Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

128
Müctəba Sadət
Zürarə ibn Əyən İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu 
nəql etmişdir: “Mütləq bir gənc Mədinədə qətlə yetiriləcəkdir”. 
Soruşdum ki, onu Süfyaninin qoşunu öldürəcək? 
Buyurdu:  “Xeyr,  onu  Bəni- ilankəsin  qoşunu  öldürəcək-
dir. O, çıxıb Mədinəyə yetişər. Camaat onun nə dediyini və nə 
istədiyini bilmədən gənci tutub öldürəcək.  Elə ki ədalətsizlik, 
düşmənçilik və zülm olunaraq öldürüldü, Allah onlara möhlət 
verməyəcəkdir. Məhz bu əsnada fərəci təvəqqe edin”.
190
İmam  Baqir  (əleyhissəlam)  buyurmuşdur:  “Həmin  zaman 
Nəfsi-Zəkiyyə  Məkkədə  öldürüləcək,  qardaşını  isə  Mədinədə 
həlak edəcəklər”.
191
Mədinədə öldürülən və bacısı ilə birlikdə edam edilən iki 
nəfər  Nəfsi-Zəkiyyənin  əmisi  övladlarıdır.  İmam  Sadiq  (əley-
hissəlam) buyurmuşdur: “Məzlum Yəsribdə (Mədinədən) öldü-
rülər, əmisi oğlu isə Hərəmdə (Məkkədə) qətlə yetirilər”.
192
Vurğulamaq lazımdır ki, Nəfsi-Zəkiyyənin qətlə yetirilmə-
si qəti əlamətlərdən hesab edilir. O, Muhəmməd ibn Həsəndir. 
Hansı  ki,  rükn  ilə  məqam  arasında  başı  kəsiləcəkdir.  Bu  isə 
İmamın  zühurundan  on  beş  gecə  öncə  baş  verəcəkdir...  Rə-
vayətlərdə onu müxtəlif adlarla qeyd etmişlər: “Zun-Nəfsiz-Zə-
kiyyə” – çünki onu günahsız yerə öldürərlər. Allah-taala Musa-
nın (əleyhissəlam) dili ilə Xızıra buyurmuşdur: “Günahsız bir 
canı öldürdünmü?”
193
 – yəni günahdan uzaq olan halda.
“Mustənsir”  –  çünki  öldürülməmişdən  öncə  sözünə 
Ali-Muhəmmədə yardım edilməsini istəməklə başlayar.
“Rəculun haşimiyyun” (haşimi kəs), “Ğulam min Ali-Muhəm-
mədin”  (Muhəmməd ailəsindən olan gənc oğlan),  “Həsəni”  – 
sübut olunmuşdur ki, o, Allah Rəsulunun (sallallahu əleyhi və 
alih) nəslindəndir və seyidlərdəndir.
190
 Biharul-ənvar, c.52, s.147; Bəşarətul-İslam, s.117; Yəumul-xilas, s.666.
191
 Bəşarətul-İslam, s.177; Yəumul-xilas, 665.
192
 Bəşarətul-İslam, s.187; Yəumul-xilas, 666.
193
 Kəhf, 74.


129
Müqəddəs sübh
SƏKKİZİNCİ HİSSƏ
MƏHƏRRƏM AYININ HADİSƏLƏRİ
Bu fəsildə mövqeyində durduğumuz tərtibatın son hissə-
sinə (axırıncı aya) yetişdik. Belə ki, bu ayda bütün əlamət və 
hadisələrin xətmedicisi başlayır. Bu isə Məhərrəm ayının onun-
cu günündə müqəddəs sübh nurunun saçmasıdır. Oradan isə 
azad  etmə,  İslama  yenidən  dəvət  etmə,  haqq-ədalətin  yayğın 
ərazilərdə yayılması, peyğəmbərlər, övliyalar, salehlərin bütün 
cəhdlərinin tamamlayıcısıdır. Bu isə uğrunda qurban getdikləri 
hədə lərinin gerçəkləşməsi naminədir.
(İndi isə) xeyirli əhdin (dövrün) başlanğıc mərhələsinə ye-
tişirik. Bu, Allahın Kərim Kitabında vermiş olduğu ilahi vədin, 
həmçinin Allah Rəsulunun (sallallahu əleyhi və alih) vermiş ol-
duğu müjdənin gerçəkləşməsinin başlanğıcıdır:
1 – Allah-taala buyurmuşdur: “Allah sizdən (müsəlmanlar-
dan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, 
onları mütləq özlərindən qabaq olmuşları  (Nuhun, Hudun, 
Salehin və Yunusun qövmlərinin möminlərini)  canişin etdiyi 
kimi yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün 
bəyəndiyi dini  (İslam dinini)  mütləq, onlar üçün bərqərar 
edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu 
və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə  əvəz 
edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi 
Mənə  şərik qoşmasınlar. Kim bundan  (bu böyük nemətdən) 
sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”.
194
2 – Həmçinin buyurmuşdur: “Biz (isə) istədik ki, o yerdə 
(məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları 
194
 Nur, 55.


130
Müctəba Sadət
(camaata) imam, (yer üzünə) varis edək. Və onlar üçün o tor-
paqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onla-
rı o torpaqda yerləşdirək)Firona və (onun vəziri) Hamana və 
qoşunlarına onların tərə indən qorxduqları və çəkindikləri 
şeyi göstərək”.
195
3 – Həmçinin buyurmuşdur: “Həqiqətən Biz (Lövhi-Məh-
fuzdan sonra bütün səma kitablarında)Zikrdən (Musanın Töv-
ratından) sonra (Davudun) Zəbur(un)da (və bu kitabların ha-
mısından sonra Quranda) yazdıq (və qərara aldıq) ki, bu yerin 
varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mə-
nim saleh bəndələrim olacaqlar”.
196
4 –  Habelə  buyurmuşdur:  “Öz Rəsulunu müşriklərə xoş 
gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün din-
lərə qalib etmək üçün göndərən Odur”.
197
5 – Həmçinin  Allah  Rəsulu  (sallallahu  əleyhi və alih) yüz 
iyirmi  min  müsəlmanın  iştirak  etdiyi  Qədir  günü  xütbə  söy-
ləyərkən belə müjdə vermişdir: “....Camaat, Allahın nuru məndə 
hərəkət edir, sonra Əlidə, sonra isə Qaim Məhdiyə (əleyhissə-
lam) qədər onun nəslində hərəkət edəcəkdir. (Məhdi) o kəsdir 
ki, Allahın və bizə aid olan hər bir haqqa riayət edəcəkdir...”
198
Bu  o  gündür  ki,  İmam  Baqir  (əleyhissəlam)  onun  barədə 
söz açmışdır: “Agah olun ki, mən onu haqlasaydım, sözsüz ki, 
özümü bu əmrin sahibi üçün (qoruyub) saxlayardım”.
199
Bu o gündür ki, yer əhalisindən öncə səma əhalisi onun in-
tizarını çəkir... Bu saxlanılan, böyük gün düzgün İslamın yayıl-
ması və onun dünya üzərində tətbiqi baxımından böyük hədəf-
lərin, ən yüksək qayələrin yerinə yetməsi üçündür.
195
 Qasas, 5 və 6.
196
 Ənbiya, 105.
197
 Tövbə, 33.
198
 Əl-İmamul-Mehdi minəl-məhd iləz-zuhur, s.57.
199
 Ğeybətun-Numani, s.182; Yəumul-xilas, s.267.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə