Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   2   3   4   5   6   7   8   9   ...   52

15
Müqəddəs sübh
Allah Məhdi və əshabını yer üzünün məşriq və məğriblərinin 
sahibi edəcəkdir. O dini üzə çıxaracaqdır. Səfehlər haqqı öldür-
dükləri (öldürməyə çalışdıqları) kimi Allah da onun və əshabı-
nın vasitəsilə bidət və batili öldürəcəkdir (kökünü kəsəcəkdir)
O həddə qədər ki, zülmdən heç bir əsər-əlamət görülməyəcək-
dir. Onlar yaxşılıqlara əmr edər, pisliklərdən çəkindirərlər”.
13
6 – Allah-taala buyurmuşdur: “Və o zaman ki, Rəbbi  İb-
rahimi kəlmələrlə (bəzi işlərlə) imtahana çəkdi. Beləliklə, o 
(İbrahim), onları kamil surətdə yerinə yetirdi”.
14
Müfəzzəl  ibn  Ömər  deyib  ki,  İmam  Cəfər  Sadiqdən  (əley-
hissəlam) “Və o zaman ki, Rəbbi İbrahimi kəlmələrlə sınağa 
çəkdi” – ayəsi barədə soruşdum. 
Buyurdu:  “O  həmin  kəlmələrdir  ki,  Adəm  öz  Rəbbindən 
əldə etdi və Allah onun tövbəsini qəbul etdi. Adəm belə dedi: 
“Ya Rəbb, səndən Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseynin 
haqqına xatir diləyirəm ki, tövbəmi qəbul edəsən”. Beləcə, Al-
lah onun tövbəsini qəbul etdi. Doğrusu, Allah tövbələri çox qə-
bul edəndir, rəhimlidir”.
Müfəzzəl deyir ki, ona dedim: “Ey Allah Rəsulunun balası, 
bəs  “beləliklə, onları kamil şəkildə tamamladı”  –  deməklə 
nəyi nəzərdə tutur?
Buyurdu: “Nəzərdə tutur ki, onları Qaim Məhdiyə qədər – 
on iki imam olaraq tamamladı (və adlarını kamil surətdə çəkdi)
(Həmin imamların) doqquzu Hüseynin övladlarındandır”.
15
Buna  baxmayaraq,  demək  mümkündür  ki,  Qurani-kərim 
bir sıra işarələri toplayaraq (ehtiva edərək), ümumi şəkildə vəd 
olunmuş günü, orada saleh bəndələrin qələbə çalmasını İslam 
dininin digər bütün dinlərə qələbə çalması ilə bəşarət vermişdir. 
Məsələn,  bu  şərafətli  ayələr  kimi:  “Ənbiya”  surəsi,  105-ci 
ayə; “Nur” surəsi, 55-ci ayə; “Qasas” surəsi, 5-ci ayə; “Tövbə” 
13
 İlzamun-nasib, c.1, s.76.
14
 Bəqərə, 124.
15
 Əl-Məhdi  il-Quran, s.6, İlzamun-nasib, c.1, s.179.


16
Müctəba Sadət
surəsi, 33-cü ayə; “Saff” surəsi, 9-cu ayə və sair. Bu ayələrin hər 
biri möminləri Allahın nüsrəti ilə müjdələyir ki, o gün gələcək, 
orada İslam bütün yer üzərində idarəçilik edəcəkdir. Tək olan 
Allaha ibadət ediləcək, şirk və küfrün kökü kəsiləcəkdir. Aləm 
məşriq əsrilə sevinəcək (yaxud məşriq əsri sayəsində rifah içə-
risində yaşayacaq),  bəşəriyyətin  xilaskarı  Məhdi  Müntəzərin 
(əleyhissəlam) əli ilə iman və salamatlıq dolacaqdır.


17
Müqəddəs sübh
İKİNCİSİ: MƏHDİ ŞƏRAFƏTLİ HƏDİSLƏRDƏ
Peyğəmbər  (sallallahu  əleyhi və alih)  və  pak  imamlardan 
(əleyhimussəlam) İmam Məhdi (əleyhissəlam) haqqında rəvayət 
olunan hədislər təvatür həddinə çatmışdır. Şiələr və sünnilər 
onu öz kitablarında nəql etmişlər. Bu hədislər öz çoxluğu və tə-
vatür olması ilə səhihliklərini təsdiqləyir. Həmçinin az qala hər 
bir  hədis  kitabları,  yaxud  “tərcümə”  (tərcümeyi-hal)  və  “sirə” 
(avtobioqra iya) ensiklopediyalarında bu xəbərlər mövcuddur.
Belə ki, böyük Elçi (sallallahu əleyhi və alih) İslam ümmə-
tini onun zühuru ilə hər bir toplantı, bayram, yığıncaqda müj-
dələyir, ara-sıra müsəlmanlara on iki imam zəminində (onların 
arasında)  İmam  Məhdi  (əleyhissəlam)  ilə  gözaydınlığı  verirdi 
ki, (adıçəkilən şəxs bu imamlar arasında) on ikincidir. Bəzən isə 
onun haqqında xəbər verir və təkid edirdi ki, Fatimə Zəhranın 
(səlamullahi əleyha) övladlarındandır. Həmçinin İmam Hüsey-
nin (əleyhissəlam) sülbündəndir. Habelə o, Hüseynin (əleyhissə-
lam) övladlarından doqquzuncudur. Bəhs və tədqiqat zəminin-
də hər bir ağıl sahibinə aydın olacaq ki, Məhdi (əleyhissəlam) 
mövzusu Allah Rəsulunun (sallallahu əleyhi və alih) dövründə 
qəti  məsələlərdən  sayılmışdır.  Həmçinin  müsəlmanlar  ədalə-
ti bərqərar edəcək, zülmü aradan aparacaq, aləmin işini islah 
edəcək bir kəsin zühurunun intizarında olmuşlar. O səbəbdən-
dir ki, onlar mövzunun əsası barədə sorğu-sual aparmayıblar. 
Ən böyük soruşdurma apardıqları şey isə təfərrüat məsələlər 
çərçivəsində dövr edirdi. Yəni onun əsli, nəsəbi, adı və künyəsi, 
xüsusiyyət və xislətləri, zühurunun əlamətləri, qeybə çəkilmə 
səbəbi haqqında, həmin gün nə etmək gərəkdir və sair bunun 
kimi məsələlər barədə sorğu-sual aparırdılar.
İmam Məhdi (əleyhissəlam) barədə rəvayət olunan şərafət-
li hədislər olduqca çoxdur və açıq-aydındır. Belə ki, onun əsası, 


18
Müctəba Sadət
nəsəbi,  doğulması  və  sair  bunun  kimi  məsələlərdə  şəkk-şü-
bhəyə heç bir macal verilməmişdir. Şəkçilərin bu mövzu barə-
də  şiə  ideologiyası  ətrafında  həyəcan  təbili  çalaraq  təşəbbüs 
göstərdikləri  bir  sıra  itnələr  vardır  ki,  bəzi  statistik  göstə-
riciləri  tezliklə  qeyd  edəcəyəm.  Mən  çox  sayda  rəvayətləri 
açıqlayacaq  və  bu  barədə  Seyid  Lütfullah  Sa i  Gülpayqaninin 
“Müntəxəbül-əsər” kitabına etimad göstərəcəyəm. 
MEHDİ ŞƏRAFƏTLİ HƏDİSLƏRDƏ
Nömrə
Hədislrərin mənası
Hədislərin 
sayı
1
İmamlar on iki nəfərdir. Onların birincisi Əli, 
sonuncusu Məhdidir.
91
2
İmamlar on iki nəfərdir və sonuncuları Məh-
didir.
94
3
İmamlar on iki nəfərdir və onların doqquzu 
Hüseynin sülbündəndir.
139
4
İmamlar on iki nəfərdir. Onlardan doqquzu 
Hüseynin  sülbündəndir  və  doqquzuncuları 
Qaimləridir.
107
5
İmamlar adları ilə on iki nəfərdir. 
50
6
Məhdi  Əhli-beytdəndir  (Peyğəmbər itrətin-
dəndir).
389
7
Məhdi Əmirəlmömininin övladlarındandır.
214
8
Məhdi Fatimənin övladlarındandır.
192
9
Məhdi Hüseynin övladlarındandır. 
185
10
Məhdi  Hüseynin  övladlarının  doqquzuncu-
sudur.
148
11
Məhdi Əli ibn Hüseynin övladlarındandır. 
185
12
Məhdi Baqirin övladlarındandır.
103
13
Məhdi Sadiqin övladlarındandır.
103
14
Məhdi Sadiqin övladlarından altıncıdır.
99
15
Məhdi Musa Kazimin övladlarındandır.
101


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə