Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   44   45   46   47   48   49   50   51   52

165
Müqəddəs sübh
1 – Gəncdirlər, onlar arasında yeməkdəki duz qədər, olduq-
ca azdan az istisna olmaqla, orta yaşlılıq yoxdur; 
2 – Onların ixlası və iman qüvvələrinin ən ali dərəcədə ol-
ması vəsf olunmuşdur (gecə rahib, gündüz aslandırlar)
3 – Lider Məhdiyə (əleyhissəlam) qarşı ixlas, onun rəhbər-
liyinə iman;
4 – Cəbraildən (əleyhissəlam) sonra Məhdi (əleyhissəlam) 
birinci dəfədən beyət etmələri, onun xütbəsinə qulaq asmaları, 
onu ilk müda iə etmələri;
5 – Döyüş ərzində qoşun başçısıdırlar;
6 – Onlar Məhdinin dünya dövlətində fəqih, hakim və qazi 
olacaqlar.
2 – Qoşun fərdləri (ənsar)
Onlar  saleh  möminlərdir.  Hansı  ki,  İmam  Məhdiyə  (əley-
hissəlam) Məkkədə və sair şəhərlərdə yetişəcək, onun bayrağı 
altında toplaşacaq və düşmənləri ilə vuruşacaqlar. Bu ənsarın 
ordudakı sayı olduqca çoxdur. Belə ki, hərəkatın başlanğıcı əs-
nasında ilk dəstəsində vuruşan şəxslərin sayı on mindən az ol-
mayacaqdır. Belə ki, İmam Sadiqdən (əleyhissəlam) nəql olunan 
xəbərdə deyilir: “O, yalnız qüvvə sahibləri arasında çıxacaqdır. 
Qüvvə  sahibləri  isə  on  mindən  az  olmayacaqdır”
250
...  Bu  say 
Məhdi  (əleyhissəlam)  üçün  onun  birinci  hərəkatında  kifayə-
tedicidir.  Onun  hərəkatı  genişləndikcə,  qoşunu  da  genişlənə-
cək, hədə i bəlirlənəcək və silah-sursatı çoxalacaqdır. Odur ki, 
İmam Məhdinin (əleyhissəlam) qoşunu “Qəzəb qoşunu” adlan-
dırılmışdır. Belə ki, onlar fəsad törədən toplu üzərində Allahın 
qəzəbini təmsil edənlərdir. Qoşunun şüarı “Ya Saratul-Huseyn” 
olacaqdır.  Belə  ki,  şüarın  mənası  vardır.  İmam  Hüseyn  (əley-
250
  Kəmalud-din  və  təmamun-nemət,  s.654;  əl-İrşad  lil-Mu id,  c.2,  s.383 
–  müxtəlif  ləfzlə;  Tarixu  ma  bə`dəz-zuhur,  s.270;  əl-Məhdi  minəl-məhd 
iləz-zuhur, s.428.


166
Müctəba Sadət
hissəlam) hərəkatı ilə İmam Məhdinin (əleyhissəlam) hərəkatı 
arasında hədə lər vəhdət daşıyır.
Hədis və rəvayətlərin icmalından nəticə əldə etmək olur ki, 
bu ənsar (bəzi rəvayətlərin qeyd etdiyi kimi, dəstə, yaxud dairə) 
camaat  və  toplumdur  ki,  onların  kamil  iman  və  köklü  əqidə-
dən payları vardır. (313 nəfərdən daha az imtiyaza malikdirlər) 
İmam Məhdi (əleyhissəlam) zühurunun başlanğıcında Məkkə-
dən  çıxacaq  və  bu  sayda  olan  (on min nəfər)  ənsar  onun  qo-
şununun  əsasını  təşkil  edəcəkdir...  Təbiidir  ki,    vaxt  keçdikcə 
minlərlə insan ona qoşulacaqdır... Buna görə də İmamın qoşun 
və  əskərlərinin  getdikcə  çoxalacağını  təsəvvür  etmək  müm-
kündür. 
Dördüncü:  İnkişaf və  şüur standartlarını  dəstəkləyən 
ümumxalq bazanın var olması
Burada iki mühüm nöqtəyə işarə etməliyik:
1 – Dünya xalqlarının istedadı:
Xalis  möminlər  zühur  günü  ən  önəmli  idrak  və  liderliyi 
təmsil edir. Lakin (İslama aid)  ikri ideologiyanın tətbiqi üçün 
kifayətedici  ümumxalq  bazasının  daha  böyük  sayına  ehtiyac 
vardır ki, həmin gün yayılacağının başlanğıcında dünyada İs-
lam  qanunları  və  təlimlərinin  tətbiqi  üçün  düzgün  örnək  ol-
sunlar. 
Burada İslam ümmətinin tamamilə düşüncə və mədəniyyət 
baxımından yetişkin dərəcəyə çatması labüddür. Belə ki, İmam 
Məhdinin (əleyhissəlam) haqq və ədalət dövlətində tətbiq et-
diyi  yeni  qanun  və  üslubları  qavramaq  və  anlamaq  mümkün 
olsun. Bu isə yalnız çoxlu sayda bəşər toplumunun hazır olması 
ilə tamamlana bilər ki, müqəddəs fəcr günü hərəkata və onun 
təlimlərinə cavab versin.. Bu şüur və bacarıq bu camaat üçün 
kifayət qədər olmalıdır. Zühurdan öncə üsyan və yolundan çıx-
maqla əlaqədar bir şey etmiş olsa belə. 


167
Müqəddəs sübh
2 – Sabiq təcrübələrdən dünyanı əhatə edən ümidsizlik
Ümumdünya  problemləri  ilə  əlaqədar  ünsürlərin  İslam 
yolu  olmadan,  hər  bir  həll  etmə  yollarından  dünyanın  ümid-
sizliyə qapılması, yaxud ümumi qənaətə gəlməsi... Burada in-
sanlar  başa  düşməlidirlər  ki,  bütün  öncəki  təcrübələr  yarar-
sızdır. Hansı ki, bu təcrübələr ümumdünya problemlərini həll 
etməkdə iddialı idi. Lakin sonra onun işinin qüsurları ortaya 
çıxdı və saxtalığı aşkar oldu. Bu isə zülm, haqsızlıq, fəsad, şid-
dətli əziyyətin yayılmasına səbəb oldu və o dərəcəyə çatdı ki, 
insan  toplumu  müxtəlif  ünvanları  dayışan  ümumdünya  sis-
temlər  tərə indən  islahatın  reallaşmasından  ümidini  üzmək 
həddinə gəlib çatdı... Bu şüur yeni düşüncə, yaxud ədalətli in-
cələmə aparmaq (İslam ideologiyası) tələbi üçün məcburiyyət, 
rəğbət və ehtiyac duymağa yönləndi. Hansı ki, bu, ümumdünya 
haqsızlıq və problemlərin həqiqi həllini öz öhdəsinə götürür. 
Toplumun zülm və sıxıntıları dərk etməsi, üstəlik zehni və  ikri 
inkişaf, bu zülm və istibdadı aradan aparmaq istəyi inkişaf et-
dikdə bu, zühur günü və onun təlimlərini qəbul etmək üçün ən 
üstün zəmin olacaqdır.
İzah  üçün  zühur  şəraiti  barədə  yığcam  şəkildə  danışmalı 
və onların ən əhəmiyyətli olanlarını təlxis etməliyik: 
1  Kamil  ikri ideologiyanın (İslam dinin) mövcud olması, 
hansı ki, hər bir bəşəri problemlərin həllini, bütün haqsızlıqla-
rın aradan qaldırılmasını öz öhdəsinə götürür;
2  Böyük, təcrübəli liderin var olması, hansı ki, zühur gü-
nünün önəmli vəzifələrini icra edəcək və bütün dünyada ədalə-
ti yayacaq qabiliyyətə malikdir;
3 – Ədalət əsasında dünya fəthi üçün fərdlərin (əshab-ən-
sar) sayının kifayət həddində olması;
4 – İslam ümmətinin bütövlüklə  ikri və mədəni yetkinliyə 
çatması. Belə ki, rəhbər Məhdinin (əleyhissəlam) haqq və ədalət 
dövlətində (ümumxalq bazası) bərqərar edəcəyi yeni qanun və 
üslubları qavrayıb, anlamağı bacara bilsin;


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə