Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə20/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

70
Müctəba Sadət
də qəti əlamətlər ehtiva edir. Qeyd etmək lazımdır ki, İmamın 
(əleyhissəlam)  zühurunu  olduqca  qısa  müddətlə  zamanlayan 
qəti əlamətlər yəqin və qəti qəbul edilən şeylərdəndir. Belə ki, 
orada heç bir bəda yoxdur. Möminlər bilməlidir ki, bu əlamət-
lər  onlara  hər  bir  yalandan  Məhdiçilik  iddia  edənin  yalanını 
aydın  edir...  Bu  qəti  əlamətlər  baş  verdikdə  möminlərə  fərəc 
gələcəkdir. Allah onların sinələrinə şəfa verəcək və qəlblərinin 
qeyzini aradan aparacaqdır.
Bütün imamlarımızdan (əleyhissəlam) Məhdidən (əleyhis-
səlam),  onun  zühur  əlamətlərindən,  çıxmasının  yaxın  olma-
sından  danışarkən  bir  sıra  rəvayətlər  varid  olmuşdur.  Mən 
qəti məsələlərdən olması ilə əlaqədar bəzi əlamətləri qeyd et-
mişəm. O əlamətlər ki, onlar baş tutmasa Məhdi (əleyhissəlam) 
zühur etməyəcəkdir.
4 – Qiyamət qopmasının əlamətləri:
Canlının yerdən çıxıb camaatla danışması (dabbətul-ard)
günəşin  məğrib  istiqamətindən  çıxması,  yerin  dibindən  atə-
şin  çıxması  və  camaatı  məhşərə  çəkməsi  və  sair  əlamətləri 
Qiyamət əlamətlərindən misal çəkmək olar. Həmçinin Əmirəl-
möminindən  (əleyhissəlam)  bu  barədə  belə  buyurduğu  nəql 
olunmuşdur: “Allah Rəsulu (sallallahu əleyhi və alih) belə bu-
yurdu: “Qiyamətdən öncə on əlamət vardır və bunların baş ver-
məsi qaçılmazdır: Süfyani, Dəccal, tüstü, canlı (dabbə), Qaimin 
çıxması, günəşin məğribdən çıxması, İsanın enməsi, məşriqdə 
xüsuf olması (batma), Ərəb cəzirəsində batma, yerin dibindən 
odun çıxıb insanları məhşərə çəkməsi...”
70
  
Bu mövzu bizim mətləbə aid deyil, yaxud bu kitabın möv-
zusuna aid deyil.
70
 Ğeybətuş-Şeyxit-Tusi, s.268; Biharul-ənvar, c.52, s.209; Bəşarətul-İslam, s.14.


71
Müqəddəs sübh
İkinci: Zühur ilinə məxsus əlamətlər
Tezliklə bu ildə üzə çıxacaq hadisələrə işarə edəcəyəm. Hə-
min il İmamımız Məhdinin (ruhumuz ona fəda) zühuruna yaxın 
olmağı göstərir. Tezliklə bu ilin hadisə və əlamətlərinə yetişə-
cəyik.  Necə  ki,  məsumlardan  (əleyhimussəlam)  zaman  silsilə-
si barədə rəvayətlər nəql olunmuşdur. Bu isə həmin ard-arda 
gələn əlamət və hadisələrdən ümid edilən faydanı əldə etmək 
üçündür.  Çünki  orada  ümumi  təsəvvür  vardır  və  bu  hadisə, 
əlamətlər möminlərə şamil olsun. Bilinsin ki, qətidir (və İma-
mın zühuru artıq yaxındır). O, beş əlamətdir. Hansı ki, rəvayət-
lərin çoxunda qeyd edilmişdir. 
Məymunin Əlban İmam Sadiqin (əleyhissəlam) belə buyur-
duğunu  nəql  etmişdir:  “Qaimin  qiyamından  öncə  beş  hadisə 
vardır: Yəmani, Süfyani, səmadan nida çəkən carçı, beyda çök-
məsi və Nəfsi-Zəkiyyənin qətli”.
71
Zühur ilinin hadisələrinə gəlincə, bir neçədir. Onların daha 
tanınmışlarına işarə edirik, zaman silsiləsinə riayət edərək şə-
rafətli rəvayətlərdən əlimizdə olan məlumatlara imkan qədə-
rində toxunmağa çalışarıq. 
Elə  isə,  icmali  hadisələrə  və  bizim  üçün  zühur  ilini  izah 
edən ümumi dəlalətlərə işarə etməyimiz gərəkdir:
1 – Zühur ilinin tək olması
İmam  Sadiqin  (əleyhissəlam)  belə  buyurduğu  nəql  olun-
muşdur: “Qaim (əleyhissəlam) tək illərin birində qiyam edəcək: 
bir, üç, beş, yeddi, yaxud doqquz”.
72
Bu hədis zühur ilini icmali şəkildə tanıtdırır. Lakin müqəd-
dəs sübhün nurunun doğması günün təzahürünə gəlincə, bunu 
bəzi hədislər daha dəqiq xarakterizə edir. 
71
 Əl-İrşad lil-Mu id, s. c.2, s.379; Kəmalud-din və təmamun-nemət, s.649; 
Ğeybətut-Tusi, s.268; İlamul-vəra, s.426.
72
 İlamul-vəra, s.430; Biharul-ənvar, c.2, s.291; Muntəxəbul-əsər, s.464.


72
Müctəba Sadət
Əbu Bəsir İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu 
nəql etmişdir: “Qaim Aşura günü qiyam edəcəkdir. O isə Hüseyn 
ibn  Əlinin  (əleyhissəlam)  qətlə  yetirildiyi  gündür.  Sanki  mən 
Məhərrəmin onuncu günü, şənbə gününü görürəm ki, rükn və 
məqam arasında durmuşdur. Cəbrail isə onun qarşısında nida 
çəkir ki, ona beyət edilsin. Şiələri yer üzünün müxtəlif nöqtələ-
rindən  ona  sarı  tələsirlər  ki,  beyət  etsinlər.  Allah-taala  onun 
vasitəsilə  yer  üzünü  zülm  və  haqsızlığla  dolmuş  olduğu  kimi 
haqq-ədalətlə dolduracaqdır”.
73
Bu  və  bunun  kimi  digər  rəvayətləri  oxuduqdan  sonra  biz 
onun (əleyhissəlam) zühur edəcəyi ilin əlamətlərindən bəzisini 
müəyyən edə bilərik. Bu əlamətlər içərisində zühur edəcəyi ilin 
tək illərdən olması qeyd edilmişdir. Bu isə ədəd, yaxud rəqəm 
nizamı  və  İslam  təqvimi  baxımından  uyğundur.  Həmçinin 
müqəddəs fəcr günü Məhərrəm ayının onuncu günü, şənbədir. 
2 – Çoxlu yağış yağan il
Zühur ilinin əlamətlərindən biri də budur ki, həmin il çoxlu 
yağış yağacaq və buna görə də çoxlu məhsul, meyvə və müxtəlif 
xurmalar xarab olub, aradan gedəcək. Çünki yağış bəzən əzab 
və qəzəb, bəzən isə rəhmət və nemətdir. 
İmam  Sadiqin  (əleyhissəlam)  belə  buyurduğu  rəvayət  ol-
lmuşdur:  “Qaimin  (əleyhissəlam)  zühurundan  öncə  həmin  il 
çoxlu yağış yağacaq ki, məhsullar və xurmalıqlarda xurmalar 
xarab olacaqdır. Ancaq siz bu hadisədən şikayət etməyin”.
74
 
Səid  ibn  Cubeyrdən  belə  nəql  olunmuşdur:  “Qaim  Məhdi 
qiyam edəcək ildə yer üzündə iyirmi dörd yağış yaxacaqdır ki, 
sən onun əsər və bərəkətlərini görəcəksən, inşallah”.
75
 
Məhz buna əsasən, hədisin dəlalətini dərk edə bilərik. 
73
 Əl-İrşad lil-Mu id, c.2, s.379; İlamul-vəra, s.430.
74
  İlamul-vəra,  s.428;  Bəşarətul-İslam,  s.125;  əl-İrşad  lil-Mu id,  c.2,  s.377; 
Ğeybətut-Tusi, s.272.
75
 İlamul-vəra, s.429; Ğeybətut-Tusi, s.269.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə