Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

36
Müctəba Sadət
yeni  nəslin  ortaya  çıxması  başladı.  Beləliklə,  uzunmüddətli 
qeyb dövrü anlayışı və imamın tam şəkildə sosial bazadan giz-
lində olması zehni baxımdan kamil şəkildə hazırlanmış oldu.
Bu, hadisələrin cərəyan etməsi və gizlilik barədə tədricliyin 
təbii silsiləvi ardıcıllığı olduqca açıq-aydındır. Bununla yanaşı, 
İmam (əleyhissəlam) ümumi plan gedişatında rabitə saxlayır-
dı və buna Şeyx Mü idin (h.336–413) mərcəiyyətinə köməklik 
etməsini  göstərmək  olar.  Nəzərə  alaq  ki,  qısamüddətli  qeyb 
dönəmindən  sonra  uzunmüddətli  qeyb  dövrünün  başlanğı-
cında İmama aid məsul (məsul, etibarlı) mərcəiyyət olmuşdur 
(yaxud  İmam onu ilk mərcə kimi hesab etmişdir).  O  həddə  ki, 
imanlı sosial baza üçün mərcə və din alimləri barədə etibarlılıq 
yaransın.
Bətnində diri körpəsi olan vəfat etmiş qadının hadisəsi ilə 
əlaqədar Şeyx Mü idin verdiyi fətvanın hekayəti tanınmış məş-
hur hekayətlərdəndir.
34
Belə ki, daha sonra İmam (əleyhissəlam) 
tərə indən fətva düzəldilmişdi. 
İraqda Qərəvilərdən biri belə qeyd edirdi ki, Şeyx Mü idin 
oturduğu  yerə  gəlib,  ondan  ölmüş,  lakin  bətnində  diri  körpə 
olan  qadın  barədə  soruşdu.  O  sual  verdi  ki,  qadın  belə  dəfn 
edilməlidirmi,  yoxsa  bətni  yarılmalı  və  uşaq  oradan  çıxarıl-
malıdır? Şeyx cavab verdi ki, qadını elə bu cür dəfn edin. Hə-
min adam çıxıb gəldiyi kimi geri döndü. Yol əsnasında ardınca 
sürətlə gələn bir atlı gördü. Ona çataraq minikdən enib, dedi: 
“Ay kişi, Şeyx Mü id deyir ki, bu vəfat etmiş qadının qarnını ya-
rın  və  uşağı  çıxarın.  Sonra  isə  dəfn  edin”.  Qərəvi  bu  düzəlişə 
riayət etdi. Bir müddət sonra Şeyx Mü idə baş verənləri xəbər 
verdi. Şeyx dedi ki, kimisə göndərməmişdir və şübhəsiz ki, atlı 
Sahibəzzəmanın (əleyhissəlam) özü olmuşdur. Odur ki, Şeyx öz 
evində oturub, çölə çıxmadı. Nəhayət, Sahibul-əmr (əleyhissə-
34
  Riayətul-İmamil-Məhdi  (əleyhissəlam)  lil-mərace  və  uləmail-əlam,  Əli 
əl-Cuhrumi, s.61.


37
Müqəddəs sübh
lam) tərə indən ona belə bir tövqi gəldi: “Fətva vermək sizin 
üzərinizdədir. Bizim üzərimizdə olan isə sizi düzətmək və xəta-
dan qorumaqdır”. Odur ki, Şeyx Mü idin qayıdıb yenidən fətva 
minbərində əyləşməkdən başqa bir çarəsi olmadı.
Burada  işarə  etmək  gərəkdir  ki,  hədə imiz  bu  hadisədən 
ucadır. O isə, təqvalı təqlid mərcələri, zahid, əzəmətli alimlərin 
isbatıdır  ki,  onlar  davamlı  olaraq  əsrin  İmamı  (əleyhissəlam) 
tərə indən xüsusi inayət mövqeyində olmuşlar. İstər bu inayət 
və qoruma görüş şəklində, yaxud dəyər verməklə, yaxud təşək-
kür ifadə etməklə, yaxud xeyir-dua etməklə, ya da yol göstər-
mək  və  istiqamətləndirməklə,  yaxud  da  səhv  və  xətaların 
düzəldilməsilə olsun və s. Necə ki, İmam (əleyhissəlam) onun 
tərə indən Şeyx Mü idə – Allah rəhmət eləsin – sadir olan ya-
zının açıqlamasında işarə etmişdir. Belə ki, yazı əsnasında de-
mişdir: “Şübhəsiz ki, biz sizi hesaba almaqda diqqətsiz deyilik 
(sizi nəzarətsiz qoymamışıq), nə də sizi yaddan çıxarmamışıq. 
Əgər belə olmasaydı, sözsüz ki, sizə bəla nazil olar və düşmən-
lər sizin kökünüzü kəsərdi”.
35
35
 Əl-İhticac lit-Təbərsi; Biharul-ənvar, c.53, s.175.


38
Müctəba Sadət
İKİNCİ HİSSƏ
ZÜHUR  ƏN KİÇİK VƏ ƏN BÖYÜK
Əsrin vəlisi İmamın (əleyhissəlam) qeyb dövrü iki hissəyə 
–  qısamüddətli  və  uzunmüddətli  qeyb  dövrünə  bölündüyü 
kimi, onun zühuru da iki hissəyə – ən kiçik və ən böyük zühura 
(müqəddəs fəcr) bölünür.
Bu düşüncəni geniş izah etmək üçün vurğulayırıq:
Qısamüddətli qeyb dövrü baş verdi və şiələrin  həmin za-
man məsum imamları (əleyhissəlam) ilə birbaşa bağlantısı var-
dı. Onlar İmamdan (əleyhissəlam) tam şəkildə ayrılmağa hazır 
deyildilər. Bu ona görə idi ki, onlar  məsum imamları (əleyhis-
səlam) ilə birbaşa rabitə olmadan necə yekdil  ikirdə olmağı və 
birləşməyin necə mümkün olduğunu qavramırdılar. Habelə bil-
mirdilər ki, İslam hökmlərini, şəriət təlimlərini və göz önündə 
olduğu dönəmdə İmama müraciət etdikləri onlarla sair möv-
zuları necə tapacaqlar. Qeyb dövründə həmin mövzuları onlar 
özləri öz öhdələrinə götürməli idilər.
Qısamüddətli  qeyb  dövründə  kimsə  İmama  yetişə  bilmirdi. 
Lakin şiəninn İmamla əlaqə qurması dörd sə ir vasitəsilə olurdu. 
Əks təqdirdə, camaat çaşqınlığa düşə bilərdi. Qısamüddətli qeyb 
dövrü ərzində – təqribən yetmiş il boyunca – özlərini buna öy-
rəşdirmişdilər. Həmçinin yeni bir nəsil doğuldu və uzunmüddətli 
qeyb dövrünə zehni baxımdan daxil olmağa hazır oldular. 
Həmçinin  başqa  bir  cəhətdən  də  doğrudur  ki,  insanların 
hazır olması və öyrəşməsi üçün qeyb mövzusunun tədrici yolla 
baş  verməsi  qısamüddətlilikdən  uzunmüddətliliyə  doğru  baş 
verdiyi kimi, zühurla əlaqədar məsələ də ən kiçik zühurdan ən 
böyük zühura (müqəddəs sübh) doğrudur. Bunun mənası odur 
ki, ən kiçik zühur – baxmayaraq ki, bu əsnada insanlar Bəqiyyə-


39
Müqəddəs sübh
tullahla (ruhumuz ona fəda olsun) birbaşa qarşılaşmayacaqlar 
– ən böyük zühurun müqəddiməsi sayılan bir sıra tutarlı ha-
disələrin ortaya çıxmasına şahidlik edəcək.
36
 Bəzi rəvayətlərdə 
gəldiyi kimi, bunun nurlu günəşə bənzədilməsi – biz onlardan 
birinin kitabın əvvəlində qeyd etmişik – mümküdür. Bilirik ki, 
tamamən qürub etməzdən öncə yoxa çıxana və zülmət qaran-
lıq  qərarlaşana  qədər  müəyyən  vaxt  ərzində  günəşin  şüaları 
qalır. Günəşin doğması da bu cürdür. Çünki bu, birbaşa olaraq 
baş vermir. Əksinə, öncə ağ xətt, sonra fəcr, sonra nuru solğun 
olur və günəş doğub səmada saçana qədər tədricən işığı art-
mağa başlayır. Höccət ibn Həsənin (əleyhissəlam) zühuru da bu 
cürdür. O, vilayət səmasında nurlu günəş kimidir. Ondan öncə 
ən kiçik zühurun baş verməsi labuddür ki, müqəddəs vücudu-
nun kamil şəkildə zühur etməsi üçün yer üzü hazırlıq tapsın. 
Bu, onun qeyb dövründə gerçək şəkildə hasil olan şeydir. Elə 
isə onun uzunmüddətli qeybi qısamüddətli qeybdən öndə dur-
duğu kimi, heç bir şübhə yoxdur ki, qısamüddətli qeybin yolu 
da mütləq şəkildə qısamüddətli zühur yolundan fərqli olacaq. 
Çünki ən kiçik zühuru ilə üfüqün nuru gələcək hadisələri təm-
sil edən halda yayılacaqdır:
37
  
Birinci: Fikirlərin yetişməsi, elm və texnologiyanın önə 
keçməsi
Bəşəriyyət üçün böyük elmi qabiliyyət və heyrətamiz kəşf-
lər ortaya çıxmışdır. Belə ki, insan təqribən yetmiş il öncə səfərə 
çıxarkən heyvanlara süvar olurdu. Halbuki indi avtomobil, qa-
tar  və  təyyarədən  istifadə  edir.  Həmin  dövrdə  insanın  əlində 
telefon, mikrafon, televizor, radio, mobil smartfon və kompyü-
ter yox idi. Lakin indi bütün bu cihazlara malikdir. Həmçinin o 
dönəmlərdə insan neft məhsullarından, habelə metal və mədən 
36
 Meracur-ruh, Seyid Həsən Əbtəhi, s.57. 
37
 Əl-Muslihul-ğeybi, Seyid Həsən Əbtəhi, s.144.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə