Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

155
Müqəddəs sübh
DÖRDÜNCÜ FƏSİL
Birinci hissə: Zühurun şərtləri
İkinci hissə: Bəda və zühurun əlamətləri


156
Müctəba Sadət
BİRİNCİ HİSSƏ:
ZÜHURUN ŞƏRTLƏRİ
Tələb və təklif qanunu zəruri edir ki, tələb təklif ilə mütə-
nasib olsun. Çünki bundan başqa surətdə həyat və bərabərlik 
nizamı  pozular,  toplumun  nizamına  xaos,  qarışıqlıq  və  fəsad 
hakim olar. 
Bildiyimiz  kimi,  Allah-taalanın  insanları  hidayət  etmək 
üçün tarix boyu bəşəriyyətə göndərmiş olduğu bütün peyğəm-
bərlər – müqəddəs əməllərini icra etmək əsnasında – şiddət və 
müxalifətçilik reaksiyası ilə qarşılaşmışlar. Bu davranışlar in-
karçı camaat tərə indən olmuşdur. Bundan əlavə, uca amal və 
peyğəmbərlərə aid insani risalətə diqqət ediblər...
Cahil şəxslər əngəl olmağa çalışmış, peyğəmbərlərə, böyük 
səmavi başçılara əziyyət etmişlər. Dərəcə baxımından onların 
ən  böyüyü  Muhəmməd  peyğəmbər  (sallallahu  əleyhi və alih) 
olmuşdur. O buyurur: “Heç bir peyğəmbərin qövmü ona mənə 
əziyyət olunduğu kimi əziyyət etməmişdir”. 
Həmçinin  Allah-taala  buyurur:  “Vay bu bəndələrin halı-
na! Onlara elə bir peyğəmbər gəlmədi ki, ona daim istehza 
etməsinlər”.
241
Bu çarpışma zindan, sürgün kimi şiddətli nəti-
cələrə  gətirib  çıxartmış  və  peyğəmbərlərə  (əleyhimussəlam) 
əziyyət vermişdir.
Onların  əksəriyyəti  bu  yolda  həyatlarını  itirmişlər.  Hər 
şeyə rəğmən, Allah şəfqətli, rəhmlidir. O, öz höccətini tamam-
lamaq üçün bəndələrinə onların varlıq neməti əsirgəməmişdir. 
Əksinə, ətanı davamlı etmişdir. O, on bir nəfər tayı bərabəri ol-
mayan kəs ortaya çıxartmışdır ki, onların heç bir bənzəri yox-
241
 Yasin, 30.


157
Müqəddəs sübh
dur (Əmirəlmöminindən (əleyhissəlam) başlayaraq İmam Həsən 
Əksəriyə (əleyhissəlam) qədər). Onlar Allah Rəsulunun (sallal-
lahu  əleyhi və alih)  ən  üstün  xələ idir.  Onlar  ən  bariz  insani 
xüsusiyyətlərə,  islami  üstünlüklərə  malik  olmuşlar.  Onlar  öz 
dövrlərində İslam ümmətinin fərdlərinin ən fəzilətlisi olmuş-
lar.  Onlar  cəmiyyət  idarəçiliyində  fəzilət  və  ilahi  ədaləti  əsas 
hədəf götürürdülər. Bununla yanaşı, tarix də şahiddir ki, onlar 
Peyğəmbərlərin sonuncusu (sallallahu əleyhi və alih) dünyası-
nı dəyişdikdən sonra iki əsr yarım müddətində islami siyasəti 
sahəsindən ya uzaq olmuşlar, ya da uzaqlaşdırılmışlar.  O dərə-
cədə ki, onlar qa il insanları doğru yola yönəltməyə imkan tapa 
bilməmişlər. Çünki əziyyətə, həbsə və qətlə düçar olurdular... 
Buradan belə nəticə alırıq ki, bu (peyğəmbər və imamları gön-
dərmək şəklini almış) səmavi istək insani tələb (bəşər övladının 
səmavi risaləti inkar etmək şəklini almış) ilə birlikdə mütənasib 
olmamışdır.
Həqiqətən, bəşərin üsyan və inadkarlıqla nəticələnən həd-
di aşan pis davranış və kobud reaksiyasını insan görsün deyə, 
bu səbəbdən ilahi hikmət əzəmətli başçıların sonuncu şəxsini 
(İmam Məhdini (əleyhissəlam) uzun bir müddət ərzində gözlər-
dən qeybə çəkməyi, insanlarda belə bir ali dəyərli şəxsiyyətə 
ehtiyac  hissini  üzə  çıxartmağı  zəruri  bilmişdir.  Yer  üzü  hazır 
vəziyyətdə olduğu zamanda isə Allah-taala onu ortaya çıxara-
caq və ona ehtiyac duyan kəslərin arasında qərar verəcəkdir... 
Hər bir iş üçün münasib vaxt gəldikdə, buna şərait yaradacaq 
vəziyyət formalaşdıqda, əksər insanların qəlbində ümidsizlik 
özünə  yer  etdikdə,  qəlblərinin  dərinliklərində  İzzətli  və  Hik-
mətli Allah tərə indən başçı və xilaskar arzulayacaqdır. Allah 
da  nizamından  çıxmış,  pozğunluğa  düşmüş  durumları  köklü 
islah  etmək,  xalqı  zülm  və  haqsızlıqdan  qurtarmaq,  haqq  və 
ədaləti yaymaq naminə aləmin xilaskarını ortaya çıxaracaqdır.
Lakin... bu vəd olunmuş günün – hansı ki, intizarı çəkilən 
müqəddəs sübhdür, əlamət və şərtlərinin olması gərəkdir.. O 


158
Müctəba Sadət
əlamətlər ki, ona dəlalət edir və müvəffəqiyyətinin gerçək-
ləşmə şərtləri vardır. Hansısa bir inqilabın qalibiyyəti, yaxud 
arzulanan hədəfin həyata keçməsi üçün münasib vəziyyətin 
mövcud olmasına söykənir. Odur ki, nə zaman ortam  və mü-
vəffəqiyyət  ünsürləri  hazır  vəziyyətdə  oldu,  hədəf  gerçək-
ləşir...
İmam  Məhdinin  (əleyhissəlam)  inqilabı  kimi  hərəkat  və 
renesans  hər  bir  peyğəmbər,  rəsul  və  imamların  (əleyhimus-
səlam) çalışqanlıqlarının ümumi və müxtəsər formasıdır, ilahi 
ədalətin gerçəkləşməsini və bütün bəşəriyyətin Allahın əbədi 
şəriətinə sarı hidayətini hədəfə alır. Məhdi (əleyhissəlam) hərə-
katı müqəddəs zühuru zamanı başlayacaqdır. O, dərin, əhatəli, 
köklü, daimi və insani bir hərəkatdır. Bu hərəkat dil, rəng, irq, 
soy sərhədlərini aşıb keçir. Həmçinin insan azadlığını reallaş-
dırır, zaman keçdikcə hədərə getmiş etibar və hörmətini geri 
qaytarır, fəsad, inhiraf və zülmün hər bir şəkli, rəngi və forması 
ilə birlikdə kökünü qazıb çıxartmağa çalışır. 
Belə bir əhatəli və dərin hərəkatın bir şeyə malik olmadan 
baş  verməsi  mümkün  deyil.  Əksinə,  ondan  öncə  xariquladə 
halların baş verməsi, müvəffəq olması üçün münasib dünyavi 
hazırlığın olması gərəkdir. Həmçinin qurtuluşun təməl faktor-
ları və şərtlərinin yayğın olması labüddür. Ola bilər ki, bu şərt-
lərin ən əhəmiyyətli olanı aşağıdakılardır:
Birinci:  Kamil  və  hər  bir  imkan,  zamanda  xilas  etmə  qa-
biliyyətinə malik, həmçinin bəşəriyyəti sevərək xidmət etməyi 
ehtiva edən düşüncə ideologiyası. 
Bu ideologiyanın cəmiyyət içərisində idarəedici qanun ol-
ması, həmçinin hər bir bəşəri problemləri üstünə alması, ha-
belə  bütün  haqsızlıqları  yox  etməsi  gərəkdir...  Həmçinin  bili-
rik ki, İslam dini sonuncu səmavi şəriətdir. Bəşəri ağıl aləmdə 
kamil ədalət yaratmaqda acizdir. Allah-taala Quranda yer üzə-
rində  kamil  ədalətinin,  həmçinin  xalis  ibadətin  tətbiqini  vəd 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə