35
dəfə Sovet Rusiyasına dostluq əlaqələri yaratmaq üçün
danışıqlara getməyə hazır olduğumuzu təklif etmişik. İndiyə
kimi bizim təklifimiz diqqətdən kənarda qalıb. Çıxış edən natiq
nahaq yerə bizi günahlandırır. Əgər o, istəyirsə ki, bizimlə
Rusiya arasında dostluq münasibətləri yaradılsın, qoy onda o, öz
həmfikirlərini danışıqlara getməyə məcbur etsin».
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də
XI Qızıl ordu tərəfindən işğal edildi. F.Xoyski bu zaman Tiflis
şəhərinə getmiş və orada 1920-ci il iyunun 19-da erməni
quldurları tərəfindən xaincəsinə öldürülmüşdür. Xoyski Tiflisdə
azərbaycanlıların qəbiristanlığında görkəmli filosof, maarifçi
dramaturq M.F.Axundovun məzarı yanında dəfn olunmuşdur.
Onun öldürülməsi haqqında Tiflisdə çıxan «Qruziya» qəzetinin
23 iyun 1920-ci il sayında nekroloq dərc edilmişdir. Xoyskinin
öldürülməsi bir sıra ölkələrin, o cümlədən Böyük Britaniya
rəsmi dairələrinin diqqətini çəkmişdir.
***
−
Adres-kalendarğ Azerbaydjanskoy Respubliki na 1920 q.,
Baku, 1920.
−
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, fond 970, s.1,
iş 241.
−
Azərbaycan tarixi. C.2. Bakı,1964.
−
Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973.
−
Azərbaycan Sovet Ensiklopediyası. C.X. Bakı, 1987.
−
Azərbaycan Demokratik Respublikası. Azərbaycan
hökuməti. 1918-1920. Bakı, 1990.
−
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-1920).
Vneşnəə politika (dokumentı i materialı). Baku, 1998.
−
Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı, 1998.
−
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-
1920).Parlament (stenoqrafiçeskie otçёtı). Baku, 1998.
36
−
Balaev A.Azerbaydjanskoe naüionalğno-demokratiçeskoe
dvijenie 1917-1920 qq. Baku, 1990.
−
Çlenı Qosudarstvennoy Dumı (portretı i bioqrafii). Vtoroy
sozıv 1907-1912 qq. M.,1907.
−
Fətəli xan Xoyski: Həyat və fəaliyyəti (sənəd və materiallar).
Bakı, 1998.
−
Həsənov C.Azərbaycan beynəlxalq münasibətlər sistemində
(1918-1920). Bakı, 1993.
−
«Kaspi» qəzeti, 1917, 23 aprel, №89; 14 sentyabr, №206; 14
noyabr, №249.
−
Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər
Nazirliyinin şəxsi heyəti. Bakı, 2002.
−
Quliev Dj. B. Borğba Kommunistiçeskoy Partii za
osuhestvlenii leninskoy naüionalğnoy politiki v
Azerbaydjane. Baku, 1970
−
Qosudarstvennaə Duma. Vtoroy sozıv. Stenoqrafiçeskie
otçёtı. 1907 q. Sessiə vtoraə. T. I i II. SPb. 1907.
−
«Qruziə» qəzeti, 1920, 23 iyun, №67.
−
Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası
(məqalələr və sənədlər). Bakı, 1990.
−
Seidzade D.B. Azerbaydjanskie deputatı v Qosudarstvennoy
Dume Rossii. Baku, 1991.
−
Zakavkazskiy Seym. Stenoqrafiçeskiy otçёt. I sessiə. Tiflis.
1918.
−
The Great Britain Archive Foreign Office, 371/4992/28423.
37
Məmmədyusif Hacıbala oğlu
Cəfərov
14 mart-22 dekabr 1919
Azərbaycanın tanınmış siyasi və
ictimai xadimlərindən biri Məmməd-
yusif Cəfərov 1885-ci ildə Bakıda neft
sənayesinin sürətlə inkişafa başladığı
bir dövrdə anadan olmuşdur. 1907-ci
ildə Bakıda kişi gimnaziyasını bitirən
M.Cəfərov o dövrdə Rusiya
imperiyasının ikinci böyük şəhəri sayılan Moskvaya getmiş və
Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil
olmuşdur. Moskva mühiti və tələbəlik illəri gənc
Məmmədyusifin dünyagörüşünün inkişafında mühüm rol
oynamışdır. Cünki 1905-1907-ci illər inqilabının məğlub
olmasına baxmayaraq, tələbələr arasında hələ də inqilabi
mübarizə ruhu qalmışdı və onlar tələbə təşkilatlarını
saxlayırdılar. Məmmədyusif tezliklə Moskvada oxuyan
azərbaycanlıların yaratdığı «Azərbaycan etnoqrafik konsert
gecələri»nin və «Azərbaycan həmyerlilər təşkilatı»nın əvvəllər
üzvü, sonralar isə rəhbərlərindən biri olmuşdur. O, öz tələbə
dostlarını bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı,
xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırmışdır.
1912-ci ildə Moskva Dövlət Universitetinin hüquq
fakültəsini fərqlənmə diplomu ilə bitirən M.Cəfərov Bakıya
gələrək Bakı məhkəmələrinin birində andlı hakim köməkçisi
vəzifəsində çalışmağa başlamışdır.
1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dövlət
Dumasına Rusiyanın hər yerində olduğu kimi Cənubi Qafqazda
da seçkilər keçirildi. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini
qazanmış 27 yaşlı M.H.Cəfərov əvvəl Bakıda, oktyabrın 20-də
isə Yelizavetpolda Bakı, Yelizavetpol və
İrəvan
38
quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət
Dumasına deputat seçilmişdir.
M.H.Cəfərov 1912-1917-ci illərdə Sankt-Peterburqda
fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak etmiş,
Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə,
köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə
komissiyaların üzvü seçilmişdir. O, Dumanın bir sıra
iclaslarında müzakirə olunan Rusiya dövlətinin baş nazirinin
hesabatı, Gömrük Departamentinin xərcləmə dərəcəsi, Köçürmə
İdarəsi üzrə xərclərin smetasına dair büdcə komissiyasının
hesabatı, 1913-cü ildə Zaqafqaziyanın bəzi yerlərində məhsulsuz
qalmış əhaliyə kömək tədbirləri, müharibə və s. məsələlərin
müzakirəsi zamanı çıxış etmişdir. O, öz çıxışlarında çar
hökumətinin Zaqafqaziya əhalisinə, xüsusən müsəlmanların
maariflənməsinə pis münasibət göstərdiyini, hüquqlarının
məhdudlaşdırıldığını, milli məktəblərinin bağlandığını tənqid
etmiş və kazarmaya çevrilmiş məscidlərin müsəlman fraksiyası
adından geri qaytarılmasını tələb etmişdir.
O, eyni zamanda köçürmə siyasətini tənqid edərək
məmurların əhalini köçürərkən yerlilərin vəziyyətini nəzərə
almadıqlarını, bunun da çox vaxt yerlilərlə köçənlər arasında
toqquşmaya səbəb olduğunu, Qafqaz cəbhəsi və arxa zonalarda
dinc müsəlman əhalisinin müdafiə olunmadığını, əmlaklarının
talandığını, öldürüldüyünü bildirmişdir.
M.H.Cəfərov Sankt-Peterburqda olduğu dövrdə ona bir
deputat kimi Lənkəran balıqçıları, Şamaxı müəllimləri,
müsəlman ruhaniləri müraciət etmişlər. O, əhalinin irəli sürdüyü
məsələləri həll etmək üçün bir sıra dövlət idarələrinə və
nazirliklərə getmiş, məsələlərin həllinə çalışmışdır.
1917-ci il martın 9-da Müvəqqəti hökumətin təşəbbüsü ilə
IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət
Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibiniə
V.Xarlamov (rus), A.Çxenkeli (gürcü), K.Abaşidze (gürcü),
M.Papaçanovla (erməni) yanaşı M.Cəfərov da daxil oldu.
Dostları ilə paylaş: |