Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

62
Müctəba Sadət
liyi baş verəcək. Türk qardaşları gəlib Cəzirəyə yerləşəcəklər. 
Rumlulardan olan dindən çıxmışlar da gəlib Rəmləyə yerləşə-
cəklər. O il, ey Cabir, Məğribin hər bir yerində çoxlu ixtila lar 
baş verəcək. İlk dağılan yer Şam olacaq...” (Hədisin ardı var).
65
Əlavə olaraq, Şeyx Mü id özünün “əl-İrşad” kitabında zü-
hur nişanələrindən müxtəsər qeyd etmişdir: 
“Qaim Məhdinin (əleyhissəlam) qiyam dövrü üçün bir neçə 
əlamətlər qeyd olunmuşdur. Həmçinin onun qiyamından öncə 
baş verəcək hadisələr, nişanələr və dəlalətlər vardır. Onlardan 
bəziləri  bunlardır:  Süfyaninin  xüruc  etməsi,  Həsəninin  qətli, 
padşahlıq  və  dünyəvi  hökümət  uğrunda  Bəni-Abbasın  ixtilaf 
salması, Ramazan ayının ortasında günəşin tutulması, həmin 
ayın axırında ayın tutulması, hansı ki, hər ikisi adi halın zid-
dinədir (yəni təbiətin adi durumunun əksinədir), səhrada çök-
mə,  məşriqdə  çökmə,  həmçinin  məğribdə  baş  verəcək  başqa 
bir çökmə, günəşin zöhrdən əsrin yarısına qədər zaman ərzin-
də hərəkət etməməsi, günəşin məğribdən çıxması, Nəfsi-Zəkiy-
yənin Kufənin arxasında yetmiş saleh insanın içində qətlə ye-
tirilməsi, rükn və məqam arasında haşimi bir adamın başının 
kəsilməsi,  Kufə  məscidinin  divarının  xarab  olması,  Xorasan-
dan qara bayraqların zahir olması, Yəmaninin qiyamı, Misirdə 
məğribli bir şəxsin ortaya çıxması və Şamda hökümət etməsi, 
türklərin Cəzirəyə enməsi, rumluların sahilə enməsi, ay kimi 
saçan məşriq ulduzunun çıxması, sonra onun elə bükülməsi ki, 
sanki az qala iki tərə i bir-birinə dəysin; səmada zahir olan və 
üfüqlərinə yayılan qırmızılıq, məşriqdə üzə çıxan və üç, yaxud 
yeddi gün göydə (havada) qalan böyük atəş, ərəblərin sıxıntı-
larının sona çatması və onların ölkələr üzərində hökmranlığı, 
həmçinin əcəmlərin səltənəti altından çıxması, Misir əmirinin 
həmin diyarın sakinləri tərə indən qətlə yetirilməsi, Şamın xa-
raba qalması, orada üç pərçəmin ixtilaf etməsi, Qeys və ərəb 
65
 Ğeybətun-Numani, s.187; Biharul-ənvar, c.52, s.237.


63
Müqəddəs sübh
bayraqlarının Misirə daxil olması, Kində bayraqlarının Xorasa-
na sarı hərəkəti, məğrib tərəfdən qoşunun varid olması – o vax-
ta qədər ki, çaşqınlığın aradan getməsilə aramlıq tapar (yaxud 
çaşqınlıq aradan gedənə qədər saxlayar), həmin surətdə məş-
riqdən qara bayraqların görsənməsi, Fərat çayının suyu Kufə 
küçələrinə daxil olacaq həddə parçalanması (hədəqəsindən çıx-
ması), altmış yalançı peyğəmbərlik iddia edən kəslərin xürucu, 
hamılıqla imamlıq iddiası edən Əbu Talib ailəsindən olan on iki 
nəfərin  xüruc  etməsi,  Cəlula  və  Xaniqin  arasında  Bəni-Abbas 
ardıcıllarından  olan  dəyəri  yüksək  bir  nəfərin  yandırılması, 
Mədinətus-Səlam ilə Bağdad arasında su axan yerdə körpü vu-
rulması, günün başlanğıcında qara küləyin əsməsi və çoxunun 
çökməsinə (yerin içinə batmasına) səbəb olacaq zəlzələnin baş 
verməsi, İraq və Bağdad əhalisini əhatə edəcək qorxu, oradakı 
qə il ölümlər, mal-mülk, can, bədən və məhsulların azalması, 
başlanğıcında  və  qeyri-başlanğıcında  (yaxud mövsümündə  və 
mövsümündən kənar)  çəyirtkələrin  ortaya  çıxması,  o  həddə 
qədər ki, əkin, taxıl və camaatın əkmiş olduğu azacıq məhsu-
lun belə, üzərinə gələr, əcəmlərdən olan iki dəstənin arasında 
ixtilaf baş verməsi, onlardan çoxunun qanının axması, qulları-
nın ağalarını itaətindən boyun qaçırması, onların öldürülmə-
si,  bidətçi  dəstənin  meymun  və  donuz  şəklinə  düşərək  məsx 
olması,  sahibkarların  və  ağaların  əraziləri  üzərində  qulların 
qələbə  çalması,  yer  üzündə  hər  kəsin  öz  dillərində  eşidəcəyi 
bir nidanın səmadan gəlməsi, səmadan günəş diskində surət 
və sinənin insanlara görünməsi, ölülərin dünyaya qayıdıb, ora-
da  xəbərdar  olmaları  və  ziyarət  etmələri  üçün  qəbirlərindən 
qalxmaları, sonra bütün bunların yer üzünü ölmüş olduqdan 
sonra dirilməsinə səbəb olacaq iyirmi dörd yağışın vasitəsilə 
xətm  verilməsi,  həmin  yağışın  bərəkətləri  ortaya  çıxacaqdır, 
bundan sonra isə bütün bəlalar Məhdinin (əleyhissəlam) şiələ-
rindən olan haqqa etiqad bəsləyən kəslərdən uzaqlaşacaqdır. 


64
Müctəba Sadət
Həmin vaxt o həzrətin Məkkədə zühurundan xəbərdar olacaq, 
yardım etmək məqsədilə ona sarı yollanacaqlar”.
66
Bu  iki  rəvayətdən  belə  görürük  ki,  bir  sıra  əlamət  və  xə-
bərlər tarix boyu artıq gerçəkləşmişdir. Biz onlardan bəzisini 
müxtəsər şəkildə qeyd edirik. Daha çox rəvayətlərdən xəbər-
dar olmaq üçün aşağıdakı kitablara müraciət edə bilərlər:
1 –  Şeyx  Muhəmməd  ibn  İbrahim  ibn  Cəfər  Numaninin 
“əl-Ğeybət” kitabı. O, İbn Əbu Zeynəb kimi məşhurdur. Hicrətin 
üçüncü əsrinin alimlərindən və Siqətul-islam Kuleyninin şagirdi 
olmuşdur. Bu kitab bu babda yazılan ən nə is kitablardandır. Onu 
Şeyx Mü id “əl-İrşad” kitabında mədh etmişdir. Buradan belə ay-
dın olur ki, ondan öncə daha üstün bir müəllif olmamışdır. 
2 – Şeyx Əbu Cəfər Muhəmməd ibn Əli ibn Hüseyn ibn Ba-
bəveyh  Qumminin  “Kəmalud-din  və  təmamun-nemət”  kitabı. 
O, “Səduq” kimi tanınmışdır. Hicrətin dördüncü əsrinin alimlə-
rindən olmuş və h.381-ci ildə vəfat etmişdir.
3 – Şeyx Əbu Cəfər Muhəmməd ibn Həsən Tusinin “əl-Ğey-
bət” kitabı. O, “Şeyxut-taifə” kimi tanınmışdır. Hicrətin 460-cı 
ilində vəfat etmişdir.
Tarix boyu gerçəkləşən sair öncədən xəbər vermələr:
Tarix boyu baş tutan sair öncədən xəbər vermələrə gəlincə, 
biz öncədən işarə etdiklərimizə əlavə olaraq, bəzisini müxtəsər 
şəkildə qeyd edirik:
1 –  Xorasan  istiqamətindən  qara  bayraqların  üz  tutması: 
Bu, Əbu Müslim Xorasaninin inqilabı ilə uyğun gəlir.
2 – Misirdə məğribli bir nəfərin ortaya çıxması və Şamata 
(Şam ərazilərinə) malik olması: Bu, hicrətin 396-cı ilində Şimali 
Afrikada dəvətini yayıb, Şamla vuruşduqdan sonra onu ələ ke-
çirən Muiz Fatimi ilə uyğun gəlir.
66
 Əl-İrşadu lil-Mu id, c.2, s.368; Biharul-ənvar, c.52, s.220; Bəşarətul-İslam, 
s.175.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə