Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

134
Müctəba Sadət
Onun ibranicə olan adı ilə çağıracaq. Bundan sonra üç yüz on 
üç nəfər səhabəsi onun üçün payız buludları kimi hazır edilə-
cəklər. Onlar bayraqlar sahibidirlər. Onların içərisində elələri 
olacaq  ki,  gecə  ikən  yataqlarında  yoxa  çıxıb  səhəri  Məkkədə 
açacaqlar. Elələri də olacaq ki, gündüz vaxtı buludlarda yol get-
dikləri görüləcək. Onlar adları, atalarının adları, xüsusiyyətləri 
və nəsəbləri ilə tanınacaqlar”. 
Dedim: “Sənə fəda olum, onlardan hansı birisi imanca ən 
yüksəkdir?” 
Buyurdu: “Gündüz vaxtı buludda yol gedənlər. Onlar itən-
lərdirlər. Bu ayə onlar barədə nazil olub: “Harada olursanız 
olun, Allah hamınızı (bir araya) gətirəcək”
207
.
208
Əbu  Bəsir  İmam  Sadiqin  (əleyhissəlam)  belə  buyurduğu-
nu nəql etmişdir: “... Bunlar üç yüz on üçün nəfərdir. Onların 
sayı  Bədr  əhlinin  sayı  qədərdir.  Allah  onları  bir  gecədə  Mək-
kədə cəm edəcəkdir. O cümə gecəsidir. Sübh hamılıqla Məsci-
dul-haramda  onun  yanına  gələrlər.  Onlardan  bir  nəfər  olsun 
belə,  geridə  qalmaz.  Onlar  Məkkə  küçələrində  yola  düşərlər 
ki, qalmaqları üçün bir mənzil tapsınlar. Məkkə əhalisi tanın-
mayan bu kəslərin varid olmasından təəccüb edər. Çünki həcc 
və ümrə, yaxud ticarət karvanının gəlməsindən heç bir xəbər 
olmaz. Odur ki, onlardan bəzisi bir-birinə deyər: “Bu gün bir 
dəstə adam gördük ki, indiyədək onu görməmişdik. Onlar bir 
şəhər və çöldən (hansısa bir nəsildən, soydan, qəbilədən) deyil-
lər, dəvələri də yoxdur. Heç başqa vəsaitləri də. Onlar bu söh-
bətlərə məşğul ikən, öz qapılarına yaxınlaşarlar. Bəni Məxzum 
qəbiləsindən bir nəfər daxil olar, camaatın yanından keçib on-
ların başçısının yanına gedib, deyər: “Bu gecə qəribə bir yuxu 
görmüşəm. Bu yuxudan qorxuya düşmüşəm və qəlbim pərişan 
olubdur”. 
207
 Bəqərə, 148.
208
 Ğeybətun-Numani, s.213; Bəşarətul-İslam, s.203; Yəumul-xilas, s.256.


135
Müqəddəs sübh
Başçı ona deyər: “Yuxunu danış”. 
O deyər: “Oddan bir kürə gördüm ki, səmanın dərinliklə-
rindən  peyda  oldu.  O  aşağıya  enə-enə,  gəlib  Kəbəyə  yetişdi. 
Onun ətrafında dövrə vurmağa başladı. İçində örtük kimi ya-
şıl qanadlı çəyirtkələr vardı. O qədər idi ki, sayını Allah bilər. 
Kəbənin ətrafına dövrə vurdular. Sonra şərq və qərbə uçdular. 
Hər hansı bir şəhərə çatan kimi oranı dərhal yandırırdılar. Elə 
bir yaşıllıq yanından keçmədilər ki, oranı xarabalığa çevirmə-
sinlər. Yuxudan diksinib ayıldım və əsməyə başladım. İndi də 
pərişan və qorxan haldayam”. 
Adam (ona) deyər: “Bunlar da onu görmüşdür. Gəl  ilankəs 
səqə i adamın yanına gedək ki, yuxunu yozsun”. 
Yuxunu ona danışar, o da deyər: “Qəribə (yuxu) görmüsən. 
Bu gün Allah ordularından bir qoşun sizin şəhərinizə daxil ol-
muşdur ki, sizin onların qarşısında müqavimət etməyə qüdrə-
tiniz çatmaz”. 
Onlar deyər: “Qəribədir. Onları bu gün görmüşük”. 
Sonra görmüş olduqlarını ona bildirərlər. Onun yanından 
çıxıb, qərara gələrlər ki, onlar üzərinə hücum çəksinlər. O hal-
da olarlar ki, Allah onların qəlblərini onların qorxu və hürkü-
sündən doldurar. Bəziləri qalanlarına tapşırıq verər ki, onlara 
görə tələsməyin. Onlar indiyədək heç bir pisliyə mürtəkib ol-
mamışlar. Onların zidd hərəkəti görülməmişdir. Ola bilər on-
lardan bəzisi sizin qəbilənizdən olsun. Əgər onlardan bir şey 
görmüş olsanız, sonra özünüz bilərsiniz. Bu gördüyümüz toplu 
ibadət əhlidir. Onların yaxşı (və nurani) çöhrəsi vardır. Həm də 
onlar ilahi amanlıq hərəmindədirlər. Kimsə orada zidd bir şey 
etməmiş olduğu halda amandadır. Onlar elə bir iş görməyib ki
onlarla döyüşmək üçün bəhanə olsun”.
Qövmün rəisi və rəhbəri olan Məxzumi deyər: “Axı biz arxa-
yın deyilik ki, onların arxasında gərəkli nəsnələr (yəni kömək-
çi, azuqə) yoxdur. Əgər (belə bir azuqə və ləvazimatları olsa və 
bu dəstə)  onlara  yetişmiş  olsa,  qüvvələrinin  həqiqi  varlığı  və 


136
Müctəba Sadət
böyüklüyü seçilmiş olar. (Dostlarımızın yuxusu yozulub və biz 
onlara qələbə çala bilmərik. Belə olduğu halda) onlar qüvvə və 
imkan baxımından aşağı səviyyədə olduqları halda, həmçinin 
(hələ) yardım qüvvələri onlara qoşulmamışdan onlara həmlə 
edin. Onlar Məkkəyə yanınıza gəlməyiblər və tezliklə onların 
şəni  olacaq  (ağalığa çatacaqlar).  Mən  yoldaşınızın  yuxusunu 
yalnız həqiqət sayıram. Odur ki, onlara şəhərinizi zinətləndi-
rin. Əyləşin, mövcud nəzarət və şəraəti qiymətləndirin”. 
Onlardan  biri  deyər:  “Əgər  elə  özləri  kimi  (həmin sayda 
olan bir dəstə)  onların  yanına  gəlsə,  onlardan  heç  bir  qorxu 
yoxdur. Çünki dəstənin nə silahı vardır, nə ətrafı vardır, nə qa-
lası (səngəri) vardır ki, ona pənah aparsınlar. Həm də burada 
qəribdirlər, imkansızdırlar. Əgər onlar üçün qoşun gəlsə, bun-
lara birinci hücum çəkərsiz. Onlar susuz adamın su içməsi ki-
midir (onları aradan aparmaq su içmək kimi rahatdır)”. Onlar 
elə  bu  söhbət,  danışıqda  olar  ki,  gecə  camaatın  arasını  örtər. 
Sonra Allah onların qulaqlarını, gözlərini yuxu ilə vurar. Saba-
hı gün cəm olmamışdan öncə Qaim qiyam edər. Onların (İma-
mın köməkçiləri)  bəzisi  digəri  ilə  elə  qarşılaşar  ki,  sanki  bir 
atanın-ananın oğlanları kimidirlər. Yaxınlaşdıqda gecə ayrılıb, 
gündüz görüşərlər”.
209
Bu  baş  verdikdə  Məkkədə  İmamın  (əleyhissəlam)  əshabı, 
həvariləri və vəzirləri ilə görüşməsi tamamlanacaqdır. Bu isə 
ən  seçkinləri  və  fəzilətliləri  (on iki nəfər  əshab)  ilə  görüşdən 
sonra olacaqdır.
3 – Birinci bəyanı (xütbə)
Qaimin  (əleyhissəlam)  Aşura  günü  şənbənin  sübhü  xüruc 
etmə vaxtı yetişdikdə Məscidul-harama daxil olar. Qibləyə sarı 
durar, arxası məqama tərəf olar. Sonra iki rəkət namaz qılar... 
Sonra İmam Məhdi (əleyhissəlam) müqəddəs zühurunun əvvə-
209
 Bəşarətul-İslam, s.210; Yəumul-xilas, s.271; Tarixu ma bə`dəz-zuhur, s. 288.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə