Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə28/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

95
Müqəddəs sübh
ÜÇÜNCÜ HİSSƏ:
ŞƏBAN AYININ HADİSƏLƏRİ
Bu ayda İslam aləmində cərəyan edəcək təlaş, səfərbərlik 
və xovf başlayır. Bu da qarşılıqlı mübarizə siyasətinin və are-
nadakı  qarşılıqlı  rəqabətin  nəticəsində  olacaqdır.  Hansı  ki, 
hələ Rəcəb ayının hadisələrindən üzə çıxaraq üz-üzə qalmağın 
əlamətləri başlamışdı.  
Belə  ki,  ümumi  şəkildə  iki  rəqib  cərəyanların  təşəkkül 
tapması  başlamışdı:  Məhdi  (əleyhissəlam)  əshabı  cərəya-
nı  (Yəməndən Yəmani,  İrandan Xorasani)  və  Süfyani  cərəyanı 
(rəqib qüvvələr arasındakı  mərəkə Süfyaninin Əbqə  və  Əshəb 
üzərində qələbə çalması ilə bitəcəkdir). Oradan da rumlu və yə-
hudilərlə  (qərb cərəyanı) ittifaq təşəkkül tapacaqdır. Odur ki, 
Şəban ayında işlər qruplaşma halını alacaq və camaat burada 
dəstələrə ayrılacaqdır... Ona görə də ümumi şəkildə görürük ki, 
zühur  hadisələri  və  əlamətləri  ilə  bağlı  hədislərdə  Orta  Şərq 
ərazisi bir neçə döyüşlərin və rahatsızlığın meydanı kimi təsvir 
olunmuşdur. Belə ki, Müsəlman məntəqəsinin hissəsi aludəçi-
lik, gərginlik, çətin durumda ömür sürür. Bu isə siyasi stabilli-
yin olmamasının, həmçinin böyük dünya müharibəsinin püs-
kürməsinin yaxınlaşması nəticəsindən doğur. 
Əbu Bəsir İmam Sadiqdən (əleyhissəlam) belə nəql etmiş-
dir: “Ondan Rəcəb ayı barədə soruşdum. 
Buyurdu: “Cahiliyyət dövründə (yəni İslamdan öncə) bu ayı 
böyük  hesab  edirdilər  (və  həmin ayda döyüşmürdülər).  Onun 
adını “kar ay” (yəni döyüş nidası olmayan ay) qoymuşdular”. 
Əbu Bəsir deyir: “Bəs Şəban?” 
Buyurdu: “Orada işlər bir-birindən ayrılar”. 
Dedim ki, bəs Ramazan? 


96
Müctəba Sadət
Buyurdu: “Allah-taalanın ayıdır.  Həmin ayda sizin sahibini-
zin və onun atasının adı car çəkilər”. 
Dedim ki, bəs Şəvval? 
Buyurdu: “Həmin ayda qövmün işi pərakəndə olar”. 
Dedim ki, bəs Zülqədə? 
Buyurdu: “Orada əyləşərlər”. 
Dedim ki, bəs Zülhiccə? 
Buyurdu: “O, qan ayıdır”. 
Dedim, bəs Məhərrəm? 
Buyurdu: “Orada halal haram edilər, haram isə halal edilər”. 
Dedim ki, Səfər və Rəbi (Rəbiul-əvvəl və Rəbius-sani)
Buyurdu: “Orada həlakedici rəzillik (yaxud dəhşətli ölüm) 
və böyük iş olacaqdır”. 
Dedim, bəs Cəmadi (Cəmadiyul-əvvəl və sani)
Buyurdu: “Başlanğıcından sonunadək fəth və qələbədir”.
127
“Bihar”da Əbu Həmzə Sumalinin belə dediyi nəql olunmuş-
dur:  “Əbu  Cəfərin  (əleyhissəlam)  belə  buyurduğunu  eşitdim: 
“Elə ki aralarında olanlarla əlaqədar Şamın ixtilaf etdiyini eşit-
diniz, Şamdan oradan qaçın! Çünki onun canına qətl və  itnə 
düşmüşdür”. 
Dedim: “Bəs hansı ölkəyə (gedək)?” 
Buyurdu:  “Məkkəyə.  Çünki  ora  camaatın  qaçası  ən  üstün 
yerdir”.
128
 
“Rövzətul-ka i” də belə bir rəvayət gəlmişdir ki, orada ha-
disələri  xarakterizə  edir,  həmçinin  möminləri  həmin  dövrdə 
etmələri vacib olan şeylərə yönləndirir. “Rəcəb olduqda Alla-
hın adına üz tutun. Əgər Şəban ayına təxirə düşməyinizi istə-
yirsinizsə, zərəri yoxdur. Əgər qövm və yaxınlarınızın arasında 
toxunulmaz qalmaq (yaxud oruc tutmaq) istəyirsinizsə, bəlkə 
127
  Biharul-ənvar,  c.52,  s.272;  Bəşarətul-İslam,s.142;  Bəyanul-Əimmə,  c.2, 
s.686. 
128
 Biharul-ənvar, c.52, s.271; əs-Süfyani, s.123.


97
Müqəddəs sübh
də  sizin  üçün  daha  qüvvətli  (möhkəm)  olar,  Süfyani  də  sizə 
əlamət olaraq kifayət edər”.
129
Bu hədisdə rüxsət verilmişdir ki, səfərə çıxmaqda tələsmək 
Ramazan ayının sonunadək təxirə salına bilər... 
İmam  Baqir  (əleyhissəlam)  şiələrinə  yol  göstərmək  üçün 
uzun  bir  hədisin  gedişatında  belə  buyurmuşdur:  “Düşmənlə-
riniz içərisində sizə bəla olaraq Süfyani kifayət edəcək. O sizin 
üçün  baş  verəcək  əlamətlərdən  biridir.  Baxmayaraq  ki,  o  fa-
siqin xüruc etməsindən bir və ya iki ay sonraya qədər sizə heç 
bir şey olmayacaq. O (bu müddət ərzində) sizdən deyil, başqa-
larından çoxlu sayda insan öldürəcək (Qirqisiya döyüşünə işarə 
edir)”. 
Səhabələrindən biri ona dedi: “Bu baş verdiyi zaman ailələ-
rimizi nə edək?” 
Buyurdu:  “Kişiləriniz  ondan  gizlənsin.  Çünki  onun  bütün 
hirsi, qeyzi və tamahı məhz bizim şiələrimizin üzərinədir. Qa-
dınlara gəlincə isə onlar üçün bir qorxu yoxdur, inşallah”. 
Həzrətə deyildi: “Kişilər hara getsinlər, onun əlindən hara 
qaçsınlar?” 
Buyurdu: “Sizlərdən hər kim (bir yerə) getmək istəsə, Mə-
dinəyə və ya Məkkəyə, yaxud da başqa bir şəhərə getsin”. 
Sonra dedi: “Mədinəni nə edirsiniz? Fasiqin ordusu oraya 
da gələcək. Lakin, Məkkəyə gedin. Ora sizin toplanma yeriniz-
dir. Onun  itnəsi bir qadının hamilə qaldığı müddət qədərdir: 
doqquz aydır. İnşallah ki, bundan artıq olmayacaq”.
130
129
 Biharul-ənvar, c.52, s.302; əs-Süfyani, s.122.
130
 Ğeybətun-Numani, s.203; əs-Süfyani, s.122.


98
Müctəba Sadət
DÖRDÜNCÜ HİSSƏ:
RAMAZAN AYININ HADİSƏLƏRİ
İslam ümməti müharibələr,  itnələr, döyüşmək səbəbi ilə 
ağır  siyasi  zəi lik  içərisində  yaşayacaqdır.  Əcnəbi  qüvvələr 
(rumlular)  məntəqəyə  daxil  olacaqdır.  Səmavi  nişanələr 
(əlamətlər)  baş  verəcək  və  möminlərin  qəlblərinə  ümid 
səpəcəkdir. Məhdinin (əleyhissəlam) qəziyyəsi insanları məş-
ğul edən işə çevrilicəkdir. Odur ki, bu ay baş verəcək əlamət 
və  dəlalətlər  bəşəriyyətin  qa il  ola  bilməyəcəyi  qədərdir. 
Məsələn: 
1 – Ay və günəşin adi olmayan vaxtlarda tutulması:
İlahi  qüdrət  (möcüzələr qanunu) müdaxilə  edəcək,  xüsu-
silə xalis möminləri zühura ayıltmaq naminə işarə verəcəkdir... 
Belə ki, günəş Ramazan ayının on üç, yaxud on dördüncü günü 
tutulacaq, ay isə həmin ayın iyirmi beşinci günü tutulacaqdır. 
Bu iki əlamətin zühurdan öncə baş verməsinin dəlil-sübutu adi 
qaydanın əksinə olmasıdır. Belə ki, bəşəriyyətin əvvəlindən ta 
indiki durumuna qədər bunun bənzəri öncədən baş verməmiş-
dir. Odur ki, səbəbi budur:
A – Müsəlmanlar arasında ümumi şəkildə Məhdi (əleyhis-
səlam) düşüncəsinin möhkəmləşdirilməsi;
B – Xalis möminlərə zühurun yaxınlaşmasını işarə etmək. 
Sələbə Əzdi deyib: “Əbu Cəfər (əleyhissəlam) buyurdu: “Qa-
imin qiyamından öncə iki nişanə vardır: Ramazanın yarısında 
günəşin və axırında ayın tutulması”. 
Ravi deyir: Dedim ki, ey Allah Rəsulunun balası, günəş ayın 
axırında, ay isə yarısında tutulur”. 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə