Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə50/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   44   45   46   47   48   49   50   51   52

168
Müctəba Sadət
5 – Ümumdünya problemləri ilə əlaqədar ünsürlərin İslam 
yolu  olmadan,  hər  bir  həll  etmə  yollarından  dünyanın  ümid-
sizliyə  qapılması,  yaxud  ümumi  qənaətə  gəlməsi  (ümumxalq 
əsası);
6 – Zalımların yolundan çıxması o həddə qədər radikallaşır 
ki, İslam şəriətindən imtina etmək və hökmləri ilə müxalifətçi-
lik müstəvisinə yetişir.
251
 
Eyni zamanda tələb olunan bütün şərtlər, yəni İslam təlim-
lərini örnək tutan bəşər arasında mövcud olan  ikri ideologiya, 
İmam  Məhdi  (əleyhissəlam)  timsalında  liderin  mövcud  olma-
sı, ümmətin vəd olunan gün meydana çıxmaq əsnasında yerin 
qanun  və  təlimlərini  anlamaq  qabiliyyətində  olması,  onlara 
yardım edəcək faktorla – bu, zühurdan öncə qoyulan hər bir 
bəşəri  təcrübələrin,  prinsiplərin,  qanunların  zəif  nöqtlərənin 
inkişafı,  həmçinin  yeni  bəşərin  həll  etməsindən  ümidsizliyə 
qapılmasıdır – yanaşı ümumdünya fəthi, ədaləti və salamatlığı 
yaymaq üçün ideoloji, öncül qoşunun kifayət edici sayının bol 
olması cəm olduqda zühur günü  (müqəddəs sübh) gözlənilən 
ilahi vəd və nəbəvi müjdəni reallaşdırmaq üçün tamamlanmış 
olacaqdır.  Buradan  bilirik  ki,  zühurun  vaxtı  bu  şərtlərin  bir 
yerə cəm olmasından asılıdır... Bəlkə də deyə bilərik ki, bu şərt-
lər geniş forması ilə zühur gününün müvəffəqiyyət qazanması 
üçün əsas şərtlər olacaqdır. Onun üzərində onun üçün qurtu-
luş, irəliləyiş, genişlik və yayılma yazılır.
Bu hissədə zühur şəraitini izah etdikdən və üçüncü fəsldə 
zühur  əlamətlərini  şərh  etdikdən  sonra  istər  fəhm  və  məna 
baxımından,  istər  xüsusiyyətlər  və  sifətlər  cəhətindən  arala-
rındakı fərqləri izah edə bilərik:
1 – Zühurun şərtlərlə əlaqəsi həqiqi rabitədir. Əlamətlərlə 
rabitəsi isə dəlalət, bildiriş və göstərməkdir;
251
 Tarixu ma bə`dəz-zuhur, s.203.


169
Müqəddəs sübh
2 – Zühur şərtlərinin səbəb və gerçək əlaqəsi vardır. Zühur 
əlamətlərinə gəlincə, bir sıra dağınıq hadisələrdən ibarətdir ki, 
aralarında həqiqi əlaqə mövcud deyil;
3 – Zühur şərtlərinin eyni zamanda bir yerdə cəm olma-
sı gərəkdir. Zühur əlamətləri isə əksinədir, zaman baxımından 
pərakəndə haldadır;
4 – Zühur əlaməti fövqəladə hadisədir. Təbiətinə uyğun hər 
nə qədər zamanı uzun çəksə də davamlı olması mümkün deyil. 
Ancaq zühur şərtləri və bəzi səbəbləri bunun əksinədir. Çünki 
o, öz təbiətinə uyğun olaraq qalıcılıq qabiliyyətinə malikdir;
5 – Əlamətlər hamılıqla zühurdan öncə baş verir və həyata 
keçir. Halbuki şərtlər yalnız zühur əsnasında daha əhatəli, ka-
mil şəkildə mövcud olur;
6 – Zühurun şərtlərinin bir yerə cəm olmasından əmin ol-
maq tamamilə qeyri-mümkündür. Zühur əlamətlərinə gəlincə, 
diqqət və dəqiqlik ilə, onlardan qarşıya çıxanlardan və çıxma-
yanlardan xatircəm olmaq mümkündür (Zühur şərtlərinin ha-
mısının baş verməsi gərəkdir. Lakin zühur əlamətləri belə deyil. 
Qəti əlamətlərin baş verməsi kifayət edir. Digər əlamətlərin baş 
verməməsi də mümkündür – müt).
252
 
252
 Tarixul-ğeybətil-kubra, s.396–399.


170
Müctəba Sadət
İKİNCİ HİSSƏ
BƏDA VƏ ZÜHUR ƏLAMƏTLƏRİ
İmam Məhdi (əleyhissəlam) və onun zühur əlamətləri barə-
sində danışmaq onun qeyb dövrü və gələcəkdəki hadisələrdən 
xəbər  vermək  haqqında  danışmaqdır.  Sual  çıxa  bilər  ki,  mə-
sumlardan  (əleyhimussəlam)  varid  olan  və  İmam  Məhdinin 
(əleyhissəlam) zühur əlamətlərindən söz açan hər bir rəvayət 
rəvayətin sənədinin səhihliyinə xatircəm olduqdan, həmçinin 
Məsumun (əleyhissəlam) demiş olduğu təsdiq tapdıqdan sonra 
bütün bu qeyb xəbərlərinin və gələcəklə bağlı öncədən xəbər 
vermələrin  gerçəkləşməsi  labüddürmü?  Yoxsa  orada  bunun 
qarşısını alacaq və Məsumun (əleyhissəlam) xəbər verdiyi ger-
çəkləşməni dəyişdirəcək nəsə vardır?  
Burada  bizə  fəlsə i  və  ideoloji  mövzu  kimi  “Bədaya”  yol 
(tapmaq) lazımdır. Bu mövzunun İmam Məhdi (əleyhissəlam) 
və onun zühur əlamətləri ilə təməlli və həssas əlaqəsi vardır.
Lüğətdə “bəda” gizli olduqdan sonra ortaya çıxmaqdır.
Terminoloji olaraq “bəda” bir şeyin camaata məx i olduq-
dan sonra ortaya çıxmasıdır. Bu mənanı belə izah etmək olar: 
Allah öz peyğəmbərinin, yaxud vəlisinin dili ilə, ya da bu izharı 
gerçəkləşdirəcək məsləhət üçün zahiri durumda bir şey ortaya 
çıxarsın, ancaq sonra onu silsin və beləcə, ilk zahir olanın əksi 
olsun...    Bu  məntiq  Allahın  Kitabında  öz  sözündəndir:  “Allah 
(“məhv və isbat” lövhəsində yazılmış, olacaq hadisələrdən) istə-
diyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-ki-
tab  (Lövhi-Məhfuz və  şeylərin sabit cəhətlərinin yazıldığı yer) 
Onun yanındadır”.
253
253
 Rəd, 39.


171
Müqəddəs sübh
Həmçinin buyurmuşdur: “Kəsb etmiş olduqları pisliklər 
onlar üçün zahir olacaqdır”.
254
Yəni əldə etmiş olduqları pis 
əməllərin gizliliyi onlara aşkar olacaqdır... 
Həmçinin  buyurmuşdur:  “Nişanələri gördükdən sonra 
qərara gəldilər”.
255
Bədanın  bu  mənası  gizli,  məx i  olduqdan  sonra  üzə  çıx-
maqdır. Yalnız insan üçün çox baş verir... Ancaq Allahın haqqın-
da  hasil  olmur.  Çünki  belə  olarsa,  ona  məlumatsız  olmağı 
gərəkli edər. Halbuki biz belə etiqad bəsləyirik ki, Allah heç bir 
şeyi gözdən qaçırmaz. Əksinə, o hadisələrin hamısına alimdir. 
İstər bu hadisələr keçmiş olsun, istər indiki, ya da gələcəkdə 
olsun. Yer üzündə və göydə elə bir şey yoxdur ki, Allaha məx i 
olsun.  Məx i  olduqdan  sonra  üzə  çıxmaq,  ya  da  bilməzlikdən 
sonra bilgili olmaq Allah barəsində təsəvvür belə edilə bilməz. 
Əksinə, əşyalar dəqiqlik və incəliyinə qədər onun hüzurunda 
hazırdır (aydın və aşkardır). Bunun misdaqı isə elə Allahın öz 
sözüdür: “Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey 
Allaha gizli deyildir”.
256
Odur ki, bədanın Allaha nisbət verməsi bu mənadadır: Al-
lah özünə deyil, xalqa gizli olan şeyi üzə çıxarır... Başqa bir ifa-
də ilə desək: Məx i olduqdan sonra hər bir üzə çıxan şey Allah 
tərə indən insanlara bədadır. Allah və insanlara bəda deyil. Bu, 
Allahın bu sözünə yaxındır: “Onlar üçün Allah tərə indən gü-
man etmədikləri (şiddətli əzab) zahir olacaqdır”.
257
Təsviri asanlaşdırmaq və izah etmək üçün deyirik ki, Qu-
ran ayələri və hədislər buna dəlalət edir ki, bəndələrin taleyi 
onların davranışları və saleh əməllərinə görə dəyişir. Sədəqə, 
ehsan,  qohumluq  əlaqələrini  möhkəmlətmək,  valideyinlərə 
yaxşılıq,  istiğfar,  tövbə,  nemətə  şükür  etmək  və  haqqını  əda 
254
 Zumər, 48.
255
 Yusuf, 35.
256
 Ali İmran, 5.
257
 Zumər, 47.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə