Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə51/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   44   45   46   47   48   49   50   51   52

172
Müctəba Sadət
etmək və s. kimi işlər taleni dəyişdirir, qəzanı (baş verəcək ha-
disəni)  əvəzləyir,  ruzi,  ömür  və  əcəldə  artım  edir.  Habelə  pis 
əməllərin  də  onların  taleyində  bunun  əksinə  dəyişiklik  etmə 
təsiri vardır... Buna Allahın bu ayəsi dəlalət edir: “Allah_heç_bir__dəstə_üçün'>“Allah heç bir 
dəstə üçün (mövcud) olanı (nemət və  iravanlığı, yaxud bəla və 
çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və 
fasiqliyi) dəyişdirməyincə dəyişdirmir”.
258
Sözün xülasəsi budur: Bəda Allaha nisbət verildikdə onun 
tərə indən  bəda  anlamındadır.  Camaata  nisbət  verildikdə  isə 
onlara  aid  bədadır.  Allah  tərə indən  olan  bəda  camaata  gizli 
olanı üzə çıxarmaqdır. Camaat tərə indən olan bəda isə onlara 
məx i olan şeyin üzə çıxmasıdır.
Burada bir növ bəda vardır ki, adı qeybi, yaxud ixbari bəda 
kimi qəbul edilmişdir. Onun mövqeyi isə Peyğəmbər (sallallahu 
əleyhi və alih), yaxud imamların (əleyhimussəlam) gələcəkdəki 
bir məsələnin baş verəcəyi barədə xəbəridir. Burada nəzərdə 
tutduğumuz bəhs, xüsusilə İmam Məhdinin (əleyhissəlam) zü-
hur əlamətləri barədə olan xəbərdir, hamısı deyil... İzah etmək 
gərəkdir ki, Allah-taalanın iki lövhü vardır: 
Birinci:  Lövhi-məhfuz.  Bu  o  lövhdür  ki,  orada  yazılanla 
əlaqədar dəyişiklik ola bilməz, orada müəyyən edilən şeylərlə 
bağlı əvəzetmə mümkün deyil. Bu, Allah-taalanın elmi ilə uzla-
şır. Allah-taala buyurmuşdur: “Əksinə o, şanlı-şövkətli Quran-
dır. O, qorunmuş Lövhdə (Lövhi-məhfuzda) yazılmışdır”.
259
 
Digəri isə: Lövhi-məhv və isbatdır. Orada gərəklilik səbəbi 
ilə bir şey yazılar. Ancaq şərtin olmaması, yaxud maneə səbə-
bi ilə çox keçmədən silinər. Allah buyurmuşdr: “Allah (“məhv 
və isbat” lövhəsində yazılmış, olacaq hadisələrdən)  istədiyini 
məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab 
(Lövhi-məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun 
258
 Rəd, 11.
259
 Buruc, 21 və 22.


173
Müqəddəs sübh
yanındadır”.
260
Həmçinin  buyurmuşdur:  “Şübhəsiz, yerdə  və 
göydə olanlardan heç bir şey Allaha gizli deyildir”.
261
Sual çıxa bilər ki, İmam Məhdinin (əleyhissəlam) hədis ki-
tablarında qeyd edilmiş, sənədinin səhihliyi sübut olunmuş zü-
hur əlamətlərinin hər birinin baş verib gerçəkləşməsi labüd-
dürmü? Yoxsa bəda ona da yol tapır?
Suala  cavab  vermək  üçün  zühur  əlamətlərini  iki  hissəyə 
bölmək gərəkdir:
1 – “Məvquf” (yəni qarşısı alınan) əlamət və məsələlər;
2 – “Məhtum” (yəni qəti, qaçılmaz) əlamət və məsələlər.
Fəzl ibn Yəsarın İmam Baqirdən (əleyhissəlam) nəql etdi-
yi  rəvayətdə  qeyd  olunur:  “İşlərdən  bəzisi  qarşısı  alına  bilən 
işlərdir (məvqufdur), bəzisi də mütləq baş verən işlərdir (məh-
tum)”.
262
 
Həmçinin Müəlla ibn Xuneys deyib: “Əbu Abdullahın (əley-
hissəlam) belə buyurduğunu eşitdim: “İşlərin bəzisi “məhtum”, 
bəzisi  isə  “məhtum”  olmayandır”.
263
  Bunun  üçün  bədanı  və 
onunla əlaqədar olanları izah edirik:
Birinci: Zühur əlamətləri və qarşısı alına bilən işlər
(Bu cür) zühur əlamətləri, qeyblə əlaqədar xəbərlər, yaxud 
gələcək hadisələrdəki əsas onun qarşısı alına bilən olmasıdır. 
Hansı  ki,  onun  baş  verəcəyinin  qəti  olmasına  (yəni məhtum 
olmasına) dəlalət edən nə qəti dəlil, nə də qərinə vardır. Şeyx 
Mü id, Şeyx Səduq və Şeyx Tusi kimi görkəmli alimlər belə dü-
şünmüşlər ki, bu növ xəbərlərdəki əsas onun “məvquf” olma-
sındandır. Hansı ki, qəti olacağına dəlalət edən dəlilin əksinə 
onu istidlal etmək mümkün deyil... Məsələn, İmamın sözü kimi: 
“Süfyani məhtumdandır...” Çox sayda zühur əlaməti vardır ki, 
hətta sənədi səhih olsa belə, məvquf işlərdəndir. Yəni Allahın 
260
 Rəd, 39.
261
 Ali İmran, 5.
262
 Ğeybətun-Numani, s.204; Biharul-ənvar, c.52, s.249.
263
 Ğeybətun-Numani, s.202.


174
Müctəba Sadət
məşiyyətindən  (istəyindən)  asılıdır.  Yəni  onun  bir  hissəsinin 
gerçəkləşməməsi caizdir. Həmçinin dəyişilmə, əvəzedilmə, önə 
keçmə, yaxud təxirə salınması mümkündür.
Bu qarşısı alına bilən (məvquf) işlər, nişanələr və əlamətlə-
rin digər lövhlə (məhv və isbat lövhü) əlaqəsi vardır... Peyğəm-
bər (sallallahu əleyhi və alih), yaxud məsumlardan (əleyhimus-
səlam) biri bir şeyi xəbər verdikdə gərək xəbərlərində elə bir 
şeyə  istinad  etsin  ki,  xəbərləri  üçün  məsdər,  məlumatı  üçün 
mənşə olsun... Belə ki, xəbər vermiş olduğu şey gerçəkləşdikdə 
– hansı ki, olduqca çoxdur – bu, onun şərtlərinin gerçəkləşmə-
sinin,  maneələrinin  yoxluğunun,  habelə  illət  ünsürlərinin  ta-
mamlanmış olduğunun üstünü açır... Yəni hadisələr bu xəbərin 
həyata keçməsi üçün öz təbiəti əsasında hərəkət edir.
Ancaq  xəbər,  yaxud  hadisə  baş  tutmasa  (yəni barəsində 
bəda baş versə), o zaman bu, şərtin yoxluğunun, yaxud maneə-
nin üz verdiyinin və xəbərin gerçəkləşməməsi barədə təsirin 
baş verdiyinin üstünü açır. “Allah istədiyini məhv və dərc edir 
və Ümmül-kitab Onun yanındadır”.
Bəla və başqa şeylərdə məvquf xəbər olduqda, bəzən mö-
minlər Allaha təvəssül edir ki, onu aradan qaldırsın,  yaxud baş 
verməsində  maneə  yaratsın,  yaxud  təxirə  salsın  və  s...  Ya  da 
onlar elə əməllər edirlər ki, fərəci tezləşdirir, yaxud bəlanı dəf 
edir, ya da baş verməsinin qarşısını alır.
Hikmətin bəzi cəhəti bəzi xəbərlərin “məvquf” qərar veril-
məsi barədə sirri aydın edir. Sanki qarşısı alınan etməkdə hik-
mət xəbərdə olan əsasdır. O da sadəcə bəlanın baş verməsinin, 
yaxud fərəc kimi xeyirli işlərin tezləşdirilməsində fərdə (müsəl-
man) ixtiyar verməyin meyarıdır. Pis əməl gördükdə, təvəssül 
etmədikdə və boyun əymədikdə onunla əlaqədar verilən xəbər 
gerçəkləşir  və  iş  öz  qayəsinə  hərəkət  edir.  Yaxşı  əməl,  yaxud 
tövbə və Allaha təvəssül etdikdə isə bu onun üzərindən (bəla-
nı) qaldırılır və fərəc tezləşdirilir... Bu səbəbdən belə rəvayət 
olunmuşdur ki, “Allaha bəda kimi heç bir ibadət olunmayıb”.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə