Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə37/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

125
Müqəddəs sübh
bayraqlar qələbə çalar və Süfyaninin qoşunu qaçar. Həmin vaxt 
camaat Məhdini arzulayar və onu axtararlar”.
182
2 – Mina narahatçılıqları (düzənsizlikləri)
Şərafətli hədislər həcc mövsümü əsnasında Minada hacılar 
arasında  baş  verən  çaxnaşmanı  xarakterizə  etmişdir.  Belə  ki, 
hicaz  əhli  arasında  hakimiyyət  ətrafında  müxalifətçilik  yayıl-
maqla baş verəcəkdir.
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Camaat birlikdə 
həcc edər. İmamsız olaraq birlikdə Ərəfatda vüquf edərlər. Mi-
nada olan əsnada şiddətli  itnə baş qaldırar və bütün qəbilələr 
ayağa durar. O həddə qədər ki, Əqəbə (Cəmərə) qana boyanar. 
(Camaat) dəhşətə gələr və Kəbəyə sığınarlar”.
183
Bu hədisdən belə anlamaq olar ki, camaat həmin zaman ca-
maat  elə  gərginlik  durumunda  yaşayacaqlar  ki,  mənasiklərini 
yerinə  yetirən  kimi,  yaxud  onu  tamamlamadan  öncə  Minada 
bir-birinə girəcəklər və nəticədə narahatçılıqlar baş verəcəkdir. 
Minada “rəmyul-cimar” mənasikini (ayin) yerinə yetirmək əs-
nasında hacılar qarət olunacaq, onların malları qənimət olaraq 
götürüləcək, özləri qətlə yetiriləcək və təcavüz edilməyəcək xü-
susiyyətlər yırtılıb gedəcəkdir (hörmətsizlik olunacaqdır).
Səhl ibn Həuşəb deyib: “Allah Rəsulu (sallallahu əleyhi və 
alih) buyurmuşdur: “Ramazan ayında səs, Şəvval ayında gurul-
tu, Zülqədədə qəbilələrin bir-birləri ilə vuruşması vardır. Hə-
min tarixin əlaməti Həccdir. Minada döyüş baş verəcək, orada 
çoxlu qətl baş verəcək və qanlar töküləcəkdir. O həddə olacaq-
dır ki, qanları Cəzirəyə (Cəmrata) çatacaqdır”.
184
Abdullah  ibn  Sinan  deyib:  “Əbu  Abdullahın  (əleyhissəlam) 
belə buyurduğunu eşitdim: “İnsanları elə bir ölüm və qətl əhatə 
182
 Bəşarətul-İslam, s.184; Yəumul-xilas, s.651.
183
 Əl-Muməhhidunə lil-Mehdi, s.60; Yəumul-xilas, s.570.
184
 Muntəxəbul-əsər, s.451; Bəşarətul-İslam, s.34; Yəumul-xilas, s.532; Bə-
yanul-Əimmə, c.1, s.433 və c.2, s.355.


126
Müctəba Sadət
edəcək ki, bu zaman insanlar Hərəmə (Kəbəyə) sığınacaqlar. Dö-
yüş şiddətlənməsi səbəbindən sadiq bir carçı nida edib deyəcək: 
“Qətl və döyüş nə üçündür?! Sizin sahibiniz  ilankəsdir”.
185
3 – Nəfsi-Zəkiyyənin öldürülməsi (Qəti əlamətlərdəndir)
Bundan öncəki hadisələr və xəbərlər baş verdikdən sonra 
xalqa müqəddəs sübh gününün əlamətləri açıq şəkilə görün-
məyə başlayacaqdır. Həmçinin İmam Məhdi (əleyhissəlam) öz 
naibini (elçisini) Məkkədə camaata göndərəcəkdir ki, durumun 
aydın olması və xəbər əldə etməkdən əlavə, mübarək inqilab 
üçün  hazırlıq  da  olsun.  Haşimi  gənc  (Muhəmməd ibn Həsən, 
Nəfsi-Zəkiyyə)  Zülhiccə  ayının  iyirmi  beşində  qiyam  etdikdən 
sonra Məscidul-harama daxil olacaq. Rükn və məqam arasında 
duracaq,  İmam  Məhdinin  (əleyhissəlam)  tərə indən  şifahi  bir 
məktubu Məkkə camaatına oxuyar. Bu məktubda təhqir, ehti-
ramsızlıq və təhdid olmaz. Sadəcə Məkkə camaatından kömək-
lik və yardım istəməyə şamil olar... Hicazda rejimin qalıntıları 
çirkin cinayət işlədər və onu rüknla məqam arasında ikən qət-
lə yetirərlər. Bu cinayət onların hökümətinin sonunu bildirər. 
Onun qətlə yetirilməsi ilə İmamın (əleyhissəlam) zühuru ara-
sında yalnız on beş gecə fasilə olar.
Mustafa (sallallahu əleyhi və alih) Mədinəsində də eyni du-
rum olacaq. Belə ki, rejim qalıntıları bir başqa cinayətə mürtə-
kib olacaqlar. Bu cinayət öncəkindən heç də dala qalmaz. O da 
Nəfsi-Zəkiyyənin əmisi oğlunu öldürməkdir. Onun adı Muhəm-
məd,  bacısı  Fatimədir.  Onu  Peyğəmbər  (sallallahu  əleyhi və 
alih)  məscidinin  qapısı  üzərində  çarmıxa  çəkəcəklər  (yaxud 
edam edəcəklər).
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “...Nəfsi-Zəkiyyə-
nin öldürülməsi məhtumdandır (qəti əlamətlərdəndir)”.
186
185
 Ğeybətun-Numani, s.178.
186
 Ğeybətun-Numani, s.169; Bəşarətul-İslam, s.119; Yəumul-xilas, s.667.


127
Müqəddəs sübh
Əbu Bəsir uzun bir hədisin gedişatında İmam Baqirin (əley-
hissəlam)  belə  buyurduğunu  nəql  etmişdir:  “Qaim  (əleyhissə-
lam) öz əshabına deyər: “Ey qövm, Məkkə əhalisi məni istəmir. 
Ancaq mən onlara göndərilmişəm ki, höccəti onlara tamamla-
yım, habelə özüm də öz vəzifəmə əməl etmiş olum. (Sizlərdən 
birini) onlara tərəf göndərirəm”. Sonra yardımçılarından birini 
çağırıb, ona deyər: “Məkkə əhalisinə sarı get və de: “Ey Mək-
kə  əhalisi,  mən  ilankəsin  (İmam Məhdinin)  elçisiyəm.  O  sizə 
belə ismarıc göndərir ki, biz rəhmət ailəsi, risalət və xilafət mə-
dəniyik. Biz Muhəmmədin (sallallahu əleyhi və alih) nəvələri, 
peyğəmbərlərin  sülaləsiyik.  Bizə  zülm  olunmuş,  incidilmişik, 
bizə məzəmmət ediblər. Haqqımızı bu günə qədər Peyğəmbə-
rimiz dünyasını dəyişdiyi dövrdən bəri zorla almışlar. Sizdən 
kömək etməyinizi istəyirik. Odur ki, bizə kömək edin”. Bu gənc 
bu  elanı  bildirdiyi  zaman  ona  sarı  gələrlər.  Rükn  və  məqam 
arasında onun başını kəsərlər. O, Nəfsi-Zəkiyyədir”.
187
 
Əmirəlmöminin  (əleyhissəlam)  buyurmuşdur:  “Sizə  Bə-
ni- ilankəsin  səltənətinin  sonunu  xəbər  verimmi?  Nəfsi-ha-
ramın  (canına qıyılması qadağan olan kəsin)  öldürülməsidir. 
Haram gündə, haram şəhərdə. And olsun o kəsə ki, dəni yarıb, 
insanı  yaratmışdır,  ondan  sonra  on  beş  gecədən  artıq  hökm-
ranlıq edə bilməyəcəklər”.
188
Əbu Saleh Mövla Bəni İzar deyib: “Əbu Abdullahın (əleyhissə-
lam) belə buyurduğunu eşitdim: “Ali-Muhəmmədin Qaimi ilə Nəf-
si-Zəkiyyənin qətli arasında yalnız on beş gecə fasilə vardır”.
189
187
 Biharul-ənvar, c.52, s.307; Bəşarətul-İslam, s.224; əl-Məhdi minəl-məhd 
iləz-zuhur, s. 368; Yəumul-xilas, s.662; Bəyanul-Əimmə, c.3, s.20.
188
  Ğeybətun-Numani,  s.173;  Biharul-ənvar,  c.52,  s.234;  əl-Muməhhidun 
lil-Mehdi, s.61.
189
 Əl-İrşadu lil-Mu id, c.2, s.374; Ğeybətut-Tusi, s.271; Kəmalud-din, s.649; 
İlamul-vəra,  s.427;  Bəşarətul-İslam,  s.128;  əl-Məhdi  minəl-məhd  iləz-zu-
hur, s.368.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə