Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

43
Müqəddəs sübh
məyə və təhlil, fəhm və idrak üslubuna etimad etməyə çalışmış-
dır. Tələb olunan da budur... Məsələ yalnız şiələrlə məhdudlaş-
mır. Əksinə, hətta sair tayfa və məzhəblərə də aiddir (onlar da bu 
yolda kifayət qədər zəhmət və səy göstərməyə çalışmışlar).
42
Müqayisə üçün, bu əsrdəki şiələr öncəki nəsildən Sahibəz-
zəmana  qarşı  diqqət  və  xatırlamaq  baxımından  daha  çoxdur. 
Belə  ki,  İranda  az  bir  zaman  öncə  “Nüdbə  duası”  üçün  bircə 
yığıncaq belə yox idi.
43
 Amma bu gün ev dua məclisləri başla-
mış və müqəddəs adını anan böyük məclislər halına gəlmişdir. 
Həmçinin onun (əleyhissəlam) varlığının isbatı barədə kitablar 
tərtib edilir, başqa bir təzahür həddinə çataraq, şərafətli doğum 
günündə bayram təşkil etməklə orada İmamın adı zikr olunur. 
Bir  sözlə,  insanların  diqqətini  çəkəcək,  hətta  ümumi  kəslər 
üçün yayğın və müqəddəs adını bildirəcək hala gəlmişdir. 
Höccətin  (əleyhissəlam)  adlarının  və  xüsusiyyətlərinin  bu 
şəkildə mədrəsələr, məscidlər, küçələr, yığıncaqlar, ümumi in-
sanlar  arasında  yayılması  Bəqiyyətullahın  yer  üzərində  nuru-
nun fəcrinin doğmasına dəlil deyilmi? Digər tərəfdən, biz fərəh-
lənir və sevinirik ki, aləmə şölə saçan müqəddəs sübhün işığı-
nın üzə çıxdığı zamanda yaşayırıq. Həm də ümid edirik ki, göz-
lərimiz nuranı zühurunun camalı sayəsində zövq duyacaqdır.
Üçüncüsü: Aləm sabit (birləşmiş  və  təkallahlı) dünya 
höküməti axtarışındadır
Tarixə müraciət etsək, görərik ki, birləşmiş ümmətlərin qu-
ruluş təşkili iki böyük dünya müharibəsinə gətirib çıxarmışdır: 
42
  Bu  sahədə  kitablardan  rastlaşdığım  sonuncusu  cumhurdan  olan  bi-
rinə aiddir:  Əbdüləlim Əbdüləzim Bəstuniyə aid araşdırma. O, iki cilddən 
ibarətdir. Birincisi “əl-Məhdi əl-Muntəzər”, digəri isə “əl-Məusuatu  i əhadi-
sil-Məhdi” adı altındadır... Baxmayaraq ki, araşdırmada çoxlu xəta, səfsələr 
və bir sıra təəssübkeş  ikirlər vardır. O, Məkkədəki “Daru İbn Həzm”-in nəş-
rindən və Təhamə kitab evinin yayımındandır. Birinci nəşr, h.1420-m.1999.
43
 Əl-Muslihul-ğeybi, Seyid Həsən Əbtəhi, səh.147.


44
Müctəba Sadət
Birinci və ikinci. Dünya milyonlara çatmış insanların canlarına 
dəyən irihəcmli itkiləri gördükdən sonra liderlər bu cür bir qu-
ruluşun təşkili barədə düşünmüşlər ki, hətta əgər dövlətlər və 
xalqlar arasında müharibəni xəbər verəcək dünyəvi problem-
lər ortaya çıxdıqda cəmiyyət müdaxilə etsin, həmçinin müha-
ribə ortaya çıxmadan (vəziyyəti) dəyişdirmək üçün bu durumu 
maari ləndirmək naminə toplantı keçirtsin.
Müsəlmanlar səviyyəsində bizim əsrimizdəki kimi zaman 
olmamışdır ki, Məkkədə İslam dünyasının əlaqəsi təşkil olun-
sun.  Belə  ki,  hər  il  bir  dəfə  alimlər  toplansın...  Əlavə  olaraq, 
ərəb dövlətləri cameəsi kimi çoxlu dünya quruluşları, tərə keş-
siz toplumlar və s. olsun.   
Bu  düşüncə  və  dövlətçilik  quruluşlarının  təşkili  aləmin 
əmin-amanlıq, stabillik və ədalət yaradacaq tək bir dünya hö-
kümətinə  ehtiyac  duyduğunu  göstərir.    Bu  cür  cəmiyyətlərin 
təşkili  və  belə  bir  quruluşa  ehtiyac  duymaq  İmam  Məhdinin 
(əleyhissəlam)  dünya  hökümətinə  duyulan  zəruri  ehtiyacla 
bağlı əməl və düşüncələr anlamına gəlmirmi?
Bu  isə  müqəddəs  sübhün  doğuşuna  ən  kiçik  zühur  üçün 
aydın bir dəlildir... Biz ən yüksək səsimizlə “Ya Sahibəzzəman! 
Həqiqətən,  aləm  sənin  dünya  hökümətinin  intizarındadır”  – 
deyə nida çəkirik.
Xatırlatma:
Biz  “ən  kiçik  zühur”  dedikdə  müqəddəs  zühurun  vaxtını 
təyin etməyi nəzərdə tutmuruq. Allaha pənah! Çünki onu yal-
nız Allah-taala bilir. Bİz sadəcə bu təcəlli və aşkarda olanların 
müqəddəs  zühurunun  başlanğıcı  ola  bilməsini  deyirik.  Ola 
bilər ki, heç belə də olmasın. Ola da bilər ki, onun ardınca zül-
mət qaranlıq gəlsin. Bu o deməkdir ki, əmrin hamısı ilahi iradə-
nin altındadır və Allah-taala istədiyini edəndir.


45
Müqəddəs sübh
İKİNCİ FƏSİL:
ZÜHURUN ÜMUMİ 
ƏLAMƏTLƏRİ
Birinci hissə: Zühurun ümumi əlamətləri
İkinci hisssə: Tarix baxımından öncədən 
verilmiş qəti xəbərlər


46
Müctəba Sadət
BİRİNCİ HİSSƏ
ZÜHURUN ÜMUMİ ƏLAMƏTLƏRİ
Bəşəriyyətin, xüsusilə də İslam ümmətinin müqəddəs sübh 
ortaya çıxanadək, həmçinin Peyğəmbərdən “Məhdi (əleyhissə-
lam) yer üzünü zülm və haqsızlıq dolduğu kimi haqq-ədalətlə 
dolduraqcaqdır” – deyə nəql olunan mütəvatir hədisdən nəticə 
çıxararaq, çətin və sərt zülm, sitəm, sapqınlıq durumlarından 
keçməsi  labüddür.  Şərafətli  rəvayətlərə  müraciət  etdikdə  gö-
rürük ki, orada dövrün çətinliyi və fəsadı mütləq şəkildə qeyd 
olunmur. Əlavə olaraq, müəyyən hadisələrə də işarə edilmiş-
dir... Bu prinsipdən çıxış edərək, bir neçə məsələni xülasələş-
dirə bilərik:
1 – Yer üzünün zülm və haqsızlıqla dolmasına dəlalət 
edən xəbərlər
Bu, əhatəli bir məzmundur, bəlkə də rəvayətlərin mütəvatir 
olanıdır.
44
  Vəd  olunan  gün  Məhdinin  (əleyhissəlam)  zühurun-
dan öncə yer üzünün zülm və haqsızlıqla dolacağını açıq-aydın 
şəkildə bildirən nəss formasındadır.
2 – Fitnələrin mövcud olması və onların hürkütücü həd-
də qədər cərəyan edib artması
Əbu Abdullah Sadiq (əleyhissəlam) uzun bir hədisin gedişa-
tında “azdırıcı, qorxunc  itnələrdən”
45
 söz açmışdır. Həmçinin 
İmam Cavaddan (əleyhissəlam) rəvayət olunmuşdur ki, belə bu-
yurmuşdur: “Qaim (əleyhissəlam) insanlar güclü qorxuya düçar 
44
 Bax: Bəşarətul-İslam, s.18.
45
 Məusuətul-Mehdi tarixul-ğeybətil-kubra, s.242.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə