Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

146
Müctəba Sadət
onun (Ali-Muhəmməddən olan həmin adamın) yanına toplaşar. 
Sonra əmiri Ğətəfandan olan qoşunun içində Məkkəyə sarı qa-
yıdar. Yolun ortasında ağ çöllüyə yetişdikdə (yer) onu udar. Belə 
ki, yalnız iki nəfər xilas olar. Allah onların simalarını ənsələrinə 
çevirər ki, arxalarındakılara nişanə (və ibrət) olsunlar”.
231
Həmin an bu ayənin təvili (həqiqi yozumu) olar: “Sən onları 
vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar 
qaçıb can qurtara bilməzlər və yaxın bir məkandan yaxala-
narlar. Onlar deyərlər: “Biz ona iman gətirdik”. Amma uzaq 
bir yerdən əlləri necə çata bilər?! Halbuki, onlar həqiqətən
bundan öncə onu inkar etdilər. Güman üzündən və görmə-
dən, uzaq bir məkandan (onlara) töhmət oxu atdılar. Və (aqi-
bətdə) onların və meylləri və iştahları çəkən şeylər (dünya 
ləzzətləri) arasında  (ölümün vasitəsilə)  ayrılıq salındı, necə 
ki, bundan öncə onların bənzərləri barəsində edilmişdir. 
Çünki onlar (axirət aləmi barəsində) tərəddüdlü və qaranlıq 
bir şəkk-şübhə içərisində idilər”.
232
Həmçinin  Allah  buyurmuşdur:  “Ey  (səmavi) kitab veril-
miş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmiş-
dənyaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları) 
lənətlədiyimiz (və eybəcər hala saldığımız) kimi onlara da 
lənət edərək (rəhmətimizdən)  uzaqlaşdırmamışdan qabaq 
yanınızda olan (din və kitab)ın təsdiqi olan nazil etdiyimizə 
iman gətirinAllahın əmri həmişə yerinə yetəndir.
233
İmam  Sadiq  (əleyhissəlam)  buyurmuşdur:  “...  Süfyani  Mə-
dinəyə qoşun göndərər. Onlar oranı xarabalığa çevirərlər. Şərif 
qəbri dağıdarlar, onların minikləri Allah Rəsulunun (sallallahu 
əleyhi və alih) məscidini batırıb bulayar”.
234
231
  Biharul-ənvar,  c.52,  s.273;  İlzamun-nasib,  c.2,  s.119;  Bəşarətul-İslam, 
s.58; Yəumul-xilas, s.677.
232
 Səba, 51–54.
233
 Nisa, 47.
234
 İlzamun-nasib, c.2, s.166; Yəumul-xilas, s.701.


147
Müqəddəs sübh
Hüzeyfə ibn Yəman Peyğəmbərin (sallallahu əleyhi və alih) 
belə  buyurduğunu  nəql  etmişdir:  “...İkinci  qoşun  Mədinəyə 
daxil olar. Onlar üç gün gecəsi ilə birlikdə oranı viran günə qo-
yarlar. Sonra çıxıb Məkkəyə sarı yönələrlər. Nəhayət Beydaya 
çatarlar.  Allah  Cəbraili  göndərərək  deyər:  “Ey  Cəbrail,  get  və 
onları  məhv et”. O da ayağıyla bir zərbə vurar və Allah onla-
rı yerə batırar. Yalnız onlardan iki nəfər xilas olar ki, hər iki-
si Cüheynə qəbiləsindəndir. Ona görə deyiblər ki, yəqin xəbər 
Cüheynənin  yanındadır.  Buna  görə  Allah  buyurmuşdur:  “Sən 
onları vəhşət içərisində olduqları zaman bir görəsən!”.
235
Cabir  ibn  Yezid  Cu i  İmam  Baqirdən  (əleyhissəlam)  belə 
nəql  etmişdir:  “...  Süfyani  Mədinəyə  bir  qoşun  göndərəcək. 
Məhdi  (bunu bilib)  Mədinədən  Məkkəyə  qaçacaq.  Süfyaninin 
ordusunun rəhbərinə xəbər çatacaq ki, Məhdi Məkkəyə tərəf 
yollanıb.  Beləliklə  onun  ardınca  bir  qoşun  göndərəcək,  lakin 
onu tuta bilməyəcək. O isə Musa ibn İmran (əleyhissəlam) kimi 
qorxan və gözdə-qulaqda olan bir halda Məkkəyə daxil olacaq”. 
Sonra dedi: “Süfyani ordusunun başçısı Beyda çölünə gələ-
cək. Bu zaman bir carçı nida edib deyəcək: “Ey Beyda, məhv et 
bu qövmü”. O da onları udacaq”.
236
İmam  Baqir  (əleyhissəlam)  buyurmuşdur:  “...  Süfyani  Əbu 
Süfyan ibn Hərbin nəslindəndir. Onlara sarı bir qoşun göndərər. 
Onlar aylı bir gecədə Beydada enərlər. Bir çoban onlara baxıb 
deyər: “Nə gəldiyinə görə vay Məkkə əhlinə (biçarə Məkkə əhli, 
bunlar onların başlarına nə oyun açacaqlar?!)Sözün deyib ge-
dər,  sonra  qayıdar,  ancaq  onları  görməz.  Deyər  ki,  Sübhanal-
lah, onlar bir saatda yola düşdülər”. Onların mənzil saldığı yerə 
çatar, bir paltar görər ki, bir hissəsi yerə batmış, digər hissəsi 
235
 Biharul-ənvar, c.52, s.187; Muntəxəbul-əsər, s.456; Bəşarətul-İslam, s.21; 
Yəumul-xilas, s.673.
236
 Ğeybətun-Numani, s. 188; Bəşarətul-İslam, s.102; Tarixul-ğeybətil-kub-
ra, s.521.


148
Müctəba Sadət
isə çöldədir. Onu çıxartmağa çalışar. Ancaq bacara bilməz. Başa 
düşər ki, onlar yerə batmışdır”.
237
Əmirəlmöminin  (əleyhissəlam)  buyurmuşdur:  “...  Mədinə 
qoşununa  gəlincə,  Beyda  çölünün  ortasına  çatdıqda  Cəbrail 
əzəmətli bir bağırtı salar. Onlardan elə bir kəs qalmaz ki, Al-
lah onu yerə batırmasın. Qoşunun axırında iki nəfər olar. Biri 
Bəşirdir, digəri isə Nəzir. Cəbrail onların üstünə çığırar. Allah 
onların üzlərini ənsələrinə çevirər. Nəzir Süfyaninin yanına qa-
yıdar və qoşunun başına gələnləri ona xəbər verər”.
238
 
Müfəzzəl ibn Ömər İmam Sadiqin (əleyhissəlam) belə  bu-
yurduğunu  nəql  etmişdir:  “...  Sonra  bir  nəfər  Qaimin  yanına 
gələr.  Onun  üzü  ənsəsinə  tərəf  olar.  Ənsəsi  isə  sinəsi  tərəfdə 
olar.  O,  Qaimin  qarşısında  durub  deyər:  “Ey  ağam,  mən  Bə-
şirəm. Mələklərdən biri mənə əmr edib ki, sənə yetişim. Sənə 
Süfyaninin Beydada batması ilə müjdə verim”. 
Qaim ona deyər: “Özünlə qardaşının əhvalatını açıqla”. 
Həmin  adam  deyər:  “Mən  və  qardaşım  Süfyaninin  qoşu-
nunda idik. Biz dünyanı Dəməşqdən Zəvraya qədər xarab günə 
qoyduq,  oranı  yeksan  vəziyyətdə  tərk  etdik.  Biz  Kufə  və  Mə-
dinədi  də  viran  etdik.  Minbəri  sındırdıq.  Bizim  miniklərimiz 
Allah  Rəsulunun  (sallallahu  əleyhi və alih) məscidini  bulayıb 
batırdı.  Biz  oradan  çıxdıq...  Beyti  (Kəbəni)  də  viran  qoymaq 
istəyirdik.  Niyyətimizdə  əhalisini  öldürmək  var  idi.  Beydaya 
çatdıqda orada düşdük. Bir nəfər bağırtı saldı ki, ey Beyda, bu 
zalım qövmü ud. Yer yarıldı və bütün qoşunu uddu. Allaha and 
olsun ki, yer üzərində dəvənin ayağını bağlayan ip belə qalma-
dı. Bircə mən və qardaşım qaldı. Biz mələklə qarşılaşdıqda o 
zərbə  endirdi  və  gördüyün  kimi,  üzümüz  arxamıza  çöndü.  O 
qardaşıma dedi ki, vay olsun sənə, ey Nəzir! Dəməşqdə məlun 
Süfyaninin  yanına  get  və  onu  Ali-Muhəmməddən  (sallallahu 
237
 Bəşarətul-İslam, s.184; Yəumul-xilas, s.692.
238
 İlzamun-nasib, c.2, s.198; Yəumul-xilas, s.679.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə