50
Müctəba Sadət
hesab edilər. Qənimət isə (beytül-maldan, xalqın büdcəsindən
oğurlanan, güc yetən hər bir şey) qazanc sayılar. İnsanlar ata və
analarına cəfa edər, dostları ilə isə mehriban davranar. Göydə
quyruqlu ulduz peydə olar”.
Salman dedi: “Ey Allahın Rəsulu, bu işlərin hamısı olasıdır?”
Peyğəmbər buyurdu: “Bəli! And olsun O kəsə ki, canım
Onun əlindədir, bu işlər olacaq! Ey Salman! O zamanda qadın-
lar ərləri ilə birlikdə (evdən qıraqda) müştərək ticarətlə məş-
ğul olarlar. Yağış yayda yağar. Şəxsiyyətli, böyük insanlar daim
qəzəbə, qeyzə tuş gələrlər, kasıb adamlar təhqir olunar. O za-
manda bazarlar bir birinə yaxınlaşar. Alış-satış mərkəzləri çox
gileylənər, şikayət edər: Biri deyər, “mən bir şey satmamışam”,
o birisi deyər, “mən xeyir götürmədim”. O vaxtda görərsən ki,
bütün xalq yalnız Allahdan gileylənir, Onu qınayır”.
Salman dedi: “Ey Allahın Rəsulu, belə işlər doğrudanmı
olasıdır?”
Peyğəmbər buyurdu: “Bəli! And olsun O kəsə ki, canım
Onun əlindədir, bu işlər olasıdır!
Ey Salman! O zamanda xalqa elə kəslər hökumət edər ki,
əgər (xalq kiçik hesab ediləcək hüququnu müda iə etmək istəsə,
azadlıq qoxusu gələn) bir kəlmə dilinə gətirsələr, o saat onları
öldürərlər. Əgər sükut etsələr (və dillənməsələr), mal və can-
larını istədikləri kimi xərcləyərlər. Onların zəhmətini mənim-
səyər, hörmətlərini ləkələyər və qanlarını axıdarlar. Onların
qəlbləri xovf və dəhşətlə dolar. Sən onları ürkək, xo lu, dəhşətə
salınmış və qorxmuş görərsən”.
Salman dedi: “Ey Allah Rəsulu, bu mütləq baş verəcəkdir?”
Peyğəmbər buyurdu: “Bəli, canım əlində olan kəsə and
olsun, ey Salman. Həmin vaxt məşriqdən bir şey, məğribdən
başqa bir şey gətirilər. Bu vasitə ilə mənim ümmətimi rəngə
salarlar. Ey vay, ümmətimin zəi lərinə ki, bu sitəmkarların əlin-
dən çəkəcəklər! Ey vay, onlara ki, Allahdan görəcəklər! Nə ki-
çiklərə rəhm etməyəcəklər, nə də ağsaqqallara hörmət qoyma-
51
Müqəddəs sübh
yacaqlar. Xəta etmiş, şəxsi işdə pislik etmiş adamın günahından
keçməyəcəklər. Onların bütün danışıqları söyüş və murdarlıq
olar. Zahirən adam şəklindədirlər, amma qəlbləri şeytan qəl-
bidir”.
Salman dedi: “Ey Allahın Rəsulu, bu işlər doğrudanmı baş
verəcək?”
Peyğəmbər buyurdu: “Bəli! And olsun O kəsə ki, canım
Onun əlindədir, bu işlər olasıdır!
Ey Salman! O zamanda kişilər kişilərlə kifayətlənər, qadın-
lar qadınlarla. Əhli evdə cariyənin qeyrətini çəkdiyi kimi oğlan
uşağının də qeyrəti çəkilər.
52
Kişilər özünü qadınlara, qadınlar
da özlərini kişilərə bənzədərlər. Qadınlar yəhərə süvar olarlar.
Ümmətimdən olan belə kəslərə Allahın lənəti olsun”.
Salman dedi: “Bunlar mütləq baş verəcəkmi, ey Allah Rə-
sulu?”
Peyğəmbər (sallallahu əlehi və alih) buyurdu: “Bəli, canım
əlində olan kəsə and olsun! Ey Salman, həmin vaxt məsihi və
yəhudilərin məbədləri zinətləndirildiyi kimi məscidlər də
bəzədilər. Müshə lər bər-bəzəkli olar, minarələr uzadılar, (na-
mazda camaatın durduğu) sə lər çoxalar, ancaq qəlblər bir-bi-
rindən qəzəbli, dillər isə müxtəlif olar”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Peyğəmbər buyurdu: “Bəli, canım əlində olana and olsun!
Ey Salman, həmin vaxt ümmətimin kişiləri qır-qızılla bəzənər,
ipək qumaşdan libaslar geyinər və pələng dərilərini kölgənə-
cək edərlər”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allahın Rəsulu?”
Peyğəmbər buyurdu: “Bəli, canım əlində olana and olsun!
Ey Salman, həmin vaxt sələmçilik ortaya çıxar, camaat bir-bir-
52
Yəni qadın ər evində saxlanılıb qorunduğu kimi, cavan oğlan uşaqlarını
da o cür evdə saxlayar, istifadə edər, başqa kişilərin gözündən uzaq tutar və
qeyrətini çəkərlər. – müt.
52
Müctəba Sadət
ləri ilə müddətli və rüşvətli iş görərlər. Din (kənara) qoyular və
dünya ucaldılar”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun! Ey Salman,
həmin vaxt təlaq çoxalar, ancaq hədd icra olunmaz. Halbuki on-
lar Allaha heç bir şeylə zərər yetirə bilməzlər”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun! Ey Salman,
həmin vaxt müğənni qadınlar, musiqi alətləri aşkar olar. Üm-
mətimin pisləri onlara başçılıq edər”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun! Ey Salman,
həmin vaxt ümmətimin varlıları gəzinti, orta təbəqəsi ticarət,
fəqirləri isə riyakarlıq və şan-şöhrət naminə həccə gedər. Hə-
min vaxt insanlar Allahdan başqası barədə dərin düşüncəyə
qapılarlar. Zinadan doğulan uşaqlar çoxalar, Quranı ğina ilə
(musiqi janrında) oxuyarlar, dünyanın üstünə düşərlər”.
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun. Ey Salman,
həmin vaxt hörmətlərin yırtılıb aradan getdiyi, günah işləri
əldə etmək, pislərin yaxşılar üzərinə müsəllət olduğu, yalanı
yaydıqları, inadkarlığın zahir olduğu, fəqirliyin üzə çıxdığı,
əyin-baş barədə bir-birinə təkəbbürlük göstərdikləri, yağışın
başqa bir mövsümdə onlara yağdığı, musiqi alətlərinin gözəl
hesab edildiyi, yaxşılıqlara əmr və pisliklərdən çəkindirməyin
pis sayıldığı, hətta möminin həmin dövrdə ümmətin ən zəli-
li olduğu, qarilər və ibadətkarlarının öz aralarında olanlarla
bağlı qarşılıqlı danlaq nümayiş etdirdikləri bir dövrdür. Belə
şəxsləri göylərin mələkutunda bu cür səslərlər: Pisliklər, nə-
cislər!”
Salman dedi: “Bunlar baş verəcəkmi, ey Allah Rəsulu?”
Buyurdu: “Bəli, canım əlində olana and olsun! Həmin vaxt
zəngin fəqir üçün ehtiyat eməz. O həddə olar ki, dilənçi camaat
Dostları ilə paylaş: |