Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə24/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   20   21   22   23   24   25   26   27   ...   52

83
Müqəddəs sübh
ilə baş verəcək. Bilin, onlar Bəni-Abbasdan bir nəfəri belə (sağ) 
saxlamayacaqlar”.
101
Cabir ibn Yezid Cu i İmam Baqirdən (əleyhissəlam) nəql et-
diyi uzun bir hədisin gedişatında belə buyurduğunu nəql edib: 
(Digər bir əlamət) səmadan nida edəcək bir nidaçıdır. – (Rəcəb 
ayında üç nidaya işarədir) – Dəməşq tərəfdən sizə fəth (xəbəri) 
verən bir səs gələcək. – (Səslər Dəməşqdə baş tutacaq toplantı 
və görüşlərdir. Həmçinin bunun nəticəsində bəyanatlardan sadir 
olanlardır) – Şam kəndlərindən olan Cabiyə adlı bir kənd yerə 
batacaq. – (Batmanın daxili, yaxud dövtlətlə əlaqəli hərbi döyü-
şün olması mümkündür. Havadan bombalama batmağın səbəblə-
rindəndir. Bu isə rəvayətlərdən görünən baxımından türklərin və 
rumluların məntəqəyə yetişməsindən öncədir. Tam olaraq Qirqi-
siya döyüşündən öncədir.) – Dəməşq məscidinin – (Əməvi məs-
cidi) – sağ tərə inin bir hissəsi uçulacaq. Türklər tərəfdən din-
dən çıxmış bir dəstə xüruc edəcək. Bunun ardınca Rumluların 
hərc-mərcliyi  baş  verəcək.  Türk  qardaşları  gəlib  Cəzirəyə  yer-
ləşəcəklər . Rumlulardan olan dindən çıxmışlar da gəlib Rəm-
ləyə yerləşəcəklər. O il, ey Cabir, Məğribin hər bir yerində çoxlu 
ixtila lar baş verəcək. İlk dağılan yer Şam olacaq. Onun üstün-
də üç bayraq ixtilaf edəcək: Əshəbin bayrağı, Əbqənin bayrağı 
və  Süfyaninin  bayrağı.  Süfyani  Əbqə  ilə  qarşılaşacaq  və  onlar 
döyüşəcəklər. Süfyani onu və onun adamlarını öldürəcək. Son-
ra  Əshəbi  öldürəcək.  Bundan  sonra  onun  yeganə  istəyi  İraqa 
tərəf irəliləmək olacaq. Ordusunu Qirqisiyaya göndərəcək. On-
lar Qirqisiyada döyüşəcəklər. Orada yüz min zalım öldürüləcək. 
Sonra  Süfyani  yetmiş  minlik  bir  qoşunu  Kufəyə  göndərəcək. 
Onlar Kufə camaatını öldürəcək, asacaq və əsir edəcəklər. Onlar 
bu  vəziyyətdə  ikən  Xorasan  tərəfdən  bayraqlar  gələcək.  Onlar 
mənzilləri  çox  sürətlə  qət  edəcəklər.  Onlarla  birgə  Qaimin  əs-
habından olan bir neçə nəfər də olacaq. Sonra Kufə camaatının 
101
 Ğeybətun-Numani, s.171; Biharul-ənvar, c.52, s.234; İlzamun-nasib, c.2, s.130.


84
Müctəba Sadət
himayədarlarından  (böyük  şəxslərindən)  olan  bir  kəs  (Süfyani 
ordusunun zülmünə qarşı) zəif bir dəstə ilə qiyam edəcək. Lakin 
Süfyaninin qoşununun başçısı onu Kufə ilə Hirə arasında qətlə 
yetirəcək. Süfyani Mədinəyə bir qoşun göndərəcək. Məhdi (bunu 
bilib) Mədinədən Məkkəyə qaçacaq. Süfyaninin ordusunun rəh-
bərinə xəbər çatacaq ki, Məhdi Məkkəyə tərəf yollanıb. Beləliklə 
onun ardınca bir qoşun göndərəcək, lakin onu tuta bilməyəcək. 
O isə Musa ibn İmran (əleyhissəlam) kimi qorxan və gözdə-qu-
laqda olan bir halda Məkkəyə daxil olacaq”.
Sonra dedi: “Süfyani ordusunun başçısı Beyda çölünə gələ-
cək. Bu zaman bir carçı nida edib deyəcək: Ey Beyda, məhv et 
bu qövmü. O da onları udacaq. Onlardan yalnız üç nəfəri qur-
tula biləcək. Allah onların üzlərini başlarının arxasına çevirə-
cək. Onlar Kəlb qəbiləsindəndirlər. Bu ayə onlar barədə nazil 
olmuşdur: “Ey kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək 
arxalarına çevirməmişdən qabaq yanınızda olanın təsdiqi 
olan nazil etdiyimizə (Qurana) iman gətirin
102
.
103
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Elə ki, Süfyani 
beş məntəqəni ələ keçirdi, onun üçün doqquz ay sayın”. 
Hişam idda etdi ki, beş məntəqə bunlardır: Dəməşq, Fələs-
tin, Urdun (İordaniya), Hums və Hələb” .
104
Əmirəlmöminin  (əleyhissəlam)  buyurmuşdur:  “...Bu  baş 
verdiyi  zaman  Süfyani  çıxacaq  və  hamilə  qadının  hamiləlik 
müddəti qədər – doqquz ay hakimiyyət edəcək. Şamda xüruc 
edəcək. Şam əhli haqq üzərində sabit qalan bir neçə dəstədən 
başqa hamılıqla ona tabe olacaqlar. Allah bu şəxsləri Süfyani ilə 
birgə qiyam etməkdən qoruyacaq. Sonra o Mədinəyə böyük bir 
qoşun göndərəcək. Qoşun gəlib Mədinə çölünə (Beydaya) ça-
tınca Allah onları yerə batıracaq. Bu barədə izzət və cəlal sahibi 
olan  Allah  buyurur:  “Sən onları  vəhşət içərisində olduqları 
102
 Nisa, 47.
103
 Ğeybətun-Numani, s.187; Biharul-ənvar, c.52, s.238.  
104
 Ğeybətun-Numani, s.205; İlzamun-nasib, c.2, s.116.


85
Müqəddəs sübh
zaman bir görəsən. Artıq onlar qaçıb can qurtara bilməzlər 
və yaxın bir məkandan yaxalanarlar”
 105
.
106
İmam  Sadiqin  (əleyhissəlam)  belə  buyurduğu  nəql  olun-
muşdur:  “Sanki  Süfyani  və  onun  tərəfdarlarını  görürəm  ki, 
əşyalarını  sizin  Kufədəki  məhəllələrinizə  salmışdır  (Sizin 
məntəqəyə köç etmişdir). Onun carçısı nida edir ki, kim Əli şiə-
sinin başını gətirsə min dirhəm götürəcəkdir. (Bu sözdən son-
ra) qonşu öz qonşusuna hücum çəkib, deyər ki, bu onlardan-
dır. Onun boynunu vurub, min dirhəm alar. Həmin vaxt sizin 
əmirləriniz yalnız pozğun qadınların övladları olar. Sanki mən 
Burqu (rubənd, pərçəm) sahibinə baxıram”. 
Ravi soruşdu ki, “Burqu sahibi kimdir?” 
Buyurdu: “Sizdən olan bir kişidir. Siz özünüz ona “O rubənd 
vurmuşdur  (üzünü örtmüşdür)”  –  deyəcəksiniz.  O  sizə  sarı 
gələr və sizi tanıyar. Ancaq siz onu tanımayacaqsınız. O tək-tək 
sizi yoxlayacaqdır. Amma ona gəlincə, pozğun qadının oğlun-
dan başqası olmaz”.
107
Süfyaninin  hərəkatı  və  buna  dair  şərafətli  rəvayətlərdən 
müxtəsər  dəlilləri  izah,  buna  aid  çoxlu  işarə  və  mətləblərə 
diqqət etdikdən, həmçinin bəzi Quran ayələrinə toxunduqdan 
sonra  söz  buna  təkid  edir  ki,  Süfyani  rəvayətdə  daha  aydın, 
möhkəm  və  etimad  olunası  bir  əlamətdir  ki,  az  qala  qüvvəsi 
səmadan  nida  eşidilməyənədək  və  çöldə  yerə  batmayanadək 
azalmayacaqdır. Belə ki, yaxın gələcəkdə görəcəyik ki, ona aid 
digər nişanələr də vardır. Xüsusən yerə batmaqdır ki, onun qo-
şununa aiddir.
108
Süfyaninin dəlillər arasında qəti olması məqbul və dəlalə-
ti açıq-aydındır. Şübhə yoxdur ki, Süfyani hesaba alınmadıqda 
“xüsuf” (yerə batma) məsələsinin də aradan çıxmasına gətirib 
105
 Səba, 41.
106
 Ğeybətun-Numani, s.206; Biharul-ənvar, c.52, s.252.
107
 Ğeybətut-Tusi, s. 273; Biharul-ənvar, c.52, s.215; Bəşarətul-İslam, s.124.
108
 Əs-Süfyani – Muhəmməd Fəqih, s.106.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə