Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə25/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

86
Müctəba Sadət
çıxaracaqdır. Belə ki, “seyhət” (çığırtı) və “xüsuf” rəvayətləri-
ni Süfyani rəvayətlərinə cəm etsək, təkid olunası təvatür həd-
dinə çıxacaqdır. Habelə, Süfyaninin aradan qaldırılması Əshəb 
və Əbqə və Qirqisiya cərəyanını da aradan qaldıracaqdır. Ha-
belə Şam  itnəsi, İraq  itnələri, hətta Yəmani, Seyid Xorasani və 
başqa əlamətlərin bir hissəsi də Süfyani ilə əlaqədardır. Buna 
görə də təkid edirik ki, Süfyani qəti əlamətlərdəndir. Əlbəttə, 
Allah daha biliklidir.  
Sonda Şeyx Tusinin “Əmali”də, Şeyx Səduqun “Məaniul-əx-
bar”da  qeyd  etdiyi  hədisi  zikr  etmək  yerinə  düşər.  İmam  Sa-
diqin (əleyhissəlam) belə buyurduğu nəql olunmuşdur: “Biz və 
Əbu Süfyan ailəsi iki ailəyik ki, Allaha xatir düşmən olmuşuq. 
Biz deyirik ki, Allah doğru deyir. Onlar isə “yalan deyir” – söy-
ləyir. Əbu Süfyan Peyğəmbər (sallallahu əleyhi və alih) ilə, Müa-
viyə ibn Əbu Süfyan Əli (əleyhissəlam) ilə, Yezid ibn Müaviyə 
Hüseyn (əleyhissəlam) ilə döyüşdü. Süfyani də Qaim (əleyhissə-
lam) ilə vuruşacaqdır”.
109
3 – Yəmaninin xüruc etməsi (Qəti əlamətlərdəndir)
Şərafətli  hədislər  bizə  Yəmanini  və  onun  hərəkatını  hi-
dayət bayrağı kimi xarakterizə edir. Belə ki, o, Yəməndə zahir 
olacaqdır  və  onun  zühur  etməsi  Süfyanin  Şamda  çıxması  ilə 
eyni zamana təsadüf edəcəkdir. Yəmani haqqa sarı dəvət edə-
cəkdir və onun dəvətini qəbul etmək vacibdir. O, İraqa və Şama 
sarı yollanacaqdır. Süfyani ilə döyüşdə Xorasani ilə birlikdə iş-
tirak edəcəkdir. Həmçinin o, Zeyd ibn Əli ibn Hüseynin (əleyhis-
səlam) nəslindəndir.
İmam  Baqirin  (əleyhissəlam)  belə  buyurduğu  nəql  olun-
muşdur: “Süfyaninin, Yəmaninin və Xorasaninin ortaya çıxması 
eyni ildə, eyni ayda və eyni gündə baş verəcək. Onların ortaya 
109
  Bİharul-ənvar,  c.52,  s.190;  İlzamun-nasib,  c.2,  s.131;  əs-Süfyani,  s.125; 
Yəumul-xilas, s.694.


87
Müqəddəs sübh
çıxmaları sapa düzülmüş muncuqların məsəli kimi olacaq ki, 
biri o birisinin ardınca gələcək. Hər tərəfdə sıxıntı baş verəcək. 
Onlarla düşmənçilik edənin vay halına. Bayraqlar içərisində ən 
doğru yolda olanı Yəmaninin bayrağıdır. O hidayət bayrağıdır. 
Çünki o, insanları sizin sahibinizə tərəf dəvət edəcək. Yəmani 
xüruc etdiyi zaman camaata və hər bir müsəlmana silah sat-
maq haram olacaq. Yəmani xüruc etdiyi zaman ona tərəf tələs. 
Çünki  onun  bayrağı  ən  doğru  bayraqdır.  Heç  bir  müsəlmana 
ona qarşı çıxması halal deyil. Kim belə edərsə Cəhənnəm əh-
lidir. Çünki o, insanları haqqa və doğru yola tərəf çağıracaq”.
110
Həmin zaman bütün aləmin durumu mədəniyyətlərin bö-
yük döyüş meydanında xülasə olacaqdır. Belə ki, bu döyüş mey-
danı Şam, Fələstin, İraq, İran və Hicaz ərazilərini əhatə edəcək-
dir.  Bu  döyüşdə  iki  dəstə  və  iki  qoşun  bir-birinin  qarşısında 
siyasi-nizami mübarizəyə məşğuldurlar. Bu iki dəstə Məhdinin 
(əleyhissəlam) köməkçilərindən və onun qiyamı üçün zəminə 
yaradanlardan  ibarətdir.    Süfyaninin  hərəkatına  isə  qərbdən 
kömək olunar (rumlular və yəhudilər)... Bu çağdaş döyüş mey-
danındakı  və  zühur  ilinin  hadisələrinin  burulğanında  hədəf 
nöqtəsi və ağırlıq mərkəzi Qüdsdür.
Bu  hesabla  belə  deyil  ki,  İmam  Məhdinin  Məkkədə  Məs-
cidul-haramdan  başlayan  hərəkəti  –  hədə i  Fələstində  Əqsa 
məscidinə yetişmək olan birinci hərəkətdir. Əksinə, İslam üm-
mətinin  bütün  hərəkətlərinin  tacı  və  başlanğıcları  elə  Qüdsə 
sarı tələsməkləridir. Belə ki, İranda Seyid Xorasani, Yəməndən 
müsəlman başçısı (Yəmani) Qüdsə sarı yönələcəkdir. Rəvayət-
lər onun hərəkətini hidayət bayrağı kimi xarakterizə etmişdir.
4 – Xorasaninin çıxması
Xorasan bayraqları, yaxud qara bayraqlar... Bu qoşunda Qa-
imin (əleyhissəlam) əshabından olan bir hissə Xorasaninin rəh-
110
 Ğeybətun-Numani, s.171; Biharul-ənvar, c.52, s.232.


88
Müctəba Sadət
bərliyi altında olar... İmam Baqir (əleyhissəlam) uzun bir hədi-
sin gedişatında buyurmuşdur: “... Sonra Süfyani yetmiş minlik 
bir qoşunu Kufəyə göndərəcək. Onlar Kufə camaatını öldürə-
cək, asacaq və əsir edəcəklər. Onlar bu vəziyyətdə ikən Xorasan 
tərəfdən bayraqlar – (Xorasaninin rəhbərliyi altında) – gələcək. 
Onlar mənzilləri çox sürətlə qət edəcəklər. Onlarla birgə Qai-
min əshabından olan bir neçə nəfər də olacaq..”
111
Əmirəlmöminin  (əleyhissəlam)  buyurmuşdur:  “Fərəci  üç 
şeydən gözləyin: Şam əhlinin aralarında olanla əlaqədar ixtilaf 
etməsi, Xorasandan qara bayraqlar, Ramazan ayında qorxu”..
112
 
İmam Baqir (əleyhissəlam) buyurmuşdur: “Sanki mən şərq 
tərəfdən çıxan bir qövm görürəm ki, haqqı tələb edirlər, lakin 
haqqı onlara vermirlər. Sonra yenə tələb edirlər, lakin yenə də 
vermirlər. Onlar belə olduğunu görüncə qılınclarını çiyinlərin-
dən asacaqlar. Bu dəfə istədikləri şeyi onlara verəcəklər, lakin 
onlar qəbul etməyəcəklər. Beləcə qiyam edəcəklər və onu (əldə 
etdikləri hakimiyyəti və ya haqqı) yalnız sizin sahibinizə təhvil 
verəcəklər. Onlardan öldürülənlər şəhiddirlər. Lakin əgər mən o 
zamanda yaşasaydım özümü bu işin sahibi üçün saxlayardım”.
113
Əmirəlmöminin  (əleyhissəlam)  uzun  bir  hədisin  gedişa-
tında buyurmuşdur: “Süfyaninin qoşunu Kufə səmtinə çıxdığı 
zaman onları Xorasan əhlinin ardınca göndərər. Xorasan əhli 
də  Məhdinin  (əleyhissəlam)  tələbində  çıxar.  Süfyani  və  qara 
bayraqlarla  Haşimi  (Seyid Xorasani)  bir-birilə  qarşılaşarlar. 
Ön  xəttə  Şüeyb  ibn  Salehdir  ki,  Süfyani  ilə  İstəxr  qapısında 
(Şiraz məntəqəsidir. Onun qarşısında körfəzin başqa bir sahi-
li Qətif məntəqəsidir) onların arasında  əzəmtli bir savaş baş 
verəcəkdir.  Qara  bayraqlar  qalib  olacaq  (məğlub edəcək), 
Süfyaninin  qoşunu  qaçacaqdır.  Həmin  vaxt  camaat  Məhdini 
(əleyhissəlam) arzulayacaq və onu istəyəcəklər. O, Məkkədən 
111
 Ğeybətun-Numani, s.187.
112
 Biharul-ənvar, c.52, s.229; Yəumul-xilas, s.645.
113
 Ğeybətun-Numani, s.182.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə