Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə7/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   2   3   4   5   6   7   8   9   10   ...   52

25
Müqəddəs sübh
Atam mənə öz atasından, o da öz atalarından (əleyhimus-
səlam) nəql etmişdir ki, Allah Rəsulu (sallallahu əleyhi və alihi) 
buyurmuşdur: “Onun misalı Qiyamət günü kimidir. O sizə qəf-
lətən gələcəkdir”.
25
11 – İmam Cavad (əleyhissəlam):
Səqr ibn Əbu Duləf deyib: “Əbu Cəfər Muhəmməd ibn Əli 
Rzanın  (əleyhissəlam)  belə  dediyini  eşitdim:  “Məndən  sonra 
imam oğlum Əlidir. Onun əmri mənim əmrim, sözü mənim sö-
zümdür. Ona itaət mənə itaətdir”. 
Dedim ki, ey Allah Rəsulunun oğlu, bəs Əlidən sonra imam 
kimdir?
Buyurdu:  “Ondan  sonra  imam  oğlu  Həsəndir.  Onun  əmri 
atasının əmri, sözü atasının sözü, ona itaət atasına itaətdir”. 
Sonra susdu. 
Dedim: “Ey Allah Rəsulunun oğlu, Həsəndən sonra imam 
kimdir?” 
O hönkürtü ilə ağladı, sonra dedi: “Həsəndən sonra oğlum 
–  haqqı  bərqərar  edəcək  (Qaim),  intizarı  çəkilən  (Müntəzər) 
olan imamdır”. 
Dedim: “Ey Allah Rəsulunun oğlu, nə üçün Qaim adlanıb?” 
Buyurdu: “Çünki o, xatirəsi öldükdən (yəni yaddan çıxdıq-
dan),  inananların  çoxu  imamlığına  mürtəd  olduqdan  (dindən 
çıxdıqdan) sonra qiyam edəcəkdir”. 
Dedim: “Nə üçün ona Müntəzər deyilir? 
Buyurdu:  “Çünki  qeyb  günləri  çox  olacaq,  müddəti  uzun 
çəkəcəkdir. Müxlislər (xalis möminlər) onun xürucunun (zühur 
etməsinin)  intizarını  çəkəcək,  şübhə  içində  olanlar  onu  inkar 
edəcək,  inkarçılar  onun  xatirəsini  ələ  salacaq,  (zühur üçün) 
vaxt təyin edənlər həmin vaxt (qeyb barəsində) yalan danışa-
25
  Kəmalud-din,  c.2,  s.372;  İlamul-vəra,  s.318;  Muntəxəbul-əsər,  s.221; 
əl-Məhdi  minəl-məhd  iləz-zuhur,  s.84;  Divanu  Dibil  əl-Xuzai  əl-Duceyli, 
s.143; Hivaratu həuləl-Munqiz, s.49. 


26
Müctəba Sadət
caq,  batilə  uyanlar  (yaxud tələskənlər)  qeyb  dövründə  həlak 
olacaq, təslim olanlar isə nicat tapacaqlar”.
26
12 – İmam Hadi (əleyhissəlam):
Əbdüləzim  Həsəni  deyib:  “Ağam  Əli  ibn  Muhəmmədin 
(əleyhissəlam)  yanına  daxil  oldum.  Məni  görüncə  dedi:  “Xoş 
gəlmisən, ey Əbülqasim! Sən bizim həqiqi dostumuzsan”. 
Əbdüləzim deyir: “Mən dedim ki, ey Allah Rəsulunun oğlu! 
İstəyirəm  öz  dinimi  sənə  təqdim  edim (və göstərim).  Əgər 
bəyənilən  olsa,  Allah-taala  ilə  görüşənədək  (onun hüzuruna 
çıxanadək) onda sabitqədəm olaram”. 
Buyurdu: “Əbülqasim, danış”.
Dedim:  “Mən  inanıram  ki,  Allah-taala  təkdir;  Ona  bənzər 
heç  nə  yoxdur;  O,  iki  həddən  xaricdir:  ibtal  və  təşbih  həddi  . 
Allah cisim, surət, ərəz (bəlirti, əlamət) və cövhər deyil. Əksinə, 
Allah cismləri mücəssəm, surətləri təsvir edən, ərəz və cövhər-
ləri yaradandır. Allah hər bir şeyin Rəbbi, onun maliki, qurucu-
su, yaradanıdır (ortaya çıxaranıdır).
Mən  inanıram  ki,  Muhəmməd  (sallallahu  əleyhi və alih) 
Allahın  bəndəsi  və  Rəsuludur.  O,  peyğəmbərlərin  sonuncu-
sudur.  Qiyamət  günününədək  ondan  sonra  bir  peyğəmbər 
yoxdur. Onun (gətirdiyi) şəriəti şəriətlərin sonuncusudur və 
bu şəriətdən sonra Qiyamət gününədək heç bir şəriət olma-
yacaqdır.
Mən inanıram ki, Peyğəmbərdən (sallallahu əleyhi və alih) 
sonra imam, xəlifə, əmr sahibi Əmirəlmöminin Əli ibn Əbu Ta-
libdir. Sonra Həsən, sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra 
Muhəmməd ibn Əli, sonra Cəfər ibn Muhəmməd, sonra Musa 
ibn Cəfər, sonra Əli ibn Musa, sonra Muhəmməd ibn Əli və son-
ra da sənsən, ey mövlam!”
26
 Kəmalud-din, c.2, s.378; İlamul-vəra, s.409; Muntəxəbul-əsər, s.224.


27
Müqəddəs sübh
Əli ibn Muhəmməd (əleyhissəlam) buyurdu: “Məndən son-
ra isə oğlum Həsəndir. Bəs camaat ondan sonrakı xələ lə (cani-
şinlə) necə olacaqlar?”
Dedim: “Ey mövlam, o necədir?”
Buyurdu:  “Çünki  onun  şəxsiyətini  görməyəcək,  adını  yad 
etmək isə onlara halal olmayacaq, o vaxta qədər ki, qiyam edə-
cək  və  yer  üzünü  zülm  və  haqsızlıqla  dolduğu  kimi  haqq  və 
ədalətlə dolduracaqdır”.
Dedim:  “İqrar  (və  təsdiq)  edirəm.  İnanıram  ki,  onların 
dostları  Allah  dostları,  düşmənləri  isə  Allah  düşmənləridir; 
onlara  itaət  Allaha  itaət,  sözlərindən  çıxmaq  Allahın  sözün-
dən çıxmaqdır. İnanıram ki, merac həqiqətdir, qəbir sorğu-su-
alı həqiqətdir, Cənnət və Cəhənnəm həqiqətdir, sirat və mizan 
həqiqətdir, Qiyamət qopacaqdır, bu barədə heç bir şəkk-şübhə 
yoxdur.  Allah-taala  qəbirlərdə  kim  varsa  dirildəcəkdir.  İnanı-
ram ki, vilayətdən sonra vacib fərzlər (yerinə yetirilməsi Allah 
tərə indən vacib edilən əməllər) namaz, zəkat, oruc, həcc, cihad, 
yaxşılıqlara göstəriş vermək, pisliklərdən çəkindirməkdir”.
Əli ibn Muhəmməd (əleyhissəlam) buyurdu: “Ey Əbülqasim, 
Allaha and olsun ki, bu, Allahın bəndələri üçün razı qaldığı dinidir. 
Buna görə də bu dinin üzərində möhkəm dur. Allah səni dünya və 
axirət həyatında sabit (və möhkəm) sözlə sabitqədəm etsin”.
27
13 – İmam Əskəri (əleyhissəlam):
Əhməd ibn İshaq Əşəri deyib: “Əbu Muhəmməd Həsən ibn 
Əlinin (əleyhissəlam) yanına daxil oldum. Ondan özündən son-
rakı canişin barədə soruşmaq istəyirdim. Özü sözə başlayaraq 
dedi:  “Ey  Əhməd  ibn  İshaq,  Allah-taala  nə  Adəmin  (əleyhis-
səlam)  dövründən  bu  yana  yer  üzünü  məxluqat  üzərində  bir 
höccət olmadan boş qoymuşdur, nə də Qiyamət qopanadək boş 
qoyacaqdır. Onun sayəsindədir ki, bəlanı yer sakinlərinin üzə-
27
 Kəmalud-din, c.2, s.380; İlamul-vəra, s. 410.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə