Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

53
Müqəddəs sübh
arasında  iki  cümə  arasında  bir  şey  istəsə,  onun  əlinə  bir  şey 
qoyacaq kimsə tapılmaz”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun! Ey Salman, 
həmin zaman “rubiyzə” dil açıb danışar”.
Salmen dedi: “Atam-anam sənə fəda, ey Allah Rəsulu, “ru-
biyzə” nədir?
Buyurdu: “Ümumi kütlənin işi barədə danışmayan birisi dil 
açıb  danışacaqdır  (ləyaqətsiz və  şərəfsiz insanlar xalqın adın-
dan danışacaqlar). Onlar bu vəziyyətdə çox qalmazlar...” (Hədi-
sin ardı vardır).
53
Bu, canıma and olsun ki, bizim olduğumuz və ömür sürdü-
yümüz  isq  və  azğınlıq  çağlarında  daim  müşahidə  etdiyimiz-
dir. Biz hiss və əyani surətdə bundan xəbərdarıq. Odur ki, belə 
bir durumdan bizi xəbərdar etdiyinə görə Allahın salavatı ol-
sun sənə, ey Allah Rəsulu! Bütün bunları aradan aparıb, onu 
haqq-ədalətlə  dəyişdirəcəyinə  görə  Allah-taalanın  salamı  ol-
sun sənə, ey İslamın Məhdisi!
Qeyd  etdiyimiz  bu  xəbərlər  birbaşa  hadisələrə  işarə  et-
mədən,  dövrün  fəsadına  mütləq  şəkildə  dəlalət  edir.  Bilmək 
gərəkdir ki, sınaqlar dönəmi zühurun önündə gəlir. Yaxud bir 
sıra hədis və rəvayətlərin izahına əsasən, zülm əsri ədalətdən 
irəli keçəcək. .. İşarə etmək və bildirmək lazımdır ki, bu xəbər-
lərin  bəzisinin  Qiyamətdən  öncəyə  bağlı  olması  anladığımız 
şeylərə heç bir zərər vermir. Çünki Məhdinin zühurundan öncə 
baş verənlər, elə Qiyamətin qopacağından öncə baş verənlər-
dir. Həm də elə də zəruri deyil ki, Qiyamətin şərtləri (əlamət-
ləri) ondan öncə dərhal baş vermiş olsun (yaxud bu şərtlər baş 
verər-verməz dərhal Qiyamət qopsun)
53
 Bəşarətul-İslam, s.25 ; Muntəxəbul-əsər, s.432.


54
Müctəba Sadət
İKİNCİ HİSSƏ
TARİX BAXIMINDAN ÖNCƏDƏN XƏBƏR 
VERİLMİŞ QƏTİ XƏBƏRLƏR
Zühurun  bütün  əlamətləri  gələcəklə  əlaqədar  xəbərləri 
özündə  ehtiva  edir...  Gələcəkdən  xəbər  vermək  isə  yalnız  Əl-
lamul-ğuyub  (qeybləri bilən)  Allah  tərə indən  öyrədilmə  yolu 
ilə mümkün ola bilər. Bu yol ya vəhy, yaxud ilham vasitəsilə-
dir, ya da vasitə, yaxud vasitələrlə onun əlaqəsi olsun. Necə ki, 
Peyğəmbər (sallallahu əleyhi və alih) və ondan sonrakı məsum 
imamların (əleyhimussəlam) xüsusiyyəti bu əsasda olmuşdur. 
Bu, İslam əqidəsində sabit və möhkəmdir. Allah-taala Öz Kita-
bında bu barədə buyurmuşdur: “(Allah) qeybi biləndir və öz 
qeybinin sirlərindən heç kimi agah etməz. Yalnız seçdiyi rə-
suldan başqa!
54
Ona görə də, məsum şəxs (əleyhissəlam) gələcəkdən xəbər 
verməyə  malikdir,  odur  ki,  gələcəkdə  baş  verəcəkdən  xəbər 
vermək ona mümkündür.
Ancaq zühurdan öncə, uzun zaman öncə olsa belə, baş verə-
cəyinə  dair  rəvayətlərin  xəbər  verdiyi  hadisə  və  əlamətlərə 
gəlincə, onları da zühur nişanələrindən bilmək istəsək, diqqət 
etməliyik ki, Peyğəmbər və imamlar (əleyhimussəlam) vəhy və 
ya ilham vasitəsilə xəbərdar olduqları böyük və diqqət olunası 
bəzi hadisələri zühurla əlaqələndirmişlər ki, həmin hadisələ-
rin  müasiri  olan  nəsil  və  bu  cərəyanlardan  sonra  yaşayanlar 
bu xəbərlərin doğruluğuna (həmçinin məsumlar tərə indən ön-
cədən deyilməsinə)  inansınlar.  (Həmçinin digər hadisələrin də 
baş verəcəyinə arxayın olsunlar. Digər cərəyanların və nəhayət, 
54
 Cinn, 26, 27.


55
Müqəddəs sübh
İmam Məhdinin zühurunun intizarında olsunlar. Başqa ifadə ilə 
desək, zühurla əlaqələndirilən nişanələr nə  qədər çox gerçək-
ləşərsə, bu xəbərləri görüb eşidənlər onların doğruluğundan hələ 
baş verməmiş digər xəbərləri doğruluğunu anlayacaq. – müt.) 
Rəvayətlərin xəbər verməsinə əsasən, zühura yaxın baş verə-
cək  hadisələrə  gəlincə  isə,  onun  zühura  dəlalət  etməsindəki 
sirr budur, Allah-taala bəzi hadisələri ortaya çıxarır ki, özəlliklə 
zühura nişanə olsun, həmçinin xalqın, ələlxüsus müqəddəs sü-
bhün  səbirsizliklə  intizarında  olan  xalis  möminlərin  nəzərini 
ona cəlb etsin. Deməli, rəvayətlərdə qeyd olunan bəzi əlamət-
lər zühura dəlalət edən aydın xəbərlərin bəzisini özündə ehtiva 
edir. Bir tərəfdən, Peyğəmbər (sallallahu əleyhi və alih), yaxud 
imamların (əleyhimussəlam) söyləmiş olduğu, həmçinin hədis 
əhlinin öz kitablarında qeyd etdiyi bəzi xəbərlər həmin hadisə 
baş vermədən öncə olub. Sonra tarix boyu praktiki olaraq bu 
hadisə baş verir və oradan əminliklə bilirik ki, bunlar hadisələr 
baş verdikdən sonra qaynaqlarda yazılmamışdır... Bu özü hə-
min rəvayətlərin doğru olmasına ən böyük dəlildir. Əlavə ola-
raq, Məhdinin (əleyhissəlam) isbatına təsiri vardır. Rəvayətlər-
də qeyd olunan xəbərlər arasından baş vermiş, həmçinin tarix-
də sübuta yetmiş bəzi hadisələrin misalından qeyd edirik:
 
Birinci öncədən xəbər vermə: 
Peyğəmbər  (sallallahu  əleyhi və alih)  və  imamların  (əley-
himussəlam)  Bəni-Abbasın  işlərindən,  yollarını  azmasından, 
fəsad törətməsindən və həqiqət yolundan çıxmasından xəbər 
verməsi:
Abdullah ibn Abbasın belə dediyi nəql olunmuşdur: “Allah 
Rəsulu (sallallahu əleyhi və alih) atama belə buyurmuşdur: “Ey 
Abbas, vay olsun sənin nəslindən mənim övladlarımın halına 
və vay olsun mənim nəslimdən sənin övladlarına”. 
Abbas dedi: “Ey Allahın Rəsulu, qadınlara yaxın durmayım-
mı?” 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə