Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   44   45   46   47   48   49   50   51   52

159
Müqəddəs sübh
etmişdir. Bəlkə də bu, məxluqat üçün əsas qayənin özüdür
242

“Mən cinn və insanları yalnız mənə ibadət etsinlər deyə
xəlq etmişəm”.
243
 
Odur ki, İslamda bu ideologiyanın mövcudluğu bəşəri ağıl 
tərə indən  hasil  olması,  həmçinin  İslamdan  sonra  başqa  bir 
şəriətin  nazil  olması  mümkün  olmadığına  görə  məhduddur: 
“Kim  İslamdan başqasını din olaraq seçsə, ondan qəbul 
olunmayacaqdır”.
244
 
Zühur dövründə həqiqi İslam cəhətindən ( ikri ideologiya) 
mədəni olaraq aləmin tərbiyyəsi tamamlanacaqdır.  Hansı ki, 
İmam  Məhdinin  (əleyhissəlam)  aləmi  əhatə  edən  dövlətində 
onun  nizamı  bunun  üzərində  duracaqdır...  Müsəlman  olma-
yan xalqlar tezliklə İslama dəvət olunacaq (yaxud bu dini qəbul 
edəcək),  qane  olmaqla  və  asanlıqla  ona  sarılacaqlar.  Ardınca 
düşüncə  ideologiyalarındakı  ixtila ların  aradan  qaldırılması 
tamamlanacaq, hamı haqq və həqiqətə tabe olacaqdır... Yenicə 
müsəlman olan, yaxud daha öncə müsəlman olmuş hər bir kəs 
ümumi, zəruri İslam mədəniyyəti üzərində tərbiyə alacaqdır. 
Məhz  oradan  mədəni  ucalıq  və  təkamül  başlayır.  Tutumu  isə 
hər kəsin qabiliyyət və çalışqanlığı qədərindədir.
İslamı təmsil edən kamil  ikri ideologiyanı tərif etmək üçün 
belə bir açıqlama edirik:
1 – Həqiqi İslam hökmləri, hansı ki, zühurdan öncə bildi-
rilmişdir;
2 – Həmin  vaxt  yenilənməsi  tamamlanacaq  düşüncə  və 
mə humlar;
242
  Bu  mövzu  (Zühurun  şərtləri)  barədə  daha  ətra lı  məlumat  üçün  İmam 
Mehdi  (əleyhissəlam)  ensiklopediyası,  Böyük  qeyb  dövrünün  tarixi,  həm-
çinin Seyid Muhəmməd Sadiq Sədrin “Zühurdan sonrakı tarix” kitablarına 
müraciət edə bilərsiniz.
243
 Zariyat, 56.
244
 Ali İmran, 85.


160
Müctəba Sadət
3 – İslam təfəkkürünün inkişafından nəticələnən düşüncə 
və mə humlar;
4 –  Bundan  öncə  elan  olunmayan,  elan  olunması  dünya 
dövlətinin gerçəkləşməsinə bağlı olan təxirə salınmış düşüncə 
və mə humlar;
5 –  Başçı  Məhdinin  (əleyhissəlam)  qətiləşdirəcəyi  detallı 
sistemlər.  Hansı  ki,  bunu  müxtəlif  durumları  nəzarət  altında 
saxlmaq  baxımından  şəriət  hüdudları  çərçivəsində  özü  edə-
cəkdir;
6 – Ümumi qaydalar, hansı ki, Rəhbər Məhdi (əleyhissəlam) 
yer üzündə yerləşdirilən hakimlər üçün qoymuşdur;
7 –  Ümumi  qaydalar,  hansı  ki,  Qaib  Məhdi  (əleyhissəlam) 
onları bəşəri tərbiyyənin davamlılığı, həmçinin uzun dönəmdə 
təkamülü baxımından xüsusi kəsləri üçün qoymuşdur.
245
Kamil  ikri ideologiya bu əhkam və qaydalarla tətbiq olun-
mağa və bəşəri tərbiyəyə sarı tədricən yol götürə bilər.
İkinci: Təcrübəli, böyük liderin varlığı, hansı ki bütün alə-
mi idarə etmək və ədaləti yaymaq üçün kamil qabiliyyətə ma-
likdir:
Bu təcrübəli liderin xüsusiyyətlərini vəd olunan gündə öz 
elmi və təlimləri ilə doğru-düzgün İslamı tətbiq etməyi üzərinə 
götürmək  üçün  bəşəriyyətin  ən  ideal  lideri  kimi  Allah-taala 
Məhdidə (əleyhissəlam) yerləşdirmişdir... Bəşərin müxtəlif nə-
silləri ilə birlikdə onun uzun müddət qalması müqəddəs fəcr 
günü liderlik vəzifələrinə təyin edilməsi üçün zəruridir.
Elə isə, Məhdinin (əleyhissəlam) dünya liderliyi üçün qabi-
liyyəti aşağıdakıları ehtiva edir:
1 –  İsmət  (məsumluq)...  İlham  və  vəhyə  əlavə  olaraq...  İl-
ham və vəhy dedikdə İmran qızı Məryəm (əleyhəssəlam), Musa 
peyğəmbərin (əleyhissəlam) anası üçün hasil olanı nəzərdə tu-
245
 Tarixu ma bə`dəz-zuhur, s.470.


161
Müqəddəs sübh
turuq: “Biz Musanın anasına vəhy (yəni ilham) etdik ki, onu 
əmizdir”.
246
2 – Geniş kontrol və müşahidə etmək kimi təcrübə, han-
sı ki, qeyb dövründə uzun zaman ərzində bunu əldə etmişdir. 
Belə ki, bu, tarixi gedişatda qanunlardan, hadisələr ardıcıllıq-
larından və bəşəri cəmiyyətlərə təsir qoyan şeylərdən birbaşa 
xəbərdar olmasına səbəb olur.
3 – Əməllər və fədakarlıqlar, hansı ki, qeyb dövründə İslam 
və müsəlmanlara görə icra etmiş, həmçinin kamal və kökləş-
məyin ucalmasında təsir qoymuşdur. 
Bu qavrayışdan Məhdininin (əleyhissəlam) ismət və ilham-
dan ayrı olduğunu, həmçinin zaman ərzində onun uzun təka-
mülünün olmadığını iddia edə bilərik. Hansı ki, bunlar ondan 
dünyavi  liderlik  qabiliyyətindən  məhrum  edir.  Elə  isə,  bizə 
Məhdinin  axırzamanda  (necə ki, ümumi kütlə etiqad bəsləyir) 
doğulacağını qəbul etməliyik. Belə olduqda, bu cür təsəvvür-
dən belə nəticə hasil olur ki, Məhdi (əleyhissəlam) xalis mömin 
fərdlərdən artıq biri deyil. Əgər lider belə olsa, onda qoşun və 
yardımçıların  halı  necə  olar?  Bu  cür  təsəvvür  ilə  vəd  olunan 
gün  üçün  böyük  məsuliyyətlə  qiyam  etməsi,  həmçinin  orada 
vədin yerinə yetirilməsi imkansız olar. Bununla əlaqədar ola-
raq, imamiyyə şiələrinin Allah onu ortaya çıxaranadək varlığı 
və qeybə çəkilməsinə iman üzərində duran Məhdi (əleyhissə-
lam) fəhmi üçün araşdırmasına önəm vermək gərəkdir.
Bu  şəkildə,  mühüm  xüsusiyyətlər  ilə  seçkin  olan  İmam 
Məhdi (əleyhissəlam) barədə imamiyyə şiələrinin təsəvvürünü 
(dəlillər və birbaşa buyuruqlar (nəslər) bir yana) hər bir asanlıq 
və açıqlama ilə qavraya bilərik:
1 –  Məsum  imamlardan  (əleyhimussəlam)  on  ikincisi  ol-
masına görə, İmam Məhdinin (əleyhissəlam) məsum olmasına 
inanmaq;
246
 Qasas, 7.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə