Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

137
Müqəddəs sübh
lində Kəbəyə tərəf yaxın durar, rükn və məqam arasında arxa-
sını çevirmiş halda kütləyə yönəlib onlara birinci sözünü söy-
ləyər və tarixi xütbəsinə başlayar.
Allaha həmd-sənadan, Muhəmməd və pak ailəsinə salavat 
dedikdən sonra .... nida çəkər: “Ey insanlar, biz Allahdan kömək 
diləyirik. Sizlərdən kim bizə səs verəcək? Biz sizin peyğəmbə-
riniz Muhəmmədin (sallallahu əleyhi və alih) Əhli-Beytiyik. Biz 
insanlar içərisində Allaha və Muhəmmədə (sallallahu əleyhi və 
alih) ən yaxın olanlarıq. Kim Adəm barəsində mənimlə müba-
hisə edərsə, (bilsin ki,) insanlar içərisində Adəmə ən yaxın olan 
mənəm. Kim Nuh barəsində mənimlə mübahisə edərsə, (bilsin 
ki,) insanlar içərisində Nuha ən yaxın olan şəxs mənəm. Kim 
İbrahim barəsində mənimlə mübahisə edərsə, bilsin ki, insan-
lar içərisində İbrahimə ən yaxın olan mənəm. Kim Muhəmməd 
(sallallahu əleyhi və alih) barəsində mənimlə mübahisə edərsə, 
bilsin ki, insanlar içərisində Muhəmmədə (sallallahu əleyhi və 
alih) ən yaxın olan mənəm. Kim peyğəmbərlər barəsində mə-
nimlə mübahisə edərsə, bilsin ki, insanlar içərisində peyğəm-
bərlərə  ən  yaxın  olan  şəxs  mənəm.  Məgər  Allah  öz  kitabının 
möhkəm kitabında demir ki, “Həqiqətən Allah Adəmi, Nuhu, 
İbrahimin ailəsini və  İmranın ailəsini  (öz zamanlarındakı) 
bütün aləmdəkilərdən üstün etdi. Bəzisi digər bəzisinin nəs-
lindən olan övladlardırlar. Allah eşidən və biləndir”
210
? Elə 
isə, mən Adəmdən bəqiyyə (qalan), Nuhdan zəxirəyəm, İbra-
him(in nəslin)dən olan seçilmiş, Muhəmməddən olan arınmış 
şəxsəm – sallallahu əleyhim əcməin. 
Bilin, kim Allahın kitabı barədə mənimlə mübahisə edər-
sə, (bilsin ki,) insanlar içərisində Allahın kitabına ən yaxın (ən 
agah)  olan  şəxs  mənəm.  Bilin,  kim  Allah  Rəsulunun  sünnəsi 
barədə mənimlə mübahisə edərsə, bilsin ki, insanlar içərisin-
də Allah Rəsulunun sünnəsinə ən yaxın olan şəxs mənəm. Bu 
210
 Ali-İmran, 33 və 34.


138
Müctəba Sadət
gün mənim sözümü eşidən kəsləri Allaha and verib istəyirəm 
ki, onlardan burada olanlar sözümü olmayanlara çatdırsın. Mə-
nim sizin üzərinizdə Allah Rəsulunun yaxını (ailə üzvü) olmaq 
sarıdan  bir  haqqım  vardır.  Allahın,  Onun  peyğəmbərinin  və 
özümün haqqına and verib sizdən istəyirəm ki, bizi çətin vəziy-
yətdə qoymayın və bizə zülm edənləri (cəzalandırmaqda) bizə 
mane olmayın. Bizi qorxutdular, zülm etdilər, öz diyarımızdan 
və övladlarımızdan ayrı salıb qovdular, bizə qarşı həddi aşdılar, 
bizi haqqımızdan uzaqlaşdırdılar və batilə uyanlar bizə iftira 
atdılar. Allah, Allah bizə qarşı diqqətli olun! Bizi köməksiz qoy-
mayın, bizə yardım edin ki, Allah da sizə yardım etsin”.
211
Sonra İmam əlini səmaya qaldırar, dua edər, (Allaha) yal-
varıb  yaxarar  və  deyər:  “(O  şəriklərmi yaxşıdır) yoxsa darda 
qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab 
verən, onun zərər və  çətinliyini aradan qaldıran, sizi yer 
(üzünün) canişinləri edən kəs?”
212
4 – Beyət və yardım etmə
İmam  –  ruhum  ona  fəda  –  kəlamını  bitirnən  kimi  hərəm 
polisi  onu  tutmağa,  yaxud  öldürməyə  çalışacaqdır.  Necə  ki, 
on beş gün öncə Nəfsi-Zəkiyyəni həmin məkanda qətlə yetir-
mişdir. İmamın (əleyhissəlam) əshabı irəli çıxıb, onu müda iə 
edəcək, onu dövrəyə alacaqlar. Cəbrail (əleyhissəlam) Kəbənin 
arxasına  enərək    birinci  beyət  edənlərdən  olar.  Sonra  əshabı 
üç yüz on üç nəfər, həmçinin orada iştirak edən yardımçıları 
onunla beyət edər. 
Müfəzzəl  ibn  Ömər  İmam  Sadiqdən  (əleyhissəlam)  belə 
nəql etmişdir: “Ey Müfəzzəl, Qaim arxasını hərəmə çevirib, əli-
ni uzadar, (əli) eyibsiz ağ görsənər. O deyər: “Bu, Allahın əlidir, 
211
  Ğeybətun-Numani,  s.121;  Biharul-ənvar,  c.52,  s.223;  Bəşarətul-İslam, 
s.102; Muntəxəbul-əsər, s.422; əl-Məhdi minəl-məhd iləz-zuhur, s.412; Ta-
rixu ma bə`dəz-zuhur, s.228; Yəumul-xilas, s.303. 
212
 Nəml, 65.


139
Müqəddəs sübh
Allahdandır, Allahın əmri ilədir”. Sonra bu ayəni tilavət edər: 
“Həqiqətən, sənə beyət edənlər əslində Allaha beyət edirlər. 
(Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir. Buna 
görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur”
213
Onun əli-
ni birinci öpən kəs Cəbrail olacaq. Sonra onunla beyət edəcək, 
ardınca  mələklər,  sonra  cinlərin  nəcibləri,  sonra  isə  nəqiblər 
bu cür edəcəkdir. Məkkədə sübhü açan camaat deyəcək ki, Kə-
bənin  yanındakı  adam  kimdir?  Onun  yanındakı  məxluq  kim-
dir və gecə görmüş olduğumuz və bənzərini görmədiyimiz bu 
əlamət nədir?”
214
Bu isə günəş çıxmamışdan öncə baş verəcəkdir.
Əli ibn Məhziyar İmam Baqirin (əleyhissəlam) belə buyurdu-
ğunu nəql etmişdir: ”Sanki Aşura günü, şənbə günü Qaimi rükn 
və məqam arasında duran görürəm ki, Cəbrail onun qarşısında 
Allah üçün beyət etməyə nida edir. O, yer üzünü zülm və haqsız-
lıqla dolmuş olduğu kimi haqq-ədalətlə dolduracaqdır”.
215
Muhəmməd ibn Müslim İmam Baqirin (əleyhissəlam) belə 
buyurduğunu nəql etmişdir: “Cəbrail (əleyhissəlam) (Kəbənin) 
navalçası üzərində ağ rəngli bir quş şəklində duracaq. Allahın 
yaratdıqları içərisində ona beyət edən ilk varlıq o – yəni, Cəb-
rail – olacaq. Bundan sonra üç yüz on üç nəfər adam ona beyət 
edəcək. (Həmin vaxt) kim yolda olmuş olsa, o anda çatacaq, yol-
da olmayanlar isə yataqlarından itəcəklər (və bir anda Kəbədə 
olacaqlar). Bu həmin sözdür ki, Əmirəlmöminin (əleyhissəlam) 
demişdir: “Onlar yataqlarından itəcəklər”. Bu həmin sözdür ki, 
izzət və cəlal sahibi olan Allah buyurur: “Xeyir işlərdə bir-biri-
nizlə yarışın. Harada olursanız olun Allah hamılıqla sizi (bir 
yerə) toplayacaq”.
216
 
213
 Fəth, 10.
214
 Bəşarətul-İslam, s.268; İlzamun-nasib, c.2, s.257; Yəumul-xilas, s.320.
215
 Bəşarətul-İslam, s.97; əl-Məhdi minəl-məhd iləz-zuhur, s.426; Tarixu ma 
bə`dəz-zuhur, s.243.
216
 Bəqərə, 148.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə