Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə43/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   39   40   41   42   43   44   45   46   ...   52

143
Müqəddəs sübh
Bu əsnada İmam Məkkədə olan mövcud camaata bir sıra xüt-
bələr söyləyəcək və (söylədikləri) dünyaya yayılacaqdır. O, or-
dusu üçün ümumi xətlər qoyacaq, həmçinin Məkkədə bir sıra 
işlər görəcəkdir ki, müxtəsər şəkildə onlara işarə edirik:
1 – Məscidul-haramı İbrahim peyğəmbərin (əleyhissəlam) 
üzərində olduğu şeyə (qoyduğu əsasa) qaytarmaq;
2 – İbrahim məqamını əvvəlki yerinə qaytarmaq. Necə ki, 
Allah Rəsulunun (sallallahu əleyhi və alih) dövründə Kəbənin 
civarında idi;
3 –  Müstəhəb  təvafı  qadağan  etmək.  Bu  ona  görədir  ki, 
na ilə  sahibi  (müstəhəb işlərlə  məşğul olan)  fərizə  sahibi  (va-
cib ayinləri yerinə yetirən) üçün (rahat şəkildə ayinini icra etsin 
deyə) imkan yaratsın;
4 –  Bəni  Şeybənin  əlini  kəsmək...  Allah  hədlərini  icra  et-
mək. Çünki onlar Allah evinin oğrularıdır. 
İmamın (əleyhissəlam) qoşunu nə zaman on min nəfər ola-
raq tamamlansa Mədinəyə sarı hərəkət etmək başlanacaqdır. 
Oradan  İrana  (İstəxr məntəqəsinə),  oradan  İraqa  (Kufə  İmam 
hökümətinin paytaxtı olacaqdır), oradan isə Beytül-müqəddəsə 
sarı yönələcəkdir.
İkinci: Beyda çölünün batması (Qəti əlamətlərdəndir)
Süfyani İmam Məhdinin (əleyhissəlam) zühur xəbərini eşit-
dikdən sonra Hicazda olan müqəddəs yerlərə qoşun göndərə-
cəkdir.  Süfyaninin  qoşunu  Mədinəyə  Məhərrəm  ayının  12-si 
yetişəcəkdir.  Yəni  İmamın  (əleyhissəlam)  xürucundan  iki  gün 
sonra.  Hücum  qoşununun  əmiri  Bəni  Kəlb  qəbiləsindən  bir 
nəfərdir ki, ona “Xüzeymə” deyilər. Sol gözünü itirmişdir, gö-
zündə qalın pərdə vardır. O, Əbülhəsən Əməvinin evində enər. 
Əməvi  ordusu  Rəsulun  Mədinəsində  üç  gün  müddətində  qa-
lar. Oranı talan edər, orada qətliam törədər, əhalisini dağıdar, 
kişilərini  öldürər,  qız-qadınları  əsir  tutar,  Rəsulun  (sallallahu 
əleyhi və alih) minbərini sındırar, şərafətli qəbiri dağıdar, hey-


144
Müctəba Sadət
vanları Mustafa (sallallahu əleyhi və alih) məscidini batırarlar. 
Sonra  Süfyaninin  ordusu  Məkkədə  döyüşmək  və  zühurunun 
başlanğıcında  Məhdi  (əleyhissəlam)  hərəkatının  qarşısını  al-
maq naminə Mədinədən çıxar. Bu qoşunun əhəmiyyətli oldu-
ğuna görə “həməlat (davamlı yağan yağış, sel, leysan) qoşunu” 
deyə adlandırılmışdır.
228
 
Qoşun  məntəqədən  on  iki  mil  sonra  dağı  keçdikdən  son-
ra  Məkkə  və  Mədinə  arasında  yerləşən  Beyda  çölünə  yetişər. 
O,  Bədrül-kübra  yaxınlığında  düz  səthli  olan  çöldür.  Qoşun 
Məhərrəm ayının 15-də gecə vaxtı bu məntəqəyə yetişər. Ge-
cəni  orada  keçirərlər.  Allah-taala  Cəbrailə  əmr  edər  və  o  da 
qəzəbli şəkildə onlara fəryad çəkər ki, ey Beyda (biyaban, çöl)
bu zalım toplumu özünə ud. Yer onları bütün silahları ilə bir-
likdə  udar.  Təkcə  Cüheynə  qəbiləsindən  olan  iki  nəfər  qalar. 
(Onlara Bəşir və Nəzir deyilər) Onlar qurtularlar və üzlərinə elə 
sillə çəkilər ki, hər ikisinin çöhrəsi ənsəyə çevrilər. Bəşir Cəbra-
ilin göstərişilə Qaimin (əleyhissəlam) yanına muştuluq vermək 
üçün gedib, onun əli ilə tövbə edər və Süfyaninin ordusunun 
bataraq həlak olmasını həzrətə müjdə verər. Digərini isə mələk 
Süfyaniyə Şamda xəbərdarlıq etməsi üçün yollayar ki, ona xə-
bərdarlıq etsin və qoşununun həlakət xəbərini ona çatdırsın. 
Nəzir Süfyaninin yanına gəlib, bunu ona xəbər verər və ölər.
Bu batmadan sonra Məkkə əmin-amanlıq yerinə çevrilər. 
Heç bir padşah və hökmdar cürət etməz ki, oraya getsin. Onu 
axtarmaq  və  ya  Məkkəyə  getmək,  orada  döyüşmək  üçün  və-
zifələndirilən hər bir başçı, yaxud zalım istefa verər, geri qayı-
dar və onun da başına belə hadisə gələcəyindən qorxaraq (bu 
cür göstərişləri)  qəbul  etməz.  Allahın  hərəmi  qorunan  halda 
qalar. Ona heç bir zalım və ya zorba kəs yaxınlaşa bilməz. Əmr 
İmam üçün – ruhum ona fəda - bərqərar olar. Onun ordusu ora-
da yerləşər və möminlər ona sarı toplaşar.
228
 Biharul-ənvar, c.52, s.223.


145
Müqəddəs sübh
Qoşunun  sayı  (on min nəfər)  tamamlandıqda  Məkkədən 
Mədinəyə sarı yollanar. İmamın (əleyhissəlam) qoşunu batma 
yerindən keçər. İmam (əleyhissəlam) onlara batma yerini xəbər 
verər... Süfyaninin qüvvələrinin Hicazda (Beydada bataraq) hə-
lak olmasından, həmçinin Xorasaninin əli ilə Minada və Yəma-
ninin əli ilə İraqda məğlubiyyətə düçar olmasından sonra cəhd 
edər ki, mərəkəni öz sahəsinə gətirsin və Şam məntəqəsində 
zühur  hadisələri  içərisində  məntəqə  döyüşlərinin  ən  böyü-
yünə hazırlıq görmək üçün qüvvə toplasın. Bu döyüş Qüdsün 
azad edilməsidir ki, onun mehvəri (mərkəzi) Dəməşqdən Təbə-
riyyəyə, oradan da Qüdsə qədər uzanar.
Həmçinin  bir  sıra  rəvayətlər  vardır  ki,  batmanın  kiminlə 
əlaqədar baş verəcəyini, onun zamanını, yerini, necəliyini, ki-
min bundan qurtulacağını aydın şəkildə göstərir. 
Ömər ibn Hənzələ İmam Sadiqin (əleyhissəlam) belə buyur-
duğunu nəql etmişdir: “Qaimin (zühur etməsinin) beş əlaməti 
vardır: Süfyani, Yəmani, səmadan gələn çığırtı, Nəfsi-Zəkiyyə-
nin öldürülməsi və Bəydada çökmə”.
229
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “... Beyda çökmə-
si məhtumdandır (qəti baş verəcək əlamətlərdəndir)”.
230
Əsbəğ  ibn  Nübatə  Əmirəlmömininin  (əleyhissəlam)  belə 
buyurduğunu nəql etmişdir: “... və Süfyaninin qırmızı bayraq-
larla çıxması. Onun əmiri Bəni Kəlbdən olan bir nəfərdir. Süfya-
ninin qoşunundan on iki min Məkkə və Mədinəyə sarı yollanar. 
Onların  əmiri  Bəni-Üməyyədəndir.  Ona  Xüzeymə  deyilər.  Sol 
gözünü itirmişdir, gözündə qalın bir örtük var. Özünü kişilərə 
bənzədər. Mədinədə “Daru Əbilhəsən Əməvi” – adlanan evdə 
enməyənədək  bayrağını  qaytarmaz.  O,  Ali-Muhəmməddən 
olan bir nəfərin ardınca qoşun göndərər. Şiələrdən olan camaat 
229
  Ğeybətun-Numani,  s.169;  İlamul-vəra,  s.426;  Muntəxəbul-əsər,  s.458; 
Bəşarətul-İslam, s.119.
230
 Ğeybətun-Numani, s.172; Muntəxəbul-əsər, s.455; Tarixul-ğeybətil-kub-
ra, s.500.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə