyəri böyük olan bir nəfərin Kərxdən Bağdad 
şəhərinə gələn körpünün yanında yandırılması baş verər”.
169
 
İmam Hüseyn (əleyhissəlam) uzun bir hədisin gedişatında 
belə  buyurmuşdur:  “Yüz  otuz  min  nəfərlik  qoşununu  Zəvra-
ya (Bağdada) göndərər. Onlar üç gün ərzində oranın körpüsü 
üzərində yetmiş min nəfər adamı qətlə yetirərlər. On iki min 
bakirə qızı zorlayarlar. Sən Dəclə çayının suyunu qan və cəsəd-
lərin üfunətindən qırmızıya bürünmüş görərsən”.
170
Zəvra Bağdaddır. Oranı Mənsur Dəvaniqi tikdirmişdir. Kör-
pünün adı rəvayətlərdə dəfələrlə təkrar çəkilmişdir. Bu körpü 
Bağdadda “Cuəyfər” məhəlləsindən Kərx tərə ində bağlanmış-
dır. Dəclə çayının başqa bir tərə ində yerləşən “Mədinətut-tib-
166
 Yəumul-xilas, s.703; İlamul-vəra, s.429.
167
 Bəşarətul-İslam, s.153; Yəumul-xilas, s.657.
168
 İlzamun-nasib, c.2, s.119; Bəşarətul-İslam, s.57.
169
 İlzamun-nasib, c.2, s.149; Yəumul-xilas, s.657.
170
 Yəumul-xilas, s.657; Bəyanul-Əimmə, c.2, s.365.


117
Müqəddəs sübh
b”-in qarşısındadır. Bu körpünün adının dəfələrlə hallanmasın-
da görünən budur ki, bu körpü Süfyani qoşunu ilə iraqlıların 
qoşunu arasında baş verən vaqiənin yeridir. Belə ki, körpünün 
üzərində yetmiş min əskər öldürüləcəkdir. Onların qanı Dəclə 
çayına axacaqdır. O həddə qədər ki, çayın suyu qandan qırmızı 
rəngə boyanacaqdır. Həmçinin su qan və cəsədlərin çürümə-
sindən üfunət iyi verəcəkdir. O həddə çatacaq ki, camaat üç gün 
çayın suyunu içməkdən uzaq duracaqdır.
İmam  Sadiq  (əleyhissəlam)  buyurmuşdur:  “Sarı  bayraqla-
rın,  məğrib  bayraqlarının  və  Süfyani  bayrağının  əlindən  vay 
olsun Zəvranın halına!”
171
Müfəzzəl  ibn  Ömər  İmam  Sadiqdən  (əleyhissəlam)  belə 
nəql  etmişdir  ki,  həzrətə  buyurdu:  “Ey  ağam,  Bağdadda  olan 
Zəvranın halı həmin zaman necə olacaq?” 
Buyurdu:  “Allah  əzabının,  qəzəbinin  yeri  olacaqdır.  Sarı 
bayraqların, hər bir yaxın və uzaqlıqdan ona sarı hərəkət edən 
bayraqların əlindən vay onun halına. Allaha and olsun ki, ru-
zigarın  əvvəlindən  sonuna  qədər  sair  üsyankar  ümmətlərə 
nazil olan növbənöv əzablar, habelə o əzablar ki, nə göz gör-
müşdür, nə də qulaq eşitmir – mütləq nazil olacaqdır. Sellərlə 
birlikdə tufan oraya gələcəkdir. Vay olsun oranı məskən seçə-
nin halına. Allaha and olsun ki, Bağdad bəzi vaxtlarda elə abad 
edilər ki, hətta onu görən kəs “dünya elə budur, başqası deyil” 
–  deyər.  Zənn  edər  ki,  qızları  hurul-eyn,  övladları  isə  Cənnət 
övladlarıdır. Güman edər ki, Allah yalnız oraya ruzi bəxş edir. 
Allahı yalanlama üzə çıxar. Haqsız yerə hökm verilər, yalandan 
şahidlik edilər, məstedici şərab, zina, haram mal yemək, (na-
haq)  qan  axıtmaq  üzə  çıxar.  Bundan  sonra  Allah  onu  sınaq-
lar və hərbi qüvvələrin əli ilə çıxaracaqdır. O həddə qədər ki, 
oradan keçən kəs (xaraba günə qalmış) divardan başqa heç nə 
görməz. Əksinə, deyər ki, bu yer Bağdaddır. Sonra gözəl üzlü 
171
 Bəşarətul-İslam, s.143; Yəumul-xilas, s.701.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə