Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

149
Müqəddəs sübh
əleyhi və alih) olan Qaimin zühur etməsi ilə qorxut. Ona bildir 
ki,  Allah  onun  qoşununu  Beydada  həlak  etmişdir...  Mənə  isə 
dedi ki, ey Bəşir, Məkkədə Məhdiyə çat və ona zalımların həlak 
olmasını muştuluq ver. Həmçinin onun əli ilə tövbə et. Çünki o, 
sənin tövbəni qəbul edər”. 
Qaim öz əlini onun üzünə çəkər və onu, əvvəl olduğu kimi düz 
halına qaytarar. Bəşir onunla beyət edər və onunla birlikdə olar”.
239
İmam  Baqir  (əleyhissəlam)  buyurmuşdur:  “(Qaim)  Mə-
dinəyə sarı çıxar. Nəhayət Beydadan keçər. O deyər: “Bu o qöv-
mün yeridir ki, yerə batmışlar. Bu isə Allahın buyurduğu həmin 
nişanədir: “Məgər öz hiylələri ilə çirkin tədbirlər tökən kəslər 
Allahın onları yerə batırmasından, yaxud onlara heç  ikirləş-
mədikləri yerdən əzab gəlməsindən xatircəm və amandadır-
lar?! Yaxud onları gündəlik get-gəllərində (ya günah tədbirlər 
tökdükləri halda) yaxalamasından? Buna görə də, onlar əsla 
(Allahı öz cəzaları barəsində) aciz qoyan deyildirlər”.
240
Üçüncü fəslin xülasəsi
İmam Məhdinin (əleyhissəlam) zühur ilinin ikinci yarısının 
hadisələri üçün zaman cədvəli
Ay: Rəcəb
Gün: Cəmadiul-əvvəlin 20-dən Rəcəb ayının 1-ə qədər.
Məkan: ---
Hadisə: 1 – Leysan yağışın yağması və evləri dağıtması; 
* * *
Ay: Rəcəb
Gün: Rəcəb ayının 10-u
Məkan: Şam (Suriya).
Hadisə: 2 – Süfyaninin çıxması (Osman ibn Ənbəsə);
239
 Bəşarətul-İslam, s.270; İlzamun-nasib, c.2, s.259; əl-Məhdi minəl-məhd 
iləz-zuhur, s.364; Yəumul-xials, s.293.
240
 Nəhl, 45 və 46.


150
Müctəba Sadət
* * *
Ay: Rəcəb
Gün: Rəcəb ayının 10-u.
Məkan: Yəmən.
Hadisə: 3 – Yəmaninin çıxması;
* * *
Ay: Rəcəb
Gün: Rəcəb ayının 10-u.
Məkan: İran.
Hadisə: 4 – Xorasaninin çıxması;
* * *
Ay: Rəcəb
Gün: ---
Məkan: Günəş.
Hadisə: 5 – Günəş diskində bədənin görsənməsi (Məsihin 
(əleyhissəlam) üzü və sinəsi);
* * *
Ay: Rəcəb
Gün: ---
Məkan: Səma ilə yerin arası.
Hadisə: 6 – Üç nida:
1 – Bilin ki, Allahın lənəti olsun zalım qövmə;
2 – Ey möminlər, yaxınlaşanın vaxtı yaxınlaşmışdır;
3 – Allah  ilankəsi göndərmişdir. Odur ki, ona qulaq asın və 
itaət edin!
* * *
Ay: Rəcəb
Gün: ---
Məkan: Yerlə səma arası.
Hadisə: 7 – Səmadan əlin çıxıb işarə etməsi;


151
Müqəddəs sübh
* * *
Ay: Rəcəb
Gün: ---
Məkan: Günəş.
Hadisə: 8 – Günəşin üç saatlıq hərəkətsiz durması;
* * *
Ay: Rəcəb
Gün: Rəcəb ayının 15-i.
Məkan: Ay.
Hadisə: 9 – Ayın tutulması;
* * *
Ay: Şəban
Gün: ---
Məkan: İslam aləmi.
Hadisə: Bu ayda işlərin və siyasi hadisələrin şöbələrə ay-
rılması;
* * *
Ay: Ramazan
Gün: Ramazan ayının 14-ü.
Məkan: Günəş.
Hadisə: 1 – Günəşin tutulması (adətindən kənar);
* * *
Ay: Ramazan
Gün: Ramazan ayının 23-ü, cümə günü.
Məkan: Səmadan.
Hadisə: 2 – Çığırtı:
Cəbrailin  (əleyhissəlam)  nidası:  “Həqiqətən,  haqq  Məhdi 
(əleyhissəlam) və onun şiələri ilədir” – sübhdən sonra.
Məkan: Yerdən.


152
Müctəba Sadət
İblisin fəryadı: “Həqiqətən də, haqq Osman və tərəfdarları 
ilədir” – qürubdan öncə.
* * *
Ay: Ramazan
Gün: Ramazan ayının 25-i.
Məkan: Ay.
Hadisə: 3 – Ayın tutulması (adətindən kənar);
* * *
Ay: Ramazan
Gün: ---
Məkan: Şam.
Hadisə:  4  –  Kələbdən  olan  otuz  min  nəfərin  Süfyani  ilə 
beyət etməsi;
* * *
Ay: Şəvval.
Gün: ---
Məkan: Mədinənin yaxınlığı, Dirəzzur Suriya.
Hadisə: Qirqisiya döyüşü (Yüz min zülmkarın öldürülməsi, 
Süfyaninin qələbə çalması).
* * *
Ay: Zülqədə
Gün: ---
Məkan: İraq.
Hadisə: 1 – Qəbilələrin ərzaq toplamağa çalışması;
* * *
Ay: Zülqədə
Gün: Zülqədə ayının 21–25-i.
Məkan: Suriya, İraq.


153
Müqəddəs sübh
Hadisə: 2 – Süfyaninin Bağdadda qətliam törətməsi (Sək-
sən min adam öldürər).
* * *
Ay: Zülhiccə
Gün: Zülhiccənin 10-u.
Məkan: İraq.
Hadisə:  1  –  Süfyaninin  Kufədə  qətliam  törətməsi  (Yetmiş 
nəfər saleh din alimi öldürər);
* * *
Ay: Zülhiccə
Gün: Zülhiccənin 10–11-i.
Məkan: Məkkə.
Hadisə: 2 – Minada baş verən qarşıdurma (Hacıların qarət 
olunması, ehtiramın saxlanılmaması);
* * *
Ay: Zülhiccə
Gün: Zülhiccənin 25-i.
Məkan: Məkkə.
Hadisə: 3 – Nəfsi-Zəkiyyənin öldürülməsi – Rüknlə məqam 
arasında, hərəmin içərisində;
* * *
Ay: Zülhiccə
Gün: ---
Məkan: Mədinə.
Hadisə: 4 – Bir nəfər Haşiminin öldürülməsi (Muhəmməd 
və bacısı Fatimə. Peyğəmbər (sallallahu əleyhi və alih) məscidi-
nin qapısı üzərində edam edilmələri);
* * *


154
Müctəba Sadət
Ay: Məhərrəm
Gün: Məhərrəm ayının 9-u.
Məkan: Məkkə.
Hadisə:  1  –  İmamın  (əleyhissəlam)  yardımçılarının  Mək-
kəyə yetişməsi (313 nəfər);
* * *
Ay: Məhərrəm
Gün: Məhərrəm ayının 10-u.
Məkan: Məkkə.
Hadisə: 2 – Zühur günü (Aşura, şənbə) Rükn və məqam ara-
sında; xütbə, beyət, Cəbrailin nidası;
* * *
Ay: Məhərrəm
Gün: Məhərrəm ayının 12-si.
Məkan: Mədinə.
Hadisə: 3 – Süfyaninin qoşununun Mədinəyə hücum çək-
məsi, Peyğəmbərin (sallallahu əleyhi və alih) qəbrini dağıtması, 
Allah Rəsulunun minbərini sındırması, qoşunun miniklərinin 
Peyğəmbər məscidini bulayıb batırması (Mədinənin üç gün ər-
zində halal edilməsi);
* * *
Ay: Məhərrəm
Gün: Məhərrəm ayının 15-i.
Məkan: Mədinə ilə Məkkə arası.
Hadisə: 4 – Süfyaninin qoşununun Beydada yerə batması.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə