Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə52/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   44   45   46   47   48   49   50   51   52

175
Müqəddəs sübh
Sözün xülasəsi budur ki, bəda qarşısı alına bilən (məvquf) 
zühur əlamətlərinə müdaxilə edə bilir. Ona yol tapır. Yəni də-
yişmə, əvəzedilmə qabiliyyətinə malikdir. Onun bəzilərinin baş 
verməməsi mümkündür.
İkinci: Zühur əlamətləri və məhtum işlər
Məhtum (qəti baş verəcək) zühur əlamətləri beşdir. Necə ki, 
bu barədə Ömər ibn Hənzələdən nəql olunan rəvayətdə deyi-
lir: “Əbu Abdullahın (əleyhissəlam) belə buyurduğunu eşitdim: 
“Qaimin qiyamından öncə beş məhtum əlamət vardır: Yəmani, 
Süfyani, çığırtı, Nəfsi-Zəkiyyənin qətli və Beydada çökmə”
264
... 
Habelə İmam Sadiqdən (əleyhissəlam) nəql olunan rəvayətdə 
deyilir: “Ona dedik ki, Süfyani mütləq baş verəcək əlamətlər-
dəndir? 
Buyurdu: “Bəli. Nəfsi-Zəkiyyənin qətli, Qaim, Beydada (çö-
lündə) yerə batma, səmada görünəcək əl və səmadan eşidilə-
cək nida mütləq baş verəcək əlamətlərdəndir”. 
Dedim: “Nida nə olacaq?” 
Dedi: “Bir carçı Qaimin və atasının (əleyhiməssəlam) adı ilə 
nida edəcək”.
265
 Burada çox sayda rəvayət vardır ki, bu beş qəti 
əlaməti o həddə vurğulamışdır ki, bu nəslər təvatür həddinə 
çatmışdır. 
Məhtum  əlamətlər  baş  verməsi  labud  olan  xəbərlərdir. 
Belə ki, mütləq baş verəcəkdir. Onun zühurla olduqca möhkəm 
əlaqəsi vardır. Həm də onun (əleyhissəlam) zühuruna yaxın baş 
verəcəkdir.  Orada  bəda  üçün  heç  bir  əlaqə  yoxdur.  Ona  görə 
də, məhtumda olan bəda onun qəti olması ilə uyuşmur. Çün-
ki  bədanın  bir  şeydə  olmasının  mənası  ondan  imtina  etmək 
anlamındadır.  Varlığın  qəti  olması  bəda  vasitəsilə  qeyri-qəti 
264
 Kəmalud-din, c.2, s.650; Ğeybətut-Tusi, s.628; Ğeybətun-Numani, s.169; 
Biharul-ənvar, c.52, s.204; İlamul-vəra, s.426; Muntəxəbul-əsər, s.439.
265
 Ğeybətun-Numani, s.172; Muntəxəbul-əsər, s.455.


176
Müctəba Sadət
olur. Əksi də bu cürdür... Bu Seyid Əbülqasim Xoi
266
, Seyid Cəfər 
Murtəza  Amuli
267
  kimi  böyük  sütun  alimlərin  nəzəridir.  Şeyx 
Tusi  “əl-Ğeybət”  kitabında  qeyd  etmişdir:  “Başqa  bir  misal 
odur ki, şərtləri dəyişildikdə məsləhətin də dəyişilməsi üzün-
dən  özü-özlüyündə  dəyişilməsi  mümkün  olan  şeydir.  Belə  ki, 
biz bütün bunları keçərli hesab edirik. Gələcəkdə baş verəcək 
hadisələr barədə söylənilən xəbərlər kimi. Ancaq burada xəbər 
verilənin dəyişilə bilməyəcəyi bilinən tərzdə qeyd edilən xəbər 
istisnadır. Belə ki, bu halda biz onun varlığına (baş verəcəyinə) 
qəti şəkildə əmin oluruq. Bu səbəbdən qətilik – verilən xəbər-
lərin əksəriyyəti ilə yanaşı qeyd edilmişdir. Elə olduqda bilmiş 
oluruq  ki,  dəyişilməsi  mümkün  olmayan  şeylərdəndir  və  hə-
min an biz ona əmin oluruq”.
268
  Buna görə də vurğulayırıq ki, 
qəti əlamətlər barədə Allah bəda etməyəcəkdir.
Bu  rəyə  qarşı  çıxan  əsas  işkal  Numaninin  “əl-Ğeybət”  ki-
tabında qeyd etdiyi rəvayətdir: “Əbu Haşim Davud ibn Qasim 
Cəfəri deyib: “Əbu Cəfər Muhəmməd ibn Əli Rzanın (əleyhissə-
lam) yanında idik. Süfyanidən və hədisdə onun işinin məhtum-
dan olmasının qeyd edilməsindən söz düşdü. Mən Əbu Cəfərə 
dedim: “Allah məhtum olan işlərdə “bəda” edərmi?” 
Buyurdu: “Bəli”. 
Dedim: “Qorxuruq ki, Allah Qaim barəsində də bəda edə”. 
Dedi: “Qaim “vəd”dəndir. Allah isə vədinə xilaf çıxmaz”.
269
Əllamə Məclisinin “Bihar” ensiklopediyasında əsaslandığı 
budur ki, qeyd edir: “Ola bilər ki, məhtumun iki mənası vardır 
və  bəzisində  bədanın  baş  verməsi  mümkündür...  Sonra  ehti-
mal olunur ki, məhtumda bəda dedikdə onun xüsusiyyətlərin-
də bəda olması nəzərdə tutulsun. Bəni-Abbasın getməsindən 
266
 Necə ki, Muhəmməd Fəqih ondan yazışma əsnasında bunu soruşmuş və 
özünün “əs-Süfyani” kitabında qeyd etmişdir; s.102.
267
 Rəyini öz kitabında qeyd etmişdir: “Dirasətu  i əlamatiz-zuhur”, s.60.
268
 Ğeybətut-Tusi, s.265.
269
 Ğeybətun-Numani, s.205; Biharul-ənvar, c.52, s.250.


177
Müqəddəs sübh
öncə Süfyaninin xürucu və sair kimi baş verməsinin təməlində 
deyil”.
270
 
Ancaq biz Əllamə Məclisinin rəyinə yönəlmirik. Çünki məh-
tumda olan bəda məhtum və sair xəbər arasında fərq qoymur. 
Oradan qarşısı alına bilən və qəti işlər arasında bölgü aparmağa 
ehtiyac qalmır... Əlavə olaraq qeyd etmək lazımdır ki, rəvayətin 
sənədi zəifdir.
271
 Həmçinin bu rəy (məhtumda bəda olması) bir 
çox rəvayətlər ilə ziddiyyət təşkil edir.
Əbdülməlik  ibn  Əyən  deyir:  “Əbu  Cəfərin  (əleyhissəlam) 
yanında idim. Qaimdən (əleyhissəlam) söz düşdü. Ona dedim: 
“İstəyirəm ki, (onun zühuru) tez ola və Süfyani olmaya”. 
Buyurdu: “Xeyr, Allaha and olsun ki, o baş verməsi mütləq 
və qaçılmaz olan “məhtum” əlamətlərdəndir”.
272
 
Fudeyl ibn Yəsar İmam Baqirin (əleyhissəlam) belə buyur-
duğunu nəql etmişdir: “İşlərdən bəzisi qarşısı alına bilən işlər-
dir  (məvqufdur),  bəzisi  də  mütləq  baş  verən  işlər  (məhtum)
Süfyani baş verməsi qaçılmaz olan məhtum işlərdəndir”.
273
Hümran ibn Əyən İmam Sadiqin (əleyhissəlam) belə buyur-
duğunu nəql etmişdir: “Qaimin qiyamından öncə baş verməsi 
mütləq olan əlamətlərdən (bəziləri) bunlardır: Süfyaninin çıx-
ması,  Beydada  batma,  Nəfsi-Zəkiyyənin  qətli  və  səmadan  bir 
carçı(nın nida etməsi)”.
274
Hümran  ibn  Əyən  İmam  Baqirin  (əleyhissəlam)  Allah-ta-
alanın  “... sonra müddət müəyyənləşdirən Odur. Müəyyən 
olunmuş bir müddət də Onun yanındadır”
275
 – ayəsi barədə 
buyurdu: “Onlar iki əcəldir: Məhtum əcəl və məvquf əcəl”. 
Hümran ona dedi: “Məhtum nədir?” 
270
 Biharul-ənvar, c.52, s.s.251.
271
 Əs-Süfyani və əlamatuz-zuhur, s.102.
272
 Ğeybətun-Numani, s.203; Biharul-ənvar, c.52, s.s.249.
273
 Ğeybətun-Numani, s.204; Biharul-ənvar, c.52, s.s.249. 
274
 Ğeybətun-Numani, s.176; Muntəxəbul-əsər, s.455.
275
 Ənam, 2.


178
Müctəba Sadət
Buyurdu: “Ondan qeyrisi mümkün olmayandır”. 
Hümran soruşdu: “Məvquf nədir?” 
Buyurdu: “O şeydir ki, onda Allahın məşiyyəti olsun (Alla-
hın iradəsinə bağlıdır)”. 
Hümran dedi: “İstəyərdim ki, Süfyaninin əcəli məvquf olsun”. 
Əbu Cəfər (əleyhissəlam) buyurdu: “Xeyr, Allaha and olsun 
ki, o, məhtumdandır”.
276
Burada çoxlu hədislər vardır ki, bu beş əlaməti qeyd edir 
və onların qəti baş verəcəyini vurğulayır. Yəni onun barəsində 
xəbər gerçəkləşəcəkdir. Bu isə onun şərtlərinin yetişməsi, ma-
neələrinin aradan qalxması və illət ünsürlərinin tamamlanma-
sı ilə əlaqədardır.
Beş qəti əlamət əlamətlərin rəvayət baxımından ən təkid olu-
nanı, ən etimadlısı, ən mətin olanıdır. Belə ki, bədanın ona müdaxilə 
etməməsi daha münasib rəydir... Bədanın ona müdaxilə etməsini 
fərz etmək (digər rəy) – yəni bu beş əlamətlərdən birinin dəyişmə-
si, məsələn, Süfyani surətinin məhv olması (Beydada) yerə batma 
surətinin məhvinə gətirib çıxaracaqdır. Çünki batma onun qoşunu 
ilə əlaqədardır. Habelə Süfyaninin aradan getməsi Əshəbin, Əbqə-
nin  də  məhv  olmasına  gətirib  çıxaracaqdır.  Yəni  Qirqisiya,  yaxud 
ondan başqa bir şeyin aradan getməsinə. Şam  itnəsi də bu cürdür. 
İraq  itnələri də. Hətta Yəmani və Xorasani surətinin böyük hissə-
si də bu qəbildəndir. Süfyaninin aradan getməsi (yəni bu əlamətdə 
bəda baş verməsi) bir çox zühur əlamətlərinin də aradan getməsinə 
səbəb olacaqdır (Çünki onlar bir-biri ilə əlaqədardır). Odur ki, məh-
tumda Allahın bəda etməyəcəyini vurğulayırıq.
Üçüncü: İntizarı çəkilən İmam Məhdinin (əleyhissəlam) 
qiyamı və bəda
İntizarı  çəkilən  İmam  Məhdinin  (əleyhissəlam)  zühuru 
və  onun  qiyamı  qəti  (məhtum)  əmrlərin  ən  təkid  olunanıdır. 
276
 Biharul-ənvar, c.52, s.s.249.


179
Müqəddəs sübh
Bəlkə də bundan daha artıq şeydir. Çünki onun qiyamı ilahi bir 
vəddir.  Allah-taala  öz  kitabında  buyurmuşdur:  “Allah sizdən 
iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları 
mütləq özlərindən qabaq olmuşları canişin etdiyi kimi yer 
üzündə  canişin  edəcək, onlar üçün bəyəndiyi dini mütləq, 
onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların 
halını  şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq 
və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət 
etsinlər və heç nəyi Mənə  şərik qoşmasınlar. Kim bundan 
sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”.
277
Bu,  zülm  və  əzaba  düçar  olmuş  möminlər  üçün  açıq-aydın 
ilahi  vəddir  ki,  onları  yer  üzündə  canişin  edəcəkdir.  Yəni  Al-
lah-taala  nüfuzlarını,  qüdrət  və  rəhbərliklərini  bütün  dünya 
üzərində yaymaqla onları müvəffəq edəcəkdir. Bu, tarix boyu 
gerçəkləşməyən bir şeydir. Keçmiş dönəmlərdən bizim indiki 
əsrimizə qədər... Odur ki, bu, gələcək dönəmdə yəqin şəkilində 
baş tutacaq şeydir. Bu, Allahın qəti vədi ilə uyğundur. Hansı ki, 
bu vəd heç cür dəyişkliyə, əvəz edilməyə, arxada saxlanılmağa, 
yaxud məhvə uğraya bilməz (Yəni bədanın bura müdaxilə etmə-
si mümkün deyil)
İmam  Məhdinin  (əleyhissəlam)  zühuru  və  qiyamının  baş 
verməsi qəti olan işlərdəndir. Allah-taalanın buna qüdrəti çat-
sa da orada dəyişiklik aparmaqla müdaxilə etməyəcəkdir. Çün-
ki müdaxilə etmiş olsaydı, onun hikmət və rəhməti ilə yanaşı 
rübubiyyət  atributu  ilə  ziddiyyət  təşkil  edəcəkdir...  Məsələn, 
Allah qəbih iş görməyə və zülm etməyə qadirdir. Ancaq bu işlə-
rin ondan sadir olması  qəti şəkildə mümkün deyil. Allah-taala 
buyurmuşdur: “Sənin Rəbbin heç kəsə zülm etməz”.
278
 Çünki 
bu, Allahın ədaləti ilə ziddiyyət təşkil edir. Buna baxmayaraq, 
qəbih iş də görməz... Qaim Məhdinin (əleyhissəlam) qiyamı da 
277
 Nur, 55.
278
 Kəhf, 49.


180
Müctəba Sadət
bu cürdür, bu qəbildəndir. Çünki ilahi bir vəddir. Allah-taala isə 
vermiş olduğu vədə xilaf çıxmaz... 
Yəhya ibn Vəssab Abdullah ibn Ömərdən belə nəql etmiş-
dir:  “Hüseyn  ibn  Əli  ibn  Əbu  Talibin  (əleyhissəlam)  belə  bu-
yurduğunu eşitdim: “Dünyadan yalnız bircə gün qalmış olsay-
dı belə,Allah həmin günü o qədər uzadardı ki, nəslimdən bir 
nəfər çıxıb yer üzünü zülm və haqsızlıqla dolmuş olduğu kimi 
haqq-ədalətlə  doldurardı.  Mən  Allah  Rəsulunun  (sallallahu 
əleyhi və alih) belə söylədiyini eşitmişəm”.
279
Dördüncü: Qaimin (əleyhissəlam) zühuruna vaxt təyin 
etmək
Bir sıra rəvayətlər vardır ki, İmam Məhdinin (əleyhissəlam) 
zühurunun vaxtını təyin etməyi, yaxud bunun üçün müəyyən 
bir zaman qoymağı qadağan etmişdir. Həmçinin onun (əleyhis-
səlam) müəyyən bir vaxtda zühur edəcəyinə dair vaxtı təkzib 
etmişdir. Çünki bu, Allahın sirlərindən  biridir...
Muhəmməd  ibn  Müslim  deyib  ki,  İmam  Sadiq  (əleyhissə-
lam) ona belə buyurmuşdur: “Ey Muhəmməd, kim sənə (zühur-
la bağlı) bizdən bir vaxt çatdırsa, onu təkzib etməkdən çəkin-
mə. Biz heç kəs üçün vaxt təyin etmirik!”
280
Fudeyl deyib: “Əbu Cəfərdən (əleyhissəlam) soruşdum ki, 
bu işin bir vaxtı varmı? 
Buyurdu: “Vaxt qoyanlar yalan deyib, vaxt qoyanlar yalan 
deyib!”
281
Əbdürrəhman ibn Kəsir deyib: “Əbu Abdullahın (əleyhissə-
lam) yanında idim. Bu vaxt Məhzəm onun yanına daxil oldu və 
dedi: “Sənə fəda olum, mənə xəbər ver ki, gözlədiyimiz bu iş nə 
vaxt baş verəcək?” 
279
 Əl-İrşadu lil-Mu id, c.2, s.340; İlamul-vəra, s.401; Biharul-ənvar, c.52, s.104.
280
  Ğeybətun-Numani,  s.195;  Biharul-ənvar,  c.52,  s.104;  Ğeybətut-Tusi, 
s.262; Bəşarətul-İslam, s.298. 
281
 Ğeybətut-Tusi, s.262; Biharul-ənvar, c.52, s.103; Muntəxəbul-əsər, s.463..


181
Müqəddəs sübh
Buyurdu:  “Ey  Məhzəm,  vaxt  təyin  edənlər  yalan  dedilər, 
tələsənlər  həlak  oldular  və  yalnız  təslim  olanlar  nicat  tapdı-
lar”.
282
Əksər xəbərlərin məzmunu buna dəlalət edir ki, Höccət ibn 
Həsənin (əleyhissəlam) zühuru məx i bir işdir. Onu Allah-taala 
hikməti üzündən camaatdan gizlətmişdir... Zühurun vaxtı, Alla-
hın əzəli elmində bəlirlənmiş olsa da, illət və şərtləri ilə əlaqə-
dar onun üçün bəlli bir vaxt fərz etməmək gərəkdir. 
Əlamət və xüsusiyyətləri baxımından – hansı ki, xəbərlər 
zühur  zamanına  yaxın  baş  verəcəyini  açıqlamışdır,  həmçinin 
bu əlamətlər vaxt bəlirləməyi özündə ehtiva etmişdir; məsələn, 
Süfyaninin Rəcəb ayında xüruc etməsi, Ramazan ayında çığırtı-
nın olması, habelə Ramazan ayında gün və ay tutulması, zühur-
dan 15 gün öncə Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi kimi – bu, 
onu vurğulayır ki, əlamətlər baş verdikdə zühurun yaxınlaşma-
sına dəlalət etmiş olsa da, həmçinin bu doğru hadisə qəti şəkil-
də bunun barədə vaxt təyin etməyin qadağan olmasına şamil 
olmur. Sadəcə icmali şəkildə vaxt bəlirləyir. Bu əlamətlərin nə 
zaman baş verəcəyinə dair məlumat olmadığına görə təbii ola-
raq  onun  (əleyhissəlam)  zühurunun  zamanından  məlumatsız 
olmaq,  onun  üçün  bir  vaxt  təyin  etməmək  gərəkdir...  Üçüncü 
fəsldə qeyd etdiyimiz hədis və xəbərlərdə zühur üçün bəlli bir 
zaman təyin etmək, yaxud vaxt açıqlamaq yoxdur. Sadəcə on-
lar zühur əlamətləridir. Necə ki, İmamlarımız (əleyhimussəlam) 
tərə indən bunun işarət ifadə etdiyi, həmçinin zühurun yaxın 
olmasına dair əlamətlər olduğu açıqlanmışdır. Bu barədə bilgi 
isə Allah yanındadır: “Allah istədiyini məhv edər (silər) və sa-
bit edər. Ümmül-kitab onun yanındadır”.
İlahi  hikmət  belə  istəmişdir  ki,  İmam  Məhdinin  (əleyhis-
səlam) zühur vaxtı müqəddəs fəcr günü müvəffəqiyyət tapsın 
282
  Ğeybətun-Numani,  s.198;  Biharul-ənvar,  c.52,  s.104;  Ğeybətut-Tusi, 
s.262; Muntəxəbul-əsər, s.463; Bəşarətul-İslam, s.299.


182
Müctəba Sadət
deyə, qə il baş verməlidir. Çünki əgər zühurun tarixi açıq şə-
kildə  bəlirlənmiş  olsaydı,  ümumdünya  inqilabın  iaskoya  uğ-
raması və ədalət dövlətinin yoxa çıxması üçün ən güclü amil-
lərdən biri olardı. Çünki düşmənlərin zühurun həmin tarixdə 
olmasını ehtimal etmələri bəs edir ki, onu yatırmaq üzərində 
cəm olsunlar. Bunu elə onun işinin başlanğıcında, inqilabının 
müvəffəqiyyət qazanmadan öncə, həmçinin hərəkatının yayıl-
masından  qabaq  etsinlər.  Əlavə  olaraq,  xalis  möminlər  onun 
(əleyhissəlam) zühurunun vaxtını bildikləri zaman depressiya-
ya və ümidsizliyə qapılacaqlar. Bir halda ki, bu, onların dövrlə-
rindən uzaq olduğu halda tənbəlliyə, halsızlığa, ixlas üçün daha 
çox irəliləməmələrinə, onun ənsar və köməkçilərindən olsun-
lar deyə, tutqu ilə təlaş göstərməmələrinə gətirib çıxaracaqdır. 
Fərəcin tezləşməsi üçün dua etməmək də bu qəbildəndir.
İlahi, onun fərəcini tezləşdir və
çıxış yolunu asanlaşdır!


183
Müqəddəs sübh
İSTİFADƏ VƏ MÜRACİƏT OLUNAN 
ƏDƏBİYYAT
1 – Qurani-kərim.
2 – Əmirəlmömininə (əleyhissəlam) aid “Nəhcül-Bəlağə”.
3 – “Əl-Ğeybət” kitabı, İbn Əbu Zeynəb kimi tanınan Şeyx 
Muhəmməd ibn İbrahim ibn Cəfər Numani. O, hicrətin üçüncü 
əsr alimlərindən olmuşdur. 
4  –  “Kəmalud-din  və  təmamun-nemət”,  Şeyx  Əbu  Cəfər 
Muhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh Qummi (Səduq)
O, hicrətin dördüncü əsr alimlərindən olmuşdur.
5  –  “Əl-Ğeybət”  kitabı,  Şeyx  Əbu  Cəfər  Muhəmməd  ibn 
Həsən Tusi. Hicrətin 460-cı ilində vəfat etmişdir.
6 – “İlamul-vəra bi-ə`lamil-huda”, Əbu Əli Fəzl ibn Həsən 
Təbərsi. Hicrətin altıncı əsr alimlərindən olmuşdur.
7 – “Əl-İhticac”, Əbu Mənsur Əhməd ibn Əli ibn Əbu Talib 
Təbərsi. Hicrətin altıncı əsr alimlərindən olmuşdur.
8 – “Ən-Nəcmus-saqibu  i əhvalil-huccətil-ğaib”, Mirzə Hü-
seyn Nuri Təbərsi.
9 – “İlzamun-nasibu  i isbatil-huccətil-ğaib”, Şeyx Əli Yəzdi 
Hairi.
10 – “Bəşarətul-islam  i zuhuri Sahibiz-zəman”, Seyid Mus-
tafa Ali-Seyyid Heydər Kazimi.
11  –  “Biharul-ənvar”  ensiklopediyası,  Şeyx  Muhəmməd 
Baqir ibn Muhəmməd Təqi Məclisi (Əllamə Məclisi).
12 – “Muntəxəbul-əsər  il-İmamis-sani əşər”, Lütfüllah Sa i 
Gülpayqani.
13 – “Əl-Məhdi”, Ayətullah Seyid Sədrəddin Sədr.
14 – “Tarixu ğeybətis-suğra”, Seyid Muhəmməd Sadiq Sədr.
15 – “Tarixu ğeybətil-kubra”, Seyid Muhəmməd Sadiq Sədr.


184
Müctəba Sadət
16  –  “Tarixu  ma  bə`dəz-zuhur”,  Seyid  Muhəmməd  Sadiq 
Sədr.
17 – “Əl-Yəumul-məv`ud bəynəl- ikril-maddi vəd-dini”, Se-
yid Muhəmməd Sadiq Sədr.
18  –  “Cənnətul-mə`va  i  zikri  mən  fazə  bi-liqail-Huccət”, 
Hacı Mirzə Hüseyn Nuri.
19 –“Əs-Səhifətul-hadiyətu vət-tuhfətul-Məhdiyyətu”, İbra-
him Muhsin Kaşani.
20 – “Əl-Məhdi  il-Quran”, Əllamə Sadiq Hüseyni Şirazi.
21 – “Hivaratu həuləl-munqiz”, Şeyx İbrahim Əmini.
22 – “Dirasətu  i əlamatiz-zuhuri vəl-cəzirətil-Xədra”, Seyid 
Cəfər Murtəza Amuli.
23 – “Ət-Tarixul-islami durus və ibər”, Əllamə Muhəmməd 
Təqi Mudərrisi.
24 – “Liqa`atu mə`ə Sahibiz-zəman”, Seyid Həsən Əbtəhi.
25 – “Əl-İmamul-Məhdi minəl-məhd iləz-zuhur”, Seyid Ka-
zim Qəzvini.
26 – “Miracur-ruh”, Seyid Həsən Əbtəhi.
27 – “Əl-İmamul-Məhdi əməluş-şu`ub”, Şeyx Həsən Səffar.
28 – “Yəumul-xilas  i zillil-Qaimil-Məhdi”, Ustaz Kamil Sü-
leyman. 
29  –  “Əl-Muslihul-ğeybi  vəl-hukumətul-aləmiyyətul-vahi-
də”, Seyid Həsən Əbtəhi.
30 – “Əs-Süfyani və əlamatuz-zuhur”, Muhəmməd Fəqih.
31  –  “Əl-İlahiyyatu  əla  hudəl-Kitab  vəs-sunnəti  vəl-əql”, 
Şeyx Cəfər Sübhani.
32 – “Əqaidul-imamiyyə”, Şeyx Muhəmməd Rza Muzəffər.
33 – “Fi intizaril-İmam”, Şeyx Əbdülhadi Fəzli.
34 – “Əş-Şiətu vər-rəc`ət”, Muhəmməd Rza Təbəsi Nəcə i.
35 – “Əl-Bəda  i dau`il-Kitabi vəs-sunnət”, Şeyx Cəfər Süb-
hani.
36 – “Əl-Muməhhidun lil-Məhdi”, Şeyx Əli Kurani.


185
Müqəddəs sübh
37 – “Riayətul-İmamil-Məhdi lil-məraci` vəl-uləma vəl-ə`-
lam”, Əli Kərimi Cuhrumi.
38 – “Əl-Məhdil-məv`ud”, Seyid Əbdülhüseyn Dəstğeyb.
39 – “Əl-kəlimatur-ruhiyyəti ən tariyqil-liqai bil-İmam Sa-
hibiz-zəman”, Seyid Həsən Əbtəhi.
40 – “Məcmu`iyy”, Əli Muhəmməd Əli Dəxil.
41  –  “Əqaiudunəl-fəlsə iyyətu  vəl-Qur`aniyyətu”,  Şeyx 
Cəfər Sübhani.
42 – “Səhifətul-Məhdi”, Şeyx İsa Əhri.
43  –  “Bəyanul-ə`imməri  lil-vaqi`il-ğəriybəti  vəl-əsraril-ə-
ciybəti”, Şeyx Muhəmməd Məhdi Zeynulabidin Nəcə i.
44  –  “Miətani  və  xamsunə  əlamət  hərra  zuhur  əl-İma-
mil-Məhdi”, Seyid Muhəmməd Əli Təbatəbai.
45 – “Səurətul-məuti`inə lil-Məhdi”, Məhdi Fətlavi.
46  –  “Əl-Bəyanu  i  əxbari  Sahibiz-zəman”,  Əbu  Abdullah 
Muhəmməd ibn Yusif ibn Muhəmməd Qərəşi Kənci Şafei.
47 – “Əl-İrşadu  i mərifəti hucəcillahi ələl-ibad”, Şeyx Mu id 
İmam Əbu Abdullah Muhəmməd ibn Muhəmməd ibn Numan 
Əkbəri Bağdadi, hicrətin 413-cü ilində vəfat etmişdir.
48 – “Əl-Muqni  il-ğeybət”, Seyid Şərif Murtəza Əbülqasim 
Əli ibn Hüseyn Musəvi, hicrətin 436-cı ilində vəfat edib.
49 – “Əl-Məhdiyyul-Muntəzəru  il- ikril-islami”, “Ər-Risalə” 
mərkəzinin nəşri.


186
Müctəba Sadət


187
Müqəddəs sübh


188
Müctəba Sadət

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə