Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə42/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   38   39   40   41   42   43   44   45   ...   52

140
Müctəba Sadət
Sonra buyurdu: “Xeyir işlər” biz Əhli-Beytin vilayətidir”.
217
Müfəzzəl ibn Ömər İmam Sadiqdən belə nəql etmişdir: “...
Allah Cəbraili (əleyhissəlam) göndərəcək, nəhayət onun yanına 
gələcəkdir. O, “Hətim” (Kəbə daşı) üzərinə enib deyər: “Hansı 
şeyə sarı dəvət edirsən?” Qaim ona xəbər verər. Cəbrail deyər: 
“Mən sənə beyət edən birinci kəsəm. Əlini aç”. Əlini onun əlinə 
sürtər. Üç yüz on neçə nəfər ona yetişib, onunla beyət edərlər. 
O,  Məkkədə  qiyam  edər,  nəhayət  onun  əshabı  on  min  nəfərə 
çatar. Sonra oradan Mədinəyə gedər”.
218
Cabir  Cu i  İmam  Baqirdən  (əleyhissəlam)  belə  nəql  edib: 
“Rükn ilə məqam arasında Qaim ilə üç yüz nəfərdən çox adam 
beyət  edər.  Onların  sayı  Bədr  əhli  qədər  olar.  Onlar  arasında 
Misir  əhlinin  nəciblərindən,  Şam  əhlinin  qəhrəmanlarından, 
İraq əhlinin yaxşılarından olar”.
219
Əmirəlmömininn  (əleyhissəlam)  buyurmuşdur:  “O,  əs-
habından  beyət  alacaqdır  ki,  onlar  oğurluq,  zina,  müsəlmanı 
təhqir etməsinlər, canına qıyılması qadağan olan kəsi öldürmə-
sinlər, möhtərəm hesab olunan hörməti sındırmasınlar, mənzil 
yerinə hücum çəkməsinlər, haqsız yerə kimisə vurmasınlar, qı-
zıl, gümüş, buğda, arpa toplayıb saxlamağa (xəzinə etməyə) ça-
lışmasınlar, yetim malı yeməsinlər, bilmədikləri şeyə şahidlik 
etməsinlər, məscid dağıtmasınlar, məstedici şeylər içməsinlər, 
xəzz və ipək geyinməsinlər, qızıl taxmasınlar, yol kəsməsinlər, 
yolu  qorxulu  etməsinlər,  həmcinsbazlıqla  məşğul  olmasınlar, 
buğda və arpadan olan yeməklərin qarşısını almasınlar  (ma-
napoliya etməsinlər),  azla  məmnun  olsunlar,  paklıq  tərəfdarı 
olsunlar (özlərini pak saxlasınlar), nəcasətdən çəkinsinlər, yax-
şılıqlara əmr etsinlər, pisliklərdən çəkindirsinlər, cod paltar ge-
217
 Ğeybətun-Numani, s.214; Muntəxəbul-əsər, s.422; Tarixu ma bə`dəz-zu-
hur, s.s.265. 
218
 Bəşarətul-İslam, s.277; Muntəxəbul-əsər, s.268.
219
 Ğeybətut-Tusi, s.284; Muntəxəbul-əsər, s.268; Bəşarətul-İslam, s.204; Ta-
rixu ma bə`dəz-zuhur, s.275.


141
Müqəddəs sübh
yinsinlər, torpağı başlarının altına qoysunlar (yastıqları torpaq 
olsun), Allah yolunda layiqincə cihad etsinlər. Qaim özünü də 
onlar  üçün  şərt  edəcək  ki,  onlar  gəzdiyi  yerdə  gəzsin,  geyin-
dikləri kimi geyinsin, süvar olduqları kimi süvar olsun, onlar 
istədikləritək olsun, azla razı qalsın, yer üzünü zülm ilə dolmuş 
olduğu kimi haqla doldursun, Allaha layqincə ibadət etsin, nə 
cangüdən götürsün, nə də qapıçı”.
220
 
5 – Qaimin (əleyhissəlam) adı ilə nida
İmamla (əleyhissəlam) beyət tamamlandıqdan sonra Cəb-
rail (əleyhissəlam) onun adını çəkərək nida edər:
Əban  ibn  Təğlib  deyib:  “Əbu  Abdullah  (əleyhissəlam)  bu-
yurdu:  “Qaimlə  birinci  beyət  edən  kəs  Cəbraildir.  O,  ağ  bir 
quş surətində nazil olub onunla beyət edər. Sonra bir ayağını 
Beytullahil-harama,  bir  ayağını  isə  Beytul-müqəddəsə  qoyar, 
ardınca kəskin səslə nida edər, bu nidanı məxluqat eişdər: “Al-
lahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin”
221
.
222
 
Allah-taala buyurmuşdur: “Carçının yaxın yerdən car çəkə-
cəyi gün qulaq as (və həmin nidanı gözlə)! Haqq olan həmin 
bağırtını eşidəcəkləri gün! (Həmin) o gün çıxma günüdür”.
223
Bu barədə İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Carçı 
Qaimin və atasının adını çəkərək nida edər. Bu ayədəki “bağır-
tı” səmadan gələn bağırtıdır. Həmin gün isə Qaimin (əleyhissə-
lam) çıxma günüdür”.
224
Şəhr ibn Həuşəb deyib: “Mənə belə yetişmişdir ki, Allah Rəsu-
lu (sallallahu əleyhi və alih) buyurmuşdur: “Ramazanda səs, Şəv-
220
 Muntəxəbul-əsər, s.469; İlzamun-nasib, c.2, s.205; Yəumul-xilas, s.292; 
Tarixu ma bə`dəz-zuhur, s.244.
221
 Nəhl, 1.
222
  Biharul-ənvar,  c.52,  s.286;  Bəşarətul-İslam,  s.259;  Yəumul-xilas,  s.319; 
əl-Məhdi minəl-məhd iləz-zuhur, s.340; əs-Süfyani fəqih, s145.
223
 Qaf, 41 və 42.
224
 Muntəxəbul-əsər, s.447; Yəumul-xilas, s.535.


142
Müctəba Sadət
valda  gurultu,  Zülqədədə  qəbilələrin  bir-biriləri  ilə  vuruşması, 
Zülhiccədə hacıların qarət olunması, Məhərrəm də isə səmadan 
carçının “Bilin ki, Allahın məxluqatı arasında seçkini  ilankəsdir. 
Ona qulaq asın və itaət edin” – deyə nida etməsi vardır”.
225
Müfəzzəl ibn Ömər İmam Sadiqin (əleyhissəlam) belə bu-
yurduğunu  nəql  etmişdir:  “...Həmin  gün  (Aşura günü)  günəş 
çıxıb işıq saçdıqda, bir kəs günəş diskindən aydın ərəb dilində 
çığırar.  Onu  göylərdə  və  yerdə  olan  hər  kəs  eşidər:  “Ey  məx-
luqat, bu, Ali-Muhəmmədin Məhdisidir. O, babası Allah Rəsu-
lunun (sallallahu əleyhi və alih) adı, künyəsi və nəsəbi ilə ad-
landırılmışdır”. Yer üzündə elə bir diri məxluq qalmayacaq ki, 
qulağı bu nidanı eşitməsin. Səhra, yaşıllıq, quru və suda olan 
məxluqlar qəbul edər, bir-birinə danışar, qulaqları ilə eşitdik-
ləri barədə bir-birlərinə sual verərlər”.
226
İmam Rza (əleyhissəlam) buyurmuşdur: “... O kəsdir ki, sə-
madan bir carçı elə bir nida çəkər ki, onu yer əhalisinin hamısı 
eşidər.  Carçı  ona  sarı  dəvət  edər  ki,  bilin,  Allah  höccəti  artıq 
Allah evi yanında zühur etmişdir. Odur ki, ona tabe olun. Belə 
ki, həqiqət onunla birlikdədir və ondadır”.
227
Dəyərli oxucu bu fəsldə bundan əvvəl qeyd edilən hədislə-
rin toplusundan belə nəticə əldə edə bilər ki, burada bir neçə 
nida vardır:
1 – Birinci nida: Rəcəb ayında olacaq (Üç nida şəklində);
2 – İkinci nida: Ramazan ayında olacaq (23-cü gecə, çığırtı);
3 –  Üçüncü  nida:  Məhərrəm  ayında  olacaq  (Aşura, çıxma 
günü)
Bu  nida  və  beyətdən  sonra,  İmam  Məhdi  (əleyhissəlam) 
üçün Məkkə üzərində hakimiyyət tamamlanacaq. Orada ordu-
sunun əsası (on min nəfər) təşəkkül tapana qədər qalacaqdır. 
225
 Muntəxəbul-əsər, s.451.
226
  Bəşarətul-İslam,  s.269,  Yəumul-xilas,  s.543;  əl-Məhdi  minəl-məhd 
iləz-zuhur, s.341.
227
 İlamul-vəra, s.408; Yəumul-xilas, s.545; Bəşarətul-İslam, s.161.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə